Reklam
Reklam
Xəbər lenti
7-09-2024, 10:43

7-09-2024, 06:55

4-09-2024, 21:25

1-09-2024, 23:58

1-09-2024, 11:08

30-08-2024, 14:14

20-08-2024, 14:48

19-08-2024, 03:34

5-08-2024, 20:27

4-08-2024, 13:57

31-07-2024, 21:51

28-07-2024, 00:29

25-07-2024, 19:14

25-07-2024, 18:55

23-07-2024, 13:10

18-07-2024, 01:48

13-07-2024, 01:17

9-07-2024, 02:27

8-07-2024, 14:53

6-07-2024, 14:56

6-07-2024, 12:41

6-07-2024, 11:20

5-07-2024, 10:14

4-07-2024, 19:25

4-07-2024, 13:33

1-07-2024, 17:19

21-06-2024, 17:45

21-06-2024, 11:51

21-06-2024, 09:59

18-06-2024, 17:43

Ən çox oxunanlar
Reklam
Reklam

Ana müqəddəsdir

����: 5-03-2022, 12:43
Dünyaya övlad gətirdiyi andan,qəbir evinə qədər övlad ana üçün körpə uşaqdır.Hamı kəs qadın ola bilər,amma hər kəs ana ola bilməz.Ana qayğısından,ana sevgisindən başqa dünyada hər şey boşdur.
Bu gün 05.03.tarixində,öz halal zəhməti isti sevgisi ilə övlad böyüdən,hətta qəhrəman böyüdən,bir ananın Həmidova Pakizə Çaylı qızının doğum günüdür.Ömrünün 59-cu yaşında vətəni uğrunda igid bir oğulu qurban verən ana.
O,millətimizin xalqımızın azadlığı uğrundan canından keçən igid qəhrəman şəhid XTQ,Gizir Həmidov Əmrah Firavan oğludur.
Bizdə Zefertv.az kollektivi adından igid qardaşımızın bizlərə əmanəti olan Pakizə ananı doğum günü münasibəti ilə təbrik edir ona can sağlığı sağlam ömür arzu edirik...
Zəfərə addım-addım
����������� 0 ���������: Xəbər ������� : ������

Yeniliklərə açıq olan siyasi qüvvə

����: 5-03-2022, 12:36
YAP daim inkişaf edən, yeniliklərə açıq olan mütəşəkkil siyasi qüvvədir
Partiyamızın VII qurultayından keçən bir illik dövr böyük uğurlarla yadda qalıb Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, yarandığı gündən xalqın partiyasına çevrilən, keçdiyi 30 ilə yaxın şərəfli yolda Azərbayacanın qazandığı uğurlara öz töhfəsini verən Yeni Azərbaycan Partiyası davamlı inkişaf edən bir siyasi qüvvədir. YAP-ın Sədri, Prezident İlham Əliyev YAP-ın 2021-ci ilin martın 5-də keçirilən VII qurultayında bildirib ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Ali Baş Komandanımızın partiyanın VII qurultayında dərin məzmunlu, proqram xarakterli nitqi ayrı-ayrı dövrlərin reallıqlarının aydın mənzərəsini yaratmaqla yanaşı, qarşıdakı illərin prioritetlərinin də təqdimatı oldu. Qurultayda xalq və dövlət olaraq birliyimiz, həmrəyliyimiz xüsusi olaraq vurğulanmaqla bildirildi ki, YAP daim təkmilləşməyə, yeniləşməyə açıq olan bir modern siyasi təşkilatdır.
    YAP-ın VII qurultayında möhtərəm Prezidentimiz İlham Əliyevin proqram xarakterli, xüsusilə 44 günlük İkinci Qarabağ müharibəsində Qələbimizin yaratdığı yeni reallıqları özündə əks etdirən nitqi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdi: «Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın. Mən buna şübhə etmirəm.»
    Təhlillər fonunda bu fikri böyük qürurla qeyd edirik ki, partiyanın VII qurultayı yeniliklərlə tarixə yazıldı. 40 nəfərdən ibarət İdarə Heyətinin, 13 nəfərdən ibarət Təftiş Komissiyasının tərkibi təsdiqləndi, partiyanın tərkibində Veteranlar Şurası yaradıldı. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva partiya sədrinin Birinci müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edildilər.
     Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti daim yüksək dəyərləndirilir. Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin irsinin təbligi məqsədilə yaradılan Heydər Əliyev Fondunun prezidenti kimi, eyni zamanda, Ümummilli Liderin yaradıcısı olduğu partiyada rəhbər strukturda təmsil olunmaqla onun şah əsəri olan müasir müstəqil Azərbaycanın daha da möhkəmlənməsinə, dayanıqlı inkişafına, yeni reallıqlara uyğun müəyyənləşdirilən prioritetlərin həyata keçirilməsinə, ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsinə öz töhfələrini verir və bu istiqamətdə səylərini daha da artırır.
     Patriyamız bu gün yeni milli çağırışlara, qlobal inkişafa yönəlik islahatlara uğurla dəstək verir. Belə ki, son bir il ərzində partiyanın struktural formasında, həm də kadr komplektləşdirilməsində yenilənmə tələb edirdi ki, bu da daha çevik və daha səmərəli fəaliyyətin təmin edilməsi zərurəti ilə bağlı idi. Partiyamızda baş verən bu dəyişikliklər ilk növbədə onun fəaliyyətinin funksionallığını daha da artıracaq ki, bu da bütövlükdə siyasi sistemimizdə yeni canlanma yaradacaq. Ona görə də Azərbaycan Prezidenti öz çıxışında siyasi islahatlar mövzusuna toxunaraq müxalifətlə dialoqun daha da dərinləşdirilməsinin və daha geniş platformada davam etdirilməsinin zəruriliyini qeyd etdi. Şübhəsiz ki, Prezident İlham Əliyevin praqmatik islahatlar kursu Azərbaycanın
milli gücünü artıran strateji faktor kimi çıxış edir. Xüsusilə, ölkəmizdəki siyasi qüvvələrlə dialoq prosesinə start verilməsi, yeni siyasi partiyaların qeydiyyatdan keçməsi və digər mühüm addımlar yeni siyasi konfiqurasiyanın formalaşmasını, plüralizmin güclənməsini və milli həmrəyliyin möhkəmlənməsini şərtləndirib. Respublikamızda fəaliyyət göstərən siyasi partiyaların ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasətinə birmənalı dəstək göstərmələri isə bu baxımdan xüsusi qeyd edilməlidir. Bundan başqa, dövlətimizin başçısı, partiyamızın Sədri cənab İlham Əliyev müstəqillik dövrü tariximizin obyektiv əsaslarda öyrənilməsi, gənc nəslin milli və vətənpərvərlik ruhunda tərbiyə edilməsi, Böyük Qayıdış adlandırdığımız milli vəzifənin yerinə yetirilməsi, ordu quruculuğu işinin davam etdirilməsi, bütün sahələrdə islahatların dərinləşdirilməsi və şəffaflığın daha da artırılması kimi məsələlərə toxundu. Bu prosesdə isə istər Yeni Azərbaycan Partiyasının, istərsə də digər siyasi partiyalar və ictimai institutların faəl iştirakçılığı vacib şərtlərdən biridir. Bütövlükdə, sadaladıqlarımız ictimai-siyasi münasibətlərimizdə yeni keyfiyyət dəyişikliyi yaratmaqla ayrıca bir mərhələ təşkil edir. Bu yeni tarixi dönəm siyasi sistemimizi təşkil edən, ən müxtəlif siyasi ideologiya və dəyərləri mənimsəmiş partiyaların dialoq, uzlaşma və milli maraqlar ətrafında birləşmə mərhələsi dir. Mühüm məsələlərdən biri budur ki, Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul edilən bir sıra qərarlar partiyamızın siyasi varislik prinsipinə sadiq olduğunu da növbəti dəfə göstərir. Ənənədir ki, partiyamıza vaxtilə xidmət etmiş şəxslərin siyasi təcrübəsindən YAP-ın sıralarında birləşən gənc nəslin fəaliyyəti üçün mühüm nümunə kimi istifadə olunur. Bu isə, şübhəsiz ki, tarixi varislik prinsipinin qorunması ilə yanaşı, partiyamızın məqsədyönlü fəaliyyətinin səmərəliliyini daha
da artıran mühüm amillərdən biridir. Dövlətimizin başçısı, YAP-ın Sədri cənab İlham Əliyev qeyd etdi ki, siyasi partiyalarda fəaliyyət göstərən gənc nəslə elə təlimat verilməlidir ki, onlar gələcək həyata hazırlıqlı olsunlar, onlar ölkəmizin müstəqilliyini hər şeydən üstün tutsunlar: «Burada, əlbəttə ki, təcrübəli nəslin fəaliyyətindən çox şey asılıdır. Misal üçün, Yeni Azərbaycan Partiyasında Veteranlar Şurası yaradılıb. Hesab edirəm ki bu, çox önəmli addımdır. Bu Veteranlar Şurasının tərkibində tanınmış hörmətli insanlar fəaliyyət göstərəcəklər». Ən önəmli məsələlərdən biri Yeni Azərbaycan Partiyasının VII qurultayında altı siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilməsi oldu. Təbii ki, bu, ilk növbədə, YAP-ın sözün əsl mənasında, ümumxalq partiyası olduğunu və yüksək nüfuza malik aparıcı qüvvə kimi çıxış etdiyini göstərir. Digər tərəfdən, belə bir qərar, heç şübhəsiz, ölkəmizdə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcək. Bu, həmçinin ölkədə siyasi birlik və milli həmrəylik mühitinin güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Əminliklə söyləmək olar ki, ümumxalq partiyası olan YAP bundan sonra da qarşısında duran strateji əhəmiyyətli vəzifələri uğurla yerinə yetirməklə ölkəmizin dayanıqlı və dinamik inkişafına müstəsna töhfə verəcək.

Səfa Ağayev, YAP İmişli rayon təşkilatının sədri

Zəfər tv az xəbər
Aran zonası
����������� 0 ���������: Xəbər ������� : ������