Reklam
Reklam
Xəbər lenti
28-05-2025, 13:29

16-05-2025, 18:46

12-05-2025, 14:11

28-04-2025, 02:59

25-04-2025, 14:04

15-04-2025, 22:58

9-04-2025, 12:07

5-04-2025, 01:23

5-04-2025, 00:31

31-03-2025, 03:10

30-03-2025, 03:45

30-03-2025, 03:41

29-03-2025, 19:58

25-03-2025, 07:11

14-03-2025, 02:35

14-03-2025, 02:26

10-03-2025, 16:52

8-03-2025, 13:13

8-03-2025, 13:13

6-02-2025, 00:30

3-02-2025, 15:27

27-01-2025, 10:00

19-01-2025, 23:32

18-01-2025, 19:21

18-01-2025, 10:18

7-01-2025, 17:37

2-01-2025, 10:33

29-12-2024, 18:01

29-12-2024, 17:40

25-12-2024, 18:59

Ən çox oxunanlar
Reklam
Reklam

28 May - Müstəqillik Günü

Baxılıb: 113     Tarix: 28-05-2025 13:29   
Müstəqillik Günü və ya köhnə adı ilə Respublika Günü — 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür.
1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir. 15 oktyabr 2021-ci ildən Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü olmuşdur.1918-ci il iyunun 24-də hökumət qərarına əsasən qəbul olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı.

Azərbaycan Xalq Cümhuriyyətinin, hal-hazırda isə Azərbaycan Respublikasının bayrağı.
İstiqlal Bəyannaməsi
1918-ci ilin may ayının 28-də Azərbaycan milli şurası "İstiqlaliyyət Bəyannaməsi" ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını elan etdi. Bu tarixi sənədə görə Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracaqdır. Müstəqil Azərbaycan dövlətinin təşkil idarəsi xalq cümhuriyyətidir. Azərbaycan Xalq Cümhuriyyəti, millət, məzhəb, sinif və cins fərqi görmür və bütün vətəndaşların siyasi hüquqlarını təmin etməlidir.

Respublika Günü haqqında qanun
1991-ci ilin dekabrında SSRİ dağıldıqdan sonra Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan edib və ölkənin müstəqiliyi yenidən bərpa olunub.

1990-cı ildən Respublika günü – dövlət müstəqilliyinin bərpa edilməsi günü dövlət bayramı kimi qeyd edilir. 15 oktyabr 2021-ci il tarixindən bu gün Müstəqillik günü adlandırılmağa başlandı.

28 may tarixi ABŞ-ın Nevada və Arizona ştatlarında, Vaşinqton və Qərbi Hollivud şəhərlərində Azərbaycanın müstəqillik günü elan edilmişdir.


İstinadlar:
 "Azərbaycan Respublikasının Əmək Məcəlləsi. Maddə 105. Bayram günləri". 2018-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-18.
 Xalq qəzeti, 24 may 2011 Arxivləşdirilib 11 mart 2016 at the Wayback Machine – "Kaliforniyanın "Sonoma" qəzeti 28 May – Respublika günü münasibətilə Azərbaycan xalqını təbrik edən sadə amerikalı vətəndaşın məktubunu dərc etmişdir"
 "Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu". 2022-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-07.
 "Respublika günü". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-22.
 "Azərbaycanda 28 may – Respublika günüdür". 2010-05-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-05-26.
 "28 may – Respublika Günü". 2011-05-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-05-26.
 "Respublika Gününün adının dəyişdirilməsi haqda qanun qəbul edildi". 2023-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-18.
 "May 28 proclaimed as Azerbaijan National Day in Washington". 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
 "May 28 declares "Azerbaijani National Day" in the U.S., Nevada". 2024-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
 "West Hollywood declares May 28 "Azerbaijan National Day"". 2024-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
 "Arizona state declares May 28 "Azerbaijan National Day"". 2024-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.

Zefertv.az Məhəmməd Osmanov.