ŞƏHİD BİZİM AND YERİMİZDİR
Baxılıb: 19 Tarix: 14-09-2025 15:40
Dünya qədər yaşı olan doğma odlar yurdum Azərbaycanın hər qarışı bizə əzizdir.Vətən deyiləndə ürəyimizdəki sevgi aşıb daşır.Sevgimizi onu qoruyaraq uğruna can fəda edərək sübut etmişik hər zaman.Biz bir millət olaraq ölkəmizdə hər zaman sülh olmağını istəmişik.Gələcək nəsillərə sağlam bir vətən buraxmaq bizim borcumuzdur.







Bu uğurda can alıb can verdik ki,azad firavan yaşayaq.
Canını qorxmadan vətənə fəda edən igidlər sırasında qəhrəman Ramil də adını tarixə yazdırdı. 20 Sentyabr 2023-cü ildə
Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal antiterror əməliyyatları zamanı Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Ramil Rəhimov da qəhrəmancasına iştirak etmiş və şəhid olmuşdur.O,II Şəhidlər Xiyabanında dəfn edilib.
Ailəlidir bir qız övladı var.
Vətən oğullarının xatirəsini hər zaman əziz tutmaq bizim vətəndaşlıq borcumuzdur.Bu yolda sayılıb seçilən ziyalı insanlar var.
R.Rəhimovun xatirəsinə həsr olunmuş anım tədbirini böyük Vətən eşqi ilə həyata keçirən 20-dən çox vətənpərvər kitabların müəllifi ziyalı şair Raziyə Kamil qızı 10 sentyabr 2025-ci ildə vətənsevər,şəhid sevərləri,şəhid ailələrini qaziləri Ramil işığına topladı.
Mərasim Azərbaycan Respubilkasının dövlət himni və şəhidlərin əziz xatirəsini yad etməklə açıq elan edildi.Mərasimdə çıxış edənlər şəhidin xatirəsi ni ehtiramla yad etdilər.

www.zefertv.az "a istinadən xəbər veririk ki,silsiləli şəkildə davam edən belə tədbirlər daima tarixdə nümunəvi bir addım olaraq qalacaq.
Mərasimin sonunda bədii kompozisiyalar göstərilib və xatirə fotoları çəkilib.
Ruhu şad olsun igidimizin




Müəllif:Yazar Dəniz Rüzgar
Zefertv.az