27 Sentyabr – Anım Günü
Baxılıb: 68 Tarix: 27-09-2025 00:45
Vətən müharibəsi şəhidlərinə Uca Tanrıdan rəhmət, qazilərimizə şəfa diləyirik.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Əziz Şəhidlərimizin xatirəsini bu müqəddəs Anım Günündə ehtiramla yad edir, onların ruhları qarşısında baş əyirik. Onların qəhrəmanlığı və fədakarlığı sayəsində xalqımız Zəfərə çatdı, üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda ucaldı.
Qəhrəman oğullarımızın tarixi sənədləri və xatirələri gələcək nəsillərə Vətən təəssübkeşliyi və Vətən sevgisinin ən böyük örnəyi olaraq ötürüləcək. Onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.
Allah Şəhidlərimizə rəhmət eləsin!
Zefertv.az