Reklam
Reklam
Xəbər lenti
Dünən, 16:18

6-10-2025, 17:47

3-10-2025, 23:49

2-10-2025, 11:09

30-09-2025, 00:53

29-09-2025, 17:13

29-09-2025, 11:07

28-09-2025, 21:32

27-09-2025, 00:45

22-09-2025, 22:46

15-09-2025, 15:47

14-09-2025, 15:40

14-09-2025, 14:36

11-09-2025, 13:29

6-09-2025, 15:30

5-09-2025, 15:14

3-09-2025, 22:00

30-08-2025, 20:46

30-08-2025, 18:58

29-08-2025, 15:55

25-08-2025, 00:25

24-08-2025, 20:19

16-08-2025, 12:32

14-08-2025, 07:12

8-08-2025, 23:54

7-08-2025, 13:43

6-08-2025, 22:16

26-07-2025, 11:47

23-07-2025, 21:33

11-06-2025, 08:12

Ən çox oxunanlar
Reklam
Reklam

Leyla Əhmədova-ya xüsusi Təbriklər!

Baxılıb: 66     Tarix: 18-10-2025 16:18   
SİZİ TƏBRİK EDİRİK!
Leyla Əhmədova
Qəhrəmandır işdə, gücdə,
Öz yeri sevgidə, məhəbbətdə.
Vətən sevgisi ilə alışıb, yanır,
Nurlu gələcəkdir Vətən qızları.
“Atalar deyib ki, aslanın erkəyi, dişisi olmaz.”Vətən eşqini hər zaman qəlbinin dərinliyində daşıyan, xeyirxah və mərd bir xanımdır mənim qəhrəmanım — Leyla Şəmsi qızı Əhmədova.
O, 17 oktyabr 1965-ci ildə qədim Borçalı mahalının Dmanisi şəhərində vətənpərvər bir ailədə dünyaya gəlib. Dünyaya gəlişi ilə ailəyə sevinc, nənə-babasına fərəh bəxş edib. Uşaqlıq illərindən vətənə məhəbbət, doğma yurda bağlılıq ruhunda böyüyüb.
Ailənin sevincli günləri bir-birinin ardınca axıb gedirdi. Zamanla həyat öz axarına düşdü və artıq 35 ildir ki, Leyla xanım Rusiyanın Rostov vilayətində yaşayır.
Borçalı mahalının Başkeçid kəndindən olan bu ali təhsilli hüquqşünas, sahibkar, tanınmış diaspor fəalı və rəhbəri, vətənpərvər, xeyirxah və insanpərvər xanım — Leyla Əhmədova — hər zaman ürəyi Vətən eşqi ilə döyünən, doğma torpağından qürurla danışan bir Azərbaycan qadınıdır.

1973–1983-cü illərdə Gürcüstan Respublikasının Dmanisi şəhərində orta məktəbdə təhsil almış, daha sonra Moskva Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdur. 1988-ci ildə ali təhsilini uğurla başa vurmuşdur.

Hazırda Leyla xanım Rostov vilayətinin Aksay rayonunda yaşayır. O, xeyirxah əməlləri ilə tanınır, sevilir və ictimai işlərdə daim fəallığı ilə seçilir.
"Xarıbülbül", "Xurşidbanu Natəvan", "Zirvə" və "Zəfər" mükafatlarının laureatıdır.

Leyla xanım Azərbaycana hər gəlişində bölgələrə səfərlər edir, şəhid ailələrini və onların məzarlarını ziyarət edir, şəhid analarının qəlbini ovundurmaq, az təminatlı ailələrə dəstək olmaq üçün var gücü ilə çalışır.

Qeyrətdə kişidir, ürəkdə aslan,
Səni çiçək kimi bəsləyib anan.
Vətən sevgisidir ürəkdə yanan,
Nurlu gələcəkdir Vətən qızları.
Nurlu gələcəyə, işıqlı sabahlara doğru inamla addımlayan Leyla Əhmədova ailəlidir, üç övladı var. Ona gələcək fəaliyyətində bol uğurlar arzulayırıq!
Bu gün, 17 oktyabr — Leyla Əhmədovanın doğum günüdür.
Övladları, nəvələri, doğmaları və bütün yaxınları onu ürəkdən təbrik edir, yeni yaşında sağlamlıq, sevinc və uğurlar diləyirlər.

Raziyə Kamilqızı
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü

Zefertv.az