Reklam
Reklam
Xəbər lenti
26-02-2024, 21:48

22-02-2024, 16:43

19-02-2024, 19:56

12-02-2024, 17:27

7-02-2024, 14:03

7-02-2024, 14:03

7-02-2024, 14:03

4-02-2024, 23:03

4-02-2024, 00:34

1-02-2024, 20:11

1-02-2024, 20:05

29-01-2024, 10:49

29-01-2024, 02:53

26-01-2024, 00:41

9-01-2024, 18:24

9-01-2024, 18:20

4-01-2024, 17:20

3-01-2024, 00:23

31-12-2023, 23:59

31-12-2023, 13:44

26-12-2023, 18:17

15-12-2023, 19:48

9-12-2023, 12:05

7-12-2023, 17:23

4-12-2023, 22:29

22-11-2023, 05:59

22-11-2023, 05:39

5-11-2023, 18:04

5-11-2023, 12:33

30-10-2023, 18:43

Ən çox oxunanlar
Reklam
Reklam

Bakı Marafonu 2022”də start həyəcanı.

����: 15-05-2022, 14:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2022” keçirilib.
Mayın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci dəfə Bakı marafonu təşkil olunub.

“Bakı Marafonu 2022”-də 15 minədək iştirakçı qeydiyyatdan keçib.

Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də bir sıra digər ölkələrdən iştirakçılar marafonda iştirak üçün müraciət ediblər. Qeydiyyatdan keçənlər sırasında ABŞ, Almaniya, BƏƏ, Böyük Britaniya, Çin, Fransa, Kamerun, Nigeriya, Qazaxıstan, Rusiya, Türkiyə, Ukrayna, Uqanda və digər ölkələrdən iştirakçılar var.

2016-cı ildən təşkil edilən Bakı marafonu idmanın inkişafına dəstək, sağlam həyat tərzinin təbliği məqsədi daşıyır.  

“Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonu bu il fərqli marşrutda təşkil edilir. Yarışın start nöqtəsi ilə yanaşı finişi də Dövlət Bayrağı Meydanında olacaq.

21 kilometrlik məsafəni əhatə edən marafon bu marşrut üzrə keçirilir: Dövlət Bayrağı Meydanı - Dənizkənarı Bulvar - Bakı Beynəlxalq Dəniz Vağzalı - Neftçilər prospekti - Bakı Ağ Şəhər bulvarı - Xəqani Rüstəmov küçəsi – Bakı Ağ Şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi -Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, Cavanşir körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi - Neftçilər prospekti (Hökumət Evi, Muzey Mərkəzi, Kukla Teatrı, Qız qalası, Azneft dairəsi), Bakı Funikulyoru, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) və Dənizkənarı bulvar boyunca (Su İdmanı Sarayının arxası, Bakı Kristal Zalı) - Dövlət Bayrağı Meydanı.

Marafonda daun sindromlu və fiziki məhdudiyyətlı şəxslər də iştirak edir. Yarış zamanı ilk start daun sindromlu şəxslər, daha sonra isə fiziki məhdudiyyətli şəxslər üçün start veriləcək. 3-cü start isə ümumi iştirakçılar üçün olacaq.

Marafon iştirakçıları, şəhər sakinləri və qonaqlar üçün Dövlət Bayrağı Meydanında əyləncə zonası da yaradılıb. Burada yarış ərzində müxtəlif əyləncə, konsert proqramları, yarışlar, idman tədbirləri keçiriləcək. 

Qeyd edək ki, bu cür marafonlar indiyədək Barselona, Berlin, Boston, Çikaqo, İstanbul, London, Nyu-York, Paris və digər şəhərlərdə təşkil olunub. Tam marafon yarışının məsafəsi 42 kilometr, yarı marafonun məsafəsi isə 21 kilometrdir.
Layihə Azərbaycanda region sakinləri tərəfindən böyük maraqla qarşılandığından 2017-ci ildə Gəncə şəhərində də yarımarafon təşkil olunmuşdu.
 
Zefertv.az Məhəmməd Osmanov
����������� 0 ���������: İdman ������� : ������

“Zəfər Liqası” turnirinin püşkü atılıb

����: 21-10-2021, 23:15
 8 noyabr - Zəfər Gününə həsr olunan “Zəfər Liqası” turnirində Azərbaycanın 12 Könüllü təşkilatı iştirak edəcək və komandalar 4 qrupda mübarizə aparacaq. 
  Affa.az-a istinadən verilən məlumata görə Oktyabrın 23-də start götürəcək yarışa noyabrın 5-də keçiriləcək final qarşılaşması ilə yekun vurulacaq.
 AFFA-nın inzibati binasında keçirilən püşkatma mərasimində AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə və turnirdə mübarizə aparacaq müxtəlif dövlət qurumlarını təmsil edən könüllü təşkilatlarının nümayəndələri iştirak edib. 

Affa.az
Zefertv.az Məhəmməd Osmanov 
����������� 0 ���������: İdman ������� : ������

Ronaldo barədə yeni iddia: “Real”

����: 12-03-2021, 12:12
Kriştiano Ronaldonun bu mövsümün sonu "Yuventus"u tərk edəcəyinə dair xəbərlər sürətlə yayılmaqdadır.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Turin təmsilçisinin Çempionlar Liqasının 1/8 finalında mübarizəni dayandırmasından sonra portuqaliyalı ulduzun gedəcəyinə daha iddialar daha da artıb. Bu dəfə isə futbolçunun adı keçmiş klubu "Real"la hallanmağa başlayıb.
"El Chiringuito" TV-nin Tvitter səhifəsi yazır ki, futbolçunun meneceri Jorje Mendeş bu günlərdə Madrid klubunun prezidenti Florentino Pereslə görüşüb. Görüşdə Kriştianonun sabiq komandasına qayıtması məsələsi müzakirə olunub.
Qeyd edək ki, daha əvvəl Ronaldonun karyerasını "İnter Mayami" və ya PSJ-də davam etdirə biləcəyinə dair də xəbərlər yayılıb.

����������� 0 ���������: İdman ������� : ������

Zədələnən futbolçuya görə “Qalatasaray” böyük məbləğdə pul alacaq

����: 9-03-2021, 22:03
FIFA "Qalatasaray"ın futbolçusu Kristian Luyindamanın Konqo Demokratik Respublikası millisinin heyətində zədələndiyinə görə kluba böyük məbləğdə ödəniş edəcək.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Qalatasaray" klubundan məlumat verilib.
"FIFA Luyindamanın zədələnməsinə görə klubumuza 736 193 avro ödəyəcək", - deyə klubdan bildirilib.
Məbləğ FIFA-nın "Questgates" sığorta şirkəti tərəfindən təmin olunacaq.

����������� 0 ���������: İdman ������� : ������

“Reyncers” on illik fasilədən sonra Şotlandiya çempionu oldu

����: 7-03-2021, 18:50
Bir zamanların məşhur futbolçusu, “Liverpul” əfsanəsi Stiven Cerardın baş məşqçisi olduğu Qlazqonun “Reyncers” klubu Şotlandiya çempionu olub.
“Haber Global”ın məlumatına görə, komanda əsas rəqibi “Seltik”in doqquz illik təkbaşına “hakimiyyətinə” son qoyub.
Məlumata əsasən, “Seltik”in bu gün keçirilən qarşılaşmada “Dandi Yunayted”lə qolsuz heç-heçə etməsinin ardından, “Reyncers” birinciliyin bitməsinə altı tur qalmış öz çempionluğunu rəsmiləşdirib.
Beləliklə də, Qlazqo kollektivi öz tarixi ərzində 55-ci dəfə Şotlandiya çempionu titulunu qazanıb.

����������� 0 ���������: İdman ������� : ������

"Penaltini Ronaldu kimi vurmuram" - Anatoli Nuriyev

����: 4-03-2021, 20:39
Ukraynanın "Minay"ının əslən azərbaycanlı hücumçusu Anatoli Nuriyev "football24.ua" saytına müsahibə verib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, müsahibə zamanı penaltiləri düzgün yerinə yetirməsi haqda danışıb: "Aşağı liqalarda heç vaxt penaltini boşa verməmişəm. Ardıcıl 14 zərbəmin hamısı dəqiq olub. Bunun xüsusi bir sirri yoxdur. Bəzən topu qapıçıya tərəf vururam, bəzən də küncləri nişan alıram. Topa yaxınlaşırsan və qərar verirsən. Bu, psixologiyadır. Bu mövsüm Premyer Liqada 2 penaltidən yararlana bilməmişəm. Bundan sonra eyni əminlik olmadı".
24 yaşlı hücumçu 11 metrlik cərimə zərbələrini "Yuventus"un futbolçusu Kriştianu Ronaldu kimi yerinə yetirmədiyini də söyləyib: "Yəqin, mənim əsas hiyləm budur. Heç vaxt topu Ronaldu kimi bir küncə vurmuram. O, tez-tez sol küncü nişan alır, bəzən isə sağı seçir. Mən isə   mərkəz, sağ və sol küncləri hədəf alıram".
O, Azərbaycanla bağlılığı haqda verilən sualı da cavablandıb. "Uli babam Azərbaycanda anadan olub. Əvvəlcə Kiyevə, sonra isə buraya - Zakarpatyeyə gəliblər. Babam və atam isə burada dünyaya gəliblər".
Qeyd edək ki, Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin Azərbaycan millisinə cəlb olunması istiqamətində sənədləşmə işləri davam edir.

����������� 0 ���������: İdman ������� : ������

Buffon karyerasını bitirəcəyi tarixi AÇIQLADI

����: 3-03-2021, 20:17
Bu yaxınlarda təhqirə görə cəzalandırılan əfsanəvi italyan qapıçı Canluici Buffon karyerasını nə zaman bitirəcəyini açıqlayıb.
“Başımda müəyyən bir “stop” işarəsi var, maksimum hədd. Bu, 2023-cü ilin iyun ayıdır. Bu son tarix, ən son tarixdir. Bununla yanaşı, karyeramı yaxın dörd ayda da bitirə bilərəm”, - Lent.az xarici mediaya istinadla bildirir ki, “Yuventus”un qapıçısı deyib. 
43 yaşlı Buffon bu mövsüm Turin klubunda 10 oyun keçirib və onun altısında qapıdan top buraxmayıb. 
Xatırladaq ki, Buffon buna qədər Maldinin İtaliya çempionatındakı əfsanəvi rekordunu keçib. “Yuventus”un 43 yaşlı qapıçısı “Milan”ın keçmiş müdafiəçisini A Seriyasındakı oyunlara görə geridə qoyub.
Buffon karyerasında 10 dəfə İtaliya çempionu olub, 4 dəfə ölkə Kuboku və 7 dəfə Superkuboku qazanıb.
O, PSJ-nin heyətində 1-ci Liqanın qızı medalını və Fransa Superkubokunu əldə edib. “Parma” ilə UEFA Kubokunda qalib olub. 2006-cı ildə isə İtaliya millisinin heyətində dünya çempionu olub.

����������� 0 ���������: İdman ������� : ������

Korotçenko: “Erməni müxalifəti ölkədə hakimiyyət dəyişikliyi üçün kütlə toplaya bilmədi”

����: 9-01-2021, 17:30


Erməni müxalifətinin ölkədə hakimiyyəti dəyişdirmək üçün xalqı toplamaq cəhdləri nəticəsiz qalıb.
“Vestnik Kavkaza”nın məlumatına görə, bu barədə Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko özünün “Telegram” kanalında xəbər verib.
“Belə görünür ki, erməni müxalifəti havaya sovrulub. İrəvanda antipaşinyan mitinqləri mövcud hökuməti zorla yıxmağa hazır kritik həddə narazı kütlə toplaya bilmədi”, - deyə o, bildirib.
Ekspertin sözlərinə görə, bu, erməni xalqının əksəriyyətinin İkinci Qarabağ müharibəsinin nəticələrini son reallıq kimi qəbul etdiyini və daha çox sarsıntı istəməməsini göstərir.
“İndi heç vaxt “Böyük Ermənistan” olmayacaq – HEÇ VAXT, amma beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ermənistan var. Müxalifət əgər yaradıcılıq əməyinə sahibdirsə, qoy onu inkişaf etdirsin. Necə deyərlər - arbayten!", - deyə Korotçenko sözlərini yekunlaşdırıb.


����������� 0 ���������: Manşet / Seçilənlər / Xəbər / Şou-biznes / Gözəllik / Müsahibə / Maraqlı / İdman / İqdisadiyyat ������� : ������

Azərbaycanda daha 21 nəfər koronavirusdan öldü: 633 yeni yoluxma

����: 9-01-2021, 17:30


Azərbaycanda koronavirusa (COVID-19) 633 yeni yoluxma faktı qeydə alınıb, 1682 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 21 nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 14072 nəfərə çatıb.
Ölkədə son sutka ərzində 9264, hazırkı dövrədək isə 2259555 test aparılıb.
Ümumi ölənlərin sayı 2890 nəfərdir.
Ümumi yoluxanların sayı 224050 nəfər, ümumi sağalanların sayı 207088 nəfərdir.


����������� 0 ���������: Manşet / Seçilənlər / Xəbər / Şou-biznes / Gözəllik / Müsahibə / Maraqlı / İdman / İqdisadiyyat ������� : ������

Ağcabədidə vaqon tipli ev yandı

����: 9-01-2021, 17:29


Ağcabədi rayonunda ümumi sahəsi 90 kvadrat metr olan vaqon tipli evin yanar konstruksiyaları 50 kvadrat metr sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.

����������� 0 ���������: Manşet / Seçilənlər / Xəbər / Şou-biznes / Gözəllik / Müsahibə / Maraqlı / İdman / İqdisadiyyat ������� : ������
����� ������ 1 2