Reklam
Reklam
Xəbər lenti
Dünən, 11:09

30-09-2025, 00:53

29-09-2025, 17:13

29-09-2025, 11:07

28-09-2025, 21:32

27-09-2025, 00:45

22-09-2025, 22:46

15-09-2025, 15:47

14-09-2025, 15:40

14-09-2025, 14:36

11-09-2025, 13:29

6-09-2025, 15:30

5-09-2025, 15:14

3-09-2025, 22:00

30-08-2025, 20:46

30-08-2025, 18:58

29-08-2025, 15:55

25-08-2025, 00:25

24-08-2025, 20:19

16-08-2025, 12:32

14-08-2025, 07:12

8-08-2025, 23:54

7-08-2025, 13:43

6-08-2025, 22:16

26-07-2025, 11:47

23-07-2025, 21:33

11-06-2025, 08:12

11-06-2025, 07:53

7-06-2025, 15:34

6-06-2025, 22:22

Ən çox oxunanlar
Reklam
Reklam

Şəhadət Elçisi

Baxılıb: 27     Tarix: 02-10-2025 11:09   
 Vətən uğrunda ömrünün gənclik illərini qurban verən yüzlərlə, minlərlə igid ən ali zirvədə cənnətin qapısını açdı özünə. Doğma yurd uğrunda can vermək böyük qürur və şərəfdir. Onları arxa cəbhədə tarixə qələmlə yazdırmaq isə ayrı bir qürur, ayrı bir sevgidir. Millət olaraq biz onların adlarının unudulmasını istəmirik, tanınmayan igidləri tanıtmaq istəyirik.
  Bu uğurda can verənlərdən biri də qəhrəman Elçin Həsənovdur. O, gənc yaşında Vətən üçün fədai oldu. Elçin Əvəz oğlu Həsənov 05 iyul 1970-ci ildə, isti bir yay günündə Füzuli rayonunun Arış kəndində zəhmətkeş bir ailədə anadan olub. Uşaqlıqdan Vətənə bağlı biri idi.
  Qarabağ işğal olunmağa başlayanda o da Vətən harayına səs verdi. Təəssüf ki, doğma kəndi uğrunda, 05 iyun 1993-cü ildə Füzulinin Arış kəndində şəhid oldu.
 Arzuları yarım qalan igidin bu gün, 01 oktyabr 2025-ci il tarixində Sabunçu Gənclər Evində anım tədbiri keçirildi. Tədbirdə Elçinin bacı-qardaşı, sinif və döyüş yoldaşları onun həyat və döyüş yolu haqqında danışdılar. 
 Tədbirin təşkilatçısı, vətənpərvər yazar Raziyə Kamil qızı şəhid ailələrini və Vətən sevərləri o gün Elçinin xatirəsinə həsr olunan mərasimə yığmışdı. Tədbirin sonunda Elçin haqqında qələmə alınan şeirlər səsləndirildi.
www.zefertv.az davamlı şəkildə qəhrəmanları işıqlandırmağı özünə borc bilir.
Allah rəhmət eləsin!
Müəllif: Dəniz Rüzgar