Reklam
Reklam
Xəbər lenti
Dünən, 11:09

30-09-2025, 00:53

29-09-2025, 17:13

29-09-2025, 11:07

28-09-2025, 21:32

27-09-2025, 00:45

22-09-2025, 22:46

15-09-2025, 15:47

14-09-2025, 15:40

14-09-2025, 14:36

11-09-2025, 13:29

6-09-2025, 15:30

5-09-2025, 15:14

3-09-2025, 22:00

30-08-2025, 20:46

30-08-2025, 18:58

29-08-2025, 15:55

25-08-2025, 00:25

24-08-2025, 20:19

16-08-2025, 12:32

14-08-2025, 07:12

8-08-2025, 23:54

7-08-2025, 13:43

6-08-2025, 22:16

26-07-2025, 11:47

23-07-2025, 21:33

11-06-2025, 08:12

11-06-2025, 07:53

7-06-2025, 15:34

6-06-2025, 22:22

Ən çox oxunanlar
Reklam
Reklam

Şəhid İlqar Adil oğlu Əhmədov

Baxılıb: 173     Tarix: 29-09-2025 17:13   
"Vətən mənim ruhumda, canımda, qanımda olur," – deyirdi Vətən oğulları.
Azərbaycanın müstəqilliyi və torpaqlarımızın toxunulmazlığı uğrunda canlarını fəda edən şəhidləri "Biz gəldi-gedərik, təki Vətən yaşasın" müqəddəs amalı birləşdirdi. Bu amalla yaşayan şəhidlər misilsiz iradə və yenilməzlik nümayiş etdirdilər. Onlara cəsarət verən, sıraları möhkəm edən məhz Vətən və xalq sevgisi idi.
 27 sentyabr 2020-ci il tarixi Azərbaycanın qəhrəmanlıq salnaməsində yeni səhifə açdı. Bu səhifə Azərbaycan əsgərinin şücaəti, zəfər yürüşü və Ordumuzun Vətən uğrunda savaşı ilə yazıldı. Azərbaycan Ordusu Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün müqəddəs ölüm-dirim savaşına qalxdı. Ərazi bütövlüyümüzün təmin olunması uğrunda igid oğullar şəhidlik məqamına ucaldılar.
 Vətən üçün canını fəda edən o oğullardan biri də İlqar Əhmədovdur.
 Əslən Qubadlı rayonu Çaytumas kəndindən olan Əhmədov İlqar Adil oğlu 04.04.1978-ci il tarixində Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsində zəhmətkeş bir ailədə anadan olub. Ailənin sevimli övladı idi.
 1985–1995-ci illərdə 100 nömrəli tam orta məktəbdə təhsil alan İlqar Əhmədov müəllimlərin və sinif yoldaşlarının sevimlisi idi. Qardaşı Vüqarla çox mehriban idilər, bir-birlərini çox sevirdilər. Beləcə illər ötüb keçir, qardaşlar qayğısız böyüyürdülər.
 1995-ci ildə orta məktəbi bitirən İlqar Q. Məmmədov adına Hərbi Dənizçilik Akademiyasının Elektro Mexanika fakültəsinə qəbul olur. Təhsil aldığı müddətdə müəllimlərin və tələbə yoldaşlarının rəğbətini qazanmışdı. Dördüncü kursda qiyabiyə keçir. Bu vaxtlarda idmanı çox sevən İlqar cangüdən kursunda təhsil və təlim keçir. 
 1998-ci ildə hərbi xidmətə yollanır və Tərtər rayon "N" saylı hərbi hissədə xidmətə başlayır. Xidməti zamanı komandirlərin verdiyi tapşırıqları çevik və dəqiq yerinə yetirən kəşfiyyatçı kimi bütün komandir heyətinin sevimlisi idi. Bir il səkkiz ay nümunəvi əsgər kimi xidmət edən İlqar Əhmədov 26.01.2000-ci il tarixində, soyuq qış günündə, verilən tapşırığı yerinə yetirərkən mənfur düşmənin basdırdığı minanın partlaması nəticəsində şəhidlik zirvəsinə ucaldı.
 Leyla ana nəmli gözlərini silərək deyir: "İki oğlum vardı. İlqar şəhid oldu. O, uşaq vaxtlarından çox vətənpərvər idi. Kəndə gedəndə həyətdən meyvə yığıb dağa, əsgərlərin yanına qalxardı. Elinə-obasına çox bağlı idi. Vüqar isə qardaşının yoxluğu ilə heç barışa bilmədi və qəflətən ürək tutmasından dünyasını dəyişdi. İndi həyat yoldaşımla tək qalmışıq, amma oğullarımla qürur duyuram. Deyirəm: İlqar oğlum, ruhun şad olsun! Vətən torpaqları azad olsun. Azərbaycan bayrağı qürurla dalğalanır. İlqar, Vətən uğrunda al qanını tökərək canını qurban verdi."

Qarabağ Azərbaycandır!

Raziyə Kamilqızı
AYB və AJB-nin üzvü