Məhəmməd Osmanov Türk Film Günlərində: Sənətlə Birlik!
Baxılıb: 89 Tarix: 28-09-2025 21:32
Bakıda keçirilən 8-ci Azərbaycan Türk Film Günləri bu ayın 26-sı Nizami Kino Mərkəzində qala gecəsi ilə açılıb, tanınmış simalar da qatılıb.



ZeferTV.az

Tədbir Mədəniyyət və Turizm Nazirliklərinin dəstəyi ilə Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı ilə 26-30 Sentyabr tarixlərində baş tutub.

Fəxri qonaq "Yeşilçam"ın ulduzu Hülya Koçyiğit olub. Açılışda onun rol aldığı məşhur "Gəlin" filmi nümayiş etdirilib. Aktyor Berk Oktay da daxil olmaqla, digər tanınmış sənət adamları da iştirak ediblər. Filmlərin nümayişi 5 gün davam edəcək və tamaşaçılar Nizami Kino Mərkəzində onlara pulsuz baxa biləcəklər.

Tədbirdə iştirak edən, daha öncə İstanbulda bir çox layihələrdə, xüsusən də reklam üzü olaraq fəaliyyət göstərən gənc sima bu cür tədbirlərin əhəmiyyətini vurğulayaraq bildirib: "Bu kimi tədbirlər mədəni əlaqələri gücləndirməyə xidmət edir. İncəsənət vasitəsilə ortaq tarix və dəyərlərə diqqəti cəlb edir." Qeyd edək ki, Məhəmməd Osmanov Vətənə dünyaca məşhur "Sea Breeze"də yay tətili üçün gəlmişdir.
