TÜRKBİRKON GENEL BAŞKANI HAKAN AKTÜRK ZAUR ALİYEV'İ ZİYARET ETTİ
����: 26-10-2023, 01:28
TÜRKBİRKON(TÜRK DÜNYASI VE ULUSLARARASI IŞ DÜNYASI YATIRIM BİRLİGİ KONFEDERASYONU)GENEL BAŞKANI HAKAN AKTÜRK AZERBAYCAN BAKÜ DEVLET ÜNİVERSİTESİ HUKUK FAKÜLTESİ DEKANI ZAUR ALİYEV'İ ZİYARET ETTİ.
TÜRKBİRKON GENEL BAŞKANI AKTÜRK;Dünya üniversiteleri arasında üstün başarılara imza atan bu güzide üniversitemizin HUKUK FAKÜLTESİ DEKANI sayın ZAUR ALİYEV'ın ziyaretimizi kabulü bizim için onurdur.AZERBAYCAN TÜRKİYE kardeşliğinin önemli mimarlarından olan ZAUR beyin TÜRKIYE CUMHURİYETİNE ve TÜRKİ CUMHURIYETLERİNE olan yakınlığını ve hassasiyetini dikkatle takip ediyoruz.BAKÜ DEVLET UNİVERSİTESI gibi güzide bir eğitim yuvasının HUKUK FAKÜLTESİ DEKANLIGI'nın sorumluluğunu omuzlarında taşıyan değerli kardeşimizin yetiştirdiği ve yetiştireceği tüm insanlığa yararlı olacak adalet ilkelerinin toplumun mihenk taşlarından olduğunun bilincindeyiz .Değerli dekanimiz sayın ZAUR ALİYEV'e bundan sonraki hayatında başarılarının devamını dileyerek AZERBAYCAN TÜRKIYE arasındaki kardeşlik ilkelerine olan hassasiyetinden dolayı da ayrıca teşekkürlerimi bir borç biliyorum.TÜRKBİRKON(TÜRK DÜNYASI VE ULUSLARARASI İŞ DÜNYASI YATIRIM BİRLİGİ KONFEDERASYONU)AİLESİ VE GENEL BAŞKANI OLARAK şahsım adına da herzaman değerli DEKANIMIZIN KARDEŞİMİZİN yanındayız.
BAKÜ DEVLET ÜNİVERSITESI HUKUK FAKÜLTESI DEKANIMIZ sayın ZAUR ALİYEV vesilesi ile de Üniversiteler arasında Dünya sıralamasında önemli yer tutan BAKÜ DEVLET ÜNİVERSİTESİ'nin degerli REKTORÜ ;SUBE MÜDÜRLERİ; OĞRETMENLERİ 'nede ayrı ayrı sevgi ve saygılarımı bildiriyorum.Dedi.
Zefertv.az Muhammed Osmanlı


Zefertv.az Muhammed Osmanlı
2016-cı il Aprel döyüşlərinə həsr olunan tədbirdə Şəhidlerimiz ehtiramla anıldı.
����: 5-04-2023, 13:40
2016-cı il aprelin əvvəllərində Azərbaycanın on xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu aprel döyüsləri kimi tarixləşdi.









Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi.Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonun Çocuq Mərcanlı,Lələtəpə yüksəkliyi,Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonun Madagiz kəndi azad olundu.

Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini,ədalətin bərpa olunacağını göstərdi.
Ali Baş Komandan İlham Əliyev cənabları sözləri ilə bir daha təsdiqləyir ki,Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə verilməyəcək, "Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi Azərbaycanın tərkibindədir,gələcəkdə də olacaq."

Yasamal rayonu Heydər Əliyev mərkəzində Aprel döyüslərində şəhidlik zirvəsinə ucalan igid şəhidlərin xatirəsinə həsr olunmuş "Vətəni şücaəti ilə sevdirəmlər"adlı tədbir kećrildi. Nigar xanım gələn qonaqları salamlayaraq tədbiri aćıq elan etdi.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirələri ehtiramla anıldı.Daha sonra isə Raziyə Kamilqızı çıxış edərək Apel döyüşlərində qəhramanlıq göstərən igid oğullar haqqında məlumat verdi.

Tədbirdə iştirak edən şəhid ailələri,qazilər,ziyalılar çıxıslarında qəhraman oğulları ehtiramla yad etdi.Aprel döyüşlərni əks etdirən film nümayiş olundu.Tədnirin bədii hissəsində Aprel döyüslərinə həsr edilmiş kompazisiya və vətənpərvər məktəblilər şerlər səsləndirdilər.
Uğur yolu.





Zefertv.az
Şəhid Həsənov Əsəd (16.04.1988 - 01.10.2020)
����: 21-03-2023, 16:35
Adı: Həsənov


Soyadı: Əsəd
Ata adı: Fərhad
Doğum tarixi: 16.04.1988
Şəhid olub: 01.10.2020
Rütbəsi: Kapitan

“Hüseyn oğlum mənimlə həmişə fəxr etsin, çünki onun atası qəhrəman olacaq” deyə son vəsiyyətini yazıb göndərən kapitan Əsəd Həsənov dediyi kimi də etdi. O, şəhidlik zirvəsinə ucalaraq nəinki övladı, bütün Azərbaycanın fəxrinə çevrilən tarix yazan qəhrəmanlarımızdan biri oldu.
Əsəd Həsənov 1988-ci ildə aprelin 16-da İmişli rayonu Şahverdili kəndində dünyaya göz açıb. Həsənovlar ailəsi əslən Zəngəzurdan idi. Vətən həsrəti ilə yaşayan ailənin tək övladı olan Əsəd hələ kiçik yaşlarından hərbçi olmağı qarşısına məqsəd qoyub. Əsəd Ali Hərbi Məktəbə daxil olub, daha sonra bir zabit olaraq vətən keşiyində dayanıb.
Azərbaycan Ordusunun kapitanı olan Əsəd Həsənov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə Qərargah rəisi idi və Ermənistan Silahlı Qüvvələrinin mövqelərinin, üç batareyasının məhv edilməsində fərqlənib. Əsəd Həsənov oktyabrın 1-də Ağdam rayonu istiqamətində şəhid olub. İmişli rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Əsəd Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, Əsəd Həsənov ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilib.
Əsəd Həsənov "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə də təltif olunub.

Ailəli idi. 3 yaşlı Mələk adında qızı və 2 yaşlı Hüseyn adında oğlu yadigar qaldı.
Şəhidin anası Mələk Həsənova oğlundan fəxrlə və qürurla danışır: “Əsəd uşaq yaşlarından məğrurluğu, qürurlu olması ilə seçilirdi. Orta məktəbdə oxuyanda hərbçi olmaq istəyirəm. Evin tək oğlan övladı olduğu üçün əvvəl bir az israr etdik. Amma o dediyindən dönmədi. Mənə deyirdi ki, sən hərbçi anasısan, mən tək sənin yox, vətənin oğluyam. Biz də onunla hər zaman fəxr etdik."

Şəhidimiz haqqında zafertv.az xəbər portalına məlumatı bir daha Şəhidin xalası qızı Xəlilova Qönca verdi .
Zefertv.az Məhəmməd Osmanov
TÜRKİYE CUMHURİYETİ DEVLETİNİ PARÇALAYAMAYACAKSINIZ.
����: 21-03-2023, 09:17
TÜRKBİRKON(TÜRK DÜNYASI VE ULUSLARARASI İŞ DÜNYASI YATIRIM BİRLİGİ KONFEDERASYONU ) GENEL BAŞKANI HAKAN AKTÜRK 'DEN İRAN'A GÖZ DAGI.
TÜRKBİRKON GENEL BAŞKANI AKTÜRK;Irak’ın kuzeyindeki Duhok’un Çemanke nahiyesi yakınlarında geçtiğimiz günlerde içinde PKK’lı üst düzey yöneticilerin de bulunduğu 3’ü kadın 7 kişinin öldüğü helikopter kazasındaki gizem İRAN'a yakınlığı ile bilinen HAŞDİ ŞABİ MİLİSLERİNE ait olabileceği üzerinde duruluyor. Türkiye sınırından 30 kilometre derinlikteki Irak'ın kuzeyinde yer alan Duhok vilayetine bağlı Amediye ilçesinin Çemanke kasabasının Berkiyat köyü yakınlarında dün AS350 Eurocopter tipi bir helikopter düştü.


Helikopterde 3'ü kadın 7 kişi öldü, ölenlerin arasında terör örgütü PKK'nın üst düzey yöneticilerinin çıkması olayın gizemini arttırdı.
Helikopterin düştüğü yerin 2 yıl önce 13 asker ve polisin bir mağarada kurşuna dizilerek katledildiği Gara Dağı Siyani bölgesine ise çok yakın noktada olması aklımda soru işareti bıraktı.
Milli Savunma Bakanlığı, helikopterin TSK'ya ait olmadığını ve o bölgede uçuş gerçekleşmediğini açıklarken, menşei belirlenemeyen helikopterin İran'a yakınlığıyla bilinen Haşdi Şabi milisleri ile PKK'lıların ortak kullanımında olabileceği üzerinde duruluyor.TÜRKBİRKON GENEL BAŞKANI HAKAN AKTÜRK;SIKIŞAN TERÖRİST YÖNETİCİLERİ KURTARMA OLASILIĞI BEYNİMİ VE HAFIZAMI YENİLİYOR.

İstihbarat birimlerinin Irak Bölgesel Kürt Yönetiminin gizli haber alma servisi Parastin ve anti terör birimiyle yürüttüğü çalışmalar sonucunda, helikopterin bölgedeki yağışlardan kaynaklı oluşan buharlaşma ve sis sonucu hava muhalefeti sonucu yere çakıldığı belirlendi ancak benim için en önemli unsur
Düştüğü nokta şu anda TSK'nın Pençe Kilit harekatını yürüttüğü bölgede yer alıyor.
Burada ağır kayıplar veren terör örgütü PKK'nın sıkışan üst yönetim kademesindeki teröristlerin bulundukları çemberden çıkamadıkları için bölgeden alınmaları için de terör örgütü PKK'yla uzun zamandan beri işbirliği içinde olan Haşdi Şabi milislerince bölgeye uçuş gerçekleştirilmiş olabileceği üzerinde düşünüyorum.Olumsuz hava koşulları nedeniyle uçuşun gerçekleştirilemeyeceği bir günde zorunlu gerçekleştirilen bu uçuşun bölgedeki üst düzey PKK'lıları kurtarmak için de yapılmış olabileceği değerlendirmeliyiz.PKK ve Haşdi Şabi 10 Ekim 2021'de Irak'ta gerçekleştirilen parlemento seçimlerinde Yezidi nüfusun ağırlıkta olduğu Sincar bölgesinde aynı adayları destekleme kararı almıştı.
Terör örgütü PKK'nın Pençe Kilit bölgesinde sıkışan yöneticilerinin bu alandan alınması için Haşdi Şabi'nin helikopterli destek vermiş olabileceği üzerinde durulması gerektiğini düşünüyorum.ABD VE FRANSA UÇUŞ EĞİTİMİ VERMİŞTİ.
Bu kaza aklıma Suriye'nin kuzeyinde ana omurgasını terör örgütü PKK-YPG'nin oluşturduğu sözde Suriye Demokratik Güçleri’ne (SDG) ABD'li üst düzey askeri yetkililerin verdiği havacılık eğitimi ile helikopterle ortak tatbikatı getirdi.
Suriye'nin kuzeyindeki Haseki vilayetine bağlı El Malikiye, El Kâhtaniye, Hol, Tel Rifat bölgelerinde ABD'li üst düzey generaller, helikopterle terör örgütü PKK'nın üst düzey yöneticileri ile birlikte uçuş yaparak IŞİD'in barındığı alanları havadan tespit ederek işaretlemişlerdi.
4 yıl önce Suriye'nin kuzeyinde ABD helikopterinde terör örgütü PKK'nın üst düzey yöneticilerinden olan Hakkari Yüksekova'daki Dağlıca ve Aktütün Karakol baskınlarında 36 askerimizi şehit eden Suriye uyruklu Çiya Muhammed kod adlı Azad Simi görüntülenmişti.
Terör örgütü PKK'ya, ABD ve Fransız askeri yetkililer iki yıl önce Mühbiç'te havacılık eğitimi de vermişti.
Çok sayıda terörist Paramotor eğitimi aldıktan sonra Mühbiç'ten havalanarak Hatay'ın Amanos dağlarına iniş yapmışlardı.TÜRK DÜNYASI VE ULUSLARARASI İŞ DÜNYASI GENEL BAŞKANI AKTÜRK;BU HAİN VE ALÇAK PLANLARI KİMİN YAPTIGININ ÖNEMİ OLMAKSIZIN SÖYLÜYORUM KALLEŞCE GÜTTÜGÜNÜZ HİÇBİR TEHDİDİ GERÇEKLEŞTIREMEYECEKSİNİZ..TÜRKİYE CUMHURİYETİ DEVLETİ EN AGIR IMTIHANLARINI YAŞADIGI BU ZOR GÜNLERİNDE BİLE PKK TERÖR ÖRGÜTÜNÜN INLERINE GİRICEK GÜÇTE'DİR.TÜRKIYE CUMHURİYETI DEVLETINİ BÖLEMEYECEKSİNİZ .Dedi.
Zefertv.az Muhammed Osmanov
TMB TV ilə yeni layihələrə start verilir - Elçin Axundzadə arasında müqavilə imzalanıb.
����: 8-03-2023, 14:38
Türkiyənin 56 dövlətində yayımlanan TMB ( Türk Millətlər Birliyi) TV ilə azərbaycanlı iş adamı Elçin Axundzadə arasında müqavilə imzalanıb.

Zefertv.az

“Aylardır dostlarla üstündə işlədiyimiz televiziya layihəsinə başlayırıq. Bununla bağlı TMB TV ilə artıq müqavilə imzaladıq. Məqsədimiz Azərbaycanın mədəniyyətini, milli mətbəxini, musiqisini, turizm potensialını Türkiyədə və bu televiziyanın 56 dövlətdə yayımlanan filiallarında nümayiş etdirməkdi. Tanınmış yaradıcı komanda ilə başlayırıq. TolHazırladığımız verilişlərlə Azərbaycanın türk dilli dövlətlərdə daha da tanınacağına, ölkəmizə turist axınının sürətlənəcəyinə əminik. Dövlətimiz, xalqımız üçün uğurlu olsun”.
Bakidaki İclasda Taninmiş simalardan Əli Zairov, Kama Pekar, Nurane Andorova, Lalə Qezenfer, Könül Sultan, Zaur Şahmuradov(Menecer), Xəqani Muradov(Marketinq menecer), Məhəmməd Osmanov və müxtəlif qurum rəhbərləri iştirak etdi.
DÖVLƏTİ VƏ MİLLƏTİ ÜÇÜN KEÇƏN BİR ÖMÜR... HEYDƏR ƏLİYEV.
����: 7-12-2022, 01:49
TÜRKBİRKON-un prezidenti, Türkiyəli politoloq Hakan Aktürk Ulu Öndər Heydər Əliyevi hörmətlə yad edib.

Zefertv.az Muhamməd Osmanlı

“Müstəqillik əldə etdikdən sonra vətəndaş müharibəsi təhlükəsi, Dağlıq Qarabağ müharibəsi və iqtisadi böhranlarla mübarizə aparan Azərbaycana rəhbərlik edən, ölkəsinin üzünə sabitliyin, iqtisadi inkişafın qapılarını açan Ulu Öndər Heydər Əliyevi hörmət və minnətdarlıqla yad edirəm. O, müstəqillik əldə etdikdən sonra vətəndaş müharibəsi təhlükəsi, Dağlıq Qarabağ müharibəsi və iqtisadi böhranlarla mübarizə aparan ölkəsinə rəhbərlik edib, xilaskar rolunu oynayıb, “lider” adına layiq görülür”.
Ulu Öndər Heydər Əliyevin xalqına xidmət və Azərbaycan uğrunda mübarizə ilə keçən 80 illik həyatı 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan Muxtar Respublikasında başlayıb: “1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirən Heydər Əliyev sonralar Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olsa da, İkinci Dünya Müharibəsinin başlaması ilə orada təhsilini başa vura bilməyib.
Heydər Əliyev 1941-1944-cü illərdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Komissarlığının Gizli Arxiv İdarəsinin müdiri, Naxçıvan Xalq Komissarlığı Sovetinin şöbə müdiri vəzifələrində çalışıb. Uğurlu işi və analitik qabiliyyəti ilə rəhbərlərinin diqqətini çəkən Heydər Əliyev 1944-cü ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinə (DTK) işə qəbul olunur.
DTK-da karyerasını davam etdirən Əliyev 1967-ci ildə Azərbaycan DTK-nın sədri təyin edilmiş və ona general-mayor rütbəsi verilmişdir.
Heydər Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi seçilib və 1982-ci ilə qədər bu vəzifədə Azərbaycana rəhbərlik edib.
1982-ci ildə Moskvaya dəvət edilərək Sov.İKP MK Siyasi Bürosunun üzvü seçilən Əliyev SSRİ rəhbərliyində söz sahibi olan 19 nəfərdən biri olub və sədrin birinci müavini təyin edilib. O, 1987-ci ildə SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və SSRİ katibi Mixail Qorbaçovun siyasətinə etiraz edərək istefa verib, 1990-cı ildə Azərbaycana qayıdıb”.
Hakan Aktürk sözlərinə belə davam edib: “SSRİ-nin dağılması zamanı ölkəsinin problemlərinə biganə qalmayan Əliyev yenidən siyasi səhnəyə çıxıb və 1990-cı ildə həm Azərbaycan SSR, həm də Naxçıvan Muxtar Respublikasının deputatı seçilib.
1991-ci ildə ermənilərin Dağlıq Qarabağdakı ərazi tələblərinə qarşı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz edərək Kommunist Partiyasından istefa verən Heydər Əliyev parlament xarakteri daşıyan Naxçıvan Ali Sovetinin sədri seçildi müvafiq qanunlara uyğun olaraq Azərbaycan Ali Soveti Sədrinin müavini.
Azərbaycan müstəqilliyini elan edəndə Naxçıvanda vəzifəsini davam etdirən Heydər Əliyev 1992-ci il noyabrın 21-də bu gün hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasını yaradıb.
Heydər Əliyev vətəndaş müharibəsi təhlükəsini aradan qaldırmaq üçün xalq tərəfindən Bakıya dəvət edilmiş və 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilmişdir.
O, 1993-cü il oktyabrın 3-də keçirilən seçkilərdə qalib gələrək prezident oldu və ölkəsinin problemlərinin həlli üçün bütün gücü ilə fəaliyyətə başladı.
1991-ci ildə başlayan müharibənin davam etdiyi və ermənilərin Azərbaycan torpaqlarını işğal etdiyi Dağlıq Qarabağda ağır bir dövrdə prezident seçilən Əliyev ordunu gücləndirməklə işə başlayıb.
Silah və sursat texnikası təkmilləşdirilmiş Azərbaycan ordusu əks hərəkətlər edərək Ermənistan ordusunun hücumlarının qarşısını alıb. 1994-cü il mayın 4-5-də Bişkekdə Azərbaycanla Ermənistan arasında atəşkəs haqqında protokol imzalandı, şiddətli toqquşmalar dayandırıldı.
Ulu Öndər diplomatik manevrlərlə idarəni qanunsuz olaraq ələ keçirmək istəyən bəzi qüvvələrin üsyanlarını yatırtdı, xalqın dəstəyi ilə daxili təlatümlərə son qoydu və ölkədə sabitləşmə prosesinə addım atmağa imkan verdi.
Heydər Əliyev 7 ölkədən 11 şirkətlə Azərbaycanın ən böyük neft yatağı olan Azəri-Çıraq-Günəşli (AÇG) hövzəsinin istismarını və neftin gətirilməsini nəzərdə tutan “Əsrin müqaviləsi”ni imzalamaqla ölkənin iqtisadi inkişafının əsasını qoydu. Onun prezidentliyi dövründə ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən konstitusiyanı referendum yolu ilə qəbul etməklə ölüm hökmünü ləğv etdi.
Rəhbərliyi dövründə türkdilli dövlətlərlə, xüsusilə Türkiyə, Rusiya, ABŞ və Avropa ölkələri ilə yaxşı əlaqələr quran Heydər Əliyev beynəlxalq aləmdə ölkəsinin yerini daha da möhkəmləndirdi. O, 1998-ci il oktyabrın 11-də keçirilən seçkilərdə 76,1 faiz səs toplayaraq yenidən prezident seçilib. O, 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə də namizəd olub, lakin səhhətində yaranan problemə görə namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.
Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə aldığı ABŞ-da vəfat etmiş, dekabrın 15-də Bakıda Fəxri Xiyabanda dəfn edilmişdir”.
Zefertv.az Muhamməd Osmanlı
Aprel Zəfərinin 6-ci ildönümü qeyd edilib.(FOTO)
����: 2-04-2022, 23:29
Elza Paşayeva,Sevinc Leleyeva,Tünzalə Əliyeva kimi ziyalı insanların təşkilatçılıqı ilə məktəblilər öncə Fəxri Xiyaban,Şəhid anaların,daha sonra isə General Polad Həşimovun evini ziyarət etdi.
Azərbaycanın müasir hərb tarixinin şanlı səhifələrindən olan 4 günlük Aprel müharibəsindən 6 il keçir. Rəşadətli ordumuzun 2016-cı ildə təcavüzkar Ermənistanın işğalçı hərbi birləşmələrinə qarşı keçirdiyi bu əks-hücum əməliyyatı xalqımızın mübarizə və qələbə əzmini nümayiş etdirdi.



Zefertv.az Məhəmməd Osmanov

Aprel döyüşlərində şəhidlik zirvəsinə yüksələn hünərvər əsgər, gizir və zabitlərin xatirəsi bu gün dərin ehtiramla yad edilir. Onlar öz qanları, canları hesabına Qarabağın işğaldan azad edilməsi uğrunda mübarizənin yeni mərləsinin təməlini qoydular.
Allah şəhidlərimizə rəhmət etsin !





VƏTƏNPƏRVƏR. MƏKTƏBLİ
����: 11-06-2025, 07:53
Qazax rayonunda bir yaz günündə 01.06.2016-cı il tarixində gözəl bir ailədə dünyaya göz açan körpəyə İnci adı verdilər və dedilər bəxtində İnci dənələri kimi gözəl,saf olsun.



Zefertv.az

Allahyarlı İnci Emin qızı ailənin sonbeşeyi,nənə,
bababanın sevimli nəvəsi idi.İnci böyudukcə anası onda bir fitri istedadı olduğunu hiss edirdi.
İnci Allahyarlı Qazax rayonu Səməd Vurğun adına tam orta məktəbdə təhsil alır.Dərslərini yaxşı oxuyan İnci öz zehni,biliyi,fitri istedadı ilə sinif yoldaşları arasında seçilən şagirdlərdən biri olaraq müəllimlərin sevimlisidir.Dərslərini yaxşı oxuyan İnci məktəbdə keçirilən tədbirlərdə iştirak edir,şerlər səsləndirir.
İnci bu körpə qəlbi ilə ürəyindən keçənləri kağıza köçürür.Bu saf qəlbi ilə qələmə aldığı hekayələr,şerlər məktəbdə müəllimləri,sinif yoldaşları,ailə üzvüləri sevərək oxuyurlar indi elə Allahyarlı İnci Emin qızının qələmə aldığı "QARANQUŞ" adlı hekayəni və "PAYIZ" şerini sizlərin ixtiyarına veririk.
QARANQUŞ
Samirgilin məhləsində bir qaranquş yuva qurmuşdu.
Samir qaranquşun yuvası-
nı qurmasını kənardan izlə-
yirdi.Samir səbr edə bilmə-
yib kənardan çör-çöp
gətirib qaranquşun yuvası-
na qoyur.qaranquş gələndə
Samirin qoyduğu çör-çöpü
görüb dimdiyiylə çöpləri kənara atır...

PAYIZ
Payız gəldi yarpaqlar,
Bir-birinə qarışdı.
Uşaqlar çölə çıxıb,
Bir-biriylə oynadı.
Yarpaqların rəngləri,
Qırmızı,sarı,narıncı
Uşaqlar və böyüklər,
Payızı çox sevdilər.
İnci Allahyarlı

Allahyarlı İnci Emin qızına gələcək dərslərində ona zehin açıqlığı və uğurlu yollar diləyirik.
Qələmin iti olsun İnci Allahyarlı hər zaman yaz yarat.
Sənə uğurlar diləyirik.
Raziyə Kamilqızı
Zefertv.az
Amerikada çempion olan Azərbaycanlı döyüşçü Elvin Qəmbərov.
����: 7-06-2025, 15:34
Azərbaycanlı idmançı Amerikada professional döyüşlərini uğurlu davam etdirir.



Azərbaycan milli komandasında Bayrağımızı təmsil edən Elvin Qəmbərov 1992-ci ildə Astara rayonunun Kijebe kəndində anadan olub.
Qəbələ idman klubundan sonra E.Qəmbərov döyüşlərin Amerikada dəvam etdirib. Lazaro Jimenez adlı məşqçinin təklifini qəbul edərək Amerikaya yollanan E.Qəmbərovu dünya efsanesi Mayk Tayson-un məşkçisi Stacey McKinley Amerikada döyüşlərə hazırladı, və bir çox qələbələr qazandırdı. E.Qəmbərov Amerikada keçirdiyi 16 döyüşün hamısında qələbə qazanıb, döyüşlərin 14ün Nakautla bitirib.

Professional döyüşçü Diogo Cruzu məğlub edərək "WBC international champion” Kəmərinə layık görülmüştür.

Zefertv.az Məhəmməd Osmanov
Azərbaycan yazıçılar birliyinin Natəvan klubunda Leyla Mətinin "Sevgi mövsümü" adlı şeirlər kitabının təqdimatı keçirilib.
����: 6-06-2025, 22:22
Öncə torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin ruhu anılıb .
Tədbirin aparıcısı tanınmış yazıçı publisist Nəcibə İlkin yazarın yaradıcılıq fəaliyyətindən ətraflı söz açıb. Türkiyə Azərbaycan arasında olan qardaşlıq bağlarından geniş məlumatlandırıcı çıxışıyla tədbirə Türkiyədən qonaq gəlmiş Dünya Sənətçilər Dərnəyi rəhbəri Ramazan Seydaoğluna söz vermişdir. Azərbaycana ilk dəfə gələn Ramazan bəy burada olmasından məmnunluq bildirərək Azərbaycanı ədəbiyyata dəyər verən bir sənət ölkəsi kimi kəşf etdiyini qeyd edib . Daha sonra isə Dünya Ana və Uşaqlar İctimai birliyi rəhbəri Dünyaxanım Əliyeva, Carçı jurnalının təsisçisi Gülnarə Əmirquluyeva , Dəmir Yumruq Alfa Cəmiyyətinin rəhbəri şairə -Ülviyə Əsədova , Türkoloq alim Aytən Qurbanova, Qafqaz - İberoamerika Düşüncə Mərkəzinin rəhbəri Mahir Qurbanov , sayt rəhbəri Arif Süleymanlı və bir çox yazarlar,ziyalılar mediya nümayəndələri çıxış ediblər.İştirakçılar şairin şeirlərini oxuyaraq tədbirə rəng qatmaqla yanaşı şeirləri müzakirə ediblər.Sonda kitab imzalanıb və xatirə şəkilləri çəkilib.





Qeyd edək ki , şairin "Sevgi mövsümü"kitabı Türkiyədə Liz yayınları tərəfindən nəşr olunmuşdur və şairin sayca 3-cü kitabıdır.



Raziyə Kamilqızı
AYB və AJB- nin üzvü
�����
������