Binəqədi rayonunda qanunsuz tikililərə icazəni kim verir ?
Baxılıb: 1 178 Tarix: 01-09-2024 11:08
Vətəndaşların haqlı narazılığına səbəb olan məsələ qeydə alındı.
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yahya Hüseynov küçəsi ev 3 ünvanında yerləşən binanın sakinləri artıq media qurumlarına üz tutub. Səbəb isə dəfələrlə olan şikayətlərə lazım olan səviyyədə baxılmamasıdır.
Zefertv.az Mətbuat katibinə verilən məlumata görə Bakı Şəhər İcra Hakimiyyətinin balansında olan binanın yerləşdiyi məhəllənin onsuz da dar olan ərazisi bir az da daraldılır, yaşıllıq ərazisi və uşaq meydançası salmaq əvəzinə fərdi ev tikintisinin başlanması üçün göstəriş verirlər. Əraziyə çıngıl, armatur, qum, mişar daşı gətirilmiş, təməl beton işləri aparılmışdır. Sakinlər Binəqədi İcra Hakimiyyətinin qaynar xətt ilə əlaqə saxlasalarda, onlara Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə Nümayəndəliyindən Fərid adlı nümayəndə göndərəcəkləri deyilir. Lakin sakinlər xxx-xx- 17 tel. nömrəli Fərid adlı şəxsin məsələdən xəbərdar olduğundan, hətda ərazinin tikintiyə hazır olduğunu və sifarişçinin barmağı ilə göstərdiyi ərazidə tikintinin başlanmasına tapşırıq verdiyini bildiriblər, yəni elə Qurumlar özləri göndərmək istədiyi nümayəndə qanunsuz məsələdə iştirak etdiyini, qanunsuz tikintidən xəbərdar olduğu məlum oldu.
Fərid bəylə əlaqə saxladığımızda isə "mənlik bir şey yoxdur, rəsmi müraciət edin " kimi cavab vermişdir.
Qeyd edək ki sifarişçilərə əslində Xocasən qəsəbəsi ərazisində torpaq sahəsi ayrılmışdır.
Məsələ ilə bağlı lazım olan bir çok qurumlara məlumat verilmiş və şikayət ərizələri yazılmışdır. 1,2 gün ərzində tədbir görülmədiyi halda daha yuxarı qurumlara və Azərbaycan Respublikası Prezident Administrasiyasına məlumat veriləcəkdir.
Məsələ araşdırılır..
Zefertv.az