Reklam
Reklam
Xəbər lenti
28-05-2025, 13:29

16-05-2025, 18:46

12-05-2025, 14:11

28-04-2025, 02:59

25-04-2025, 14:04

15-04-2025, 22:58

9-04-2025, 12:07

5-04-2025, 01:23

5-04-2025, 00:31

31-03-2025, 03:10

30-03-2025, 03:45

30-03-2025, 03:41

29-03-2025, 19:58

25-03-2025, 07:11

14-03-2025, 02:35

14-03-2025, 02:26

10-03-2025, 16:52

8-03-2025, 13:13

8-03-2025, 13:13

6-02-2025, 00:30

3-02-2025, 15:27

27-01-2025, 10:00

19-01-2025, 23:32

18-01-2025, 19:21

18-01-2025, 10:18

7-01-2025, 17:37

2-01-2025, 10:33

29-12-2024, 18:01

29-12-2024, 17:40

25-12-2024, 18:59

Ən çox oxunanlar
Reklam
Reklam

Qarabağın Qartalları

Baxılıb: 228     Tarix: 16-05-2025 18:46   
 Bir vətən üçün ən böyük sevgi ona olan sədaqət və onun şan-şöhrətini qorumaq və dünyaya çatdırmaqdır.Hər bir vətəndaş tutduğu peşəsindən asılı olmayaraq vətəni üçün xeyirli işlər görməlidir. Vətən elə öz vətəndaşından,vətənin daşından torpağından başlayır.Nə xoş halımıza ki,təmiz bir ölkədə,azad bir xalq olaraq yaşayırıq.İllər boyu qoruduğumuz bu odlar ölkəsi çox düşmanın başını əzib.
Biz sadəcə içimizdə olan igidlərin gücünə,Ali Baş Komandanın əvəzedilməz siyasətinə,güvəndik.Bu yolda,can aldıq,can verdik amma halal torpağımızı geri qazandıq.Uğrunda vətən fədailəri olan igidlərin canı qanı bahasına alındı bu torpaq.İndi Arxa cəbhədə canla başla xidmət edən vətən sevdalı kişi qeyrətli insanlarımız,qadınlar var ki,yorulmadan xidmət edir....
Qəhrəmanlar ölkəsi olan Azərbaycanın yeraltı xəzinəsi olan şəhidlərimizin xatirəsi,torpağın üstündə vicdanla gəzən qələm sahibləri tərəfindən yaşadılır.Bu yolda bir neçə ildir qələmi ilə xidmət göstərən,vətənin qeyrətli xanımı şairə AYB və AJB üzvü Raziyə Kamil qızıdır.
20-dən çox kitablara imza atan yazarın daha bir kitabı oxucularına təqdim edilib.
Qeyd edək ki,kitabların hər biri vətən oğullarının həyat və döyüş yolunu əks etdirir.Necə qürurverici bir addımdır,alqışa layiqdir.
Zefertv.az xəbər verir ki,"Qarabağın Qartalları"adlı kitabın təqdimatı 14.05.2025-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri və Veteranlar Təşkilatında baş tutub.
Kitabın maliyyə dəstəkçisi,Vətəndən kənar yaşasa da ürəyi vətən şəhid eşqi ilə döyünən vətənpərvər,millətinə sadiq bir xanımın Leyla Əhmədovanın təşəbbüsü ilə ərsəyə gəlib.İki xanımın əməyi olan bu kitab,bir daha sübut edir ki,güc birlikdədir,aslanın erkəyi dişisi olmaz.
Leyla Əhmədova İllərdi Ukraynada müharibədə itkin düşən,həmvətənlərimizin nəşinin tapılıb ailələrinə təhvil verilməsində böyük rolu əməyi var.
Kitabın təqdimat mərasimi,igid oğulların xatirəsini yad etmək və dövlət himnimizin səslənməsi ilə açıq elan edilib.Tədbirdə çıxış edən şəhid ailələri,qazilər,
müharibə iştirakçıları,media nümayəndələri ziyalılar,kitab haqqında ürək dolusu fikirlər söyləyərək iki xanımı da ürəkdən təbrik edərək minnətdarlıqlarını bildiriblər.Kitab Azərbaycanın Milli qəhrəmanı Fred Asifin və onun timsalında igid oğulların xatirəsinə həsr edilib.
Daha sonra  kitablar igid oğulların ailələrinə təqdim edilib.Tədbirin sonunda xatirə fotoları çəkilib.
Zefertv.az'a istinadən
Müəllif:Yazar Dəniz Rüzgar
Zefertv.az