BORÇALIDAN QARABAĞA GEDƏN YOL
Baxılıb: 513 Tarix: 14-03-2025 02:26
İşıqlı sabahımsan,
Gözümün nurusan.
Mənim doğma elimsən
Canım Azərbaycanım!

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qəhramanlıqla şəhidlik zirvəsinə ucalan oğulların xatirəsinə AYB- nin üzvü Raziyə Kamilqızının qələmə aldığı " Borçalıdan Qarabağa gedən yol" adlı kitabın təqdimatı keçrilib.Tədbirdə şəhid ailələri,qazilər,ziyalılar,
mətbuat nümayəndələri,İctimai birlik sədrləri,müəllimlər,xeyir sevər insanlar iştirak etdilər.İlk öncə qəhraman şəhidlərin xatirəsi ehtiramla anıldı.Sonra isə çıxış edənlər müəllifə uğurlar dinlədilər və qəhraman oğulların xatirəsinin hər zaman əbədiyyən yaddaşlarda yaşadacaqlarıni bildirdilər.Müəllif qələmə aldığı kitabda igid oğulların şücaətli döyuş yolundan,onların ailə üzvülərinin xatirələrini qələmə almışdır.

Sonda çıxış edən müəllif hər kəsə öz minnətdarlığını bildirdi və kitabın işıq üzü görməsində ona dəstək olan Leyla Əhmədovaya sonsuz təşəkkür etdi.
Tədbirin sonunda xatirə şəkili çəkildi.


Dəniz Rüzgar
12.03.2025