Seymur Nəsirov Misir Prezidenti tərəfindən “Elm və Fənlər” ordeni ilə təltif edildi
Baxılıb: 28 Tarix: 03-09-2025 22:00
Misir Prezidenti Əbdül Fəttah əl-Sisi azərbaycanlı alim Seymur Nəsirovu birinci dərəcəli “Elm və Fənlər” ordeni ilə təltif edib. Bu orden elmin inkişafı sahəsində göstərdiyi xidmətlərə görə görkəmli elm adamlarına verilir.



Misirdə Azərbaycan diasporunun sədri və Qahirə Universitetində Azərbaycan dili müəllimi olan Seymur Nəsirov, 25 ildən artıqdır ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqatlar aparır. O, 250-dən çox azərbaycanlı alim haqqında iki kitabın müəllifidir və 1600-dən çox misirliyə Azərbaycan dilini öyrədib.

Bundan əlavə, Seymur Nəsirov daha əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də bir neçə medalla təltif olunub. 2017-ci ildə "Tərəqqi" medalı, 2020-ci ildə "Diaspor fəaliyyətində xidmətə görə" medalı, 2024-cü ildə isə "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə mükafatlandırılıb. Bu mükafatlar onun xalqlararası dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki fəaliyyətinin göstəricisidir.
Zefertv.az Muhamməd Osmanlı