FÜZULİ FATEHİ
����: 18-01-2025, 19:21
Bir ölkəni əsgəri varsa,bir ölkənin vətən qoruyan səngər aslanı varsa o ölkəyə,vətənə torpağa göz dikən düşmanın gözü yaşlıdır deməkdir.
Vətən sevgisi heçnə ilə əvəz edilməz.Bu sevgi ilahi sevgidir.Bizi azad vətəndə,yaşadan igidlərə,Mübarizlərə,Fəridlərə,Xudayarlara,Eminlərə,minlərlə can verən oğullara,salam olsun.
Salam sənə ey şəhid,uğruna can verdiyin vətən torpaqları azaddır.Salam sənə ey Emin qisasın alındı,cəsurluğun artıq dillər əzbəridir.Bu gün can verib,can alan,torpaq vətən deyən Emin Cəfərovun anım günüdür.
Emin Xeyrulla oğlu Cəfərov 05.09.1973-cü ildə Füzuli rayonunun Alxanli kəndində anadan olub.Zəhmətkeş ailədə böyüyən Emin vətən sevgisini ailəsindən üstün tutub hər zaman.Ailə üzvlərinin, söylədiklərindən:
"Emin çox mərhəmətli,sevgi dolu,hər kəsə qarşı anlayışlı biri olub.
O hər birimizdən çox fərqlənirdi,yaşı az olsada düşüncə tərzi,fikirləri sanki 60 yaşında bir insanın fikirləri idi.Anama çox bağlı biri idi.Anamın arxasınca dolanardı hər zaman".Nə qədər ailə canlı olsada vətəni bizdən üstün tutdu.O zaman geldi ki,Emin vətən səsinə,harayına cavab verməli oldu.Hər birimizlə ayrı ayrılıqda görüşüb yola çıxdı.O elə qəhraman kimi doğulmuşdu.O,Birinci vətən müharibəsində,qəhramancasına döyüşüb və 26.12.1993-cü ildə Füzuli istiqamətində gedən döyüşlərdə böyük igidlik göstərərək şəhidlik zirvəsinə ucalmışdı.
Artıq 32-ci ilini qeyd edən ailəsi onun xatirəsini yaşatmağa davam edir.
Bu gün Eminsiz 32il ötür.Onun əziz xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib.Rəsmi Mərasim Suraxanı rayon Heydər Əliyev Mərkəzində baş tutub.
Mərasim Vətən igidlərinin əziz xatirəsini yad etməklə,və dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib.Mərasimdə Mərkəzin Rəhbərliyi,İcra Nümayəndəliyi,Əmircan qəsəbəsinin Bələdiyyə sədri,ziyalılar,ictimaiyyət nümayəndələri şəhid ailələri,qazilər,məktəblilər,media nümayəndələri,şəhidin döyüş yoldaşları və komandirləri iştirak edib.Mərasimdə Eminin timsalında bütün igidlərin qəhrəmanlığından,Alibaş Komandan cənab Prezident İlham Əliyevin güclü siyasətindən,Birinci Xanım Mehriban Əliyevanın xalqa olan etimad və şəhid ailələrinə olan qayğısından ürək dolusu danışılıb.Tədbirdə məktəblilərin hazırladığı vətənpərvər kompozisyalar nümayiş etdirilib.Rəsmi mərasimin sonuna yaxın şəhidin bacısı göstərilən diqqət və qayğıdan,məmnun olduğunu bildirərək,hər kəsə təşəkkür edib və qardaşı ilə qürur duyduğunu qeyd edib.Ən sonda şəhidin guşəsi önündə xatirə fotoları çəkilib.Rəsmi mərasimdən sonra,ailəsi tərəfindən restoranların birində şəhidin adına ehsan süfrəsi verilib.Allah məqamını uca etsin.
Xəbər/Rəsmi www.zefertv.az
Araştırmacı Yazar Dəniz Rüzgar
ZƏFƏRƏ ADDIM- ADDIM
����: 18-01-2025, 10:18
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qəhramanlıqla şəhidlik zirvəsinə ucalan igidlərin xatirəsinə həsr olunmuş yazar Qumru Qüdrətin qələmə aldığı " Zəfərə addım- addım" adlı kitabın təqdimatı Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçrildi.Tədbirdə şəhid ailələri, yazarlar,ziyalılar,müxtəlif peşə sahibləri,İctimai Birlik sədrləri iştirak.
Tədbiri giriş sözü ilə açıq elan edən " Telli Sənəm" jurnalının təsisçisi,yazarTelli Sənəm Borçalı gələn qonaqları salamlayaraq,qəhraman şəhidlərin xatirəsinə bir dəqiqəlik sükutla yad etdiklərini bildirdi.Daha sonra isə yazar Qumru Qüdrətə söz verdi.Qumru xanım hər kəsi salamlayaraq özü haqqında məlumat verdi.Əsədova Qumru Teymur qızı NMR Babək rayonu Qoşa- Dizə kəndində anadan olub.
Gənc yaşlaröndan yaradıcılıga başlayıb.Hələ orta məktəbdə oxuyarkən yazıları " Göyərçin" jurnalında və " Azərbaycan Gəncləri" qəzetində nəşr olunmuşdur.
1997-1998- ci illərdə " Şərq qapışı", "Şərurun səsi", "Dedektiv", "Ekspres" qəzetlərində şerləri nəşr olunub.
Çıxış edənlər hər biri Qumru Qüdrət yaradıcılığı ilə tanış olaraq kitab haqqında öz fikirlərini bildirərək ona uğurlar dilədilər.
Altı kitab müəllifi olan olan Qumru Qüdrətin qələmə aldığı "Zəfərə addım- addım" adlı kitab geniş oxucu kütləsinin istəyi ilə yenidən ikinci dəfə nəşr olunub.
Hal- hazırda Qumru Qüdrət " Telli- Sənəm" jurnalında xüsusi- müxbir kimi çalışır.
Tədbirin sonunda isə xatirə şəkili çəkildi.Tədbir iştirakçılarına Qumru xanımın imzası ilə kitablar təqdimat olundu.
Qumru Qüdrətə yeni- yeni yaradıcılıq uğurları diləyirik.
Raziyə Kamilqızı
Zefertv.az