Reklam
Reklam
Xəbər lenti
7-09-2024, 10:43

7-09-2024, 06:55

4-09-2024, 21:25

1-09-2024, 23:58

1-09-2024, 11:08

30-08-2024, 14:14

20-08-2024, 14:48

19-08-2024, 03:34

5-08-2024, 20:27

4-08-2024, 13:57

31-07-2024, 21:51

28-07-2024, 00:29

25-07-2024, 19:14

25-07-2024, 18:55

23-07-2024, 13:10

18-07-2024, 01:48

13-07-2024, 01:17

9-07-2024, 02:27

8-07-2024, 14:53

6-07-2024, 14:56

6-07-2024, 12:41

6-07-2024, 11:20

5-07-2024, 10:14

4-07-2024, 19:25

4-07-2024, 13:33

1-07-2024, 17:19

21-06-2024, 17:45

21-06-2024, 11:51

21-06-2024, 09:59

18-06-2024, 17:43

Ən çox oxunanlar
Reklam
Reklam

ŞƏHİDİM

����: 25-01-2022, 23:36
Vətəni vətən edən,igid oğullar."44 günlük"haqq savaşında torpaqlarımızın azadlığı uğurundan gedən döyüşlərdə can verən və can alan oğullar ruhunuz qarşısında baş əyirik.
Bu gün 25.01.2022-ci il Biləsuvar rayon Cəbrayıl qəsəbəsinin qəhrəman oğlu şəhid Ramiq İsmayılovun mövludu idi.Məclisdə Biləsuvar rayon icra hakimiyyətinin başçısı, şəhid ailələri qazilər kənd camaatı şəhidini sevən hər kəs media nümayəndələri iştirak etdilər.Məclisdə iştirak edən qonaqlar şəhidimiz haqqında öz xatirələrini bölüşdülər.Bizdə zəfərtv.az olaraq hər zaman olduğu kimi ailəmizin yanında olduq.Məqamı uca olsun.
Qarabağ Azərbaycandır..

Zefertv.az
����������� 0 ���������: Xəbər ������� : ������

"Şehidler ölmürler!" adlı video-çarx hazırlandı.

����: 20-01-2022, 13:35
20 Yanvar Şəhidlərinin əziz xatirəsinə həsr olunmuş, Lalə Qəzənfərin rəhbərlik etdiyi Video çarxa bir çox tanımış simalar dəstək olaraq böyük ürəklə  iştirak etdi.   

 Tam versiyasını Zefertv.az YouTube sehvesinde izləyə bilərsiniz .  https://youtu.be/aHKK4R_N_cQ

Video-çarxda sözü-musiqisi Ekber Rehmana aid " Şehid qızı" mahnısından istifadə olunub.
Ifa-Alim Qasımov, Edalet Şükürov, Nuray Rehman.
Operator - montaj Emin Elekberli
  Iştirak etdilər(və sosial media hesabları): 
Reper Qurd
Nuray Rehman
Leyla Eliyeva
Xedice Quliyeva
Gülxanım Memmedli
Cemile Heyderova
Nursen
Hakan Efe Can
Kamal Dadaşov
@lala_qezenfer 
@alimqasimov_official 
@qurd_official 
@nuray_rahman_family_official
    
 Media üzvlərin ,jurnalistlər və hər bir vətəndaşın bir yumruq kimi bir olaraq vətənpərvərlik uğrunda atdıqı atdımlar xalqımızın həyat tərzinə çevrilibdir,buda Azərbaycan millətinin nə qədər qüvvəli və yenilməz olduquna dair bir göstəricidir. Biz bir olduqdan sonra bizi heç kəs yıxa bilməz. Əsrlər boyu içəridən milləti parçalamaq istəyənlər artıq çarəsizdir ,və müstəqil Azərbaycanı olduqu kimi qəbul etməyə başlamışdır. 
  Allah şəhidlərimizə rəhmət etsin ! 

Zefertv.az Məhəmməd Osmanov 
  

����������� 0 ���������: Xəbər ������� : ������

Unudulmayanlar..

����: 20-01-2022, 00:02
16.01.2022 şəhid Vüsal Cəfərovun mövludu idi.Mövlud şəhidimizin doğulub boya başa çatdığı Salyan rayon Xalac kəndində verildi.Ailəmizi tək qoymamaq üçün şəhid analarımız və tanınmış bəstəkar müğənni 2000 -dən çox şəhidimizə mahnı bəstələyib ifa edən Ruslan Səfəroğluda ailəmizin yanında oldu.Bizdə zefertvaz olaraq hər zaman ki kimi onlarla bərabər olduq.Məqamı uca olsun
����������� 0 ���������: Xəbər ������� : ������

ŞƏHİDLƏR və ŞAHİDLƏR.

����: 19-01-2022, 23:59
2-ci vətən haqq savşı  müharibəsində qəhrəmanca döyüşərək qazi olan canlı şəhidimiz Hüseyni  zefertvaz olaraq ziyarət etdik.Hüseyn qəlpə yaralarından iflic olub öz doğmalarını belə tanımır.Ailəlidir 2 körpə qızı var.Allahdan qazimizə şəfa diləyirik.
����������� 0 ���������: Xəbər ������� : ������

Şərəf və qəhrəmanlıq səhifəsi – 20 Yanvar

����: 19-01-2022, 23:52
Azərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 32 il ötür. Azərbaycan xalqının müstəqilliyə qovuşmaq üçün şəhid verməyə hazırlığının bariz nümunəsi olan 20 Yanvar faciəsi hər il Ümumxalq Hüzn günü kimi geniş qeyd edilir.
Sovet İttifaqı rəhbərliyinin ölkədə yaşayan digər millətlərə qarşı yürütdüyü ədalətsiz siyasət, iqtisadiyyatda uzun müddət ərzində davam edən durğunluğun tədricən böhranla əvəz olunması, əhalinin sosial vəziyyətinin yaxşılaşması üçün hökümət tərəfindən əməli tədbirlərin görülməməsi və digər neqativ hallar vətəndaşların haqlı narazılığına səbəb olmaqla yanaşı Azərbaycan xalqının illər boyunca öz daxilində yaşatdığı müstəqillik arzusunun gercəkləşməsinə zəmin yaratdı. Bununla yanaşı, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi və Dağlıq Qarabağda qanunsuz fəaliyyətin baş qaldırması onsuz da mürəkkəb olan ictimai-siyasi vəziyyətin bir qədər də gərginləşməsinə gətirib çıxardı.Beləliklə, bir tərəfdən, Azərbaycan xalqının milli-azadlıq hərəkatının dirçəlməsi, digər tərəfdən isə, ölkə daxilində ictimai-siyasi vəziyyətin kəskinləşməsi Sovet İttifaqının rəhbərliyinə bəhanə verərək Azərbaycana qarşı sərt addımların atılması üçün şərait yaratdı.Yanvarın 19-dan 20-ə keçən gecə Bakıya daxil olmuş sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini pulemyot və avtomatlardan atəşə tutdu. Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 147 insan qətlə yetirilmiş, 744 vətəndaş yaralanmış və xəsarət almışdır. Yaralananların 25-i qadın, 20-si uşaq olmuşdur.
Qanlı Yanvar hadisəsinə ilk həqiqi siyasi qiymət verən Ümummilli Lider Heydər Əliyev oldu. O faciədən sonrakı gün özünün və ailəsinin həyatını təhlükə altında qoyub Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Kommunist rejimin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pislədi, xalqımıza qarşı törədilən bu cinayətə, günahsız insanların öldürülməsinə etirazını bildirdi, təqsirkarların cəzalandırılmasını tələb etdi və Azərbaycan xalqının kədərini bölüşdü.Bu hadisələrdən bir müddət sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında çıxış edən Ulu Öndər faciə barədə danışarkən deyirdi: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovetlər İttifaqında, ölkənin daxilində - heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır... ”.20 yanvar şəhidləri haqqında danışarkən Ulu Öndər Heydər Əliyev deyirdi: “O qanın hər damcısında bizim xalqımızın qüdrəti var, xalqımızın qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar müqəddəs qanlardır. Onlar bizim xalqımızın əsrlər boyu milli azadlıq, müstəqillik uğrunda tökdüyü qanlara qovuşmuş qanlardır, o gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.
20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədilə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanlara həsr olunmuş “Əbədi məşəl” abidə-kompleksi ucaldılmışdır. Azərbaycan Prezidentinin 2000-ci il yanvarın 17-də imzaladığı Fərmanla 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı verilmişdir.
Bu siyasət Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyev də 20 Yanvar şəhidi ailələrinin və yaralılarının qayğılarını daim diqqət mərkəzində saxlayır. Dövlət başçısının fərmanlarına əsasən 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələri üçün təqaüdlərinin artırılması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması bu diqqət və qayğının daha bir bariz nümunəsi kimi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı Vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən cinayətdir. Bu hadisələr Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda, xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, Vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut etdi.
Vətənpərvərliyin ən ali zirvəsi-şəhidlikdir. Vətənin qorunması, müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Qəhrəmanlıq bir anın bəhrəsi deyil. Xarakterin, tərbiyənin, mənəvi dəyərlərin gücü ilə diktə olunan keyfiyyətdir.
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Əksinə xalq daha da mətinləşdi və düşmənin gözünə dik baxdı. Həmin müdhiş gecədə həlak olan Vətənin oğul və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Məhz buna görə də 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir.
Azərbaycan xalqı onun qanlı yaddaşında silinməz iz qoyan 20 Yanvar faciəsini hər il qeyd edir, öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir və bu faciəni heç vaxt unutmayacaqdır.

Zəfər tv az aran bölgəsi 
Rauf Abdullayev
����������� 0 ���������: Xəbər ������� : ������

Xalq və birlik

����: 8-01-2022, 22:13
 Bu gün (05.01.2022-ci il)tarixində Alov qüllələri binasında şəhid və qazi uşaqları üçün yeni il şənliyi keçirildi.
Uşaqların sevincinə şərik olmaq üçün şən klonlar Şaxta baba,Qar qızı  yolka ətrafında uşaqlara xoş gün yaşatdılar.Müxtəlif oyunlar uşaqlarda daha da xoş abu-hava yaratdı.Uşaqlar  gözəl rəqslər edib əyləndilər.Sonda xatirə şəkilləri çəkilərək uşaqlara bayram hədiyyələri paylandı.Bizdə Zefertv.az olaraq daima onların yanındayıq
 zefertv.az
����������� 0 ���������: Xəbər ������� : ������

Şəhid general-mayor Polad Həşimovun doğum günüdür.

����: 2-01-2022, 16:36
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.
P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək hərbçi olub.
General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub.
Onun şəhid olması xəbərini ictimaiyyətə Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev dərin hüznlə çatdırıb. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyevlə yanaşı dəfn olunub.
  2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.
Xatırladaq ki, P.Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. Altı il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub. 2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılıb.
P.Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən hərbi əməliyyatlar zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və yaralanıb. 2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib. O, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.
2020-ci ildə Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib. Ötən ildən Bakı şəhərinin küçələrindən biri Azərbaycanın Milli Qəhrəmanının adını daşıyır. Onun adı ötən il təhsil aldığı Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbə verilib. 
P.Həşimovun adı Türkiyədə də əbədiləşdirilib. Belə ki, Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adının verildiyi yeni park salınıb.
P.Həşimovun iki oğul və bir qız övladı yadigar qalıb.
 
Zefertv.az
����������� 0 ���������: Xəbər ������� : ������

TÚRKBİRKON(TÜRK DÜNYASI VE ULUSLARARASI İŞ DÜNYASI GENEL BAŞKANI HAKAN AKTÜRK yeni yıl masajı yayımladı.

����: 1-01-2022, 23:54
2021 yılında Devlet ve millet olarak, başta Müslümanların yaşadığı coğrafyalar olmak üzere, dünyanın her bölgesinde yaşanan çatışmaları sona erdirmek maksadıyla büyük gayret sarf edildiğini belirterek, "İnsanlığın ortak mutluluğunu temin etmek gayesiyle yürüttüğümüz insani, vicdani ve ahlaki gayretlerimiz 2022 yılında da ayni inanç ve ümitle devam edecektir." ifadesini kullandı.
AKTÜRK, 2022 yılının başlaması dolayısıyla yayımladığı mesajında, 2021'in son gününde, Türkiye'nin de içinde bulunduğu coğrafyada yaşanan acıların, yeni bir yıldan ümitli olmayı hedefleyen  tablo olarak durduğunu belirtti.
Mesajında, "Yanıbaşımızda şahit olduğumuz acılara rağmen ümidimizi korumak için en büyük gücün milletimizde olduğuna inanmak bizlere cesaret veriyor" vurgusunu yapan AKTÜRK, şunları kaydetti:
"Türkiye olarak, birlik ve bütünlüğümüzü koruyarak hareket ettiğimiz sürece bütün zorlukların üstesinden geldiğimizi pek çok kez dünyaya gösterdik.  İnsanlığın  Yeni başlayan yılın hem ülkemiz hem bölgemiz hem de dünya için barış, huzur ve güven getirmesini diliyorum."Acısıyla tatlısıyla, hüznüyle sevinciyle, kötüsüyle iyisiyle, kimi zaman umudun, kimi zaman da umutsuzluğun öne geçtiği bir yılın geride bırakıldığını belirtti.AKTÜRK,2021 yılının, insani trajedilerin, terörist saldırıların, mazlumların yükselen çığlıklarının, vicdani krizlerin, adalet ve hukuk ihlallerin dünyayı aşılması zor olacak darboğazlara sürüklediğine dikkati çekti.2022 yılının tüm insanlıga sağlık, mutluluk, bolluk, bereket, kardeşlik, huzur ve refah içinde birbirinden önemli projelerle geleceğe yürüdüğü bir yıl olması temennisinde bulunuyorum dedi.
����������� 0 ���������: Xəbər ������� : ������

GƏNC QAZİLƏR İCTİMAİ BİRLİYİ

����: 1-01-2022, 19:59
"GƏNC QAZİLƏR İCTİMAİ BİRLİYİ"İlahi bu qanun nə qəribədirBir ölü min canı xilas eyləyər
Vətəni uğrunda can verənlərə 
Yaradan cənnəti miras eyləyər.

Hər kəsə bəyandır bu ki həmişə
Şəhiddən cənnətin qoxusu gəlib
Bu vətən nə gözəl laylay deyir ki
Bu qədər igidin yuxusu gəlib.
"44 Günlük" vətən mühribəsində igidlik göstərərək döyüşən qəhraman oğullarımız hər daima anılır və xatirələri əziz tutulur.31.12.2022-ci il təzə ili döyüş yoldaşlarının məzarı başında   birgə keçirən "Gənc Qazilər İctimai Birliyinin"igid qaziləri və fəxri  üzvləri hər kəsə numunəvi bir davranış göstərdilər.Bizdə "Zəfərtv.az"xəbər saytı olaraq daima onların yanında olmağı özümüzə borc bilirik.Qurd Qapısı önündən başlayan yürüyüş ilk öncə 2-ci fəxri xiyabanda Qəhrəman şəhidimiz Generalımız Polad Həşimovun məzarını ziyarət etməklə başladı,daha sonra "Şəhidlərə Salam Olsun"Şəhidlər Ölməz Vətən Bölünməz "şüarları ilə şəhidinin məzar daşı önündə dayanan şəhid ailələri ilə bir-bir görüşərək onlara dəstək oldular..Şəhid ailələri qarşısında fəxrlə çıxış edən qazilərimiz  onların daima yanında olduqlarını bildirdilər..Sonra şəhidləri bir-birindən ayırmayan vətənin mərd oğulları 1990-1992-1993-1994-cü illər şəhid olan qardaş-bacılarımızıda unutmadılar.20 yanvar şəhidlər xiyabanı ilə ziyarətə davam edən qazilərimiz,ordan xalqa səslənməyi də unutmadılar.Belə ki böyük bir kütlə qarşısında cəsurca çıxış edərək bu gün hər kəsin şəhid ailələrinin  yanında olmağını onlara dəstək olmağını ama təssüf ki 9 milyon əhalidən 300 nəfərin belə  olmadığını bildirərək onları birliyə ailələrə dəstək olmağa səslədilər.Yürüyüşün sonunda şəhid ailələrimiz və şəhidlərimizin məzarı başında xatirə şəkilləri çəkdilər.Allah bütün şəhidlərimizin məqamını uca etsin,qazilərimizə can sağlığı versin.

Zefertv.az
����������� 0 ���������: Xəbər ������� : ������

"ÜRƏYIM,CANIMSAN AZƏRBAYCANIM" Layihəsi şəhid övladların sevindirdi.

����: 21-12-2021, 12:22
Xalq artisti Cavan Zeynalli sevimli nəvələri (ŞƏHID ÖVLADLARI) ilə "ÜRƏYIM, CANIMSAN AZƏRBAYCANIM" söylədilər.
 Bəstəkar Xalq artisti Eldar Mansurovun "Azərbaycanim" adli mahniya klip Yeni 2022-ci Il və  Dünya Azərbaycanlilarinin Həmrəylik Gününə həsr olunub
Layihə rəhbəri : Lale Qəzənfər .
Geyd edəkki jurnalist Lalə Qəzənfər illərdi şəhid ailələrinə diqqətin əsirgəmir. Media qurumu olaraq bu cür vicdanla xalqa xidmət edən həmkarlarımıza xüsusi minnətdarlıqımızı bildiririk. 
Tədbirdə iştirak edən Şehid övladların xüsusi geyd edirik.  Şəhid Alıyev Elçin Oğlu Alıyev Rəhim 7 yaş,
Şəhid Həsənov Tofik Etibar oğlu (övladları Melisa və Tunar)
Şəhid polkovnik leytenant Tağıyev Ruslan Fuad(oğlu Polad Tağı Və Qızı Nuray Tağızadə.
Şəhid Hacıyev Ramidin övladları
Hacızadə Yağmur və Hacızadə Dəniz.
Şəhid jurnalist Meherrem Ibrahimov(övladi Uqur İbrahim 
Şəhid Ruhin Xəlilovun  övladları Xəlilova Qunca və Melisa.
Gözəl Tunar bala . 
Bu dəyərli övladların şəhid valideynləri sayəsində rahat qəzib nəfəs ala biliriksə onlara borcluyuq və xalq olaraq heç bir zaman diqqətimizi əsirgəməyəcəyik. 

Zefertv.az Məhəmməd Osmanlı 
����������� 0 ���������: Xəbər ������� : ������