Reklam
Reklam
Xəbər lenti
6-09-2025, 15:30

5-09-2025, 15:14

3-09-2025, 22:00

30-08-2025, 20:46

30-08-2025, 18:58

29-08-2025, 15:55

25-08-2025, 00:25

24-08-2025, 20:19

16-08-2025, 12:32

14-08-2025, 07:12

8-08-2025, 23:54

7-08-2025, 13:43

6-08-2025, 22:16

26-07-2025, 11:47

23-07-2025, 21:33

11-06-2025, 08:12

11-06-2025, 07:53

7-06-2025, 15:34

6-06-2025, 22:22

28-05-2025, 13:29

16-05-2025, 18:46

12-05-2025, 14:11

28-04-2025, 02:59

25-04-2025, 14:04

15-04-2025, 22:58

9-04-2025, 12:07

5-04-2025, 01:23

5-04-2025, 00:31

31-03-2025, 03:10

30-03-2025, 03:45

Ən çox oxunanlar
Reklam
Reklam

RAMAZAN ƏTİRLİ İFTAR SÜFRƏSi

����: 24-04-2022, 00:34
Poladan Mübarizdən dərs alanlar,
Düşmanın başına od yağdıranlar
Qayadan dırmaşıb qala alanlar
Doğma yurda qurban şəhid olanlar
Ölməzlər yaradana qovuşarlar.
Ruhun şad olsun şəhid.
Ümummilli liderimiz Heydər Əliyevin bir misrası ilə başlamaq istərdim "Mən hər zaman fəxr etmişəm bu gündə fəxr edirəm ki Azərbaycanlıyam."
Bu gün Millətimizin fəxri olan 2 vətənpərvər xanımın birlikdə təşkil etdiyi nümunəvi bir işi sizlərə təqdim edirik.
Azərbaycan Respubilkasının ərazi bütövlüyünün bərpa olunmasında,torpaqlrımıza olan 30 illik həsrətimizə 44 günlük haqq savaşı vətən müharibəsində son qoyaraq canlarını vətəninə xalqına qurban verən igid oğulların xatirələri daima yad edilir. 
Arxa cəbhədə də hər kəs öz peşəsi ilə xalqa xidmət edir.
2 il boyunca şəhid və qazi ailələrinin yanında təmanasız şəkildə olan Uğuryolutv.az  saytının rəhbəri şairə 4 kitab müəllifi mindən artıq şəhidimizə şeir yazan Raziyə Kamilqızı Rızazadə və Biləcəri qəsəbə 299 saylı tam orta məktəb litseyin direktor müavini xalqı milləti üçün  vətənsevər şagirdlər yetişdirən Elza Paşazadənin birgə təşkilatçılığı ilə Nizami rayon Xalqlar dostluğunda yerləşən Sarf ailəvi restoranında şəhidlərimizin əbədiyaşar xatirəsinə "Xoş gəldin Ramazan"adlı iftar və ehsan süfrəsi açıldı.Məclis dövlət himni ilə və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə açıq elan edildi.Məclisdə şəhid ailələri,299 saylı məktəb litseyinin müəllim şagird kollektivi media nümayəndələri və bir çox fəxri qonaqlar iştirak edirdi.Çıxış edən təşkilatçılar özlərinə bir vətəndaşlıq borcu olduqlarını  daima şəhidlərimizin xatirəsini yaşadacaqlarını və onların əmanətlərinin yanında olacaqlarını bildiriblər.Sonra məktəblilərin və qonaqların vətənpərvər çıxışları ilə məclis davam edib.Çıxış edənlərə Qafqaz Media İctimai birliyi və Uğuryolutv.az xəbər saytı tərəfindən fəxri diplomlar təqdim edilib.Daha sonra 299 saylı məktəb litseyi tərəfindən şəhid anaları və xanım qonaqlar üçün hədiyyə olaraq qızılgüllər təqdim edilib.Tədbirin kompazisya hissəsi bitdikdən sonra İftar süfrəsi verilib.Məclisin sonunda xatirə fotoları çəkilib.Bizdə zefertv.az adından vətən adını şəhid adını uca tutan dəyər verən bu cür  qeyrətli insanlarımıza uğurlar arzu edirik.
ZƏFƏRƏ ADDIM-ADDIM 
Dəniz Rüzgarın təqdimatında
����������� 0 ���������: Xəbər ������� : ������

Əməkdaşlığın səmərəliliyini artıran amil

����: 22-04-2022, 04:41
Qırğızıstan Respublikasının Prezidentinin Azərbaycana səfəri bir daha onu göstərir ki, Azərbaycan ilə Qırğızıstan arasındakı münasibətlər Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində çox yüksək səviyyədə qurulmuşdur.Təbii ki, Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixi kökləri var. 
Bildiyimiz kimi hər zaman beynəlxalq müstəvidə Azərbaycan və Qırğızıstan bir-birinə dəstək olur. Eyni zamanda Azərbaycan-Qırğzıstan münasibətləri dostluq və qardaşlıq münasibətləri səviyyəsindədir. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində on sənəd imzalanıb. İmzalanmış sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdirlər. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Əlbəttə ki, görüş zamanı iki ölkə arasındakı münasibətlərə yeni impuls verəcək və münasibətlər daha da dərinləşəcək. Bu eyni zamanda həm iki ölkənin inkişafına, qarşılıqlı əməkdaşlığına xidmət edəcək. Əlbəttə ki, Azərbaycan Prezidenti ilə Qırğızıstan Prezidentinin Bakı görüşü Azərbaycan-Qırğızıstan arasında münasibətlərin yeni mərhələsinin başlamasından xəbər verir. Bu səfərdən sonra iki ölkə başçısı arasında aparılmış səmimi müzakirələrdən sonra Qırğızıstan Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin daha da möhkəmlənəcəyi istisna edilmir. Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlər, həm də regional və beynəlxalq problemlər daha effektli və fəal surətdə müntəzəm müzakirə olunacaqdır.Həmçinin, dünya bunu görür ki, Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir.Buna əyani subut Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində hər iki ölkə həmişə bir-birini sıx şəkildə dəstəkləməsidir. Xalqları birləşdirən dəyər isə ortaq mədəni irs və ortaq tarixdir. Humanitar sahə dövlətlərarası münasibətlərdə həmişə mühüm yer tutub. Həmçinin, qeyd etmək lazımdır ki, Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü Qırğızıstan dəstəkləmişdir.

Rüfət Muradov, İmişli RİH başçısı aparatı, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini

Zəfər tv az aran bürosu
����������� 0 ���������: Xəbər ������� : ������

QƏHRƏMAN TURAL.

����: 21-04-2022, 00:09
 Vətən sənə canım fəda deyərək canını vətənə fəda edən igid oğul Tural Ələmdar oğlu Əsgərlinin bu gün (20.04.2022)mövlud günüdür.
Şəhid Əsgərli Tural 20 aprel 1993-cü ildə Naxçıvan MR-nın Kəngərli rayonunda anadan  olub.Oktyabrın 1i 2020-ci ildə Vətən müharibəsində qəhramanca şəhid olub.Ailəlidir 2 qız övladı vardır.
Bu gün Xəyal Xeyriyyə Cəmiyyətinin rəhbəri Xəyal Musayevin təşkilatçılığı ilə şəhidimizin ehsan süfrəsi verildi.Məclis Bakı şəhər Razin stansiyası Badi Kübə şadlıq sarayında baş tutdu.Məclisdə şəhidin yaxınları şəhid ailələri qazilər icra və media nümayəndələri iştirak edirdilər.Məclis dövlət himni və şəhidmizin xatirəsini yad etməklə başladı.
İştirak edən qonaqlar şəhidimizin ailəsinə baş sağlığı verib səbir dilədilər.Bizdə Zefertv.az olaraq hər zaman olduğu kimi yenə təmanasız şəkildə ailələrimizin yanındayıq.
Zefertv.az
����������� 0 ���������: Xəbər ������� : ������

Dünyaya eyni gün gəlib ,eyni gün Şəhid olan Mələklər.

����: 20-04-2022, 23:19
🇦🇿Bu gün eyni gündə doğulub, eyni gündə də şəhid olan qardaşların doğum günüdür...
   İyirmi bir il əvvəl Ağdam rayonunun Çullu kəndində Allahverdiyevlər ailəsində eyni gündə dünyaya gələn Nazir və Tacir qardaşlarının taleləri, həyat yolları da qoşa oldu. Heç vaxt bir-birlərindən ayrılmayan bu əkiz qardaşlar bir yerdə böyüdülər, orta məktəbi bir oxudular, hərbi xidmətə bir yollandılar, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda bir yerdə döyüşdülər. Bu müqəddəs yolda eyni gündə şəhid olaraq doğulduqları Çullu kəndində torpağa tapşırıldılar.
Ruhları şad olsun…

Zəfər tv az aran bürosu
Rauf Abdullayev
����������� 0 ���������: Xəbər ������� : ������

BAKI QAZAX YOLUNDA AĞIR YOL NƏQLİYAT HADİSƏSİ.

����: 18-04-2022, 17:07
Zefertv.az -a istinadən xəbər verir ki 17.04.2022 tarixində gecə saat 23:40 radələrində,Bakı Qazax istiqamətində hərəkət edən Gürcüstan dövlət nömrə nişanlı (QQ 120 UQ) avtomobil tərəfindən VAZ 2107 dövlət nişanlı (10ML084)arxadan vuraraq qəza törədmişdir.
Qəza zamanı 2 nəfər xəsarət alıb.1 nəfər yerindəcə amblator müainə olunaraq evə buraxılıb.Digər şəxs isə Qaradağ rayon mərkəzi xəstəxanasına yerləşdirilib.Zərər çəkənlər 2 qadındır.Hadisə yerinə Yol patrol xidməti və təcili tibbi yardım cəlb olunmuşdu.
Zefertv.az-ın çəkiliş qrupu hadisəni yerindəcə   işıqlandırdı.
����������� 0 ���������: Xəbər ������� : ������

Vətəni Sevməyən insan olmaz Olsada o şəxisdə vicdan olmaz

����: 18-04-2022, 16:52
Bu gün vətənə millətə olan sədaqətini sübut edən neçə-neçə qəhrəman oğullar var.
Xalqını torpağını canı bahasına qoruyan o igid oğullardan biri idi igid Röyal Misil oğlu Məmmədov.
Bu gün (17.04.2022)Şirvan şəhərilə bərabər Azərbaycanın fəxri  olan şəhid  igid Röyalın xatirəsinə Müqəddəs Ramazan ayı ilə əlaqədar olaraq ailəsi tərəfindən iftar süfrəsi verildi.Məclis Şirvan şəhər şəhidlər xiyabanından şəhidimizin məzarı ziyarət edilərək başlandı.Məclisdə  şəhid ailələri şəhid     in yaxınları və mediadan Zefertv.az iştirak edirdi.Allah şəhidimizin ailəsinə səbir versin.
Zefertv.azZƏFƏRƏ  ADDIM-ADDIM.
����������� 0 ���������: Xəbər ������� : ������

Qarabağın ujası

����: 12-04-2022, 23:01
Bu gün 1-ci və 2-ci vətən müharibəsinin iştirakçısı ujas ləqəbli kəşfiyyatçı Kərimov Abbas Səfər oğlunun doğum günüdür.
Bizdə kollektivimiz adından təbrik edirik,ona can sağlığı işlərində uğurlar arzu edirik.Xalqımızın və millətimizin fəxridir.
Qarabağın igid oğlu.Qarabağ Azərbaycandır

Zefertv.az 
����������� 0 ���������: Xəbər ������� : ������

Vətən oğlu.

����: 11-04-2022, 16:29
Hər zaman şəhid ailələrinin qazilərin yanında olan bir vətən oğlunun ziyarətinə gəldik.
Bir necə gündür avtomobil qəzası keçirən Məmmədov Raif İsgəndər oğlu 1 saylı Semaşka xəstəxanasında müalicə alır.Bizdə Zəfərtv.az xəbər saytı olaraq dəyərli el oğlunu ziyarətə gəldik.Bizimlə bərabər Evin tək oğlu Cəbrayıl sevdalısı Emin İsmayılovun anası Məlahət ana,xalası Sücaət ana,Uğuryolutv.az saytının rəhbəri Raziyə Kamilqızı Xəyal Xeyriyyə Cəmiyyətinin rəhbəri Xəyal Musayev və Zefertv.az-ın şöbə müdüri Məhəmməd Osmanov-da Rauf bəyi ziyarətə gəldilər.Burda olan müalicədən məmnunluğunu bildirən Rauf bəy bütün kollektivə təşəkkürünü bildirdi.Bizdə zefertv.az olaraq Nevrocerrahiyənin həkimi Fərid Qaralov başda olmaqla,Xəsdəmizin həkimi Almazxan Zeynalova həkimə və təsərüfat müdiri Sevinc xanım Abbasovaya dərin təşəkkürümüzü bildiririk.Bu məsuliyətli işdə bütün kollektivə uğurlar arzu edirik.
Zefertv.az 11.04.2022
����������� 0 ���������: Xəbər ������� : ������

İGİD ÖLƏR ADI QALAR

����: 9-04-2022, 20:17
Azərbaycan Respublikasının Şanlı Müzəffər ordusunun sıralarında yer alaraq torpaqlarımızın ərazi bütövlüyü uğrunda şirin canından keçərək qəhrəmancasına şəhadətə ucalan daha bir oğulun ocağını ziyarət etdik.
Bu gün (09.04.2022)Biləsuvar rayon Cəbrayıl qəsəbəsinin qəhrəman oğlu Şəhid Süleymanov Eyyub Rasim oğlunun mövludu idi.Biləcəri rayon 299 saylı tam orta məktəbinin müəlliməsi,direktor müavini Elza xanımın təmənnasız olaraq təşkil etdiyi nəqliyyat vasitəsi bir neçə şəhid analarını qazi və media nümayəndələrini şəhidimizin mövluduna apardı.Bu müqəddəs işdə ona uğurlar arzu edir Zefertv.az adından təşəkkürümzü bildiririk.Məclis ilk öncə Cəbrayıl qəsəbə şəhidlər xiyabanından şəhidimizin məzarı ziyarət edilərək başlanıb.Sonra isə  Azərbaycan Respublikasının dövlət himni və şəhidlərin xatirəsini 1dəqiqəlik sükutla anmaqla başlayıb.Gələn  qonaglar çıxış edərək şəhidimizin qəhrəmanlıqlarından ağız dolusu danışıblar.Sonda şəhidimizin adına ehsan süfrəsi verilib və ruhuna dualar ediblər.Bizde Zefertv.az-ın nümayəndələri olaraq hər zaman olduğu kimi özümüzə borc bildik ki şəhidimizin ailəsinin yaninda olaq.Qarabağ Azərbaycandır.
Hazırladı:
Dəniz Rüzgar
Məhəmməd Osmanov

����������� 0 ���������: Xəbər ������� : ������

İGİD ÖLƏR ADI QALAR

����: 9-04-2022, 20:11
 Azərbaycan Respublikasının Şanlı Müzəffər ordusunun sıralarında yer alaraq torpaqlarımızın ərazi bütövlüyü uğrunda şirin canından keçərək qəhrəmancasına şəhadətə ucalan daha bir oğulu ocağını ziyarət etdik. 
Bu gün (09.04.2022)Biləsuvar rayon Cəbrayıl qəsəbəsinin qəhrəman oğlu Şəhid Süleymanov Eyyub Rasim oğlunun möcludu idi.Biləcəri rayon 299 saylı tam orta məktəbinin müəlliməsi,direktor müavini Elza xanımın təmanasız olaraq təşkil etdiyi nəqliyyat vasitəsi bir neçə şəhid analarını qazi və media nümayendelərini şəhidimizin mövluduna apardı.Bu müqəddəs işdə ona uğurlar arzu edir Zefertv.az adından təşəkkürümzü bildiririk.Məclis ilk öncə Cəbrayıl qəsəbə şəhidlər xiyabanından şəhidimizin məzarı ziyarət edilərək başlanıb.Sonra isə  Azərbaycan Respublikasının dövlət himni və şəhidlərin xatirəsini 1dəqiqəlik sükutla anmaqla başlayıb.Gələn  qonaglar çıxış edərək şəhidimizin qəhrəmanlıqlarından ağız dolusu danışıblar.Sonda şəhidimizin adına ehsan süfrəsi verilib və ruhuna dualar ediblər.Bizde Zefertv.az-ın nümayəndələri olaraq hər zaman olduğu kimi özümüzə borc bildik ki şəhidimizin ailəsinin yaninda olaq.Qarabağ Azərbaycandır.
Hazırladı:
Dəniz Rüzgar
Məhəmməd Osmanov
����������� 0 ���������: Xəbər ������� : ������