Reklam
Reklam
Xəbər lenti
7-09-2024, 10:43

7-09-2024, 06:55

4-09-2024, 21:25

1-09-2024, 23:58

1-09-2024, 11:08

30-08-2024, 14:14

20-08-2024, 14:48

19-08-2024, 03:34

5-08-2024, 20:27

4-08-2024, 13:57

31-07-2024, 21:51

28-07-2024, 00:29

25-07-2024, 19:14

25-07-2024, 18:55

23-07-2024, 13:10

18-07-2024, 01:48

13-07-2024, 01:17

9-07-2024, 02:27

8-07-2024, 14:53

6-07-2024, 14:56

6-07-2024, 12:41

6-07-2024, 11:20

5-07-2024, 10:14

4-07-2024, 19:25

4-07-2024, 13:33

1-07-2024, 17:19

21-06-2024, 17:45

21-06-2024, 11:51

21-06-2024, 09:59

18-06-2024, 17:43

Ən çox oxunanlar
Reklam
Reklam

“Neftçi” – “Sabah” oyunu yarımçıq dayandırılı - SƏBƏB - YENİLƏNİB

����: 3-03-2021, 19:45
Azərbaycan Premyer Liqasının XVIII turunun “Neftçi” – “Sabah” oyunu 10 dəqiqəlik fasilədən sonra bərpa olunub.
Apasport.az saytının məlumatına görə, stadiondakı işıqların sönməsi səbəbindən dayandırılan matç problem həllini tapdıqdan sonra davam etdirilib.
Bu üzdən də ilk yarıya 10 dəqiqə əlavə olunub.
Qeyd edək ki, 27-ci dəqiqədə işıq sönərkən hesab 0:0 olub.
***

Azərbaycan Premyer Liqasının XVIII turunda xoşagəlməz hadisə yaşanıb.
Apasport.az saytının məlumatına görə, “Neftçi” – “Sabah” oyunu yarımçıq dayandırılıb.
Buna stadiondakı işıqların sönməsi səbəb olub. “Bakcell Arena”dakı görüş hesab 0:0 olarkən 27-ci dəqiqədə saxlanılıb.



����������� 0 ���������: Xəbər ������� : ������

Tanınmış prodüser: “O subaydır, mən isə boşanmışam, hökmən deyil ki, kiminsə qızını alıb gəlin etsin”

����: 2-03-2021, 20:04
“Tamamilə işsiz qalmadım, amma mən də çətinlik çəkdim. Bir neçə ay 190 manat yardım aldım. Daha sonra isə bir neçə marketinq işi gördüm”.
Bu barədə prodüser Təranə Səmədova News24.az-a açıqlamasında bildirib:
“Gördüyüm işlərlə irəliyə doğru getdikcə, ayağımdan dartanlar da çox oldu. Görünür nə qədər açıqsözlü olsan, bir o qədər də insanların gözündə “həyasız”, qalmaqallı olursan. Amma inanın ki, bu qədər iş görməyimə baxmayaraq, ancaq “Bacanaqlar” serialından, bir də içkili halda polislərin məni saxladığı görüntülərlə yadda qalmışam. Bəziləri haqq qazandırdı, digərləri isə təhqirlərimə görə məni söyürdü. İzah edə bilmirdim ki, o an sərxoş və əsəbi idim. Bəs mənim gördüyüm o qədər işlər nə oldu? Niyə insanlar heç birini xatırlamır?”

����������� 0 ���������: Xəbər ������� : ������

Son sutka ərzində yoluxanların statistikası açıqlandı

����: 10-01-2021, 16:50


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 601 yeni yoluxma faktı qeydə alınıb, 1 593 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 224 651 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 208 681 nəfər müalicə olunaraq sağalıb, 2 909 nəfər vəfat edib. Hazırda 13 061 aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 368, bu günə qədər isə ümumilikdə 2 267 923 test icra olunub.

����������� 0 ���������: Xəbər ������� : ������

Korotçenko: “Erməni müxalifəti ölkədə hakimiyyət dəyişikliyi üçün kütlə toplaya bilmədi”

����: 9-01-2021, 17:30


Erməni müxalifətinin ölkədə hakimiyyəti dəyişdirmək üçün xalqı toplamaq cəhdləri nəticəsiz qalıb.
“Vestnik Kavkaza”nın məlumatına görə, bu barədə Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko özünün “Telegram” kanalında xəbər verib.
“Belə görünür ki, erməni müxalifəti havaya sovrulub. İrəvanda antipaşinyan mitinqləri mövcud hökuməti zorla yıxmağa hazır kritik həddə narazı kütlə toplaya bilmədi”, - deyə o, bildirib.
Ekspertin sözlərinə görə, bu, erməni xalqının əksəriyyətinin İkinci Qarabağ müharibəsinin nəticələrini son reallıq kimi qəbul etdiyini və daha çox sarsıntı istəməməsini göstərir.
“İndi heç vaxt “Böyük Ermənistan” olmayacaq – HEÇ VAXT, amma beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ermənistan var. Müxalifət əgər yaradıcılıq əməyinə sahibdirsə, qoy onu inkişaf etdirsin. Necə deyərlər - arbayten!", - deyə Korotçenko sözlərini yekunlaşdırıb.


����������� 0 ���������: Manşet / Seçilənlər / Xəbər / Şou-biznes / Gözəllik / Müsahibə / Maraqlı / İdman / İqdisadiyyat ������� : ������

Azərbaycanda daha 21 nəfər koronavirusdan öldü: 633 yeni yoluxma

����: 9-01-2021, 17:30


Azərbaycanda koronavirusa (COVID-19) 633 yeni yoluxma faktı qeydə alınıb, 1682 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 21 nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 14072 nəfərə çatıb.
Ölkədə son sutka ərzində 9264, hazırkı dövrədək isə 2259555 test aparılıb.
Ümumi ölənlərin sayı 2890 nəfərdir.
Ümumi yoluxanların sayı 224050 nəfər, ümumi sağalanların sayı 207088 nəfərdir.


����������� 0 ���������: Manşet / Seçilənlər / Xəbər / Şou-biznes / Gözəllik / Müsahibə / Maraqlı / İdman / İqdisadiyyat ������� : ������

Ağcabədidə vaqon tipli ev yandı

����: 9-01-2021, 17:29


Ağcabədi rayonunda ümumi sahəsi 90 kvadrat metr olan vaqon tipli evin yanar konstruksiyaları 50 kvadrat metr sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.

����������� 0 ���������: Manşet / Seçilənlər / Xəbər / Şou-biznes / Gözəllik / Müsahibə / Maraqlı / İdman / İqdisadiyyat ������� : ������

ABŞ-dan Vətən Müharibəsinə gələn çavuş: “Qayıdanda çəkmələrimi Nyu-Yorka gətirdim”

����: 9-01-2021, 17:27


Sentyabr ayında Vətən Müharibəsində könüllü iştirak etmək üçün ABŞ-dan Azərbaycana yollanan Hüseyn Məmmədov yaşadığı Nyu-York şəhərinə geri qayıdıb.
Qəhrəman hərbçini ailəsi və yaxın dostları Nyu-Yorkun Kennedi hava limanında qarşılayıblar.
O, bir neçə ildir ailəsi ilə bərabər ABŞ-ın Nyu-York şəhərində yaşayır. Vətən Müharibəsinin ilk günlərində o, ailəsinə “İstanbula istirahətə gedirəm” deyərək birbaşa cəbhəyə yollanır.
H.Məmmədov orduda məxfi hissənin sürücüsü vəzifəsində, kiçik çavuş olaraq xidmət edib. O, Şuşa şəhərinin işğaldan azad olunmasında yaxından iştirakı ilə tanınıb.
H.Məmmədov bildirir ki, müharibədə ona ən yaxın yol yoldaşı olan ayaqqabılarını da ABŞ-a gətirib:
“Böyük fəxr hissi keçirirəm. O qədər qürurluyam ki, hisslərimi ifadə etməkdə acizəm. Hətta o çəkmələrimi də özümlə gətirmişəm. O torpaqlarda gəzdiyim çəkmələrim indi mənim ən dəyərli əşyamdır”.

����������� 0 ���������: Manşet / Seçilənlər / Xəbər / Şou-biznes / Gözəllik / Müsahibə / Maraqlı / İdman / İqdisadiyyat ������� : ������

Gəncədə karantin rejimi reydləri

����: 9-01-2021, 17:26


Gəncədə idarə, müəssisə və təşkilatlarda xüsusi karantin rejimi qaydalarına riayət edilməsinə nəzarət məqsədilə həyata keçirilən reydlər davam edir. Bu dəfə şəhərdə fəaliyyət göstərən ali təhsil ocaqlarına, mədəniyyət, səhiyyə və digər müəssisələrə baş çəkilib.
Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının iştirakı ilə keçirilən reydlər zamanı müəssisə rəhbərləri ilə söhbətlər aparılıb.
Onlara  Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinə ciddi əməl olunmasının vacibliyi xatırladılıb.
Həmçinin, müəssisələrdə hərarət ölçənin olması, işçilər arasında sosial məsafənin təmin edilməsi, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə, binaların mütəmadi dezinfeksiya edilib edilməməsi yoxlanılıb.
Sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb ediliblər.
Əlavə olaraq gün ərzində şəhərdə əhalinin sıx toplaşdığı ərazilərdə, xüsusilə ATM-lərin qarısında sakinlərlə söhbətlər aparılıb, vətəndaşlar xüsusi karantin rejiminin qaydaları, habelə Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırılıblar.
Reydlər zamanı xüsusi karantin rejimi qaydalarına riayət etməyən sakinlər barəsində protokol tərtib edilib, bir neçə şəxsə isə şifahi xəbərdarlıq olunub.



����������� 0 ���������: Manşet / Seçilənlər / Xəbər / Şou-biznes / Gözəllik / Müsahibə / Maraqlı / İdman / İqdisadiyyat ������� : ������

Nazirliyin daha üç əməkdaşı ordudan tərxis edildi

����: 9-01-2021, 17:24

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin daha üç əməkdaşı hərbi xidmətdən tərxis edilərək iş başına qayıdıblar.
Nazirlikdən bildirilib ki, Vətən Müharibəsində iştirak edən Elşən Bağırov, Xəyal Nəzirov və Səbuhi Hüseynzadə iş yerlərində kollektiv tərəfindən böyük sevinc hissi ilə qarşılanıblar. 
Qeyd edək ki, ümumilikdə Sosial Xidmətlər Agentliyinin səkkiz əməkdaşı Vətən Müharibəsində iştirak edib.
Onlardan Amin Həsrətov, Elnur Əliyev, Kamran Abdullayev və Vüsal Hətəmov ötən həftə Ordudan tərxis olunaraq, mülki həyatlarına qayıdıblar.
Prezident, Ali Baş Komandan İlham Əliyevin Sərəncamları ilə A.Həsrətov “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə”, E.Əliyev “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, K.Abdullayev isə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif ediliblər.

����������� 0 ���������: Manşet / Seçilənlər / Xəbər / Şou-biznes / Gözəllik / Müsahibə / Maraqlı / İdman / İqdisadiyyat ������� : ������

İndoneziyada sərnişinlə dolu təyyarə qəzaya uğrayıb

����: 9-01-2021, 17:23

Cakarta hava limanından uçan “Sriwijaya Air” aviaşirkətinə məxsus “Boeing 737-500” sərnişin təyyarəsi dənizə düşüb.
Bu barədə “Sinhua” agentliyi xəbər yayıb.
Məlumata görə, dənizdə laynerin qalıqları və sərnişinlərin cəsədləri tapılıb.

����������� 0 ���������: Manşet / Seçilənlər / Xəbər / Şou-biznes / Gözəllik / Müsahibə / Maraqlı / İdman / İqdisadiyyat ������� : ������