İSVEÇ TERÖRÜ'NÜN AKİBETİ FRANSA'DAN KÖTÜ OLACAK dedi.
����: 10-07-2023, 14:24
TÜRKBİRKON GENEL BAŞKANI AKTÜRK Bir gencin, "İsveç'in NATO üyeliği konusundaki olumsuz beyanatta bulunmuştunuz.

Bunu açıklayabilir misiniz?" sorusu üzerine;NATO ile ilgili adımda, İsveç'in Türkiye'deki terör odaklarını kendi ülkelerinde barındırdığını belirtti.
TÜRKBİRKON(TÜRK DÜNYASI VE ULUSLARARASI İŞ DÜNYASI YATIRIM BİRLİGİ KONFEDERASYONU) GENEL BAŞKANI HAKAN AKTÜRK bu konuda fikrini bildirdi .
"PKK'ya YPG'ye bu denli ülkelerinde ev sahipliği yapacaklar, yürüyüşse yürüyüş, paçavralarını köprü üstlerine, her yere asacaklar. Bunlar, ülkemdeki terör kaynaklarını teşvik edip, bunlara ciddi manada parasal destekler de verip, bunlara silah desteği verecekler bizde bunu görmezden geleceğiz. NATO'nun bir güvenlik teşkilatı olduğunu, böyle bir güvenlik teşkilatı içerisinde terör örgütlerini destekleyen ülkelerin olmasını kabullenemeyeceklerini vurgulayan AKTÜRK; "Geçmişte girenler girdi. Bunun için de işte Almanya, Fransa var. Yunanistan ve Fransa zaten girip çıkmışlardı ama sonra maalesef o dönemin Türkiye'deki yönetimi bunların önünü açtı ve bunlar tekrar NATO'ya geri dönebildiler. Geri döndüler de ne oldu? Örneğin şu anda Dedeağaç'ta Amerika üs kurdu. Yunanistan'ı söylüyorum." şeklinde konuştu.NATO'da tam ittifak gerekiyor. Bir ülke 'hayır' derse NATO ittifakı içerisinde ne yapamazlar, o ülkeyi alamazlar. Bizim de şu anda bu konuyla ilgili kesinlikle, bu iki ülke hakkında, hele hele İsveç, kesinlikle tam bir terör odağıdır, terör yuvası. Bunlar silah noktasında yaptırım da uyguladılar bize.Biz geçmişimizi unutmadık unutturmayacağız. Dedi.Dolayısi ile AKP Genel Başkanı ve Cumhurbaşkanımız Recep Tayyip Erdoğan, İsveç'in NATO üyeliği için bir kez daha 'hayır' dedi.
NATO'ya terör örgütünün alınmasına evet diyemeyiz."açıklaması ise TÜRKİYE CUMHURİYETİ DEVETİ'nin kararlılığını net bir şekilde ortaya koymuştur.
Zefertv.az
TÜRKBİRKON sədri: "Kılıçdaroğlunun seçilməməyinin səbəblərindən biri də Azərbaycan əleyhinə verdiyi mesajlardır"
����: 30-06-2023, 13:17
“Kamal Kılıçdaroğlu və “Millət İttifaqı”nın seçkilərdə qalib gələ bilməməsinin ən böyük səbəblərindən biri də Azərbaycan əleyhinə verilən mesajlardır”.

Bu sözləri KONKRET.az-a müsahibəsində Türk Dünyası və Beynəlxalq İş Dünyasında İnvestisiya Birliyi Konfederasiyasının (TÜRKBİRKON) sədri, politoloq Hakan Aktürk deyib.
Müsahibəni təqdim edirik:
– Hakan bəy, Ermənistan hər fürsətdə beynəlxalq gücləri Azərbaycanla şərti sərhədə gətirməyə çalışır. Həmçinin, son zamanlarda ermənilər tərəfindən tez-tez təxribatlar da törədilir. Sizcə, Türkiyə bu istiqamətdə hansı addımları atmalıdır?
– Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlar hər gün şiddətini artırır. Ancaq Türkiyə dövlətinin ermənilərin törətdiyi bu təxribatlara cavabı çox açıq və qətidir. Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsində Azərbaycana qarşı edilən hər cür hücumun Türkiyəyə qarşı edilən hücum kimi sayılacağı göstərilib. Şuşa Bəyannaməsinin ən önəmli maddələrindən biri də müdafiə sənayesində Türkiyə və Azərbaycan arasındakı işbirliyidir. Buna görə də əgər qarşıdakı günlərdə Ermənistanın təxribatlarının şiddəti artarsa, Şuşa Bəyannaməsində göstərildiyi kimi Azərbaycana edilən hücum Türkiyəyə edilmiş kimi sayılacaqdır.
– “Millət İttifaqı”nın və Kamal Kılıçdaroğlunun seçkilərdə uğur qazana bilməməsində Azərbaycan əleyhində verilən mesajların təsiri olduğunu düşünürsünüz?
– Bəli, “Millət İttifaqı” və Kamal Kılıçdaroğlunun seçkilərdə qalib gələ bilməməsinin ən böyük səbəblərindən biri də Azərbaycan əleyhinə verilən mesajlardır. Türkiyə və Azərbaycanın qardaşlığı hər iki ölkənin prezidentləri və xalqları tərəfindən bütün dünyaya bəyan edilib. Ona görə də Azərbaycan Respublikasını yox saymaq, Türkiyə Respublikasını və türklüyü yox saymaqdır. Amma Kamal Kılıçdaroğluna ən böyük və ən gözəl cavabı türk milləti verdi. Azərbaycan və Türkiyə qardaşlığı isə əbədi şəkildə davam edəcəkdir.
– Seçkilərdən sonra “Millət İttifaqı”nda çox ciddi parçalanmalar yaşanmasının əsas səbəbi nədir?
– “Millət İttifaqı” seçkilərdən həmən sonra dağılmağa başladı. Çünki “altılı masa” partiyaların toplanmasından formalaşan, heç bir layihəsi olmayan, Türkiyəyə xidmət etməyən və vətən sevgisini millətinə aşılaya bilməyən bir ittifaq idi. Bunu görən türk milləti həmin 6 partiyanın da sədrinə lazım olan cavabı seçkilərdə verdi. Bir-birləri ilə belə anlaşa bilməyən ittifaq artıq millətin gözündə sıfıra enmişdi. Üstəlik, onların qarşılarında zəki, uzaqgörən siyasəti və Prezidentin etdiklərini görən bir türk milləti var idi. Onsuz da heç nə PKK terror qruplaşmasını dəstəkləyən “Millət İttifaqı”nı dağılmaqdan qurtara bilməzdi.
– Xüsusilə Cümhuriyyət Xalq Partiyasında (CHP) Kamal Kılıçdaroğlunun, İYİ Partiyada isə Meral Akşenerin istefası tələb olunur. Lakin onların heç biri bu tələbə müsbət cavab vermir. Bəs bu vəziyyətdə CHP və İYİ Partiyanı nələr gözləyir?
– Bəli, öz partiya üzvləri tərəfindən CHP sədri Kamal Kılıçdaroğlunun və İYİ Partiya sədri Meral Akşenerin istefası tələb olunur. Amma Kılıçdaroğlu və Akşener qoltuq sevdalarına görə istefa etməmək üçün dirənirlər. Buna baxmayaraq, onlar, istefa etsə də, etməsə də CHP və İYİ Partiya öz daxillərindəki xaosdan sonra bitməyə məhkum olacaqlar. Çünki türk milləti son seçkilərdə “altılı masa”nın oynadığı oyunları gördü və bundan sonra Kamal Kılıçdaroğlu və Meral Akşenerə siyasət arenasında etibar etməyəcəyini açıq şəkildə göstərdi.
– Bəs müxalifətdəki xaos davam edəcəyi təqdirdə, növbəti seçkilərdə nə baş verəcəyini proqnozlaşdırırsınız?
– Növbəti seçkilərin də yenə türk xalqı üçün vətən, millət və bayraq sevdası üzərinə qurulan bir seçki olacağını düşünürəm. Çünki Türkiyə dövləti bütövdür, parçalana bilməz və parçalanması təklif belə edilə bilməz. Fikrimcə, xarici güclərdən təmizlənmiş, inkişaf edən, böyüyən və gücünü göstərən bir Türkiyə dövlətini bundan sonra da təmsil edəcək Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklif edəyi şəxs olacaq. Türk milləti də yenə vətən deyəcək və vətənini sevən şəxsi seçəcək. Əlbəttə ki, Ərdoğan növbəti seçkidə yenidən namizəd olsa, türk xalqı yenidən onu seçəcək. Amma Ərdoğan özü siyasətdən yorulduğunu və namizəd olmayacağını desə də, yenə türk milləti dirayətli şəkildə vətən torpaqlarının bütünlüyünü qoruyacaq və torpaqların müqəddəsliyini biləcək bir övladına səs verəcək.
Elmir Kamal.
KONKRET.az - a istinaden
Zefertv.az
SİLAHLI QÜVVƏLƏR GÜNÜ
����: 30-06-2023, 12:36
26 iyun Silahlı Qüvəllər günüdür.Bu gün münasibəti ilə Uğuryolu TV.az saytı bayram tədbiri təşkil etdi.

Tədbiri Azərbaycan Respublikası Jurnalistlər birliyinin üzvü şairə-publisist Raziyə Kamilqızı gələn qonaqları salamladı.Tədbirdə şəhid ailələri,qazilər və ictimaət nümayəndələri iştirak etdi.İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi,Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasınin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan oğul,qızların xatirəsi ehtiramla anıldı.

Tədbirdə çıxış edən hər kəs qəhraman oğullardan qürurla danışdılar.Ali Baş Komandan İlham Əliyev cənablarına,Mehriban xanım Əliyevaya göstərdiyi diqqət qayğıya görə təşəkkür etdilər.Rəsadətli müzəffər ordumuza güc-qüvvət arzu etdilər.
Sonra isə bədii hissədə Salyan rayon məktəblisi Zinyət Bağırova,Qaradağ rayon məktəblisi Səma Əliyeva vətənpərvər mövzuda şerlər səsləndirildi.Arif Səlimov,Vüsal Xəyal,Səbuhi Biləcəri,Pərviz Salyanlının ifasında vətənpərvər ruhda mahnılar səsləndirildi.
Sonda vətənpərvər məktəblilər təltif olundular.
"ZUZU"restaranın rəhbəri Könül xanım Qasımovaya təşəkkur elan olundu.

Tədbirdə müxtəlif mətbuat nümayəndələr iştirak etdi.
Bayramınız mübarək olsun.
Uğuryolu TV az
ŞƏHİD ARİF ALLAHVERDİYEV EHTİRAMLA ANILDI
����: 30-06-2023, 11:04
Şəhidlik ali zirvə, uca məqamdır.
Bu gün Azərbaycan Respulikasının ərazi bütövlüyü uğrunda gedən döyüslərdə qəhramanlıqla şəhid olan Afif Bəxtiyar oğlu Allahverdiyevi ehtiramla anırıq.Bu gün Azərbaycan Respublikası Vətən Müharibəsi Vetranların İctimai Birliyinin Səbail rayon şobəsində AJB-nin üzvü,şairə publisist Raziyə Rzayevanın təşkilatçılıgı ilə Vətən müharibəsində 28.06.1992-ci ildə Füzuli rayonu Qırmızıbazar Tuğ istiqamətində şəhidlik zirvəsinə ucalan Arif Allahverdiyevin anım tədbiri keçrildi.


Zefertv.az
Bu gün Azərbaycan Respulikasının ərazi bütövlüyü uğrunda gedən döyüslərdə qəhramanlıqla şəhid olan Afif Bəxtiyar oğlu Allahverdiyevi ehtiramla anırıq.Bu gün Azərbaycan Respublikası Vətən Müharibəsi Vetranların İctimai Birliyinin Səbail rayon şobəsində AJB-nin üzvü,şairə publisist Raziyə Rzayevanın təşkilatçılıgı ilə Vətən müharibəsində 28.06.1992-ci ildə Füzuli rayonu Qırmızıbazar Tuğ istiqamətində şəhidlik zirvəsinə ucalan Arif Allahverdiyevin anım tədbiri keçrildi.

Tədbirdə şəhid ailələri,qaziləri, Kürdəmir rayonundan,Mingəçevir rayonundan şəhid anaları, ictimai birlik rəhbərləri,mətbuat nümayəndələri,ziyalılar,Arif Allahverdiyevin döyüş yoldaşları iştirak etdilər
Tədbir Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan oğul,qizların xatirəsini ehtiramla yad etməklə başladı.Daha sonra Sevinc xanım çıxis edərək şəhid qardaşı haqqında xatirələrini bölüşdü.Tədbirdə Arif Allahverdiyevin döyüş yoldaşlari onun necə qorxmaz,igid biri olmağından qürurla danışdılar.Daha sonra isə Yasəmən xanım,Mehriban xanım digər qonaqlar şəhidlərin xatirəsinə ehtiramlarını bildirdilər.Uğuryolu.az xəbər portalının təsisçi-drektoru çixışıni bitirdikdən sonra Fəxri-diplom təqdim etdi.Şəhid Arif Allahverdiyevin məzarı ziyarət olundu.

Azərbaycan Respublikası Müharibə Veteranlarının Səbail rayon Şurasının sədri Fəqan Nəsibzadə ,sədr müavini Ənvər Qarayev və işçi heyətinə,Rasim müəllimə təşəkkur edirik. Sonda isə xatirə şəkili çəkdirildi.
Zefertv.az
QARABAĞIN SƏSİ
����: 29-06-2023, 18:34
Doğma yurdumuz Azərbaycan bizim doğulub boya başa çatdığımız ana vətənimizdir.
Vətən torpağının hər qarışı müqəddəsdir.Vətən əbədi və əzəlidir.Azərbaycan bizə əcdadlarımızın əmanətidir.Əmanətə xəyanət olunmaz.






Əmanət olunan bu vətəni qorumaq hər bir vətəndaşın borcudur.Vətəni qorumaq,ona sahib çıxmaq üçün onu sevməlisən.

Vətənpərvərlik ən dərin,ən müqəddəs,ən ülvi hisslərdən biridir.
Hər bir adamın qiyməti onun vətənə,millətə xidməti ilə,əsl insanlıq ləyaqəti isə vətənpərvərlik hissi ilə ölçülür.
Prezidentimiz Ilham Əliyev demişdir:
"Mən istəyirəm ki,gənclərimiz vətənpərvər,peşəkar,bilikli,savadlı olsunlar,Vətən sevgisi ilə böyüsünlər".

Bizdə "ZeferTv.Az"olaraq vətənpərvərlik eşqi ilə öz canını vətənə fəda edən,qəhraman oğulların sorağı ilə Naxçıvan(NMR) Şəhər Şahbuz rayonunun qəhramanlarını sizlərə tanıtmaq onların xatirəsini yaşatmaq üçün yola düşdük.
Xalqın azadlığını,vətən torpaqlarının azadlığını,mərdliklə cəsarətlə səngərdə düşmanla üz-üzə,göz-gözə qorxmadan dayanaraq qoruyan igid oğullardan biri vətənpərvər Qaya bəyin təşkilatçılığı və istəyi üzrə onun can qardaşı dostu Şahbuz rayon Külüs kəndinin və vətənimizin fəxri,Şanlı aprel döyüşlərinin iştirakçısı, ikinci vətən müharibəsinin qalib şəhidlərindən biri olan Şəhid Baş Leytenant Zülfü Zeyni oğlu Rzayevin ailəsinin ziyarətinə getdik.

Şəhid Zülfü Rzayev 9 may 1993-cü ildə NMR-nın Şahbuz rayon Külüs kəndində anadan olub. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin baş Leytenantı olan Zülfü Rzayev ikinci vətən müharibəsi zamanı, torpaqlarımızın azadlığı və ərazi bütövlüyünün bərpası uğrunda gedən, haqq savaşı vətən müharibəsində, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və 27 sentyabr 2020-ci ildə Füzulidə qəhramancasına şəhid olub.Qəhraman Zülfü öz doğma torpağında Külüs kəndində dəfn olunub.

Təltifləri:
1.(24.04.2016)"igidliyə görə"medalı
2.(26.06.2018)"Azərbaycan Ordusunun 100 illiyi"yubileyi medalı.
3.(15.12.2020)"Vətən uğrunda"medalı
4.(25.12.2020)"Füzulinin azad olunmasına"görə medalı(ölümündən sonra)
5.(25.12.2020)"Xocavəndin azad olunmasına"görə medalı(ölümündən sonra)
6.(24.06.2021)"Şuşanın azad olunmasına görə"medalı(ölümündən sonra)
7.(05.11.2021)"Azərbaycan bayrağı ordeni"(ölümündən sonra).
Zülfünün sorağı ilə onun cənnət yoldaşlarınıda ziyarət etməyi özümüzə borc bildik.Vətən üçün can alıb,can verən qəhramanlar baş tacımızdı.Şahbuz rayonunun qəhraman oğulları Şəhid Baş Leytenant Muradlı Ilkin İlyas oğlu (27 sentyabr 1995-ci ildə NMR-nın Şahbuz rayonunda anadan olub.9 noyabr 2020-ci ildə vətən torpaqlarının azadlığı uğrunda,Şuşa döyüşləri zamanı qəhramancasına şəhid olub.

Azərbaycan Respublikasının Silahlı qüvvələrinin baş Leytenantı Qureyşli Firuz Əli oğlu 2 dekabr 1993-cü ildə NMR-nın Şahbuz rayon Külüs kəndində anadan olub.Qureyşli Firuz 10 oktyabr 2020-ci ildə Vətən torpaqlarının azadlığı uğrunda, Füzuli istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur.Qəhraman Firuz Külüs kənd məzarlığında dəfn edilib.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Leytenantı Emin Rəşadət oğlu Sadiqov 21 iyul 1998-ci ildə Naxçıvan-MR-nın Şahbuz rayonunun Şahbuzkənd kəndində anadan olub.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması uğrunda gedən haqq savaşı,vətən müharibəsi zamanı 26-ı oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə savaşıb və qəhramancasına şəhidlik zirvəsinə ucalıb.Qeyd edək ki,Qəhraman Eminin komandiri Rauf Əsgərovda vətən müharibəsi şəhididir.
Allah vətən uğrunda canında keçən cəmi şəhidlərimizin ruhunu şad etsin.
Tutduğu vəzifəsindən,peşəsindən asılı olmayaraq,xalqı üçün canını fəda edən qəhramanları yaşatmaq, xatirələrini əbədiləşdirmək hər bir vətəndaşın borcudur.
Bu yolda bizə daima dəstək olan öz doğma rayonunun şəhidlərini qürurla tanıtmaqda şərait yaradan Naxçıvan-MR-Şahbuz rayon icra başçısı Rafael Babayev cənabları başda olmaqla,icra nümayəndə heyyətindən Həsən müəllim Abbasov-a,rayon Mədəniyyət şöbəsinin rəhbəri Mübariz müəllim Əliyevə göstərdikləri diqqət,dəstək və qayğıya görə redaksiyamız adından dərin təşəkkürümüzü bildiririk.
QARABAĞ BİZİMDİR!QARABAĞ AZƏRBAYCANDIR!

Yazar, Ajb üzvü, təsisçi Direktor Dəniz Rüzgar.
Zefertv.az
Əlil qadınların cəmiyyətdə rolu, ve dövlətin onlara dəstəyi böyükdür.
����: 28-06-2023, 16:08
Bugun.tv xəbər verir ki, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə növbəti təlim keçirib.


“Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi dövlət qurumlarının əməkdaşları üçün təşkil olunub.
Tədbiri çıxış sözü ilə “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova açıb. O, layihənin keçirilməsinin məqsədindən danışıb, dövlət qurumlarının əməkdaşlarına geniş məlumat verib. “Təlimdə əsasən, dövlət təşkilatlarının işçilərinə və xidmət personalı üçün əlilliyi olan qadınlar və qızlarla peşəkar etik ünsiyyət üzrə praktiki təlim nəzərdə tutulub. Bundan başqa əlilliyi olan qadın və qızlar, onların ailə üzvləri üçün faydalı olan müxtəlif dövlət xidmətləri barədə, o cümlədən onlara qarşı zorakılığın müxtəlif formalarının tanınması ilə bağlı təlimatlandırılma aparılacaq”, – birliyin sədri bildirib.
Bugun.tv xəbər verir ki, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə növbəti təlim keçirib.

“Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi dövlət qurumlarının əməkdaşları üçün təşkil olunub.
Tədbiri çıxış sözü ilə “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova açıb. O, layihənin keçirilməsinin məqsədindən danışıb, dövlət qurumlarının əməkdaşlarına geniş məlumat verib. “Təlimdə əsasən, dövlət təşkilatlarının işçilərinə və xidmət personalı üçün əlilliyi olan qadınlar və qızlarla peşəkar etik ünsiyyət üzrə praktiki təlim nəzərdə tutulub. Bundan başqa əlilliyi olan qadın və qızlar, onların ailə üzvləri üçün faydalı olan müxtəlif dövlət xidmətləri barədə, o cümlədən onlara qarşı zorakılığın müxtəlif formalarının tanınması ilə bağlı təlimatlandırılma aparılacaq”, – birliyin sədri bildirib.
Sonra peşəkar təlimçi, Etika Akademiyasının direktoru Günel İbrahim iştiraklara birgə yaşamaq mədəniyyəti, etik davranıış qaydaları, əlilliyi olan qadınlarla davranış etikası, öhdəliklərimiz, ictimaiyyətin vəzifələri ilə bağlı təlim keçib. O, çıxışında hökümət təşkilatlarına, sosial, səhiyyə, ədliyyə, məşğulluq, təhsil, hüquq mühafizə orqanlarının əməkdaşlarına müxtəif növ əlilliyi və kommunikaisya çətinlikləri olan qadın və qızlar ilə peşəkar etik ünsiyyətin və onlara xidmət göstərməyə dair kommunikativ bilik və bacarıq sahələrini önəmə çəkib.
Xatırladaq ki, bu Bakıda gerşəkləşdirilən 2-ci təlimdir. 3 illik layihə çərçivəsində növbəti təlimin iyul ayında Quba rayonunda keçirilməsi planlaşdırılır.
Müxbir: Arzu İbrahimova
Zefertv.az
TÜRKİYE YÜZYILINDA GÖZ DOLDURMAYA DEVAM EDİYOR (TURANIN GÜCÜ )
����: 21-06-2023, 11:44
TÜRKBİRKON (TÜRK DUNYASI VE ULUSLARARASI İŞ DÜNYASI YATIRIM BİRLIGİ KONFEDERASYONU) GENEL BAŞKANI HAKAN AKTÜRK TÜRKİYE YÜZYILINDA GÖZ DOLDURMAYA DEVAM EDİYOR.
TÜRKBİRKON GENEL BAŞKANI HAKAN AKTÜRK TÜRK DEVLETLERİ arasında adeta mekik dokuyarak TURAN BİRLİGİNİ tetikleyen güçlü bir silah haline geldi.AZERBAYCAN KIRGIZISTAN ÖZBEKİSTAN KAZAKİSTAN KUZEY KIBRIS TÜRK CUMHURİYETİ BOSNA HERSEK gibi TÜRKİ CUMHURİYETLERİNİ birbirine kenetleyen yaptığı sosyal sorumluluk projeleri ve dayanışma örnekleri ile üstün hizmet madalyası ödülüne layık görülen TÜRKBİRKON GENEL BAŞKANI AKTÜRK çizgisini bozmayarak emin adımlarla büyümeye devam ediyor.Birçok DEVLET ADAMINI ve GÜÇLÜ İŞ ADAMLARINI bünyesinde barındıran TÜRKBİRKON; nefesini yaptığı basın açıklamalarında ki DEVLETİN UNİTER YAPISINI ve BEKASINI koruyacak hamleleri ile sergilediği milliyetci duruşu takdir kazanmaya devam ediyor.
Önumuzdeki günlerde TÜRKBİRKON(TÜRK DÜNYASI VE ULUSLARARASI İŞ DÜNYASI YATIRIM BİRLIGİ KONFEDERASYONU)GENEL BAŞKANI HAKAN AKTÜRK'e verilecek yeni görevler siyasi kulislerde kulaktan kulağa konuşuluyor. TURAN BİRLİGİ HEDEFİNİN öncüsü olan ve büyük kitleleri arkasında toplayan başarılı GENEL BAŞKAN HAKAN AKTÜRK'e saygılarımızı bildiriyoruz .
Zefertv.az Muhammed Osmanlı.


Zefertv.az Muhammed Osmanlı.
Qurban Mənsimov (1937-2023)
����: 20-06-2023, 17:50
“Palmali Holdinq”in prezidenti, Azərbaycanlı iş adamı Mübariz Mənsimovun atası Qurban Mənsimov vəfat edib.


İstanbulda, müalicə olunduğu “Liv Hospital”da uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, Q.Mənsimov 15 fevral 1937-ci ildə Masallı rayonunda anadan olub. O, uzun müddət Bakı limanında fəhlə işləyib və göstərdiyi nəticələrə görə keçmiş SSRİ dövründə bir çox yüksək orden və medallara layiq görülüb.
İnsanlar tərəfindən çox sevilən Qurban Mənsimov 9 uşaq atası idi.
Allahdan yaxınlarına səbr diləyirik..
Allah rəhmət eləsin! Məkanı Cənnət olsun !
Zefertv.az Məhəmməd Osmanov
Zirvə islahatlara dəstək ictimai birliyi mükafatlandırma mərasimi keçirib - FOTOLAR.
����: 16-06-2023, 10:03
"Zirvə” islahatlara dəstək mərkəzi İctimai Birliyinin mətbuat xidmətinin rəisi Nüranə Andronovanın və Elçin Axundzadənin təşkilatçılığı ilə beynəlxalq “Qızıl Disk” mükafatlarının təqdimatı keçirilib.
Mükafatlandırma mərasiminə Azərbaycan və Türkiyə Cümhuriyyətindən tanınmış mədəniyyət və incəsənət xadimləri, iş adamları, müğənnilər, media əməkdaşları təşrif buyurub. "AY IŞIĞI"-da təşkil olunan tədbirə Özəlliklə Osmanlı Turan Federasiyası baş idarəçisi Şahin Çelik, Vizyon hüquqçula Derneğinin genel başkanı Gürseren Başocak tədbirin keçirilməsinə başçılıq edib. Tanınmış müğənni Erson Er-in aparıcılığı ilə tədbirə xüsusi rəng qatıb. 




Zefertv.az Muhamməd Osmanlı

Tədbirin açılışında Azərbaycan və qardaş Türkiyənin dövlət himnləri səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi yad edilib.
Daha sonra Elçin Axundzadə Ümummilli Lider Heydər Əliyevin imzası, və verdiyi töhfələrdən danışıb.
Sözügedən "Qızıl Disk" mükafatının laureatlarından biri də Səs qazetinin icraçı direktoru Vəli Vəliyev olub.






Misirdə 15 İyun – Milli Qurtuluş Günü qeyd olunub
����: 15-06-2023, 22:58
Qahirə şəhərində fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə və 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.



Cəmiyyətdən zefertv.az xəbər portalına bildiriblər ki, tədbirdə Azərbaycanın Misirdəki səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK), Misir parlamentinin, yerli ictimaiyyətin, Azərbaycan icmasının nümayəndələri, nüfuzlu elm xadimləri, jurnalistlər və Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdində təhsil alan tələbələr iştirak ediblər.
Hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə Misir-Azərbaycan Dostluq Cəmiyyəti və Misirdə Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirov açıb. Ölkəmizdə 30 il öncə baş verən hadisələrin canlı şahidi olduğunu vurğulayan Cəmiyyətin sədri xatırladıb ki, 15 iyun tarixi xalqın israrlı təkidi ilə Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri vəzifəsinə seçildiyi gündür və bu əlamətdar gün ölkəmizdə və dünyada geniş qeyd edilir. O bildirib ki, böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürən Heydər Əliyev dövlətimizin müstəqilliyinin qorunub saxlanılmasına, Azərbaycanın vətəndaş qarşıdurmasına və parçalanmasına sürüklənməsinin qarşısının alınmasına, dərin siyasi-ictimai böhrana son qoyulmasına nail olub. Bir müddət sonra xalqın iradəsi ilə Prezident seçilən Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda böyük quruculuq mərhələsi başlanıb və həmin dövr ölkə tarixinə qızıl hərflərlə yazılıb.
Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov çıxışında xatırladıb ki, bu il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür və “Heydər Əliyev İli” çərçivəsində dünyanın müxtəlif ölkələrində tədbirlər keçirilir. O, buna nümunə olaraq Misir və Azərbaycan milli komandaları arasında kikboksinq üzrə yoldaşlıq görüşünün təşkilini göstərib. Azərbaycanın xaosdan, vətəndaş müharibəsindən xilas olması naminə çox qətiyyətli addımlar atan Heydər Əliyevin mənalı ömrü və siyasi fəaliyyəti haqqında müxtəlif dillərdə, o cümlədən ərəb dilində yüzlərlə kitabın yazıldığını bildirən səfir diqqətə çatdırıb ki, dahi şəxsiyyət ərəb və müsəlman ölkələri ilə əlaqələrin inkişafına xüsusi önəm verirdi. Xalqımızın Ümummilli Lideri Misirlə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə inkişafının əsasını qoyub, onun Afrika qitəsinə ilk rəsmi səfəri 1994-cü ildə məhz Misirdən başlayıb. E.Poluxov vurğulayıb ki, misirli investorlara ölkəmizin iqtisadiyyatının bütün sahələrinə sərmayə qoymaq üçün yaxşı şərait yaradılıb.
Tədbir iştirakçılarını salamlayan DİDK Aparatının rəhbəri Daşqın Rəcəbli bayram münasibətilə soydaşlarımızı təbrik edib, diqqəti komitənin fəaliyyət istiqamətlərinə, xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənləri ilə bağlılıqlarının daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən layihələrə cəlb edib. Müasir dövrümüzdə xalq diplomatiyasının əhəmiyyətindən danışarkən, bu yolun həm də dillərin mənimsənilməsindən keçdiyini vurğulayan natiq misirli tələbələrin Azərbaycan dilinə böyük rəğbət göstərməsini, universitetlərdə Ana dilimizin tədris olunmasını təqdirəlayiq hal adlandırıb və Misirdəki Azərbaycan diasporunun çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirib. “Azərbaycan dili dərsliyinin ərəblər üçün ilk dəfə Misir-Azərbaycan Dostluq Cəmiyyətinin misirli tələbəsi tərəfindən hazırlanması da qürurvericidir”, - deyə D.Rəcəbli vurğulayıb.
Dünya azərbaycanlıları tərəfindən müxtəlif ölkələrdə Heydər Əliyevə həsr olunmuş tədbirlərin təşkil olunduğunu qeyd edən D.Rəcəbli Misirdə də silsilə tədbirlərin davamı olaraq Misir-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən müsabiqələrin keçiriləcəyini bildirib. O, komitənin dəstəyi ilə müsabiqənin 5 qalibinin Azərbaycana səfərinin təşkilinin də nəzərdə tutulduğunu söyləyib.
Misirli millət vəkili Adil Amir xalqlarımızın dost olduqlarını, iki ölkə arasında əlaqələrin inkişafına Misir-Azərbaycan Dostluq Cəmiyyətinin böyük töhfələr verdiyini, ölkələrimiz arasında iqtisadi və ticari əməkdaşlığın daha da gücləndirilməsinin önəmini vurğulayıb. O, Misirin Qalyubiyyə vilayətində Misir-Azərbaycan Dostluq Parkının salınmasını, bu parkda Ümummilli Liderin abidəsinin ucaldılmasını, əhalinin bu parkı mütəmadi olaraq ziyarət etməsini bu münasibətlərin bariz nümunəsi adlandırıb.
Tədbirin sonunda Seymur Nəsirov qeyd edib ki, yaxın gələcəkdə Cəmiyyətin nəzdində hər iki ölkənin iş adamlarına dəstək məqsədilə yeni bölüm açılacaq.
Sualların cavablandırılması ilə yekunlaşan tədbir ərəb mediasında geniş şəkildə işıqlandırılıb.

Zefertv.az
İstanbul, Muhamməd Osmanlı .