Reklam
Reklam
Xəbər lenti
21-06-2024, 17:45

21-06-2024, 11:51

21-06-2024, 09:59

18-06-2024, 17:43

30-05-2024, 04:20

30-05-2024, 00:25

25-05-2024, 16:34

16-05-2024, 10:45

10-05-2024, 20:09

13-04-2024, 00:57

11-04-2024, 14:38

9-04-2024, 02:21

6-04-2024, 13:29

1-04-2024, 21:12

31-03-2024, 23:16

16-03-2024, 09:32

4-03-2024, 16:04

26-02-2024, 21:48

22-02-2024, 16:43

19-02-2024, 19:56

12-02-2024, 17:27

7-02-2024, 14:03

7-02-2024, 14:03

7-02-2024, 14:03

4-02-2024, 23:03

4-02-2024, 00:34

1-02-2024, 20:11

1-02-2024, 20:05

29-01-2024, 10:49

29-01-2024, 02:53

Ən çox oxunanlar
Reklam
Reklam

Qazaxda Milyonluq Abadlıq Işləri – Ötən Il Də Şəhərin Abadlaşdırılmasına 1 Milyon Xərclənib

Baxılıb: 828     Tarix: 14-08-2023 03:55   
Qazax Rayon İcra Hakimiyyəti başçısının Qazax Şəhər İnzibati Ərazi Dairəsiüzrə Nümayəndəliyi şəhərdə abadlıq işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub. 
Xəbəral.az Valyuta.az-a istinadən xəbər verir ki, tenderin qalibi “Ərdagı” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 994 994,79 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Ərdagı” MMC 10 dekabr 1992-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10.60 AZN olan şirkətin hüquqi ünvanı Gəncə şəhəri “Asfalt Zavodu”nda yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Nazim Fuad oğludur.

“Ərdagı” MMC 2019-cu ilədək “Ərdagı” İstehsal-Kommersiya Şirkəti adı altında fəaliyyət göstərib. Nazim Məmmədova qədər 4 qanuni təmsilçi dəyişib. “Ərdagı”nın ilk qanuni təmsilçisi Abdullayev Rasim İsmayıl oğlu olub. Onu Ədgərov Rauf Tofiq oğlu əvəzləyib. Tofiq Əsgərovdan isə şirkəti Məmmədov İlqar Nəriman oğlu, daha sonra Tağıyev Anar Nuşirəvan oğlu təmsil edib. 

“Ərdagı” MMC 31 ildir fəaliyyət göstərməsinə baxmayaraq, açıq mənbələrdə barəsində heç bir məlumat yoxdur. Şirkətin əlaqə nömrələri və internet saytına rast gəlinmir. 

“Ərdagı” MMC mediada tender kralı kimi tanınır. Şirkət əsasən Gəncəbasar bölgəsində yerləşən rayon və şəhər icra hakimiyyətlərinin keçirdiyi tenderlərin qalibi olur. 

Qazax Rayon İcra Hakimiyyəti başçısının Qazax Şəhər İnzibati Ərazi Dairəsiüzrə Nümayəndəliyi ötən il Qazax şəhərində abadlıq işlərinə 1 024 537, 39 AZN xərcləyib. 

Bununla bağlı keçirilən tenderin qalibi “Azərtranss” MMC olub. 2021-ci ildə isə Qazax şəhərinin abadlaşdırılması ilə bağlı “Azərtranss” MMC ilə maliyyə dəyəri 918 395,05 AZN təşkil edən satınalma müqaviləsi imzalanıb. 

Xəbəral.az
Zefertv.az