TARİX BOYU FƏXR EDƏCƏYİMİZ FƏXRİ
Baxılıb: 89 Tarix: 10-01-2026 16:03
Tarixin ən çətin anlarını keçən bir millət olaraq daima gücümüzü əzmlə,ləyaqətlə qoruduq.Bütün çətinliklərə sinə gəldik.Çunki biz mənliyimizi,kim olduğumuzu əsla unutmadıq.Vətən üçün canımızı ortaya qoyduq,son damla qanımıza qədər savaşdıq.Ata-babalarımızın bizə əmanəti olan bu məmləkəti canımız bahasına qoruduq.Biz Vətən adı gələndə ona doğru şərəflə addımladıq.İnsan şərəfini hər şeydən üstün tutar.

Biz Vətənimizi hər şeydən,doğma anamızdan belə üstün tutduq,tuturuq,ölüncə də tutacağıq.Vətəni olmayanın heç nəyi olmaz.Vətənə xəyanət etmək olmaz,o satılmaz əsla.İllər boyu mənfur düşmənlərin təcavüzünə məruz qalan millətimizin 30 illik zülmü,tapdaq altında qalan torpağı artıq günəş üzü,gün işığı gördü.İnandıq,güvəndik və qazandıq.Güclü siyasəti ilə,diplomatik gücü ilə dünyaya meydan oxuyan, Azərbaycanın yenilməz lideri,atasının arzusunu yerinə layiqincə yetirən,xalqının gücünü bir daha geri qazanan Ali Baş Komandanın cəsur addımı,və onu açılmayan dəmir yumruğu bizə zəfər, qalibiyyət gətirdi.Bu yumruğun gücü qəhrəman oğullar oldu,onlar bu yurda yeni nəfəs gətirdi.Vətənin tarixini dünyaya sübut etdi.

Bu uğrda can verib can aldılar.Bəli ordu sıralarında ləyaqətlə dayanan ogullardan biri də Fəxri idi.O,ilk olaraq öz ailəsinin,dostlarının fəxri idi,amma indi bütün millətin həm fəxri həm də unudulmaz qəhrəmanıdır.

Bəli bu gün vətən torpaqları uğrunda qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalan o igidin,cənnətdəki mövlud (doğum günü)günüdür.İkinci Qarabağ,44 günlük Vətən müharibəsi,haqq savaşı,Dəmir Yumruq əməliyyatı zamanı torpaqlarımızın mənfur düşməndən azad olunmasında, başlanan savaşda igidcəsinə savaşıb.
Bərdə elinin igidi,yurdun fəxri olan bu qəhrəman oğul 10.10.2020-ci il tarixində Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
O, "Vətən uğrunda","Suqovuşanın azad olunmasına görə"medallarla təltif edilib.

Hər il ənənəvi şəkildə,tarixi vətənpərvər ruhlu tədbirlərlə,bütün şəhidlərimiz kimi Fəxrinin də mövlud günü,qürur və şərəflə anılır,xatirəsinə ailəsi və vətənpərvər insanlar tərəfindən anım tədbirləri təşkil edilir.
ZƏFƏRTVAZ xəbər verir ki,08.01.2026-cı il saat 14:00-da şəhidin mövlud günü qeyd edilib.

Tədbir "Mirvari Dilbazi Poeziya Məclisi"İctimai Birliyinin təşkilatçılığı ilə Milli QHT Formunda keçirilib.Tədbir "Ananın fəxri,vətənin fəxridir"adı altında keçirilib.
Tədbir qəhrəman Vətən oğullarının əziz xatirəsini yad etmək,və Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib.Tədbirin təskilatçılığını və aparıcılığını edən "Mirvari Dilbazi Poeziya Məclisi"İctimai Birliyinin rəhbəri Güllü Eldar Tomarlı vətənpərvər ruhlu çıxışı və şeirləri ilə,vətən oğullarını yad edərək qeyd edib ki,vətən bizim,şəhid bizimdir.Onların xatirələrini yaşatmaq,əziz tutmaq borcumuzdur.Tədbirdə ,şəhid ailələri,qazilər,şəhid sevərlər ziyalılar,ictimaiyyət və media nümayəndələri iştirak ediblər.Tədbirdə qonaqları salamlayan qəhrəman şəhidin anası Məhparə xanım oğlu ilə bağlı dərin xatirələrini göz yaşı və qürula dilə gətirib.Oglunun adını ona layiqli şəkildə yaşatdığını və yaşadacağını qeyd edib.Tədbirdə təsirli çıxışı ilə,oğlunun qanlı bayrağını illərdi özü ilə gəzdirən,nişanlı oğlunun arzularını dilə gətirən ananın acısı böyük olsada,qüruru daha da böyük idi.Arxa dayağını,qoruyucu qəhrəmanını itirən xatirələrdə qardaşını yaşadan, Fəxrinin bacısı Türkanə xanımın qardaş həsrəti ilə çıxışı hər kəsi böyük hüznə boğdu.
Daha sonra çıxış edən qonaqlar qəhrəman Fəxri haqqında xatirələrini bölüşüblər.

Qonaqlar arasında iki oğlunu (İman və Bəhrəm Məmmədzadələr)vətənə qurban verən qəhrəman ata və anası,digər şəhid anaları,qazilər arasında sayılıb seçilən vətənsevər Qazi Ənvər Qarayev,il yarım erməni əsirliyində qalan əzmli qazi Terminator ləqəbli Cavid, qəhrəmanımızın adına rəsm tablosu hədiyyə edən rəssam xanım,öz qələmi ilə Fəxrinin adını kitablarında yaşadan yazıçı Zəfərtv.az xəbər saytı jurnalının təsisçisi Dəniz Rüzgar,ziyalı Bayram Aşıqlı,illərdi duyğulu səsi ilə şəhid mahnılarına nəfəs verən Zəminə Duyğu,öz vətənpərvər yazıları çıxışları ilə sevilən şairə Dəmir Yumruq Alfa-A cəmiyyətinin sədri Ülviyyə Vasif qızı,illərdi vətən oğullarının adı ilə yollarda qürurla addımlayan etik xəbər saytını rəhbəri Kamil Həmidov,şəhid sevər, vətəninə bağlı media biz saytının rəhbəri Sahil Qarayev,vətənpərvər ictimai şəxs Xarıbülbül cəmiyyətinin üzvü Azər Hüseynov və adını çəkə bilmədiyimiz neçə-neçə insanlar yer alıblar.

Hər kəs qürurla Fəxrinin xatirəsini bir daha yad edib.
Tədbirin sonunda şəhidin xatirəsinə həsr edilmiş video çarx nümayiş etdirilib və xatirə fotoları çəkilib.
Qəhrəmanımızı ehtiramla anırıq.


Zefertv.az'a istinadən.
Müəllif:Yazar Dəniz Rüzgar.












