Reklam
Reklam
Xəbər lenti
Bu gün, 08:58

7-09-2024, 10:43

7-09-2024, 06:55

4-09-2024, 21:25

1-09-2024, 23:58

1-09-2024, 11:08

30-08-2024, 14:14

20-08-2024, 14:48

19-08-2024, 03:34

5-08-2024, 20:27

4-08-2024, 13:57

31-07-2024, 21:51

28-07-2024, 00:29

25-07-2024, 19:14

25-07-2024, 18:55

23-07-2024, 13:10

18-07-2024, 01:48

13-07-2024, 01:17

9-07-2024, 02:27

8-07-2024, 14:53

6-07-2024, 14:56

6-07-2024, 12:41

6-07-2024, 11:20

5-07-2024, 10:14

4-07-2024, 19:25

4-07-2024, 13:33

1-07-2024, 17:19

21-06-2024, 17:45

21-06-2024, 11:51

21-06-2024, 09:59

Ən çox oxunanlar
Reklam
Reklam

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov 84 yaşında vəfat edib.

Baxılıb: 236     Tarix: 28-03-2022 11:53   
Ayaz Mütəllibov — Azərbaycan Respublikasının birinci prezidenti, Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu, 14-cü birinci katibi. 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Şamaxının Sarıtorpaq məhəlləsindəndir.1962-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib. 1959-cu ildə Soyuducular Zavodunda işə düzəlib və 26 yaşında zavodunun müdiri təyin olunub.

1974-cü ildə isə «Bakelektromaş» istehsalat birliyinin müdiri vəzifəsinə keçib. 1977-ci ildə Bakı şəhəri Nərimanov Rayon Partiya Komitəsinin ikinci katibi, 1979-cu ildə respublikanın yerli sənaye naziri, 1982-ci ildə Azərbaycan SSR-in Dövlət Plan Komitəsinin sədri və Nazirlər Şurasının sədr müavini vəzifələrini tutub.

1988-ci ildən Nazirlər Sovetinin sədri olub. 1990-cı ilin yanvar ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra – 1990-cı ilin mayında Azərbaycan SSR-in Ali Soveti tərəfindən Azərbaycanın prezidenti seçilib. 1990-cı ilin iyulundan 1991-ci ilin avqustuna kimi Sovet İttifaqı Kommunist Partiyası MK-nin və Sov.İKP MK-nin Siyasi Bürosunun üzvü olub.

1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib, 1992-ci il martın 6-da istefa verib.

Azərbaycan Sosial Demokrat Partiyasının 2012-ci il iyunun 30-da Bakıda keçirilən qurultayına təbrik məktubu göndərən Ayaz Mütəllibov partiyanın həmsədri vəzifəsindən və siyasətdən getdiyini bəyan edib.

Zefertv.az 
Məhəmməd Osmanov