Reklam
Reklam
Xəbər lenti
25-07-2024, 19:14

25-07-2024, 18:55

23-07-2024, 13:10

18-07-2024, 01:48

13-07-2024, 01:17

9-07-2024, 02:27

8-07-2024, 14:53

6-07-2024, 14:56

6-07-2024, 12:41

6-07-2024, 11:20

5-07-2024, 10:14

4-07-2024, 19:25

4-07-2024, 13:33

1-07-2024, 17:19

21-06-2024, 17:45

21-06-2024, 11:51

21-06-2024, 09:59

18-06-2024, 17:43

30-05-2024, 04:20

30-05-2024, 00:25

25-05-2024, 16:34

16-05-2024, 10:45

10-05-2024, 20:09

13-04-2024, 00:57

11-04-2024, 14:38

9-04-2024, 02:21

6-04-2024, 13:29

1-04-2024, 21:12

31-03-2024, 23:16

16-03-2024, 09:32

Reklam
Reklam

QARABAĞIN SƏSİ

Baxılıb: 1 070     Tarix: 29-06-2023 18:34   
Doğma yurdumuz Azərbaycan bizim doğulub boya başa çatdığımız ana vətənimizdir.
Vətən torpağının hər qarışı müqəddəsdir.Vətən əbədi və əzəlidir.Azərbaycan bizə əcdadlarımızın əmanətidir.Əmanətə  xəyanət olunmaz.
Əmanət olunan bu vətəni qorumaq hər bir vətəndaşın borcudur.Vətəni qorumaq,ona sahib çıxmaq üçün onu sevməlisən.
Vətənpərvərlik ən dərin,ən müqəddəs,ən ülvi hisslərdən biridir.
Hər bir adamın qiyməti onun vətənə,millətə xidməti ilə,əsl insanlıq ləyaqəti isə vətənpərvərlik hissi ilə ölçülür.
Prezidentimiz Ilham Əliyev demişdir:
"Mən istəyirəm ki,gənclərimiz vətənpərvər,peşəkar,bilikli,savadlı olsunlar,Vətən sevgisi ilə böyüsünlər".
 Bizdə "ZeferTv.Az"olaraq vətənpərvərlik eşqi ilə öz canını vətənə fəda edən,qəhraman  oğulların sorağı ilə Naxçıvan(NMR) Şəhər Şahbuz rayonunun qəhramanlarını sizlərə tanıtmaq onların xatirəsini yaşatmaq üçün yola düşdük.
Xalqın azadlığını,vətən torpaqlarının azadlığını,mərdliklə cəsarətlə səngərdə düşmanla üz-üzə,göz-gözə qorxmadan dayanaraq qoruyan igid oğullardan biri vətənpərvər  Qaya bəyin təşkilatçılığı və istəyi üzrə onun can qardaşı dostu  Şahbuz rayon Külüs kəndinin və vətənimizin fəxri,Şanlı aprel döyüşlərinin iştirakçısı, ikinci vətən müharibəsinin qalib şəhidlərindən biri olan Şəhid Baş Leytenant Zülfü Zeyni oğlu Rzayevin ailəsinin ziyarətinə getdik.
Şəhid Zülfü Rzayev  9 may 1993-cü ildə NMR-nın Şahbuz rayon  Külüs kəndində anadan olub. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin baş Leytenantı olan Zülfü Rzayev ikinci vətən müharibəsi zamanı, torpaqlarımızın azadlığı və ərazi bütövlüyünün bərpası uğrunda gedən, haqq savaşı vətən müharibəsində, Füzulinin azadlığı uğrunda gedən  döyüşlərdə savaşıb və 27 sentyabr 2020-ci ildə Füzulidə qəhramancasına şəhid olub.Qəhraman Zülfü öz doğma torpağında Külüs kəndində dəfn olunub.
Təltifləri:
1.(24.04.2016)"igidliyə görə"medalı
2.(26.06.2018)"Azərbaycan Ordusunun 100 illiyi"yubileyi medalı.
3.(15.12.2020)"Vətən uğrunda"medalı
4.(25.12.2020)"Füzulinin azad olunmasına"görə medalı(ölümündən sonra)
5.(25.12.2020)"Xocavəndin azad olunmasına"görə medalı(ölümündən sonra)
6.(24.06.2021)"Şuşanın azad olunmasına görə"medalı(ölümündən sonra)
7.(05.11.2021)"Azərbaycan bayrağı ordeni"(ölümündən sonra).
Zülfünün sorağı ilə onun cənnət yoldaşlarınıda ziyarət etməyi özümüzə borc bildik.Vətən üçün can alıb,can verən qəhramanlar baş tacımızdı.Şahbuz rayonunun qəhraman oğulları Şəhid Baş Leytenant   Muradlı Ilkin İlyas oğlu (27 sentyabr 1995-ci ildə NMR-nın Şahbuz rayonunda anadan olub.9 noyabr 2020-ci ildə vətən torpaqlarının azadlığı uğrunda,Şuşa döyüşləri zamanı qəhramancasına şəhid olub.
 Azərbaycan Respublikasının Silahlı qüvvələrinin baş Leytenantı Qureyşli Firuz Əli oğlu 2 dekabr 1993-cü ildə NMR-nın Şahbuz rayon Külüs kəndində anadan olub.Qureyşli Firuz 10 oktyabr 2020-ci ildə Vətən torpaqlarının azadlığı uğrunda, Füzuli istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur.Qəhraman Firuz Külüs kənd məzarlığında dəfn edilib.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Leytenantı Emin Rəşadət oğlu Sadiqov 21 iyul 1998-ci ildə Naxçıvan-MR-nın Şahbuz rayonunun Şahbuzkənd kəndində anadan olub.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması uğrunda gedən haqq savaşı,vətən müharibəsi zamanı 26-ı oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə savaşıb və qəhramancasına şəhidlik zirvəsinə ucalıb.Qeyd edək ki,Qəhraman Eminin komandiri Rauf Əsgərovda vətən müharibəsi şəhididir.
Allah vətən uğrunda canında keçən cəmi şəhidlərimizin ruhunu şad etsin.
Tutduğu vəzifəsindən,peşəsindən asılı olmayaraq,xalqı üçün canını fəda edən qəhramanları yaşatmaq, xatirələrini əbədiləşdirmək hər bir vətəndaşın borcudur.
Bu yolda bizə daima dəstək olan  öz doğma rayonunun  şəhidlərini qürurla tanıtmaqda şərait yaradan Naxçıvan-MR-Şahbuz rayon icra başçısı Rafael Babayev cənabları başda olmaqla,icra nümayəndə heyyətindən Həsən müəllim Abbasov-a,rayon Mədəniyyət şöbəsinin rəhbəri Mübariz müəllim Əliyevə göstərdikləri diqqət,dəstək və qayğıya görə redaksiyamız adından dərin təşəkkürümüzü bildiririk.
QARABAĞ BİZİMDİR!QARABAĞ AZƏRBAYCANDIR!
     Yazar, Ajb üzvü, təsisçi Direktor Dəniz Rüzgar. 
Zefertv.az