Reklam
Reklam
Xəbər lenti
Dünən, 16:34

16-05-2024, 10:45

10-05-2024, 20:09

13-04-2024, 00:57

11-04-2024, 14:38

9-04-2024, 02:21

6-04-2024, 13:29

1-04-2024, 21:12

31-03-2024, 23:16

16-03-2024, 09:32

4-03-2024, 16:04

26-02-2024, 21:48

22-02-2024, 16:43

19-02-2024, 19:56

12-02-2024, 17:27

7-02-2024, 14:03

7-02-2024, 14:03

7-02-2024, 14:03

4-02-2024, 23:03

4-02-2024, 00:34

1-02-2024, 20:11

1-02-2024, 20:05

29-01-2024, 10:49

29-01-2024, 02:53

26-01-2024, 00:41

9-01-2024, 18:24

9-01-2024, 18:20

4-01-2024, 17:20

3-01-2024, 00:23

31-12-2023, 23:59

Ən çox oxunanlar
Reklam
Reklam

Şəhid Vidadi Zalov .

Baxılıb: 848     Tarix: 13-04-2024 00:57   
Vətən müharibəsi bitdikdən sonra bir neçə medallarla təltif olunan Vidadi Zalov "Gizirlik kursu"na yazılmış, kursu müvəffəqiyyətlə bitirdikdən sonra "kiçik çavuş" rütbəsindən "gizir" rütbəsinə yüksəlmişdi. Azərbaycan-Ermənistan sərhədində, Laçın rayonu istiqamətində yerləşən "N" saylı hərbi hissələrdən birində hərbi xidmətini davam etdirirdi.
11 aprel 2023-cü ildə Ermənistan Silahlı Qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutmuşdur. Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olmuş və yaralanmışdır. Baş verən qarşıdurma nəticəsində Vidadi Zalov döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
 12 aprel 2023-cü ildə Vidadi Zalovun nəşi evinə gətirilərək  doğulduğu Abşeron rayonunun Saray qəsəbəsində dəfn olunmuşdur. Dəfn mərasimində Vidadi Zalovun ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak etmişlər.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 iyun 2023 tarixli sərəncamına əsasın Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçusu Vidadi Zalov “Vətən uğrunda” medalı ilə təltif edilib.

Şəhidlər ölməz, Vətən bölünməz! 
Zefertv.az