Reklam
Reklam
Xəbər lenti
25-07-2024, 19:14

25-07-2024, 18:55

23-07-2024, 13:10

18-07-2024, 01:48

13-07-2024, 01:17

9-07-2024, 02:27

8-07-2024, 14:53

6-07-2024, 14:56

6-07-2024, 12:41

6-07-2024, 11:20

5-07-2024, 10:14

4-07-2024, 19:25

4-07-2024, 13:33

1-07-2024, 17:19

21-06-2024, 17:45

21-06-2024, 11:51

21-06-2024, 09:59

18-06-2024, 17:43

30-05-2024, 04:20

30-05-2024, 00:25

25-05-2024, 16:34

16-05-2024, 10:45

10-05-2024, 20:09

13-04-2024, 00:57

11-04-2024, 14:38

9-04-2024, 02:21

6-04-2024, 13:29

1-04-2024, 21:12

31-03-2024, 23:16

16-03-2024, 09:32

Reklam
Reklam

VƏTƏN SİZİ UNUTMADI

Baxılıb: 809     Tarix: 16-05-2024 10:45   
 Şəhidlik müqəddəs məqsəd üçün həyatını verməkdir.Bizim üçün din,vətən,torpaq,şərəf kimi anlayışlar müqəddəsdir.
Və bu müqəddəs dəyərlərimizə hər hansı səbəblə zərər verəcək,dil uzadacaq kimsələrə heç çəkinmədən müharibə edər,lazım gələrsə canımızı verərik.
Şəhidlik dinimizə görə ən yüksək mərtəbələrdən biridir.Bu sıraya çatan cənnətlə mükafatlandırılımışdır.Şəhidlərimizin qanı ilə yuyulan bu torpaqda yaşayırıq.Bu gün biz bu torpaqda hərəkət edib xoşbəxd yaşayırıqsa,bizlər üçün ölümə qorxusuz getmiş şəhidlərimizin sayəsindədir.Onlar vətən deyincə gözləri heç bir şeyi görməyən,geridə buraxdıqlarını düşünmədən öncə vətən deyən möhtəşəm insanlardır.Bu yüksəkliyə ucalan insanlar ölmürlər,əksinə ölümləri ilə bir əbədilik qazanırlar.Xalq şairi Bəxtiyar Vahabzadə şəhidləri belə vəsf etmişdir:
Qatil gülləsinə qurban gedərkən 
Gözünü sabaha dikdi şəhidlər.
Azərbaycanın müsdəqilliyi,torpaqlarımızın toxunulmazlığı uğrunda canlarını fəda etmiş şəhidləri müqəddəs bir amal birləşdirdi."Biz gəldi-gedərik,təki vətən yaşasın."Bu amalla yaşayan şəhidlər misili görünməmiş iradə,yenilməzlik nümayiş etdirdilər.
Vətən,xalq sevgisi idi onlara cəsarət verən,sıraları möhkəm edən.
27 sentyabr 2020-ci il.O gün Azərbaycanın tarixində,qəhrəmanlıq salnaməsində yeni səhifə açdı.Bu səhifə Azərbaycan əsgərinin şücayəti,zəfər yürüşü,Ordumuzun Vətən uğrunda savaşı ilə yazıldı.Azərbaycan ordusu Vətən uğrunda ölüm-dirim savaşına qalxdı.Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün müqəddəs döyüşə başladı.Düşmən tapdağında qalan el - obamızı kafir caynağından qurtarmaq,üçrəngli bayrağımızı azad olunmuş yaşayış məntəqələrinə asmaq üçün başlayan bu yürüş hamının ürəyindən xəbər verdi."Dəmir Yumruq"əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan 44 günlük Vətən savaşı ərzində əsgərlərimizin hər biri öz şücayəti ilə qəhrəmanlıq yazdı.Azərbaycanın ərazi bütövlüyünün təmin olunması,müqəddəs torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda Vətən müharibəsində şəhid olan igidlərimizdən biri Hüseynov Elxan Haqverdi oğlu 26.01.1974-cü ildə vətənpərvər bir ailədə anadan olmuşdur.Torpağına,
bayrağına bağlı olan Elxan Hüseynov könüllü olaraq müharibə başlayan zaman torpaqların müdafiəsinə qalxır.Elxan Hüseynovun anası Nurcahan xanımda ilə oğlu ilə eyni səngəri bölüşərək tibb heyətində xidmət etmişdir.
17.10.1992-ci ildə Qarağda gedən döyüşlərdə qəhramanlıqla şəhidlik zirvəsinə ucalmışdır.
15may 204-cü il tarixdə Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Rada Abbas və ictimai birliyin Təşkilatı İşlər Üzrə müavini Şəhla Hüseynovanın təşkilatçılığı ilə Şəhidlər Xiyabanı ziyarət olunaraq tədbir keçrildi.Təədbir Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının ərazi bütovlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların xatirəsi ehtiramla yad edərək açıq elan edildi.
Rada Abbas çıxış edərək qürurla Elxan Hüseynov haqqında danışdı və şəhidin anası Nurcahan xanımın vəfatından kədərləndiyini bildirdi.
Tədbirdə iştirak edən müharibə veteranları,ziyalılar qəhraman döyüş yoldaşlarından qürurla danışdılar.
Demokratik Cəmiyyət Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mehriban Abdullayeva da çıxışında şəhidləri ehtiramla yad edərək,daima dövlətinə,dövlətçiliyinə xidmət etdiyini qeyd etdi.
Məzarında rahat uyu uğrunda canını fəda etdiyin torpaqlar azaddır.
Doğma Qarabağ azaddır!
Tədbirin sonunda xatirə şəkili çəkilərək ehsan verildi.
Raziyə Kamilqızı
Uğuryolu

Zefertv.az