Reklam
Reklam
Xəbər lenti
10-12-2024, 17:18

9-12-2024, 15:51

1-12-2024, 15:34

13-11-2024, 00:11

12-11-2024, 20:09

8-11-2024, 18:48

28-10-2024, 07:37

14-10-2024, 13:03

8-10-2024, 23:25

6-10-2024, 11:59

22-09-2024, 23:29

22-09-2024, 23:07

19-09-2024, 08:58

7-09-2024, 10:43

7-09-2024, 06:55

4-09-2024, 21:25

1-09-2024, 23:58

1-09-2024, 11:08

30-08-2024, 14:14

20-08-2024, 14:48

19-08-2024, 03:34

5-08-2024, 20:27

4-08-2024, 13:57

31-07-2024, 21:51

28-07-2024, 00:29

25-07-2024, 19:14

25-07-2024, 18:55

23-07-2024, 13:10

18-07-2024, 01:48

13-07-2024, 01:17

Ən çox oxunanlar
Reklam
Reklam

QƏHRAMANLAR UNUDULMUR..

Baxılıb: 1 439     Tarix: 06-07-2024 14:56   
 Vətən  tək  dörd bir yanı sərhəddən ibarət olan deyil,vətən ürəyimizdə eşqi ilə yer tutan müqqəddəs evimizdir.
 Biz doğma evimizi heç bir zaman,tərk edə bilmərik.Onun hər qarışı bizim üçün əziz,doğma və müqəddəsdir.Vətəni sevmək imandan gəlir.Allah imanımızı əlimizdən almasın.Vətən sevgisi heç nə ilə ölçülə bilməz.
Onun uğrunda neçə oğullar can alıb can verib.Onlar tarixə həm adını,həm şanını,həm qanını yazdırıb.Qərib ölkələri gəzsəkdə ürəyimizdəki vətən həsrəti hər yerdə bizimlədir.Necə deyib şair "Gəzməyə qərib ölkə Ölməyə vətən yaxşı".
Sənin uğruna canımız fəda,ey vətən!
Sənin uğrunda ölməkdə öldürməkdə şərəfdir.
Bəli ölümsüzlüyü ilə tarix yazan,vətən harayına çatan xalqın igidlərindən biridə,qəhraman Zaurdu.
Zaur Nizami oğlu İsmayılzadə 29.07.1995-ci ildə Lənkaran rayonunun İstisu qəsəbəsində anadan olmuşdur.2001-2012-ci illərdə Şəhid Vüqar Məmmədov adına, Cəlilabad rayon Göytəpə şəhər tam orta məktəbində,təhsil almışdır.Hərbi xidmətini başa vurduqdan sonra, müxtəlif MMC-lərdə mühafizəçi kimi,fəaliyyət göstərmişdir.Subay idi.
Zaur İsmayılzadə 2013-2015-ci illərdə Azərbaycan Silahlı 
Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir.2015-2017-ci illərdə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin sıralarında,"Gizir"rütbəsi ilə xidmətini davam etdirmişdir.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayan,Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında, cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətində şiddətli döyüşlər başlamışdır.Tarixə Aprel döyüşləri olaraq yazılan,döyüşlər zamanı Zaur İsmayılzadə Xüsusi Təyinatlı Qüvvələrinin sıralarında,hərbi qulluqçu olaraq savaşmışdır.Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan,və Ermənistan Ordusunun yenilməz Ohanyan xətti olaraq tanınan,müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir.
Zaur İsmayılzadə döyüş gedişatında,ağır yaralanmışdır və səhətində problemlər yarandığı üçün 2017-ci ildə ordudan təxris olunmuşdur.
27sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlamış və İsmayılzadə səfərbər olunmuş,könüllü olaraq ordu sıralarına qayıtmışdır.Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması zamanı başlanan İkinci Qarabağ müharibəsində,
O,Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır.Zaur İsmayılzadə 09.10.2020-ci ildə Füzuli döyüşləri zamanı,qəhramanca şəhidlik zirvəsinə ucalmış və Lənkaran rayonunda dəfn edilmişir.
Döyüş tapşırıqlarını layiqincə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərancamına əsasən medallarla təltif edilmişdir.
TƏLTİFLƏRİ:
"Vətən Uğrunda"medalı (15.12.2020)
"Füzulinin azad olunmasına görə"medalı (25.12.2020)
"Cəsur döyüşçü"medalı (24.06.2021)
"Şuşanın azad olunmasına görə"medalı (05.11.2021)
"Vətənə xidmətinə görə "orden (05.11.2022)
Dərin hüzn və qürurla anırıq...
     Dəniz Rüzgar

Zefertv.az