Reklam
Reklam
Xəbər lenti
22-09-2024, 23:29

22-09-2024, 23:07

19-09-2024, 08:58

7-09-2024, 10:43

7-09-2024, 06:55

4-09-2024, 21:25

1-09-2024, 23:58

1-09-2024, 11:08

30-08-2024, 14:14

20-08-2024, 14:48

19-08-2024, 03:34

5-08-2024, 20:27

4-08-2024, 13:57

31-07-2024, 21:51

28-07-2024, 00:29

25-07-2024, 19:14

25-07-2024, 18:55

23-07-2024, 13:10

18-07-2024, 01:48

13-07-2024, 01:17

9-07-2024, 02:27

8-07-2024, 14:53

6-07-2024, 14:56

6-07-2024, 12:41

6-07-2024, 11:20

5-07-2024, 10:14

4-07-2024, 19:25

4-07-2024, 13:33

1-07-2024, 17:19

21-06-2024, 17:45

Ən çox oxunanlar
Reklam
Reklam

VƏTƏN QƏHRAMANI

Baxılıb: 185     Tarix: 22-09-2024 23:29   
 Bir millətin sahib olduğu ən önəmli şey vətəndir.Vətəni sevmək candan gəlir.
Bir ölkənin,bir vətənin qoruyucusu varsa o torpağa heç bir düşmən ayağını ata bilməz.Bu gün biz o gücə malik bir dövlətik.Cunki güclü ordumuz,güclü siyasətimiz,güclü prezidentimiz var.Ən əsası canını vətən harayına hay verərək fəda edən mərd cəsurlar var.Bu vətən öz igidləri nə hər zaman güvənib güvənəcək də.Biz şanlı tarix yazan qüdrətli bir sərkərdənin gücü ilə güc alır,arxasında sapasağlam dayanırıq.Dünya ölkələrinə meydan oxuyan komandanımız bir daha sübut etdi ki,Azərbaycan igidləri istəsə nəinki 44 günə 44 saata belə öz doğma torpağını geri ala bilər.
Biz güclü xalqıq,biz birlikdə öz gücümüzə güc qatırıq.Biz vətənimizi mənfur düşmənlərimizdən hər zaman qorumuş canımızı uğrunda fəda etmiş insanlarıq.Canını yurda fəda edənlər sırasında biri  isə qəhraman Seyfi Abdullayev  idi.
Xüsusi təyinatlılar da polis vəzifəsində çalışırdı.
   Seyfi Fəqan oğlu Abdullayev 22.09.1994_cü ildə Bakı şəhər Sabunçu rayonunda zəhmətkeş bir ailədə anadan olmuşdur.Seyfi Abdullayev Bakı şəhər 148 saylı tam orta məktəbdə təhsil almışdır.Ailədə məktəbdə,dost,tanışlar arasında vətənpərvərliyi,təlim- tərbiyəsi ilə seçilən Seyfi hər kəsin sevimlisi idi.Orta məktəbi bitirdikdən sonra hərbi xidmətini başa vuran Şeyfi Abdullayev polis serjantı olaraq Azərbaycan Respublikası DİN -də çalışmağa başlamışdır.
    
 Sən vətən uğrunda verdin canını 
Bir an düşünmədin sevənlərini
Bu sevgi heçnə ilə əvəz edilməz
Kəs sənə uzanan kafir əllərini 

19 sentyabr 2023-cü ildə Xocavəndin Tağverd kəndində lokal antiterror əməliyyatları zamanı ermənilərin mina terroru nəticəsində həlak olmuşdur.
Seyfi Abdullayev Şamaxı rayon Qəleybuğurd kənd qəbiristanlığında dəfn edilmişdir.
Hərbi hissə qarşısın da qoyulan tapşırıqları layiqincə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərancamına əsasən "Vətən uğrunda"medalı ilə təltif edilmişdir.

Seyfinin ürəyində,
Çağlayırdı arzular.
Mənfur düşmənə qarşı
Sonsuz nifrəti vardı.

Baxışında alov var,
Ürəyində intiqam
Ana vətən yolunda
Şəhid oldu qəhraman.

Ruhun qarşısında baş əyirəm vətən oğlu.
Raziyə Kamilqızı
Zefertv.az