Reklam
Reklam
Xəbər lenti
14-10-2024, 13:03

8-10-2024, 23:25

6-10-2024, 11:59

22-09-2024, 23:29

22-09-2024, 23:07

19-09-2024, 08:58

7-09-2024, 10:43

7-09-2024, 06:55

4-09-2024, 21:25

1-09-2024, 23:58

1-09-2024, 11:08

30-08-2024, 14:14

20-08-2024, 14:48

19-08-2024, 03:34

5-08-2024, 20:27

4-08-2024, 13:57

31-07-2024, 21:51

28-07-2024, 00:29

25-07-2024, 19:14

25-07-2024, 18:55

23-07-2024, 13:10

18-07-2024, 01:48

13-07-2024, 01:17

9-07-2024, 02:27

8-07-2024, 14:53

6-07-2024, 14:56

6-07-2024, 12:41

6-07-2024, 11:20

5-07-2024, 10:14

4-07-2024, 19:25

Ən çox oxunanlar
Reklam
Reklam

VƏTƏN SEVDALI OĞUL

Baxılıb: 137     Tarix: 08-10-2024 23:25   
Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitirərdim.
Vətən sevgisi insanın damarında,qanında,ruhunda olur.Belə oğullardan biri olan 
Qarazadə Nicat Malik oğlu
24.10.2002 Biləsuvar ismətli kəndində zəhmətkeş bir ailədə anadan olub.
Ailə Ceyranbatan qəsəbəsinə köçür
2007- 2020- çi il tarixdə Abşeron rayon Ceyranbatan qəsəbəsində 2 nömrəli tam orta məktəbdə təhsil alır.Təhsil aldığı müddətdə müəllimlərin və sinif yoldaşlarının sevimlisi olan Nicat Malik oğlu Qarazadə vətəninə,bayrağına sevdalı idi.
XTQ-də hərrbi xidmətə yollanır və xidməti başa vurduqdan sonra iki ay kurs keçərək snayperci kimi müddətdən artıq hərbi xidmət edir.
Komandirlərin,əsgər dostlarının sevimlisi olub.
Nicat Qarazadə Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan bibisi oğlu Elmidar Səlimxan oğlu Səfərovun qisasını almaq üçün silaha sarıldı.
"Qisas" əməliyyatı zamanı 13.09.2022 Kəlbəcər Laçın istiqamətində şəhidlik zirvəsinə ucalır.
Şəhidlik zirvəsinə ucalmamışdan əvvəl belə bir məktub yazır:Salam əziz ailəm bu yazını oxuyanda çox güman şəhid olmuşam.Bunu oxuyub pis olmanızı istəmirəm,çünki öz könüllü istəyimlə bu yolu seçdim və bu yolda şəhid olacam.Anam bilirəm bu dəqiqə ağlayırsan xahiş edirəm ağlama çünki sənin ağlamağına dözə bilmərəm.Əgər ruhumun rahat olmağını istəyirsənsə ağlama.
Ata sən başını dik tut çünki oğlun hər oğulun çıxa bilmədiyin yerdədi.Bacım və qardaşım həyatda sizə uğurlar arzulayıram.Nahid bala oxu sənə qalan savadın olacaq.Hər nə isə mən yaxşı yerdəyəm özünüzdən muğayət olun!...
Ali Baş Komandanın sərəncamlarına əsasən "3- cü dərəcəli Vətənə xidmətə görə"ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunur.
Vətən səni unutmadı igid oğul.

Vətən darda olan zaman,
Silaha saraldı qəhraman oğul.
Sinəsini sipər etdi gülləyə
Azad etdi vətən torpağını.
Həm Xankəndi,həm Xocalı
Vətən üçün qurban oldu
Hayladılar bir- birini
Həm Elmidar,həmdə Nicat.
Əbədiyyən yaddaşlara
Dastan yazdı igid oğul.
Sevdi onu bütün millət
Əbədiyaşar qəhramanı.
Vətənin qəhraman oğlunu.
Uğrunda canını fəda etdiyin vətən torpaqları indi azaddır.Qarabağın azad səmalarında Azərbaycan bayrağı qürurla dalğalanır.
Qarabağ azaddır!
Şusa azaddır!
Raziyə Kamilqızı 
AYB və AJB-nin üzvü

Zefertv.az