Reklam
Reklam
Xəbər lenti
14-10-2024, 13:03

8-10-2024, 23:25

6-10-2024, 11:59

22-09-2024, 23:29

22-09-2024, 23:07

19-09-2024, 08:58

7-09-2024, 10:43

7-09-2024, 06:55

4-09-2024, 21:25

1-09-2024, 23:58

1-09-2024, 11:08

30-08-2024, 14:14

20-08-2024, 14:48

19-08-2024, 03:34

5-08-2024, 20:27

4-08-2024, 13:57

31-07-2024, 21:51

28-07-2024, 00:29

25-07-2024, 19:14

25-07-2024, 18:55

23-07-2024, 13:10

18-07-2024, 01:48

13-07-2024, 01:17

9-07-2024, 02:27

8-07-2024, 14:53

6-07-2024, 14:56

6-07-2024, 12:41

6-07-2024, 11:20

5-07-2024, 10:14

4-07-2024, 19:25

Ən çox oxunanlar
Reklam
Reklam

VƏTƏNİ SEVƏN OĞUL

Baxılıb: 23     Tarix: 14-10-2024 13:03   
 Yarım qalmış arzular,həyatları gülüşlə dolu günləri qalmışdı o torpaqlarımızda...qeyd olunmamış bayramlarımız və ən əsas o torpaqlarda dalğalanmayan üçrəngli Bayrağımız...Çox ağır hisslər yaşadırdı insana...
Bu hissləri yaşayaraq böyüyürdü vətənpərvər oğullarımız.
Qarabağ həsrəti,Qarabağ sevgisi ilə yaş üstünə yaş gəlirdi.
Bitib tükənməyən vətən sevgi ilə alışıb yanırdı ürəkləri.
27 sentyabr 2020- il tarixində bu həsrətə son qoyulan gün başladı,vətən oğulları silaha sarıldı.
Məğrur dayan səngərdə,
Qoru kəndi,şəhəri.
Ulduzların qoynunda,
Uğurla aç şəhəri
Azərbaycan əsgəri!

Belə igid oğullardan biri Neftçala rayonu Qaçaqkənd kəndində zəhmətkeş,vətənpərvər,
hərbiçı ailəsində 21.05.1996- il tarixində Fərid Ərastun oğlu Əsgərov dünyaya göz açdı.
Ailənin sevimlisi idi Fərid.
Atasının işi ilə bağlı Şəki şəhərində yaşayan ailə 2002--ci ildə böyük bir sevinclə Şəki şəhər 11nömrəli tam orta məktəbə yola saldılar Fəridi.Orta məktəbdə oxuyarkən həm müəllimlərin,həm də sinif yoldaşlarının sevimlisi idi.
2007- ildə ailə Lənkaran şəhərinə köçür və Fərid təhslini 6 nömrəli liseydə davam etdirir.2013-2017- il tarixində Lənkaran Dövlət Universitetində təhsil alır.Təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanan Fərid Əsgərov xidmətini layiqincə yerinə yetirir və Bakı şəhərində mühafizə xidmətində işə başlayır.Musiqini,idmanı çox sevirdi.Hərbiçı ailəsində böyüyən Fərid hər zaman atasının söhbətlərini maraqla dinləyir və ondan sanki bir dərs alırdı.Vətəninə byrağına sevgisi atasının sözlərindən sonra ürəyində möhkəm bir kök salmışdı.Boş vaxtlarında öz üzərində çalışır biliyini daha da mükəmməl inkişaf etdirməyə çalışırdı.
27 sentyabr 2020- il tarixində mənfur düşmənlərin başladığı müharibədə vətən dardadır deyə könüllü olaraq silaha sarıldı 03 oktyabrda uzun bir döyüş yolu keçdi.
Füzulidi,Cəbrayıldı,
Qubadlıdı,Zəngilandı.
Vətən üçün candan keçdi
İgid şəhid Fərid Əsgərov.

Bayrağına sevdalıdı,
Xankəndi,Xocalıdı.
Suqovuşan,həm Tərtərdi
İgid şəhid Fərid Əsgərov.

Qələbə əzmiylə,düşmənə nifrətlə,şucətlə döyüşdü Qarabağın hər daşında,qayasında izi qaldı Fəridin
4 noyabr 2020-il tarixində hər tərəfdə bütün cəbhə boyu rəşadətli ordumuzun əsgərləri kəndləri,şəhərləri azad edərək irəliləyirdi,hər tərəfdə ağır döyüşlər gedirdi.Bu döyüş Fərid Əsgərovun son döyüşü oldu qəhramanlıqla şəhidlik zirvəsinə ucaldı.
Şəhadətindən sonra Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə " Vətən uğrunda", " Cəsur döyüşçü", "Qubadlının azad olunması" və "Cəbrayılın azad olunmasına" görə medallarla təltif olunub.
İgid Fərid Əsgərovun adı daima yaddaşlarda qürurla yaşayacaq.
Nur çöhrəli bir oğuldu
Qəlbi sevgiylə doluydu
Vətənini çox sevirdi
Şəhid Əsgərov Fərid
Ana qürurla deyir
Mənim balam qəhramandı
Qarabağın həsrətiylə
Ürəyi alışıb,yanırdı
Döyüşlərə qatılanda
Dönəcəyəm gözlə anam
Söz verirəm zəfər sevinciylə
Qələbənin müjdəsiylə
Döndü igid Fərid oğlum
O andına sadiq qaldı
Verdiyi sözü tutdu
Döndü geri qəhraman tək
Ucaldı adı göylərə
Qubadlıda gedən döyüşdə
Şucaətlə döyüşərək
Sinəsini sipər etdi
Şəhid oldu Fərid oğlum
Məzarında rahat uyu
Uğrunda can verdiyin
Qarabağımız azad oldu
Üçrəngli bayrağımız 
Qürurla dalğalandı
Doğma yurda nur çilədi
Yadaşlarda qaldı Əsgərov Fərid
Nur çöhrəli qəhraman oğul!...
Raziyə Kamilqızı
AYB  və AJB-nin üzvü

Zefertv.az