Reklam
Reklam
Xəbər lenti
22-11-2025, 04:20

19-11-2025, 13:50

18-11-2025, 20:09

14-11-2025, 22:07

8-11-2025, 23:42

8-11-2025, 09:42

2-11-2025, 18:26

1-11-2025, 01:37

1-11-2025, 01:28

31-10-2025, 10:39

18-10-2025, 16:18

6-10-2025, 17:47

3-10-2025, 23:49

2-10-2025, 11:09

30-09-2025, 00:53

29-09-2025, 17:13

29-09-2025, 11:07

28-09-2025, 21:32

27-09-2025, 00:45

22-09-2025, 22:46

15-09-2025, 15:47

14-09-2025, 15:40

14-09-2025, 14:36

11-09-2025, 13:29

6-09-2025, 15:30

5-09-2025, 15:14

3-09-2025, 22:00

30-08-2025, 20:46

30-08-2025, 18:58

29-08-2025, 15:55

Ən çox oxunanlar
Reklam
Reklam

GƏNC ƏDƏBİYYATÇI: COŞQUN HÜSEYN

����: 14-11-2025, 22:07
Coşqun Əşrəf oğlu Nəbiyev 27 sentyabr 1988-ci ildə Bərdə rayonunun Əyricə kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə, E. Abdullayev adına tam orta məktəbdə alıb. Məktəbdə oxuduğu illərdə Bərdə rayonu Kolayır kənd uşaq musiqi məktəbində "qarmon" ixtisası üzrə də təhsil alıb.
  Təhsilini başa vurduqdan sonra, həqiqi-hərbi xidmətə yollanıb. Xidmətini layiqincə başa vurduqdan sonra doğma evinə qayıdaraq müxtəlif sahələrdə çalışıb. Hazırda ailəlidir və iki övladı var. O, hal-hazırda müxtəlif məclis və el şənliklərinin aparıcılığını edir.
Ədəbiyyat və poeziyanı yüksək səviyyədə təmsil edən Coşqun Nəbiyev, sosial və ictimai platformalarda, cəmiyyətdə "Coşqun Hüseyn" ləqəbi ilə tanınır və şeirlərə nəfəs verir.
Çoxsaylı şeirlərin müəllifi olan gənc şair və aparıcının əsərləri dövri mətbuatımızda, müxtəlif qəzet və jurnallarda, eləcə də kitablarda dərc olunub. Sosial mediada və cəmiyyətdə böyük auditoriyaya sahib olan gənc yazarın şeirlərə verdiyi nəfəs, bir çox sənətkarlar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Poeziyaya böyük sevgisi olan gənc şairin yaradıcılıq fəaliyyəti artıq 10 ilə yaxındır ki, davam edir. Onun yaradıcılığında Vətən sevgisi, klassik və xalq ədəbiyyatı motivləri mühüm yer tutur. Böyük sevilən sənətkarlardan ilham alan gənc şairin ən çox örnək aldığı və izi ilə getdiyi şairlər sırasında sevgi şairi Şücaət Kəlbəcərli də yer alır.

 QARŞIMA ÇIXMA
 Deyirsən gedirəm.yaxşı yol sənə,
Heyif, bu sevginin qədrin bimədik.
Deyirdin bizləri ölüm ayırar 
Birgə yaşamadıq, birgə ölmədik

Nə deyim mən sənə, nədən danışım
Sənə deyiləsi sözdə qoymadın
Bir gün peşman olub dönmək istəsən
Geriyə dönməyə üzdə qoymadin.

Yalnızlıq qəlbimi odlayan zaman
Gələrdim qapına səni görməyə 
Sevgi-məhəbbəti tutub gözüm də
Gələrdim sevgimi sənə verməyə

Bilmirəm, yerimi kim tutacaqdir
Barı o yazıqın ümidin yıxma
Get sən də, əbədi gedənlər kimi
Bir daha yoluma, qarşıma çıxma. 
 Gənc şairə gələcək işlərində, yaradıcılıq həyatında böyük nəaliyyətlər arzu edirik.
ATA
 Əgər atam sağ olsaydı 
Yağlı olardı çörəyim
Qollarımda güc olardı 
Yerə dəyməzdi kürəyim

Əgər atam sağ olsaydı
Qara günüm ağ olardı
Çəkinməzdim mən heçnədən
Arxamda bir dağ oları

Əgər atam sağ olsaydı
Evimiz də şən olardı
Nə bir həsrət, nə bir kədər
Nə saçımda dən olardı

Əgər atam sağ olasydı
Gülər üzüm heç solmazdı
Divarda rəsminə baxim
Mənim gözlərim dolmazdı...

İNANMAYASAN
 Vaxtında görəsən gərək işini,
Çox da gecikməyib, yubanmayasan
Elə yaşıyasan verilən ömrü
Ahıllıq yaşında utanmıyasan

Cannan keç vəfalı yarından ötrü
Həya et abrindan, arından ötrü
Dünyanın malınnan, varindan ötrü
Namərdin başına dolanmıyasan

Cosqun iş o deyil imkan o deyil
Sən insan bildiyin insan o deyil
Zəmanə o deyil dövran o deyil
Gərək ki heç kəsə inanmayasan
ZeferTV.az
����������� 0 ���������: Xəbər ������� : ������