"Qaraheybət” faciəsindən 4 il ötür
����: 30-11-2025, 22:11
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğramasından 4 il ötür.

Hadisə 2021-ci il noyabrın 30-u, saat 10:40 radələrində təlim uçuşları yerinə yetirərkən baş verib.
Hadisə nəticəsində 14 nəfər yüksək rütbəli zabit şəhid olub, 2 nəfər isə ağır yaralanıb:
1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;
2. polkovnik Nəzirov Emil Nəzir oğlu;
3. mayor Həsənov Elmir Mircəlil oğlu;
4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu;
5. mayor Mayılov Emil Şahid oğlu;
6. mayor Məmmədov Murad Yaşar oğlu;
7. mayor Əliyev Emil Elman oğlu;
8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;
9. kapitan Bayramlı Cavid Əhliman oğlu;
10. kapitan Əliyev Xəyyam Əlixan oğlu;
11. kapitan Qaraisayev Teymur Ənvər oğlu;
12. leytenant Süleymanov Abdulla Telman oğlu;
13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;
14. işçi Nəbiyev Elçin Fikrət oğlu.
Qəza zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.
Qeyd edək ki, siyahıda işçi kimi təqdim edilən Elçin Nəbiyev Birinci Qarabağ müharibəsinin əfsanəvi pilotu, istefada olan polkovnik olub. O, DSX-də mülki əməkdaş kimi xidmət edirdi.
Zefertv.az
Aytən Cəbiyeva: Sənət və Yaradıcılıq
����: 30-11-2025, 20:34
Aytən Cəbiyeva Azərbaycan mədəniyyət və teatr sahəsinin istedadlı simasıdır. O, Mədəniyyət Mərkəzində aktrisa kimi fəaliyyət göstərir və teatr səhnəsində çoxsaylı yaddaqalan obrazların ifası ilə tamaşaçı rəğbətini qazanıb. Xüsusilə "Şəhid Anası" və "Dilbər" tamaşalarında təqdim etdiyi unudulmaz ana rolları ilə xüsusi seçilir.




Zefertv.az Muhamməd Osmanlı

Aytən Cəbiyeva teatr fəaliyyəti ilə yanaşı, ictimai əhəmiyyətli kino layihələrində də aktivlik göstərir. O, "Xocalı. Son Toy..." adlı bədii-sənədli filmdə Beyin bacısı obrazını canlandırıb. Film Xocalı faciəsinin acı hadisələrini əks etdirir və 33 il əvvəl orada yarımçıq qalmış toy mərasimindən bəhs edir. Filmin real kadrları Xocalıda, bədii hissəsi isə Ağsuda lentə alınıb. Bu rol onun sənətində xüsusi bir mərhələ təşkil edir.

Teatr onun üçün sadəcə bir səhnə deyil, həm də həyat təcrübəsi məktəbidir. Burada fərqli rollar vasitəsilə insanların duyğularına toxunur və həyatın müxtəlif tərəflərini tamaşaçılara çatdırır. Aytən xanım yüksək iradəsi və genişmiqyaslı peşəkar fəaliyyəti sayəsində mühüm nailiyyətlərə imza atıb. O, çətinliklər səbəbindən həyat və yaradıcılıq fəaliyyətində tərəddüd edən insanlara təsirli bir örnəkdir.

Bununla yanaşı, "Turan Elleri" layihəsində və Şuşa Musiqi Dram Teatrında iştirakı ilə mədəni-ictimai sahədə öz dəyərli töhfəsini verib.

Aytənin teatr və kino layihələrindəki yüksək səviyyəli performansları, müxtəlif rollarda nümayiş etdirdiyi peşəkarlıq və səhnəyə gətirdiyi enerji onu Azərbaycan sənət dünyasında vacib fiqurlardan birinə çevirir. O, hər yeni layihədə tamaşaçıları heyran etməyə və sənətini daha geniş kütləyə təqdim etməyə davam edir.

Aytən xanım həyatda üzləşdiyi maneələrə görə Marketinq üzrə təhsilini gec bitirsə də, bu onun peşəkar inkişafına əsla mane olmayıb. Ailəsinə gəlincə, Aytən xanımın iki övladı var və onlardan biri hazırda xaricdə təhsil alır.













�����������
���������: ---