Reklam
Reklam
Xəbər lenti
19-12-2025, 10:34

30-11-2025, 20:34

19-11-2025, 13:50

18-11-2025, 20:09

14-11-2025, 22:07

8-11-2025, 23:42

8-11-2025, 09:42

2-11-2025, 18:26

1-11-2025, 01:37

1-11-2025, 01:28

31-10-2025, 10:39

18-10-2025, 16:18

6-10-2025, 17:47

3-10-2025, 23:49

2-10-2025, 11:09

30-09-2025, 00:53

29-09-2025, 17:13

29-09-2025, 11:07

28-09-2025, 21:32

27-09-2025, 00:45

22-09-2025, 22:46

15-09-2025, 15:47

14-09-2025, 15:40

14-09-2025, 14:36

11-09-2025, 13:29

6-09-2025, 15:30

5-09-2025, 15:14

3-09-2025, 22:00

30-08-2025, 20:46

30-08-2025, 18:58

Ən çox oxunanlar
Reklam
Reklam

Meyxana Aləminin "Ağsaqqalı" Dünyasını Dəyişdi:Ağakərim Vəfat Etdi

����: 19-12-2025, 23:15
 Azərbaycan meyxana sənətinin görkəmli nümayəndələrindən biri, "Ağakərim" ləqəbi ilə tanınan Kərim Novruzov uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.
  Məşhur meyxanaçı bir neçə il əvvəl insult keçirdikdən sonra səhhətində ciddi problemlər yaranmışdı. Uzun müddət müalicə almasına və yataq şəraitində olmasına baxmayaraq, ustad sənətkarın həyatını xilas etmək mümkün olmayıb. Onun vəfatı həm ailəsi, həm də çoxsaylı pərəstişkarları üçün ağır itki olub.
 Ağakərim meyxana sənətində özünəməxsus dəst-xətti, dərin məntiqli qafiyələri və geniş mütaliəsi ilə seçilirdi. O, klassik meyxana ənənələrini qoruyub saxlayan və gənc nəslə ötürən əsl ustad idi. Onun iştirak etdiyi "deyişmələr" və ifa etdiyi qəzəllər Azərbaycan folklorunun ayrılmaz hissəsinə çevrilmişdi.
  Ağakərim təkcə meyxanaçı deyil, həm də sözün qədrini bilən bir şair idi. Onun gedişi ilə Bakı meyxana mühitində böyük bir boşluq yarandı.
 Mərhumun yaxınlarından alınan məlumata görə, sənətkar doğulduğu və boya-başa çatdığı Maştağa kəndində torpağa tapşırılacaq. Vida mərasimində sənət yoldaşlarının, mədəniyyət xadimlərinin və sevənlərinin iştirakı gözlənilir.
Allah rəhmət eləsin!
����������� 0 ���������: --- ������� : ������

Azərbaycanlı alim Seymur Nəsirov beynəlxalq konfransda təltif edildi

����: 19-12-2025, 10:34
 Misirin paytaxtı Qahirə şəhərində "Fətva və humanitar gerçəklik problemləri: müasir çətinliklərlə ayaqlaşan rasional ictihada doğru" mövzusunda mötəbər beynəlxalq konfrans keçirilib. Tədbirdə dünyanın 50-dən çox ölkəsindən müftilər, İslam hüququ üzrə tanınmış alimlər və sahə ekspertləri iştirak ediblər.
  Konfransda çıxış edən Misirdəki Azərbaycan diasporunun sədri, Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri, tədqiqatçı-alim Seymur Nəsirov ölkəmizdəki tolerantlıq mühiti və multikultural dəyərlər barədə geniş məruzə edib. S. Nəsirov vurğulayıb ki, Azərbaycan əsrlər boyu müxtəlif xalqların və dinlərin sülh şəraitində birgə yaşadığı bir ölkə kimi tanınır. O, bu ənənələrin dövlət rəhbərliyinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində daha da möhkəmləndiyini bildirib.
  Alim çıxışında müasir dünyanın ən böyük problemlərindən olan radikalizmlə mübarizə məsələsinə xüsusi toxunub: 
 "Radikalizm bəlası ilə heç bir dövlət təkbaşına mübarizə apara bilməz; bu istiqamətdə qlobal həmrəylik və qarşılıqlı dəstək şərtdir. Radikal fikirlərin cəmiyyətdə yayılmasının qarşısını almaq üçün ən təsirli vasitə təhsildir. Bununla yanaşı, ailə institutunun möhkəmləndirilməsi və milli-mənəvi dəyərlərin qorunması bu prosesə əvəzsiz töhfə verə bilər."
  Konfransın yekununda Misir müftisi, Dünya Fətva Evləri və Qurumları Baş Katibliyinin rəhbəri Nəzir Məhəmməd Əyyad tərəfindən mükafatlandırma mərasimi keçirilib. Dini fəaliyyət və elmi araşdırmalar sahəsindəki xidmətlərinə görə təltif olunan seçilmiş alimlər arasında Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri Seymur Nəsirov da yer alıb.
   Seymur Nəsirovun rəhbərlik etdiyi müəssisələr beynəlxalq təhsil mərkəzinə çevrilib. Bu illər ərzində dünyanın əksər ölkələrindən minlərlə tələbə həmin müəssisələrdə təhsil alaraq öz ölkələrinə qayıdıb. Hazırda da 65 ölkədən 1700-dən çox tələbə burada təhsillərini davam etdirir.
  Alimin elmi fəaliyyəti tədrisdən də kənara çıxır. 25 ildən çoxdur ki, o, ərəb mənbələrində Azərbaycanla bağlı fundamental tədqiqatlar aparır. Bu tədqiqatların nəticəsi olaraq, o, əslən azərbaycanlı 250-dən çox alim haqqında iki dəyərli kitabın müəllifidir. Xüsusi qeyd edilməlidir ki, Seymur Nəsirov 1600-dən çox misirliyə Azərbaycan dilini öyrətmişdir. Onun məqalələri və ictimai-elmi fəaliyyətləri ərəb mediasında daim geniş işıqlandırılır.
Zefertv.az Muhamməd Osmanlı
����������� 0 ���������: Xəbər ������� : ������