Tibb və ilkin Tibbi yardım tədrisi müzakirə olundu(İRR Academy)



Zefertv.az
Bakı ( M.Osmanov )
Model və Aktyor Natiq Babayev Azərbaycanda !


Zefertv.az
"Kurtlar Vadisi"nin Güllüsü: "4 yıldır Azerbaycan'da yaşıyorum"


Oyuncu Erhan Ufak'ın "525-ci Gazet"teki röportajının tamamını okumaya davet ediyoruz.
Zefertv.az Muhammed Osmanlı
Gökyüzüne Yükselen Hilal (Altuntaş) Yine Parladı!



Zefertv.az Muhammed Osmanlı
İdil Elma Kadınca TV-de Özge Ulusoya Reportaj verdi.

“Best Model Of The World"da Model Natiq Babayev (İstanbul)


Zefertv.az
Elza Seyidcahan Rüstəm Kərimzadəni insanlara garşı düzgün olmaqa dəvət etdi.

Əməkdar Artist Elza Seyidcahan Sahibkara mədəni formada nataraz mövgeyindən çəkinməyi bildirib, o isə əl gol hərəkətləri ilə gara siyahıya düşüb.
Vəkil bildirib ki, sentyabrın 29-da Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə R.Kərimzadə barəsində bir aylıq həbs qərarı çıxarılıb.
O, İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə) maddəsi ilə təqsirləndirilir.
Qeyd edək ki, müğənni Elza Seyidcahan Nəsim Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinə şikayət edərək, R.Kərimzadənin ona zor tətbiq etdiyini bildirib.

Xatırladaq ki, Kərimzadə Rüstəm Fuad oğlu "ELİT SRC GROUP” MMC-nin təsisçisidir və hazırda həmin təşkilatın direktoru vəzifəsindədir .
Ötən gün cinayətdə şübhəli bilinən 42 nəfə saxlanılıb

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 42 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 28 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.
Bakıda qadın ərini yatdığı yerdə başını əzib öldürdü

Suraxanı Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmiş şəxsin arvadı 1980-ci il təvəllüdlü Şıxəliyeva Günay Arif qızının ailə-məişət münasibətləri zəminində Mahir Şıxaəliyevin yatmış vəziyyətdə olmasından istifadə edərək dəmir linglə onun baş nahiyəsinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
Günay Şıxəliyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Bakı sakinləri Cəlilabad və Biləsuvarda 11 kq-dan çox narkotiklə tutuldular

Daxidi İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Abşeron rayon sakini Q.Əliyevin idarə etdiyi "Nexia" markalı avtomobilə baxış zamanı sərnişini, Bakı şəhər sakini R.Əliyevə məxsus 4 kiloqram 670 qram heroin, 2 kiloqram 870 qram həşiş və 270 qram metamfetamin aşkar edilərək götürülüb.
Biləsuvar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində isə Bakı şəhər sakini A.Feyzullayevin idarə etdiyi "Chevrolet" markalı avtomobilə baxış zamanı ona və sərnişini A.Nəsirova məxsus 3 kiloqram 230 qram heroin aşkar edilərək götürülmüşdür