Reklam
Reklam
Xəbər lenti
Dünən, 18:26

1-11-2025, 01:37

1-11-2025, 01:28

31-10-2025, 10:39

18-10-2025, 16:18

6-10-2025, 17:47

3-10-2025, 23:49

2-10-2025, 11:09

30-09-2025, 00:53

29-09-2025, 17:13

29-09-2025, 11:07

28-09-2025, 21:32

27-09-2025, 00:45

22-09-2025, 22:46

15-09-2025, 15:47

14-09-2025, 15:40

14-09-2025, 14:36

11-09-2025, 13:29

6-09-2025, 15:30

5-09-2025, 15:14

3-09-2025, 22:00

30-08-2025, 20:46

30-08-2025, 18:58

29-08-2025, 15:55

25-08-2025, 00:25

24-08-2025, 20:19

16-08-2025, 12:32

14-08-2025, 07:12

8-08-2025, 23:54

7-08-2025, 13:43

Ən çox oxunanlar
Reklam
Reklam

12 dekabr Ümumilli lider Heydər Əliyevin anım günüdür

����: 12-12-2021, 09:45
Ümummilli lider Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində, dəmiryolçu ailəsində dünyaya gəlib.

1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra, Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.
Heydər Əliyev 1941-1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət edib, 1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilb. O, Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il (1944–1969) çalışan Heydər Əliyev 1964-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilib. H.Əliyevə 1967-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən general-mayor rütbəsi verilib.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik edib. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə (1969–1982) idarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə edilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olub.
Heydər Əliyev SSRİ Ali Sovetinin (8, 9, 10 və 11-ci çağırışlar) deputatı, 9-cu çağırış SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini (1974–1979), RSFSR Ali Sovetinin deputatı (XI çağırış, 1985), Azərbaycan SSR Ali Sovetinin (7, 8, 9, 10 və 12-ci çağırışlar) deputatı və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü (8, 9 və 10-cu çağırışlar) olub.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün (21 yanvar, 1990-cı il) Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuş, Ali Sovetin sessiyalarında fəal iştirak edib. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.
Azərbaycan xalqı 1993-cü ilin may-iyununda Gəncə şəhərində Surət Hüseynovun başçılığı ilə prezident Əbülfəz Elçibəyə qarşı Gəncə qiyamı qaldırılması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Heydər Əliyevin hakimiyyətə gətirilməsi ilə ayağa qalxdı, bu, əsl mənada, milli hərəkata çevrildi, Azərbaycanın o zamankı dövlət başçıları onu rəsmən Bakıya dəvət etməyə məcbur olublar. Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlayıb. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərininqarşısı alındı, dövlət müstəqilliyi qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyulub.

1994-cü il sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə Əsrin Müqaviləsi imzalanıb.
Heydər Əliyevin prezidentliyi zamanında milli ordu quruculuğunda ciddi dəyişikliklər başlayıb. Təcavüzkar silahlı qüvvələrinin Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alındı, qəddar düşmənə əks-zərbələr endirildi və 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olunub.
1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiyasının qəbul edilməsi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, Azərbaycanda ölüm cəzasının ləğv olunması, "Bələdiyyə seçkiləri haqqında qanun"un və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyev 1998-ci il oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
Heydər Əliyev 15 may 2001-ci il tarixli fərmanı ilə EA-ya Azərbaycan Milli Elmlər Akademiyası statusu vermiş, beləliklə bu nəhəng elm təşkilatının Azərbaycan xalqı qarşısındakı xidmətlərini və akademik elmin ölkənin inkişafının əsas təminatçılarından olduğu faktını bir daha yüksək səviyyədə təsdiqləyib. Heydər Əlyevin təşəbbüsü, bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9-10-da Dünya Azərbaycanlılarının Bakıda keçirilən I qurultayı Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli tarixi qərarlar qəbul edib.
2003-cü ilin prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmiş və öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend Klinikasında (ABŞ) vəfat etmiş, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olunub. 


Zefertv.az

����������� 0 ���������: Seçilənlər / Xəbər ������� : ������

Azərbaycan əsilli Türk Rəssam (Gülnarə Muxtarova)

����: 14-10-2021, 00:13
Dərin Fantaziya və yaradıcılıqa malik olan,biri birindən fərgli müxtəlif mövzulu,əsərləri istər tarixi istər bu günümüzü göstərən Gülnarə Muxtarova 1985ci ildə Azərbaycanda dünyaya gələn Türk Rəssam illərdiki iki gardaş ölkəni dünyaya tanıdmaqdadır. 
 Əsərlərinə bəzən aylarla zaman ayıran rəssamı media üzvləri daha çox sərgilərdə görüb , yaradıcılıqını seyr edə bilirlər.Hər zaman Milləti,torpaqı layıqincə təmsil edən,ürəyi Vətənlə döyünən bir çox mükafatlara layıq görülən sənətkar Garabağın alınmasını xüsusi geyd etdi. Geyd edək ki döyüş zamanı Xalq ilə bir yumruq olaraq yardımları ilə orduya dəstək olan Gülnarə Muxtarova "İki kardeşin öyküsü" adlı heykəlinin və tanınmış sənətçimiz Nəsibə Zeynalovanın büstünün açılışını Doğma Vətənində planlaşdırır .Zefertv.az Məhəmməd Osmanov
����������� 0 ���������: Seçilənlər / Xəbər / Maraqlı ������� : ������

Şəhid Əmrah Həmidov (Salyan r.,Kürsəngi kəndi)

����: 5-10-2021, 17:11
Əmrah Həmidov 1997-ci il yanvarın 12-də Salyan rayonunun Kürsəngi kəndində anadan olub. Ailəli idi.

Hərbi xidməti
Əmrah Həmidov 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə "gizir" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi.
Azərbaycan Ordusunun kiçik giziri olan Əmrah Həmidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Əmrah Həmidov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı ağır yaralanıb, oktyabrın 5-də isə Gəncə şəhərində Hərbi Hospitalda şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Həmidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Həmidov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Həmidov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmrah Həmidov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi

Bu gün 05.10.2021-ci il Salyan rayon,Kürsəngi kənd şəhidimiz,XTQ giziri şəhid Həmidov Əmrah Firavan oğlunun il dönümü mərasimi keçirildi.H.Əmrahın ata baba yurdu Şamaxı olsada ehsan doğulduğu kənddə baş tutdu.Sevənləri yaxın qohumları,yoldaşları onun ocağına yığışmışdı.Mərasim şəhidin məzarını ziyarət etməklə başladı.

Mərasimdə Salyan rayon İcra hakimiyyətinin başçısı, Sevindik Hətəmov cənabları və bir çox icra  nümayəndələri,ailə üzvləri,kənd ağsaqqalları,döyüş yoldaşlarıda iştirak edirdi.Mərasimdə şəhidin həyat yolundan,keçdiyi döyüş yolundan danışıldı.İcra başçısı S.Hətəmov cənabları çıxışında qeyd etdi ki,biz hər zaman şəhid ailələrimizin yanındayıq,qazilərimizin yanındayıq,onlara olan diqqət və qayğımız daimidir.Və biz Alibaş Komandanımızın,cənab prezidentimiz İlham Əliyevin  ətrafında sıx birləşmişik daima ona dəstəyik, yanındayıq.Mərasim şəhidimizin ruhuna xatir verilən ehsanla sona çatıb.

 Zəfərtv.az kollektivi olaraq bütün şəhidlərimizə rəhmət diləyir,ruhları qarşısında baş əyirik.Vətən Sağ olsun!


����������� 0 ���������: Seçilənlər ������� : ������

ŞƏHID ÖVLADLARI ANIM GÜNÜNÜ QEYD ETDILƏR "Uşaqlar müharibə ilə yox, Sevgi ilə böyümək istəyirlər" layihəsinin təqdimat mərasimi keçirilib.

����: 30-09-2021, 22:52
 27 Sentyabr Anım Günü ilə əlaqədar olaraq idea müəllifi jurnalist Lalə Qəzənfərin və "Modern Estetik Mərkəzi"nin təşkilati dəstəyi ilə hazırlanmış"Uşaqlar müharibə ilə yox, sevgi ilə böyümək istəyirlər" devizi altinda "GƏLƏCƏK BİZİMDİR! ZƏFƏR BİZİMDİR! QARABAĞ BİZİMDİR! QARABAĞ AZƏRBAYCANDIR!" sosial layihəsinin təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə öncə torpaqlarımız uğrunda canından keçmiş Şəhidlərimiz1 dəqiqəlik sükutla anıldı. Daha sonra Azərbaycan Dövlət Himni səsləndirildi.

Tədbirə əsasən Şəhid ata-analari, bacıları, ailə ūzvləri və körpə övladları dəvət olunmuşdular. Bundan başqa Qazilər, müharibə veteranları, müharibə iştirakçıları (əsgərlər və həkimlər), Daxili Işlər Nazirliyinin mətbuat katibi Ruslan Vəliyev, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti, "Fakhriya Khalafova" moda evinin təsisçisi modelyer-dizayner Fəxriyyə Xələfova, Azərbaycan Sahibkar Qadinlar İctimai Birliyinin sədri Zemfira Ağayeva, "Modern Estetik" mərkəzinin rəhbəri Gülnar Əlişova, "Milana Hospital"ın rəhbəri Xuraman Muradova, mütamadi olaraq əsgərlər və Şəhid ailələri ilə tez-tez görüşlər keçirən şair-bəstəkar-ifaçı Tərlan Novxanı və media nümayəndələri yer almışdılar.

Tədbirdə 44 günlük Vətən müharibəsində igidlik göstərərək canlarından keçmiş Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla ehtiramla yad edildi. Daha sonra Dövlət Himni səsləndirildi.


Lamiyə Əliyevanın aparıcılığı ilə keçirilən "Uşaqlar müharibə ilə yox, sevgi ilə böyümək istəyirlər" devizi altinda "GƏLƏCƏK BİZİMDİR! ZƏFƏR BİZİMDİR! QARABAĞ BİZİMDİR! QARABAĞ AZƏRBAYCANDIR!" sosial vətənpərvər ruhda çəkilmiş video-çarxa ictimai baxış keçirildi.


Layihənin rəhbəri həmin video-çarxın məhz Vətən müharibəsi zamanı qızğın döyüşlərin və hər dəqiqə, hər an işğaldan azad olunan torpaqlarımız uğrunda gedən döyüşlər zamanı çəkilişlərinin baş tutmasını bildirdi. Lalə Qəzənfər hətta çox qürur hissi ilə də məhz çəkilişlərin bitməsi isə Qələbə paradının keçirilməsi isə tam təsadüf olduğundan həmin Zəfər günümüzü və körpələrimizin qələbə sevinclərinin də həmin video-çarxa əlavə olunması çox xoş və qürurverici hiss olduğunu bildirdi.

"Sahibkar Qadınlar" İctimai Birliyinin rəhbəri Zemfira Ağayeva, Əmakdar incəsənət xadimi, modelyer-dizayner Fəxriyyə Xələfova, DİN mətbuat xidmətinin əməkdaşı, polis baş-leytenantı Ruslan Vəliyev Müzəffər Ordumuzun düşmənə qalib gələrək 30 ilə yaxın işğalda olan torpaqlarımızın azad olunmasında qanlarını həmin torpaqlara qatan, Şəhidlik zirvəsinə ucalaraq adlarını yeni Azərbaycan tarixinə qızıl hərflərlə yazan, tədbirdə iştirak edən Şəhidlərimizin ata-analarının, bacı-qardaşlarının, hətta övladlarının belə qarşısında özlərini borclu bilərək "Bütün Şəhidlərimizin ruhu qarşısında baş əyirik" söylədilər.

Şəhid Arif Vəliyev adina 258 sayli tam orta məktəbin 10-cu sinif şagirdi İsayev Ayxan Elşən oğlunun 44 günlük Vətən müharibəsi Şəhidlərinə həsr etdiyi "ZƏFƏR ÇƏLƏNGİ" layihəsindən olan hədiyyələr tədbirə təşrif buyuran Şəhid ailələrinə - general Polad Həşimov (bacisi Kəmalə Həşimova), pilot Urfan Vəlizadə (bacisi Xuraman xanima), Mayor Haciyev Ramid (həyat yoldaşi Sevinc xanim, 3 övladi) və iştirak eden digər Şəhidlərin - İsmayılov Emin,Quluyev Elgün,Həsənov Tofiq, Yusubov Elzar,Musayev Elşən,Məmmədov Elcan,Kazımov Kamran, Kərbəliyev Siyavuşun ailə üzvlərinə təqdim olundu.

Tədbir təşkilatçısı qazilərdən – mənfur düşmən əsirliyindən geri dönmüş Amin Musayevə, müharibədə ölümü gözə alaraq gedən qızdğın döyüşlərdə əsl qəhrəmanlıqlar göstərən Mübarizlərin, Fəridlərin davamçıları, Azərbaycanın mərd oğulları Tural Ağasıyev, Əsgər Rufullayev, Cəfərli Vətən, Orxan Hüseynov, Orxan İmanov,Tural Ağasiyevə xüsusi hörmət, ehtiram və minnətdarliğını bildirərək yaralılarımıza can verən, onlara ana, bacı, qardaş olan , Milli Ordu sıralarına könüllülərdən olanhəkimlərə də təşəkkür etməyi unutmadı:


Şahin Quşanov

İskəndər İskəndərov

Aynurə Hidayətqizi.

 

Tədbirə xüsusi dəvət alan  Xeberekspress az saytinin adini daşidiği Şəhid Elşən Musayevin 3 körpələri ilə bərabər ömûr-gün yoldaşį Mətanət Musayeva da iştirak edirdi. Xeberekspress az rəhbəri Ruhiyyə Eldar qizi "Saytimiz adindan Musayevlər ailəsinə xüsusi təşəkkür bildirərək hər zaman fəxrlə daşiyacağimiza söz veririk."


Çıxış üçün söz verilən müharibə iştirakçısı həkim Aynurə Hidayətqızı döyüşlərdə şahid olduğu ağrılı günlərin çox acılı anlarından, yaralılara xidmətlərindən, Şəhidlərin son sözlərini xatirlayaraq, danışanda göz yaşlarına hakim ola bilmədi. Aynurə Hidayətqızı Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq ön cəbhədə əsgərlərə həkim kimi, həm də döyüşçülərə mənəvi dəstək olaraq yaralı əsgərlərə əlindən gələn yardımlar etmişdir.

Eşq olsun Ali Baş Komandan, Azərbaycan Respublikasinin Prezidenti Cənab Ilham Əliyev başda olmaqla Azərbaycana Qələbə sevincini yaşadan bu cür oğul və qızlarımıza!


Allahdan Şəhidlərimizə rəhmət, Qazilərimizə tezliklə şəfalar diləyirik.

 

Tədbirə xüsusi dəvət alan Xeberekspress.az saytının adını daşıdığı Şəhid Elşən Musayevin 3 körpəsi ilə bərabər ömür-gün yoldaşı Mətanət Musayeva da iştirak edirdi. Xeberekspress.az saytının rəhbəri Ruhiyyə Eldarqızı "Saytimiz adından Musayevlər ailəsinə xüsusi təşəkkür bildirərək hər zaman fəxrlə daşıyacağımıza söz veririk."

 Müəllif: Lalə Qəzənfər
 Fotoqraf: Fərmail Əliyev
    Xeberekspress.az , zefertv.az 
Məhəmməd Osmanov .
 
����������� 0 ���������: Seçilənlər ������� : ������

27 Sentyabr - Anım günü

����: 27-09-2021, 00:15

"DƏMİR YUMRUQ"ƏMƏLİYYATI ZƏFƏR GÜNÜ.
İkinci Qarabağ müharibəsi,və ya "Vətən müharibəsi".
Azərbaycan silahlı qüvvələri və Ermənistan Silahlı qüvvələri arasında Dağlıq Qarabağda davam edən,silahlı qarşıdurma.
Atəşkəsdən sonra müşahidə olunan, ən gərgin və uzun müddətli döyüşdür.
Saat əqrəbi istiqamətində:Tərtərdə bombalanan alışveriş mərkəzi; Azərbaycan Hərbi Hava Qüvvələri Zəfər Paradı zamanı;Vladimir Putin və İlham Əliyev atəşkəs bəyanatını imzalayır; Şuşanın işğaldan azad olunmasını, qeyd edən Azərbaycan xalqı 27 sentyabr 2020-10 noyabr 2020(1ay,2 həftə)
Dağlıq Qarabağ və onun ətrafındakı işğal altında olan ərazilər,Azərbaycan-Ermənistan sərhədi.Azərbaycanın qələbəsi, Atəşkəs bəyanatının imzalanması.
Və bu gün o gündür.30 ildir Erməni işğalında olan Azərbaycan torpaqlarının azad olunmasının 1 ili tamam oldu.O torpaqlara bizi qovuşduran, Ali baş Komandan cənab İlham Əliyevin,  Komandanlığı altında Azərbaycanın şanlı müzəffər ordusu.
Bizim üçün qan tökən,öz qanı ilə tarix yazan şəhidlərimiz.Başınız uca olsun.Uğrunda can verdiyiniz torpaqlar azaddır.Azadlığınız şəhidliyiniz mübarək.Məkanınız cənnət olsun.Vətən sağ olsun.

����������� 0 ���������: Seçilənlər ������� : ������

Şuşa Cıdır Düzü ( Gulzar Ferecova )

����: 20-09-2021, 21:30
 Avropada və bir çox ölkələrdə Azərbaycan Bayrağını təmsil edən, dalğalandıran Xanəndə Gülzar Fərəcova hələm illər əvvəl belə qisas hissi ilə jurnalistə müsahibə zamanı Qarabağda oxumaq istədiyini bildirmişdi. Ermənilərin çox sayda yaşadıqı Litva Birtonas şəhərində Azərbaycan qrupun çıxışı o qədər möhtəşəm olmuşdur ki (Tar-Ədalət Behbutov,Kamança-Pərviz Fərhadov,Xanəndə-Gülzar Fərəcova) şəhərin səlahiyyətli nümayəndələri Tar,Kamança,Qavalın büstün qoyulmasını təklif etmişdir,əlbətdəki Azərbaycan tərəfi razı olarsa. 
 Geyd edəkki Gülzar Fərəcova Muğam Müsabiqəsi Laureatı, Respublika Diplomantı,60 ölkə arası Asiya 1-cisi , 115 ölkə arası Dünya 2-cisi ,bir çox Diplom və Mükafatlara  layıq görülmüşdür.Gənc olmasına baxmayaraq hazırda dünya Musiqi xəzinəsinin incisi sayılan Muğam üzrə tələbələri mövcuddur. Şəhid Elnur Fərəcovun ailə üzvü sayılan Gülzar Müdafiə Nazirliyinə Döyüşmək üçün Ərizə ilə müraciət etdikdə,biz zefertv.az xəbər portalı olaraq atasının ayaqından yaralandığını və bir çox yaxınları döyüşlərdə iştirak etdiyi barədə məlumat almışdıq. Bu günlərdə Şuşaya göz yaşları ilə daxil olan Xanəndə Gülzar Fərəcova  bildirdiki : "Şuşa Haqqında fikirləri cümlələrə sıqdıra bilmirəm.Sözün əsl mənasında əzəmətini,gözəlliyini..Qanla yoğrulduğu hiss olunur o Torpağın.Şükür olsun qovuşdurana! Şuşada Azan səsi səslənir ! Tarixi məsçidlərimizdə namaz qılınır! Bu gün biz ana Torpağımızı rahat ziyarət edə bilirik.Ali baş kamandan,Müzəffər ordumuz,Şəhidlərimiz və qazilərimiz sayəsində.Mən onların hamısının ailələrin garşısında baş əyirəm.Nə qədərki Azərbaycan xəritəsi var olacaq və Azərbaycanın varlığı olacaq biz bütün tarix boyu Şəhidlərimizə borclu olacuq və onları heç zaman unutmayacuq! 30 illik həsrət Var Şuşada. Qısas alındı, iti qovan kimi qovduqumuz düşmənimizin zədələdiyi Tarixi abidələr və evlər bərpa olunacaq.Artıq Üzeyir Hacıbəyovun və o nəslin davamçıları olan sənətkarlarında ruhu şaddır.Şuşada biz "Qarabağ Şikəstəsin" daha fərqli ruhla ifa edirik. Sevinc göz yaşlarımızı Şəhidlərə borcluyuq. Gözəl diyarımı çox sevirəm.Mən Azərbaycanlı olduqumla Fəxr edirəm ! " Zefertv.az
����������� 0 ���������: Seçilənlər ������� : ������

Bakıda bəzi ərazilərdə tıxac yaranıb

����: 2-03-2021, 20:18
Hazırda paytaxtın əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. 
Bildirilib ki, sıxlıq halları küçə və prospektlərdən keçən müntəzəm və ekspress xətlər üzrə avrobusların hərəkətini də çətinləşdirir. Hazırda təkcə Heydər Əliyev prospekti kənar yol şəhər istiqamətində, eləcə də Yusif Səfərov küçəsində 30-dan artıq avtobus sıxlıqda qalıb. İntervalda gecikmələr var.
Sıxlıq müşahidə olunan küçələr aşağıdakılardır:
1. Bakı – Sumqayıt şosesi – (20 Yanvar dairəsi istiqaməti) sıxlıq
2. Ziya Bünyadov prospekti - Əsas yol (Ələsgər Qayıbov küçəsi ilə kəsişmədən başlayaraq,Çermet körpüsü üzərindən,20 Yanvar dairəsi istiqaməti) sıxlıq
3. Üzeyir Hacıbəyli küçəsi - (Cavanşir körpüsünün üzərindən,Hökumət Evi istiqaməti) sıxlıq
4. Afiyəddin Cəlilov küçəsi - (Cavanşir körpüsünün üzərindən,Hökumət Evi istiqaməti) sıxlıq
5. Qara Qarayev prospekti – (Xalqlar Dostluğu metro stansiyası istiqamətindən, Dakar dairəsinə qədər) sıxlıq
6. Abdulvahab Salamzadə küçəsi  – Əsas yol  - (Ziya Bünyadov prospekti istiqamətində) sıxlıq
7. Babək prospekti - (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən,Şəhər mərkəzi istiqamətində,eyni zamanda Heydər Əliyev prospekti istiqamətində) sıxlıq
8. 28 May küçəsi (Azadlıq prospekti ilə kəsişmədən,Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər) sıxlıq
9. Həsən bəy Zərdabi prospekti – (Hər iki istiqamət,20 Yanvar dairəsinə düşən hissə və 20 Yanvar dairəsindən çıxan hissə) sıxlıq
10. Heydər Əliyev prospekti – Kənar yol - (Koroğlu metro stansiyasının qarşısından başlayaraq,Şəhər mərkəzi istiqamətində) sıxlıq
11. Rəşid Behbudov küçəsi (Üzeyir Hacıbəyov küçəsi ilə kəsişmədən,28 May küçəsi ilə kəsişməyə qədər) sıxlıq
12. Yusif Səfərov küçəsi - (Xocalı prospekti ilə kəsişmədən başlayaraq,Heydər Əliyev prospekti – Kənar yol istiqaməti) sıxlıq
13. Gülarə Qədirbəyova küçəsi – (Hər iki istiqamətdə,Koroğlu Rəhimov küçəsi və Ş.İ.Xətai prospekti ilə kəsişmə istiqamətində) sıxlıq
14. Abbasqulu ağa Bakıxanov küçəsi (Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən,Səməd Vurğun küçəsi ilə kəsişməyə qədər,Türkiyə səfirliyi istiqaməti) sıxlıq
15. Moskva prospekti – Əsas yol və Kənar yol – (Şamaxinka dairəsinə gedən yol,,20 Yanvar dairəsi istiqamətində) sıxlıq.

����������� 0 ���������: Seçilənlər ������� : ������

Ziba Mustafayeva: “Azercell elə indi sizinlə birlikdə gələcəyi quracaq şirkət ola bilər”

����: 2-03-2021, 20:14
Ən yeni texnologiyaların inkişafına sərmayələrin yatırılması bir telekommunikasiya şirkəti üçün ən prioritet sahə sayıla bilər. Şirkətin texnologiyalara nə qədər zaman və vəsait ayırmasına baxmayaraq, uğurun mənbəyi - inkişafın təkanverici qüvvəsi məhz insanlardır. Bu, həm iri holdinqlər, həm də kiçik bizneslər üçün, həm dövlət təşkilatları, həm də müxtəlif ölkələrdə nümayəndəlikləri olan multimilli korporasiyalar üçün keçərlidir. İnsanlar da, öz növbəsində, işdən məmnunluq duymaq və öz fəaliyyətinin nəticələri ilə fəxr etmək istəyirlər. Özünü uğurlu hiss etmək, gərgin səylərinin qiymətləndirildiyini anlamaq insan üçün vacibdir. Hər bir şirkət effektiv, rəqabətədavamlı olmaq və fasiləsiz olaraq baş verən dəyişikliklərə cəld reaksiya vermək üçün mütəmadi olaraq öz əməkdaşlarını inkişaf etdirməli, onların bacarıqlarını təlimlər vasitəsilə təkmilləşdirməli, onlara nailiyyətlər əldə etmək və uğur qazanmaq imkanı verməlidir.
Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC-nin özünün sürətli rəqəmsallaşma vədinə sadiq qalaraq həm telekommunikasiya, həm xidmət keyfiyyəti, həm də cəmiyyətin və insanların inkişafı sahəsində fəaliyyətinin nəticəsi uzun müddətdir ki, beynəlxalq qurum və təşkilatların diqqət mərkəzindədir. Bu dəfə şirkət dünya şöhrətli “Investors in People” (IIP) - İnsana Sərmayə Standartının ən yüksək pilləsi hesab edilən Platin sertifikatına layiq görülüb. Bu standart korporativ idarəetmənin səviyyəsi və şirkət mədəniyyətinin dayanıqlı inkişafı, eləcə də insan resurslarının idarə edilməsi təcrübəsi daxil olmaqla, 9 əsas fəaliyyət göstəricisinin qiymətləndirilməsinin nəticələrinə əsasən təqdim olunur. IIP standartı şirkətin fəaliyyətinin səmərəliliyinin artırılması, əməkdaşlara müasir inkişaf imkanlarının verilməsi, onların qərar qəbul etmə prosesində iştirakı və insan potensialının inkişafına yönəlik effektiv idarəetmə kimi prinsipləri ölçür və onların daha da inkişaf etdirilməsini təşviq edir. Azercell həm ölkəmizdə, həm də MDB məkanında IIP Platin sertifikatı almış ilk və yeganə şirkətdir ki, bu da korporativ idarəetmənin və bu sahədə uğurun yüksək göstəricisidir. Qeyd etmək lazımdır ki, Platin sertifikatı həmin akkreditasiya mərkəzinin apardığı qiymətləndirmənin ən yüksək səviyyəsidir və IIP tərəfindən akkreditə olunmuş bütün təşkilatlarının yalnız 2 %-i bu statusa malikdir. Azercell-in İnsan Kapitalının İdarə edilməsi departamentinin direktoru Ziba Mustafayeva Oxu.Az xəbər portalına müsahibəsində şirkətin bu məqsədə nail olmaq üçün keçdiyi yoldan danışıb.
- Zəhmət olmasa, “Investors in People” standartı barədə danışardınız. Bu standart təşkilati strukturun effektiv idarə edilməsi sisteminin yaradılması sahəsində digər beynəlxalq standartlardan nə ilə fərqlənir, və ya onları nə ilə tamamlayır?

����������� 0 ���������: Seçilənlər ������� : ������

ABŞ Navalnı ilə bağlı Rusiyaya sanksiya tətbiq edib

����: 2-03-2021, 20:08
ABŞ-ın Ticarət Nazirliyi Aleksey Navalnı işinə görə 14 təşkilatın adını “qara siyahı”ya salıb.
“RİA Novosti” xəbər verir ki, bu barədə Bayden administrasiyasının rəsmi nümayəndəsi məlumat verib. Onun sözlərinə görə, həmin təşkilatlartdan biri dövlət, 13-ü isə özəl kommersiya qurumu olmaqla, doqquzu Rusiya, üçü Almaniya, biri isə İsveçrəyə məxsusdur.

����������� 0 ���������: Seçilənlər ������� : ������