QAZİ Eldəniz Möhsün oğlu Qəhramanov
Baxılıb: 1 118 Tarix: 06-07-2024 12:41
Vətən Biz sənin haqqında nələr söyləsəkdə kəlimələrə sığmayacaq qədər,sevginin qarşısında çox acizik.Sən bizə əcdadlarımızın əmanətisən,bizdə isə əmanətə xəyanət edilməz sahib çıxılar.
Vətənpərvərlik dərin anlama malik kəlmədir.Vətən sevgisi,vətənə məhəbbət insanın daxilindən,qanından genindən gəlir.Ömrünü xalqına həsr etmiş,Azərbaycançılıq ideologiyasını formalaşdırmış dahi şəxsiyyət-Heydər Əliyev tarixin ən böyük vətənpərvəridir.Onun vətən sevgisi "Mən fəxr edirəm ki, Azərbaycanlıyam"sözləri elə məhz uzaq görən siyasətçi Ulu öndərimizə məxsusdur.Bəli biz fəxr edirik ki,Azərbaycanlıyıq.Vətən məhəbbəti ən ülvi hissdir.Vətənpərvərlik tərbiyəsi,hər şeydən əvvəl Vətəni dərin məhəbbətlə sevmək və onun mənafeyini qorumaqdır.Vətən bizim varlığımızdır,fəxrimizdir,qürurumuzdur.
Neçə-neçə qəhramanlar öz canlarını torpaqlarımız uğrunda fəda edib.Torpaq vətən uğrunda,onun azadlığı və istiqlaliyyəti yolunda canını qurban verən qəhramanlar heç vaxt unudulmur,ölümsüzlüyə qovuşurlar.Bəli vətənə sadiq olmaq,Vətəni sevmək,torpağa bağlı olmaq-budur vətənpərvərlik!
Vətənpərvər olan şəxs vətənini sevən,ona sadiq,torpağına millətinə bağlı olan,bütün mənəvi sərvətlərə malik hərtərəfli şəxsdir.
Bizim yurdumuz Azərbaycanın başı çox bəlalar çəkib.31il mənfur düşmən taptağına məruz qalıb.Birinci Qarabağ vətən müharibəsində,ağır günlər yaşayan millətimiz var gücü ilə düşmənə meydan oxuyub.Bu yolda qəhramanlıqla şəhid olan insanlar, və yarıcan şəkildə,şəhid yarısı olan oğullar bizim qürur yerimiz oldular.Şəhid və qazilərimiz həm tarix yazdılar,həm tarix oldular.Burda qələm yoldaşım Tural Nəqşicahanın,
Şairin də dediyi kimi:
Kimlər ki, dünyaya gəlib gedəcək,
Həyatın hər üzün, bilib gedəcək,
Axırda hər bir kəs,ölüb gedəcək,
Yaşa kişi kimi,öl kişi kimi.
Bəli artıq 31 il öncə öz gücünü kişi kimi mənfur düşmənlərə göstərən o qəhramanı,bir yazıçı kimi sizlərə tanıtmaqdan və tanımaqdan qürur duyuram.
HƏYATI:
Eldəniz Möhsün oğlu Qəhramanov 05.04.1961-ci ildə Salyan rayon Camışcı kəndində anadan olmuşdur.İlk təhsilini (10 illik)Kərimbəyli kənd tam orta məktəbində almışdır.Orta məktəbi bitirdikdən sonra 1978-1979-cu illərin aprel aylarında Şirvan şəhərində " Texniki peşə"məktəbində təhsil alır.Təhsilini başa vurduqdan sonra 1979-cu ildə hərbi xidmətə başlayır.Ailəlidir üç övlad sahibidir.
DÖYÜŞ YOLU:
Eldəniz Qəhramanov
1979-cu il aprel ayının 15-i Almaniya Yutelborq şəhərində,2 il müddətində 216-cı polk 14-cü divzya,20 Arminya hərbi hissəsində xidmət edir.1981-ci ilin aprel aylarında xidmətini başa vuraraq,doğma vətənə geri qayıdır.Daha sonralar vətənimizin üstündə qara buludların dolaşdığı zamanlar başlayır,və get-gedə bu qara buludların artdığını görən,ürəyi vətən eşqi ilə döyünən, gənc döyüşçü Eldənizin ürəyi bu haqsızlıqlara dözməyir.O,mənfur düşmənlərin torpaqlarımıza zorla sahib olmaq istədiklərini gördükcə daha çox qəzəblənir və özünə yer tapa bilmirdi.Nəhayət o qərar verir,və 1993-cü ilin oktyabr ayının 23-də hər kəsdən xəbərsiz,Əlibayramlı şəhərində,( indiki Şirvan)batalyona hərbi sıralara yazılır,ordan Hacıqabula, daha sonra isə, batalyonda toplanan yüzlərlə könüllü vətənsevərlərlə birgə (N 706)hərbi hissəyə yollanaraq orada toplanırlar.Gəncə poliqonuna toplandıqdan sonra ilk olaraq dekabrın 31-i Ağdamın Soğanlı kəndinə,sabahı isə yanvarın 1-i Güllücə kəndində taxıl sahəsində yerləşirlər.
Və vətən torpaqlarının müdafiəsi o qızğın döyüşlər başlayır.Salahlı,Kəngərli döyüşləri başlayır.İlk döyüş yanvar ayının 8i Komandir (general mayor)Ağamir Sultanovun əmrində Güllücə kənd qəbirsanlığının yanından döyüşlərə başlayırlar.O döyüşdə bir çox (Hümbətov Əlikram,Həsənov Yaqub,Çingiz Musayev,)və daha neçə adını sadalaya bilmədiyimiz yoldaşlarını şəhid verir.11.01.1994-cü il döyüş bitir.Döyüşdən sonra Yanvar ayının 28-i döyüş yoldaşları ilə birgə Füzuli şəhərinə yola düşürlər.Füzulinin Arayaçlı kənd məktəbində qərargah qurulur.Daha sonra həmin qərargah (706N)4-cü batalyon Horadizə köçürüldü.Batalyon köçrüldükdən sonra Komandir İlham Mamedovun əmri altında,Lələtəpə döyüşləri başlayır və döyüş zamanı,komandir Mamedov,addelkadr Çingiz qəhramanlıqla şəhidlik zirvəsinə ucalırlar.Döyüş yoldaşlarından Vidadi Zeynalov ağır yaralanır və 17 gün sonra o da şəhadətə ucalır.Şəhid olan yoldaşlardan biri də igid Mirzəxan Qədirov olur.
Eldəniz Qəhramanov isə 1994-cü il aprelin 14-ü kəllə-beyin (kantuziya)traması alaraq,Beylaqan rayon xəstəxanasına ordan isə Bakı şəhərində yerləşən xəstəxanaların birində müalicə olunması üçün göndərilir.Ağır kəllə-beyin traması müalicəsi 4 ay 17 gün çəkir və 1995-ci il 13 sentyabrda təxris olunur.Qəhraman atanın elə qəhraman övladı olar.Atasının yarım qalan döyüşünü mərdlik cəsurluqla davam etdirən oğlu, 6 medal ilə (Cəbrayıl,Füzuli,Xocavənd,Şuşa,Hadrud)döyüşərək Şuşa fatehi qəhramanı adını alıb.
Bu cür qəhramanları unutmayaq...
Zefertv.az