Reklam
Reklam
Xəbər lenti
Dünən, 08:58

7-09-2024, 10:43

7-09-2024, 06:55

4-09-2024, 21:25

1-09-2024, 23:58

1-09-2024, 11:08

30-08-2024, 14:14

20-08-2024, 14:48

19-08-2024, 03:34

5-08-2024, 20:27

4-08-2024, 13:57

31-07-2024, 21:51

28-07-2024, 00:29

25-07-2024, 19:14

25-07-2024, 18:55

23-07-2024, 13:10

18-07-2024, 01:48

13-07-2024, 01:17

9-07-2024, 02:27

8-07-2024, 14:53

6-07-2024, 14:56

6-07-2024, 12:41

6-07-2024, 11:20

5-07-2024, 10:14

4-07-2024, 19:25

4-07-2024, 13:33

1-07-2024, 17:19

21-06-2024, 17:45

21-06-2024, 11:51

21-06-2024, 09:59

Ən çox oxunanlar
Reklam
Reklam

BİR ŞƏHİD BÖYÜTMÜŞƏM

����: 10-06-2023, 20:35
Sən ey vətən üçün can verən oğul, bu torpağın hər qarışında addım izin var.
Vətən deyib yola çıxdın,bu yolda hunerini cəsarətini mərdliyini qoydun.Sən gələcək nəsillərə azad bir vətən,firavan həyat bəxş etdin.
Vətənin hər daşının qarisinin necə müqəddəs olduğunu öz canın qanın bahasına bir daha sübut etdin.
Vətən bizim and yerimiz,böyüyüb boya başa çatdığımız doğma yurdumuzdur. Bizim ona ana südü kimi ehtiyacımız var.
Vətən bizə ata babalarımızın əmanətidir. Onlarin əmanəti nəsildən nəsilə qorunur.
Bir vətən o zaman vətən olurki onun şəhidi var.
Şəhid qanı ilə yuyulan torpağı heç bir düşman əzə bilməz.
Biz bütün dünyaya qudrətimizi şəhidlərimizin qanı bahasına sübut etdik.
Sən ey şəhadət elçisi,ali məqam sahibi şəhid sənin adın daima bu millətin bu vətənin tarixində qızıl hərflərlə yazılacaq və anılacaq.

    Bütün dünya gördü sənin gücünü 
Aldın bu vətənin qisasını öcünü
Qorxuda bilmədi kimsə gözünü 
Adını tarixlərə yazdın qardaşım.

Tarix yazan ogullardan birini Qəhraman Zülfünü sizlərə tanıtmaq istəyirəm.

Zülfü Zeyni oğlu Rzayev,9.05.1993-cu ildə NMR-nın Şahbuz rayon Külüs kəndində anadan olub.1999-2007-ci illərdə Külüs kənd tam orta məktəbində,2007-2010-cu illərdə isə H.Əliyev adına Hərbi Liseydə təhsil alıb.
2010-2014-cü illərdə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM)təhsil alıb.Ailəli idi.
Zülfü Rzayev 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən "N"saylı hərbi hissəsində xidmət edirdi.
2016-cı ilin 2-5aprelində baş verən döyüşlərdə iştirak edib. Aprel döyüşləri zamanı fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli sərəncamına əsasən "igidliyə görə"medalı ilə təltif edilib.
Azərbaycan ordusunun Baş Leytenantı olan Zülfü Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savasib.Zülfü Rzayev Sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub.
TƏLTİFLƏRİ:
(20.04.2016)-"İgidliyə görə"medalı 
(26.06.2018)-"Azərbaycan Ordusunun 100illiyi yubileyi"medalı
(15.12.2020)-"Vətən uğrunda"medalı(ölümündən sonra)
(25.12.2020)-"Xocavəndin azad olunmasına görə"medalı (ölümündən sonra)
(24.06.2021)"Şuşanın azad olunmasına görə"medalı (ölümündən sonra)
(05.11.2021)"Azərbaycan Bayrağı"ordeni(ölümündən sonra).
Yurd üçün canından keçən bütün qəhraman şəhidlərimizin ruhunu dərin hüzün və böyük qürurla anırıq .
Vətən sağ olsun.
      Yazar Deniz Rüzgar
Zefertv.az
����������� 0 ���������: Xəbər ������� : ������