Mustafa Nəsirov Azərbaycan Bayrağını yüksək səviyyədə təmsil etdi.
����: 23-07-2025, 21:33
Qədim Misirdə əcnəbi şagirdlərin təhsil aldığı əl-Əzhər liseyinin təşkil etdiyi beynəlxalq İslam mədəniyyəti müsabiqəsində Azərbaycanlı gənc, diaspor fəalı Mustafa Nəsirov ümumi biliklər üzrə üçüncü yer tutub.

Beş mindən çox şagird arasında keçirilmiş bilik yarışında 10 nəfər fərqlənib. Qaliblərə pul mükafatı və şəhadətnamələr təqdim olunub. Geyd edək ki qədim Misirdə təhsil ocaqları tədqiqat mərkəzləri ilə sıx elmi əlaqələr saxlayır, müəllim və tələbə mübadiləsi aparır, elmin ən yeni nailiyyətləri təbliğ edilir.
Qaliblərin şərəfinə ölkələrinin bayraqları liseyin həyətində ucaldılıb. Mustafa Nəsirov onu təbrik edən hər kəsə öz minnətdarlığını bildirdi.
Zefertv.az
Muhamməd Osmanlı ( Azərbaycan)