Reklam
Reklam
Xəbər lenti
Dünən, 22:00

30-08-2025, 20:46

30-08-2025, 18:58

29-08-2025, 15:55

25-08-2025, 00:25

24-08-2025, 20:19

16-08-2025, 12:32

14-08-2025, 07:12

8-08-2025, 23:54

7-08-2025, 13:43

6-08-2025, 22:16

26-07-2025, 11:47

23-07-2025, 21:33

11-06-2025, 08:12

11-06-2025, 07:53

7-06-2025, 15:34

6-06-2025, 22:22

28-05-2025, 13:29

16-05-2025, 18:46

12-05-2025, 14:11

28-04-2025, 02:59

25-04-2025, 14:04

15-04-2025, 22:58

9-04-2025, 12:07

5-04-2025, 01:23

5-04-2025, 00:31

31-03-2025, 03:10

30-03-2025, 03:45

30-03-2025, 03:41

29-03-2025, 19:58

Ən çox oxunanlar
Reklam
Reklam

Həyatımızın xilaskarı həkimlər.

����: 30-08-2025, 20:46
Vətənpərvərliyin ən bariz nümunəsi məktəbdən başlayır.İlk əlimizə qələm tutanda Ana Vətən yazmağı öyrədirlər bizlərə.Bu isə gələcək nəsillərin vətənpərvər  ruhda yetişməsində ən vacib amillərdən biridir.Ana Vətəni sevməyi bizlərə uşaq yaşlarımızda aşılanır.
Həkim- tibb sahəsində yüksək səviyyədə elm və bacarığa malik olan insan.
Xalqın tarixən ən ülvi,ən müqəddəs insan saydığı şəxsdir həkim.Sənətini yaxşı bilənxalqın sağlamlığının keşiyində ləyaqətlə dayanan həkimlər əsl "loğmandır" deyirlər el arasında 
 Bu gün yolumuz Göygöl şəhərində yerləşən " Kardiorevomotoloji Sanatoriyadan düsdü və gördüyümuz mənzərə bizi çox sevindirdi.Burada şəhidlərin xatirəsi ehtiramla yad olunur. 
Göygöl şəhər Kardiorevmatoloji Sanatoriyası 2013- cü ildən fəaliyyətə başlamışdır.Sanatoriya Kardiorevmatatoloji xəstələrin bərpa müalicəsini həyata keçirən müalicə-;profilaktika müəssisəsidir.Sanatoriyada Fizioterapiya,Kardiologiya şöbələri fəaliyyət göstərir.
2013- cü ilin iyun ayından sanatoriyaya Hüseynov Kamil Səməndər oğlu baş həkim təyin olunub.
Sanatoriyaya müraciət edən hər bir kəsi gulərüz,işinin peşəkarı olan tibb personalı xidmət göstərir.
Hüseynova Zübalə İzzət qızı 2013- cü ilin iyun ayında həkim kimi bu sanatoriyada çalışmağa başlayıb və bu günə kimi ona müracət edən hər bir kəsi sevəcəksən qəbul edərək müəlicələri üçün əlindən gələni əsirgəmir.
Kamil Hüseynov onu qeyd etdi ki,il ərzində şəhid ailələri,qazilər,müharibə veteranlarından öz xidmətlərini əsirgəmirlər.Onlara diqqət və qayğı ilə yanaşırlar.
Hal- hazırda sanatoriyada müalicə alan  şəhid Elşad Əliyevin anası Flora xanım qeyd etdi ki,hər il bu sanatoriyaya müalicəyə gəlirəm.
Kamil həkim və onun hərbərlik etdiyi kollektiv bizə çox böyük diqqət və qayğı göstərir.Hər dəfə biz burda müalicə keçəndə Göygöl şəhər  İcra başçısı,ictimaət nümayəndələri bizimlə görüşə gəlir.
Bizdə başda Kamil həkim olmaqla bütün kollektivə gələcək işlərində uğurlar diləyirik.
Raziyə Kamilqızı
AYB AJB-nin üzvü
����������� 0 ���������: Xəbər ������� : ������

Şəhid İlqar Adil oğlu Əhmədov

����: 30-08-2025, 18:58
Vətən mənim ruhumda,canımda,qanımda olur dedi vətən oğulları.
Azərbaycanın müsdəqilliyi,torpaqlarımızın toxunulmazlığı uğrunda canlarını fəda etmiş şəhidləri müqəddəs bir amal birləşdirdi."Biz gəldi-gedərik,təki vətən yaşasın."Bu amalla yaşayan şəhidlər misili görünməmiş iradə,yenilməzlik nümayiş etdirdilər.
Vətən,xalq sevgisi idi onlara cəsarət verən,sıraları möhkəm edən.
27 sentyabr 2020-ci il.O gün Azərbaycanın tarixində,qəhrəmanlıq salnaməsində yeni səhifə açdı.Bu səhifə Azərbaycan əsgərinin şücayəti,zəfər yürüşü,Ordumuzun Vətən uğrunda savaşı ilə yazıldı.Azərbaycan ordusu Vətən uğrunda ölüm-dirim savaşına qalxdı.Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün müqəddəs döyüşə başladı. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması,müqəddəs torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda igid oğullar şəhidlik məqamına ucaldı.
Vətən üçün canını fəda edən oğullardan biridə İlqar Əhmədovdur.
Əslən Qubadlı rayonu Dağtumas kəndindən olan Əhmədov İlqar Adil oğlu 04.04.1978-ci il tarixində Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsində zəhmətkeş bir ailədə anadan olmuşdur.Ailənin sevimli övladı idi.
1985-1975-ci il tarixində 100 nömrəli tam orta məktəbdə təhsil alan İlqar Əhmədov müəllimlərin və sinif yoldaşlarının sevimlisi idi.Qardaşı Vüqarla çox mehriban idilər bir- birlərini çox sevirdilər,tikələrini belə yarı bölürdülər.Beləcə illər ötüb keçir qardaşlar qayğısız böyüyürdülər.
1995- ci ildə orta məktəbi bitirən İlqar Q.Məmmədov adına Hərbi Dənizçilik Akademiyasına Elktro Mexanika fakültəsinə qəbul olur və burda təhsil aldığı müddətdə müəllimlərin və tələbə yoldaşlarının rəğbətini qazanmışdı.Dördüncü kursda isə qiyabiyə keçir. Bu vaxtlarda idmanı çox sevən İlqar cangüdən kursunda gedib təhsil və təlim keçir.1998- ci ildə İlqar hərbi xidmətə yollanır Tərtər rayon "N" saylı hərbi hissədə xidmətə başlayır.Xidməti zamanı komandirlərin verdiyi tapşıriqları çevik və dəqiq yerinə yetirən bütün komandir heyyətinin sevimlisi idi.Kəşfiyyatçı kimi verilən tapşıriqları yerinə yetirirdi.Bir il səkkiz ay kəşfiyyatçı kimi xidmət edən İlqar Əhmədov nümunəvi əsgər idi.26.01.2000- il tarixində soyuq şaxtalı bir qış günü idi verilən tapşırığı yerinə yetirərkən mənfur düşmənin basdırdığı minanın partlaması nəticəsində şəhidlik zirvəsinə ucaldı.
Leyla ana nəmli gözlərini silərək deyir iki oğlum vardı İlqar şəhid oldu,İlqar uşaq vaxtlarından çox vətənpərvər idi kəndə gedəndə həyətdən meyvə yıgıb dağa əsgərlərin yanına qalxardı Elinə- obasına çox bağlı idi,Vüqar isə qardaşının yoxluğu ilə heç barışa bilmirdi və onu da qəflətən ürək tutmasından dünyasını dəyişdi.İndi həyat yoldaşımla tək qalmışıq amma oğullarımla qürur duyuram.Deyirəm İlqar oğlum ruhun şad olsun vətən torpaqları azad olsun.Azərbaycan bayrağı qürurla dalğalanır.Torpaq üstündə al qanı tökülərək canını qurban verdi İlqar.
Qarabağ Azərbaycandır!
 İlqar və Vüqar Əhmədov qardaşların əziz xatirəsinə
Adın unudulmaz tarixlərdəgi,
Qəhraman ,şəhidim aslan şəhidim.
Ölməz vətən oğlu bu hunərdədi
Ötsə də əsirlər zaman şəhidim...

Alınmaz Vüqar tək,gəldin dunyaya,
Ruhun da bənzəyir gunəşə aya,
Yağan yağışlara axarlı çaya,
Qarışıb həsrətin inan səhidim

Qanlı döyüşlərdə susmadın bir an,
Axdı damarından o çağlayan qan.
Dağlardan ağırdı acı bir hicran.
Vətənin yolunda qurban şəhidim.

Leyla ananın qurumaz göz yaşı,
Öpür məzarını hər addımbaşı.
Dərdinə dözmədi Vüqar qardaşın.
Köçdü bu dünyadan aman şəhidim.

Raziyə qəmlidi gözlərində yaş,
Olmusan,vətəndə torpağa sirdaş.
Vətənə sahibdir igid vətəndaş.
Bürüyüb dağları duman şəhidim.
Raziyə Kamilqızı
30.08.2025

Zefertv.az 
����������� 0 ���������: Xəbər ������� : ������