VƏTƏNPƏRVƏR. MƏKTƏBLİ
����: 11-06-2025, 07:53
Qazax rayonunda bir yaz günündə 01.06.2016-cı il tarixində gözəl bir ailədə dünyaya göz açan körpəyə İnci adı verdilər və dedilər bəxtində İnci dənələri kimi gözəl,saf olsun.



Zefertv.az

Allahyarlı İnci Emin qızı ailənin sonbeşeyi,nənə,
bababanın sevimli nəvəsi idi.İnci böyudukcə anası onda bir fitri istedadı olduğunu hiss edirdi.
İnci Allahyarlı Qazax rayonu Səməd Vurğun adına tam orta məktəbdə təhsil alır.Dərslərini yaxşı oxuyan İnci öz zehni,biliyi,fitri istedadı ilə sinif yoldaşları arasında seçilən şagirdlərdən biri olaraq müəllimlərin sevimlisidir.Dərslərini yaxşı oxuyan İnci məktəbdə keçirilən tədbirlərdə iştirak edir,şerlər səsləndirir.
İnci bu körpə qəlbi ilə ürəyindən keçənləri kağıza köçürür.Bu saf qəlbi ilə qələmə aldığı hekayələr,şerlər məktəbdə müəllimləri,sinif yoldaşları,ailə üzvüləri sevərək oxuyurlar indi elə Allahyarlı İnci Emin qızının qələmə aldığı "QARANQUŞ" adlı hekayəni və "PAYIZ" şerini sizlərin ixtiyarına veririk.
QARANQUŞ
Samirgilin məhləsində bir qaranquş yuva qurmuşdu.
Samir qaranquşun yuvası-
nı qurmasını kənardan izlə-
yirdi.Samir səbr edə bilmə-
yib kənardan çör-çöp
gətirib qaranquşun yuvası-
na qoyur.qaranquş gələndə
Samirin qoyduğu çör-çöpü
görüb dimdiyiylə çöpləri kənara atır...

PAYIZ
Payız gəldi yarpaqlar,
Bir-birinə qarışdı.
Uşaqlar çölə çıxıb,
Bir-biriylə oynadı.
Yarpaqların rəngləri,
Qırmızı,sarı,narıncı
Uşaqlar və böyüklər,
Payızı çox sevdilər.
İnci Allahyarlı

Allahyarlı İnci Emin qızına gələcək dərslərində ona zehin açıqlığı və uğurlu yollar diləyirik.
Qələmin iti olsun İnci Allahyarlı hər zaman yaz yarat.
Sənə uğurlar diləyirik.
Raziyə Kamilqızı
Zefertv.az
Amerikada çempion olan Azərbaycanlı döyüşçü Elvin Qəmbərov.
����: 7-06-2025, 15:34
Azərbaycanlı idmançı Amerikada professional döyüşlərini uğurlu davam etdirir.



Azərbaycan milli komandasında Bayrağımızı təmsil edən Elvin Qəmbərov 1992-ci ildə Astara rayonunun Kijebe kəndində anadan olub.
Qəbələ idman klubundan sonra E.Qəmbərov döyüşlərin Amerikada dəvam etdirib. Lazaro Jimenez adlı məşqçinin təklifini qəbul edərək Amerikaya yollanan E.Qəmbərovu dünya efsanesi Mayk Tayson-un məşkçisi Stacey McKinley Amerikada döyüşlərə hazırladı, və bir çox qələbələr qazandırdı. E.Qəmbərov Amerikada keçirdiyi 16 döyüşün hamısında qələbə qazanıb, döyüşlərin 14ün Nakautla bitirib.

Professional döyüşçü Diogo Cruzu məğlub edərək "WBC international champion” Kəmərinə layık görülmüştür.

Zefertv.az Məhəmməd Osmanov
Azərbaycan yazıçılar birliyinin Natəvan klubunda Leyla Mətinin "Sevgi mövsümü" adlı şeirlər kitabının təqdimatı keçirilib.
����: 6-06-2025, 22:22
Öncə torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin ruhu anılıb .
Tədbirin aparıcısı tanınmış yazıçı publisist Nəcibə İlkin yazarın yaradıcılıq fəaliyyətindən ətraflı söz açıb. Türkiyə Azərbaycan arasında olan qardaşlıq bağlarından geniş məlumatlandırıcı çıxışıyla tədbirə Türkiyədən qonaq gəlmiş Dünya Sənətçilər Dərnəyi rəhbəri Ramazan Seydaoğluna söz vermişdir. Azərbaycana ilk dəfə gələn Ramazan bəy burada olmasından məmnunluq bildirərək Azərbaycanı ədəbiyyata dəyər verən bir sənət ölkəsi kimi kəşf etdiyini qeyd edib . Daha sonra isə Dünya Ana və Uşaqlar İctimai birliyi rəhbəri Dünyaxanım Əliyeva, Carçı jurnalının təsisçisi Gülnarə Əmirquluyeva , Dəmir Yumruq Alfa Cəmiyyətinin rəhbəri şairə -Ülviyə Əsədova , Türkoloq alim Aytən Qurbanova, Qafqaz - İberoamerika Düşüncə Mərkəzinin rəhbəri Mahir Qurbanov , sayt rəhbəri Arif Süleymanlı və bir çox yazarlar,ziyalılar mediya nümayəndələri çıxış ediblər.İştirakçılar şairin şeirlərini oxuyaraq tədbirə rəng qatmaqla yanaşı şeirləri müzakirə ediblər.Sonda kitab imzalanıb və xatirə şəkilləri çəkilib.





Qeyd edək ki , şairin "Sevgi mövsümü"kitabı Türkiyədə Liz yayınları tərəfindən nəşr olunmuşdur və şairin sayca 3-cü kitabıdır.



Raziyə Kamilqızı
AYB və AJB- nin üzvü
28 May - Müstəqillik Günü
����: 28-05-2025, 13:29
Müstəqillik Günü və ya köhnə adı ilə Respublika Günü — 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür.
1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir. 15 oktyabr 2021-ci ildən Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü olmuşdur.
1918-ci il iyunun 24-də hökumət qərarına əsasən qəbul olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı.
Azərbaycan Xalq Cümhuriyyətinin, hal-hazırda isə Azərbaycan Respublikasının bayrağı.
İstiqlal Bəyannaməsi
Respublika Günü haqqında qanun
İstinadlar:
Zefertv.az Məhəmməd Osmanov.




1918-ci ilin may ayının 28-də Azərbaycan milli şurası "İstiqlaliyyət Bəyannaməsi" ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını elan etdi. Bu tarixi sənədə görə Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracaqdır. Müstəqil Azərbaycan dövlətinin təşkil idarəsi xalq cümhuriyyətidir. Azərbaycan Xalq Cümhuriyyəti, millət, məzhəb, sinif və cins fərqi görmür və bütün vətəndaşların siyasi hüquqlarını təmin etməlidir.
Respublika Günü haqqında qanun
1991-ci ilin dekabrında SSRİ dağıldıqdan sonra Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan edib və ölkənin müstəqiliyi yenidən bərpa olunub.
1990-cı ildən Respublika günü – dövlət müstəqilliyinin bərpa edilməsi günü dövlət bayramı kimi qeyd edilir. 15 oktyabr 2021-ci il tarixindən bu gün Müstəqillik günü adlandırılmağa başlandı.
28 may tarixi ABŞ-ın Nevada və Arizona ştatlarında, Vaşinqton və Qərbi Hollivud şəhərlərində Azərbaycanın müstəqillik günü elan edilmişdir.
İstinadlar:
"Azərbaycan Respublikasının Əmək Məcəlləsi. Maddə 105. Bayram günləri". 2018-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-18.
Xalq qəzeti, 24 may 2011 Arxivləşdirilib 11 mart 2016 at the Wayback Machine – "Kaliforniyanın "Sonoma" qəzeti 28 May – Respublika günü münasibətilə Azərbaycan xalqını təbrik edən sadə amerikalı vətəndaşın məktubunu dərc etmişdir"
"Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu". 2022-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-07.
"Respublika günü". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-22.
"Azərbaycanda 28 may – Respublika günüdür". 2010-05-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-05-26.
"28 may – Respublika Günü". 2011-05-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-05-26.
"Respublika Gününün adının dəyişdirilməsi haqda qanun qəbul edildi". 2023-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-18.
"May 28 proclaimed as Azerbaijan National Day in Washington". 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
"May 28 declares "Azerbaijani National Day" in the U.S., Nevada". 2024-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
"West Hollywood declares May 28 "Azerbaijan National Day"". 2024-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
"Arizona state declares May 28 "Azerbaijan National Day"". 2024-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
Qarabağın Qartalları
����: 16-05-2025, 18:46

Biz sadəcə içimizdə olan igidlərin gücünə,Ali Baş Komandanın əvəzedilməz siyasətinə,güvəndik.Bu yolda,can aldıq,can verdik amma halal torpağımızı geri qazandıq.Uğrunda vətən fədailəri olan igidlərin canı qanı bahasına alındı bu torpaq.İndi Arxa cəbhədə canla başla xidmət edən vətən sevdalı kişi qeyrətli insanlarımız,qadınlar var ki,yorulmadan xidmət edir....
Qəhrəmanlar ölkəsi olan Azərbaycanın yeraltı xəzinəsi olan şəhidlərimizin xatirəsi,torpağın üstündə vicdanla gəzən qələm sahibləri tərəfindən yaşadılır.Bu yolda bir neçə ildir qələmi ilə xidmət göstərən,vətənin qeyrətli xanımı şairə AYB və AJB üzvü Raziyə Kamil qızıdır.
20-dən çox kitablara imza atan yazarın daha bir kitabı oxucularına təqdim edilib.
Qeyd edək ki,kitabların hər biri vətən oğullarının həyat və döyüş yolunu əks etdirir.Necə qürurverici bir addımdır,alqışa layiqdir.
Zefertv.az xəbər verir ki,"Qarabağın Qartalları"adlı kitabın təqdimatı 14.05.2025-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri və Veteranlar Təşkilatında baş tutub.
Kitabın maliyyə dəstəkçisi,Vətəndən kənar yaşasa da ürəyi vətən şəhid eşqi ilə döyünən vətənpərvər,millətinə sadiq bir xanımın Leyla Əhmədovanın təşəbbüsü ilə ərsəyə gəlib.İki xanımın əməyi olan bu kitab,bir daha sübut edir ki,güc birlikdədir,aslanın erkəyi dişisi olmaz.
Leyla Əhmədova İllərdi Ukraynada müharibədə itkin düşən,həmvətənlərimizin nəşinin tapılıb ailələrinə təhvil verilməsində böyük rolu əməyi var.
Kitabın təqdimat mərasimi,igid oğulların xatirəsini yad etmək və dövlət himnimizin səslənməsi ilə açıq elan edilib.Tədbirdə çıxış edən şəhid ailələri,qazilər,
müharibə iştirakçıları,media nümayəndələri ziyalılar,kitab haqqında ürək dolusu fikirlər söyləyərək iki xanımı da ürəkdən təbrik edərək minnətdarlıqlarını bildiriblər.Kitab Azərbaycanın Milli qəhrəmanı Fred Asifin və onun timsalında igid oğulların xatirəsinə həsr edilib.
Daha sonra kitablar igid oğulların ailələrinə təqdim edilib.Tədbirin sonunda xatirə fotoları çəkilib.
Zefertv.az'a istinadən
Müəllif:Yazar Dəniz Rüzgar









ALLAH RƏHMƏT ETSİN
����: 12-05-2025, 14:11
ALLAH RƏHMƏT ETSİN
Zefertv.az
Bizim üçün çox dəyərli olan,doğma yurdum Füzuli rayonunun sevilən mügənnisi Bağman Kərimbəyliyə ağır itki üz vermişdir.

Həyat yoldaşı Kərimova Əsmarə Nəcəfqulu qızı uzun sürən xəstəlikdən vəfat etmişdir.Üzülərək dərin hüzunlə Bağman Kərimbəyli və doğmalarına dərin hüzünlə başsağlığı veririk,Alahdan səbr diləyirik
Söz vermişdin əhdə sadiq qalacam
Məni sənsiz buraxıb getdin.
Amansız əcəl ayırdı bizi
Ala gözlüm yaman sənsiz qalmışam
Məkanın cənnət olsun nur üzlü Əsmarə xanım!
Raziyə Kamilqızı
12.05.2025
Zefertv.az
UNUDULMAZ OĞULLAR
����: 28-04-2025, 02:59
25.04.2025- ci il tarixində Azərbaycan Texniki Unverstetin Kitabxanasında qəhraman şəhidlərmizin xatirəsinə həsr olunmuş,AYB və AJB- nin üzvü Raziyə Kamilqızının qələmə aldığı "Unudulmaz ogullar" adlı kitabın təqdimatı keçirildi.

İlk önə Ulu Öndər Heydər Əliyev və qəhraman şəhidlərin xatirələri ehtiramla anıldı.Daha sonra girişi sözü ilə Texniki Universitetin Şəhid ailələri və vətən müharibəsi iştirakçıları ilə işlərin təşkili qrupunun rəhbəri " Tərəqqi medallı" Zöhrə Məmmədova gələn qonaqları salamlayaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhramanları ehtiramla yad etdi.Tədbirdə şəhid ailələri,ictimaət nümayəndələri,ziyalılar iştirak edirdi.Çıxış edənlər hər bir müəllifə yeni- yeni yaradıcılıq uğurları dilədilər.

Sonda " UNUDULMAZ OĞULLAR" kitabın müəllifi kitab haqqında məlumat verərək,gələn qonaqlara,Texniki Universitetin rəhbərliyinə,Zöhrə xanım Məmmədovaya və kitabda olan bir neçə yazıları Türk dilinə çevirdiyi üçün Türkiyə Kafkaz Unverstetini Çagdaş Türk dilləri fakultəsini ,Balıkəsirdə Magistir Folkuşünaslıq Ali Təhsil alıb bitirən , Türkiyə Qızıl Ayda dəfələrlə Fərqlənmə ,Diplom, Tərifnamələrə laiq olan Rəna Məlikovaya təşəkkürünü bildirdi.

Tədbirin sonunda hər kəsə müəllif tərəfindən kitablar hədiyyə olunaraq xatirə şəkilləri çəkildi.

Zefertv.az
Misirdə Azərbaycan dilini öyrənənlər üçün danışıq klubu açılıb
����: 25-04-2025, 14:04
Qahirədə Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyasında fəaliyyət göstərən Azərbaycan dili kurslarının yeni müdavimləri ilə görüş olub.
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov tələbələrə iki ölkə arasında əlaqələrin tarixindən danışıb. Bu əlaqələrin daha da inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin rolunu qeyd edib.

Seymur Nəsirov bildirib ki, Akademiyada Azərbaycan dilini misirli mütəxəssis, Azərbaycanşünas Əsma Əhməd və İnarə Osmanova tədris edəcək. Diqqətə çatdırılıb ki, bu sahədə yerli mütəxəssislərin sayının artırılması akademiyanın əsas hədəflərindəndir. Eyni zamanda, Akademiyada ana dilimizdə səlis nitqi inkişaf etdirmək üçün danışıq klubu yaradılıb.
Əsma Əhməd çıxışında Azərbaycan dili ilə ərəb dili arasında oxşar və fərqli cəhətlərdən, dillərin öyrənilməsində müasir üsullardan danışıb və bu sahədə öz təcrübəsini bölüşüb.
Daha sonra yeni müdavimlər üçün açılan qrupda ilk dərs keçirilib. Tələbələrin arasında misirlilərlə yanaşı, İndoneziya, Suriya və digər ölkələrin vətəndaşları da var.
Qeyd edək ki, Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyası elm və incəsənət sahələri bağlı fəaliyyətlərlə məşğul olur. Burada Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti, xalçaçılıq, muğam sənəti və digər fənlər üzrə 59 ölkədən tələbələr ödənişsiz əsaslarda təhsil alır.
Zefertv.az
Muhamməd Osmanlı (Ankara)
DASTANA SIĞMAYAN ÖMÜR
����: 15-04-2025, 22:58
15.04.2025- ci il tarixində Bakı şəhəri " Sabunçu rayon Gənclər Evndə" Azərbaycan Respublikasının ərazi bütövlüyü,suverenliyi uğrunda qəhramanlıqla şəhidlik zirvəsinə ucalan Füzuli rayon Qərbənd kəndinin ilk şəhidi Əhməd Məhəmməd oğlu Quliyevin xatirəsinə həsr olunmuş AYB və AJB- nin üzvü Raziyə Kamilqızının qələmə aldığı
" DASTANA SIĞMAYAN ÖMÜR" adlı kitabının təqdimatı keçirilidi.

Tədbiri giriş sözü ilə ilk öncə Raziyə Kamilqızı qonaqları salamladı. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildı.Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan igid oğulların xatirəsi ehtiramla anılaraq tədbir açıq elan edildi.Tədbirdə şəhid ailələri,qazilər,təhsil işçiləri,ziyalılar,məktəblilər, tibb işçiləri,müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri,İctimai Birlik sədrləri iştirak etdilər.

Çıxış edən hər kəs qəhraman oğullardan biri olan Əhməd Quliyev haqqında qürurla danışdılar.Sabunçu Gənclər Evininin rəhbərliyinə hər zaman şəhidlərin xatirəsinini əziz tutduqları və mütamadi olaraq belə tədbirlər keçirdiklərinə görə təşəkkür olundu.

Şəhid Əhməd Quliyevin qardaş və bacıları öz xatirələrindən danışdılar.Tədbirin sonunda AYB və AJB- nin üzvü yazar Raziyə Kamilqızı çıxış edərək belə gözəl tədbirin hazırlanması üçün Sabunçu rayon rayon İcra hakimiyyətinə, və Sabunçu rayon "Gənclər Evinin" direktoruna və kollektivinə,gələn qonaqların hər birinə təşəkkür edərək şəhidlərin əziz xatirəsinə həsr etdiyi "DASTANA SIĞMAYAN ÖMÜR"adlı kitabını təqdim etdi.Daha sonra isə xatirə şəkili çəkildi.


Zefertv.az Dəniz Rüzgar
15.04.2025
Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər (Qahirədə seminar)
����: 9-04-2025, 12:07
Qahirədə “İslam dünyası xalqlarının ərəb dilinin inkişafında rolu” mövzusunda seminar keçirilib.
Azərbaycan-Misir Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri Seymur Nəsirov çıxışında Azərbaycan alimlərindən Xətib Təbrizi, İzzəddin Zəncani və başqalarının yaradıcılığına da toxunub, eyni zamanda azərbaycanlı alimlərin ərəb dilinin inkişafına verdiyi töhfələrdən danışıb. Qeyd edilib ki, sovet dövründə İslam dini sıxışdırılsa da, bu dinin müqəddəs kitabının nazil olduğu ərəb dili sahəsində Azərbaycanda böyük alimlər yetişib. Misirin Vəqflər Nazirliyinin təşkilatçılığı ilə keçirilən seminarda Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr verib.





Muhamməd Osmanlı (Ankara )