QƏHRAMANLAR UNUDULMUR..
����: 6-07-2024, 14:56
Vətən tək dörd bir yanı sərhəddən ibarət olan deyil,vətən ürəyimizdə eşqi ilə yer tutan müqqəddəs evimizdir.

Biz doğma evimizi heç bir zaman,tərk edə bilmərik.Onun hər qarışı bizim üçün əziz,doğma və müqəddəsdir.Vətəni sevmək imandan gəlir.Allah imanımızı əlimizdən almasın.Vətən sevgisi heç nə ilə ölçülə bilməz.
Onun uğrunda neçə oğullar can alıb can verib.Onlar tarixə həm adını,həm şanını,həm qanını yazdırıb.Qərib ölkələri gəzsəkdə ürəyimizdəki vətən həsrəti hər yerdə bizimlədir.Necə deyib şair "Gəzməyə qərib ölkə Ölməyə vətən yaxşı".
Sənin uğruna canımız fəda,ey vətən!
Sənin uğrunda ölməkdə öldürməkdə şərəfdir.
Bəli ölümsüzlüyü ilə tarix yazan,vətən harayına çatan xalqın igidlərindən biridə,qəhraman Zaurdu.
Zaur Nizami oğlu İsmayılzadə 29.07.1995-ci ildə Lənkaran rayonunun İstisu qəsəbəsində anadan olmuşdur.2001-2012-ci illərdə Şəhid Vüqar Məmmədov adına, Cəlilabad rayon Göytəpə şəhər tam orta məktəbində,təhsil almışdır.Hərbi xidmətini başa vurduqdan sonra, müxtəlif MMC-lərdə mühafizəçi kimi,fəaliyyət göstərmişdir.Subay idi.
Zaur İsmayılzadə 2013-2015-ci illərdə Azərbaycan Silahlı
Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir.2015-2017-ci illərdə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin sıralarında,"Gizir"rütbəsi ilə xidmətini davam etdirmişdir.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayan,Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında, cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətində şiddətli döyüşlər başlamışdır.Tarixə Aprel döyüşləri olaraq yazılan,döyüşlər zamanı Zaur İsmayılzadə Xüsusi Təyinatlı Qüvvələrinin sıralarında,hərbi qulluqçu olaraq savaşmışdır.Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan,və Ermənistan Ordusunun yenilməz Ohanyan xətti olaraq tanınan,müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir.
Zaur İsmayılzadə döyüş gedişatında,ağır yaralanmışdır və səhətində problemlər yarandığı üçün 2017-ci ildə ordudan təxris olunmuşdur.
27sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlamış və İsmayılzadə səfərbər olunmuş,könüllü olaraq ordu sıralarına qayıtmışdır.Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması zamanı başlanan İkinci Qarabağ müharibəsində,
O,Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır.Zaur İsmayılzadə 09.10.2020-ci ildə Füzuli döyüşləri zamanı,qəhramanca şəhidlik zirvəsinə ucalmış və Lənkaran rayonunda dəfn edilmişir.
Döyüş tapşırıqlarını layiqincə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərancamına əsasən medallarla təltif edilmişdir.
TƏLTİFLƏRİ:
"Vətən Uğrunda"medalı (15.12.2020)
"Füzulinin azad olunmasına görə"medalı (25.12.2020)
"Cəsur döyüşçü"medalı (24.06.2021)
"Şuşanın azad olunmasına görə"medalı (05.11.2021)
"Vətənə xidmətinə görə "orden (05.11.2022)
Dərin hüzn və qürurla anırıq...
Dəniz Rüzgar
Zefertv.az
QAZİ Eldəniz Möhsün oğlu Qəhramanov
����: 6-07-2024, 12:41
Vətən Biz sənin haqqında nələr söyləsəkdə kəlimələrə sığmayacaq qədər,sevginin qarşısında çox acizik.Sən bizə əcdadlarımızın əmanətisən,bizdə isə əmanətə xəyanət edilməz sahib çıxılar.

Vətənpərvərlik dərin anlama malik kəlmədir.Vətən sevgisi,vətənə məhəbbət insanın daxilindən,qanından genindən gəlir.Ömrünü xalqına həsr etmiş,Azərbaycançılıq ideologiyasını formalaşdırmış dahi şəxsiyyət-Heydər Əliyev tarixin ən böyük vətənpərvəridir.Onun vətən sevgisi "Mən fəxr edirəm ki, Azərbaycanlıyam"sözləri elə məhz uzaq görən siyasətçi Ulu öndərimizə məxsusdur.Bəli biz fəxr edirik ki,Azərbaycanlıyıq.Vətən məhəbbəti ən ülvi hissdir.Vətənpərvərlik tərbiyəsi,hər şeydən əvvəl Vətəni dərin məhəbbətlə sevmək və onun mənafeyini qorumaqdır.Vətən bizim varlığımızdır,fəxrimizdir,qürurumuzdur.
Neçə-neçə qəhramanlar öz canlarını torpaqlarımız uğrunda fəda edib.Torpaq vətən uğrunda,onun azadlığı və istiqlaliyyəti yolunda canını qurban verən qəhramanlar heç vaxt unudulmur,ölümsüzlüyə qovuşurlar.Bəli vətənə sadiq olmaq,Vətəni sevmək,torpağa bağlı olmaq-budur vətənpərvərlik!
Vətənpərvər olan şəxs vətənini sevən,ona sadiq,torpağına millətinə bağlı olan,bütün mənəvi sərvətlərə malik hərtərəfli şəxsdir.
Bizim yurdumuz Azərbaycanın başı çox bəlalar çəkib.31il mənfur düşmən taptağına məruz qalıb.Birinci Qarabağ vətən müharibəsində,ağır günlər yaşayan millətimiz var gücü ilə düşmənə meydan oxuyub.Bu yolda qəhramanlıqla şəhid olan insanlar, və yarıcan şəkildə,şəhid yarısı olan oğullar bizim qürur yerimiz oldular.Şəhid və qazilərimiz həm tarix yazdılar,həm tarix oldular.Burda qələm yoldaşım Tural Nəqşicahanın,
Şairin də dediyi kimi:
Kimlər ki, dünyaya gəlib gedəcək,
Həyatın hər üzün, bilib gedəcək,
Axırda hər bir kəs,ölüb gedəcək,
Yaşa kişi kimi,öl kişi kimi.
Bəli artıq 31 il öncə öz gücünü kişi kimi mənfur düşmənlərə göstərən o qəhramanı,bir yazıçı kimi sizlərə tanıtmaqdan və tanımaqdan qürur duyuram.
HƏYATI:
Eldəniz Möhsün oğlu Qəhramanov 05.04.1961-ci ildə Salyan rayon Camışcı kəndində anadan olmuşdur.İlk təhsilini (10 illik)Kərimbəyli kənd tam orta məktəbində almışdır.Orta məktəbi bitirdikdən sonra 1978-1979-cu illərin aprel aylarında Şirvan şəhərində " Texniki peşə"məktəbində təhsil alır.Təhsilini başa vurduqdan sonra 1979-cu ildə hərbi xidmətə başlayır.Ailəlidir üç övlad sahibidir.
DÖYÜŞ YOLU:
Eldəniz Qəhramanov
1979-cu il aprel ayının 15-i Almaniya Yutelborq şəhərində,2 il müddətində 216-cı polk 14-cü divzya,20 Arminya hərbi hissəsində xidmət edir.1981-ci ilin aprel aylarında xidmətini başa vuraraq,doğma vətənə geri qayıdır.Daha sonralar vətənimizin üstündə qara buludların dolaşdığı zamanlar başlayır,və get-gedə bu qara buludların artdığını görən,ürəyi vətən eşqi ilə döyünən, gənc döyüşçü Eldənizin ürəyi bu haqsızlıqlara dözməyir.O,mənfur düşmənlərin torpaqlarımıza zorla sahib olmaq istədiklərini gördükcə daha çox qəzəblənir və özünə yer tapa bilmirdi.Nəhayət o qərar verir,və 1993-cü ilin oktyabr ayının 23-də hər kəsdən xəbərsiz,Əlibayramlı şəhərində,( indiki Şirvan)batalyona hərbi sıralara yazılır,ordan Hacıqabula, daha sonra isə, batalyonda toplanan yüzlərlə könüllü vətənsevərlərlə birgə (N 706)hərbi hissəyə yollanaraq orada toplanırlar.Gəncə poliqonuna toplandıqdan sonra ilk olaraq dekabrın 31-i Ağdamın Soğanlı kəndinə,sabahı isə yanvarın 1-i Güllücə kəndində taxıl sahəsində yerləşirlər.
Və vətən torpaqlarının müdafiəsi o qızğın döyüşlər başlayır.Salahlı,Kəngərli döyüşləri başlayır.İlk döyüş yanvar ayının 8i Komandir (general mayor)Ağamir Sultanovun əmrində Güllücə kənd qəbirsanlığının yanından döyüşlərə başlayırlar.O döyüşdə bir çox (Hümbətov Əlikram,Həsənov Yaqub,Çingiz Musayev,)və daha neçə adını sadalaya bilmədiyimiz yoldaşlarını şəhid verir.11.01.1994-cü il döyüş bitir.Döyüşdən sonra Yanvar ayının 28-i döyüş yoldaşları ilə birgə Füzuli şəhərinə yola düşürlər.Füzulinin Arayaçlı kənd məktəbində qərargah qurulur.Daha sonra həmin qərargah (706N)4-cü batalyon Horadizə köçürüldü.Batalyon köçrüldükdən sonra Komandir İlham Mamedovun əmri altında,Lələtəpə döyüşləri başlayır və döyüş zamanı,komandir Mamedov,addelkadr Çingiz qəhramanlıqla şəhidlik zirvəsinə ucalırlar.Döyüş yoldaşlarından Vidadi Zeynalov ağır yaralanır və 17 gün sonra o da şəhadətə ucalır.Şəhid olan yoldaşlardan biri də igid Mirzəxan Qədirov olur.
Eldəniz Qəhramanov isə 1994-cü il aprelin 14-ü kəllə-beyin (kantuziya)traması alaraq,Beylaqan rayon xəstəxanasına ordan isə Bakı şəhərində yerləşən xəstəxanaların birində müalicə olunması üçün göndərilir.Ağır kəllə-beyin traması müalicəsi 4 ay 17 gün çəkir və 1995-ci il 13 sentyabrda təxris olunur.Qəhraman atanın elə qəhraman övladı olar.Atasının yarım qalan döyüşünü mərdlik cəsurluqla davam etdirən oğlu, 6 medal ilə (Cəbrayıl,Füzuli,Xocavənd,Şuşa,Hadrud)döyüşərək Şuşa fatehi qəhramanı adını alıb.
Bu cür qəhramanları unutmayaq...
Zefertv.az
UNUDULMAZLAR
����: 6-07-2024, 11:20
Bir vətənin ən böyük sərvəti,onun uğrunda canını qorxmadan vəfda edən igidlərinin olmasıdır.

Torpaq qorumaq,hər igidin hünəri deyil.Hünərli cəsur oğullara eşq olsun.Biz onların igidliyi,qəhramanlığı ilə qürur duyuruq.
Bizə azadlığı bəxş edən,qürurumuzu oxşayan,başımızı dünya ölkələri arasında bir daha yüksəklərə qaldıran, mərd oğulların hər birinə borcluyuq.
Adını tarixə yazdıran oğul
Canını torpağa qurban vermisən
Sənin igidliyin dillər əzbəri
Sinəni vətənə sipər etmisən.
Cəsur qəhramanım,cəsur igidim
Üç rəngli bayrağın səmalardadı,
Sənin qanınla yuyulan torpaq
Biləsən əmanət bu xalqındadı,
Adını unutmaz bir kimsə sənin,
Devid bu torpağın igid oğlusan
Üç rəngli al bayrağım libasın oldu
Getdiyin bu yolda sən ən doğrusan.
Artıq hansı qəhramandan söz getdiyini bildiniz bəli bu cəsur Deviddir.
Devid Rauf oğlu Cəlilov,2004-cü ildə Xaçmaz rayonu Xudat kəndində dünyaya göz açmışdır.
2009-2021-ci illərdə,K.Məhərrəmov adına Xaçmaz rayon Xudat şəhəri 3 nömrəli,tam orta məktəbdə təhsil almışdır.Məktəb illərində idmanın bir çox növlərinə (Karate,Güləş,boks,üzgüçülük)maraq göstərmişdidir.
7 il musiqi məktəbində,fortepiano
İxtisası üzrə təhsil almış,oranı fərqlənmə diplomu ilə bitirmişdir.
2022-ci ilin aprelin 1-i,Gəncə şəhərində N saylı hərbi hissədə 3 ay təlimlərdə iştirak etmiş,iyun ayının 24 isə Goranboy rayonunda ki,N saylı hərbi hissədə müddətli xidmətə başlamışdır.Komando kəşfiyyat bölüyündə tuşlayıcı,vəzifəsini idarə edirdi.2022-ci il 12-14 sentyabr,olduğu komando dəstəsində düşmanın hücumunun qarşısının alınmasında da,iştirak etmişdir.19 sentyabr 2023-cü ildə,Azərbaycan Ordusu lokal antiterror əməliyyatında iştirak etmişdir.20 sentyabr,Papravənd Ağdərə istiqamətində,düşmən mövqeyini ələ keçirərkən,düşmənin atdığı mərmi yaralarından şəhid olmuşdur.Dərin hüzn və ehtiramla anırıq.
Dəniz Rüzgar.
Zefertv.az
Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kolleci bir addım öndə
����: 5-07-2024, 10:14

03.07.2024- cü il tarixdə Bakı Dövlət *Universitetinin* nəzdində ~Bakı Dövlət~ İqtisadiyyat ve Humanitar Kollecdə məzun günü qeyd olundu.Tədbirdə *BDU-nun* rektoru Elçin Babayev, BDU-nun *Filologiya fakültəsinin, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri* , Bakı Dövlət Universitetinin *nəzdində* İqtisadiyyat və Humanitar *Kollecin* direktoru professor Səhər xanım Orucova və bir çox ziyalılar *iştirak* etdi. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ulu Öndər Heydər Əliyev və *qəhrəman* şəhidlərin xatirəsi ehtiramla anıldı.

Daha sonra çıxışlar başladı. Elçin müəllim gələcək həyata atılan məzunlara uğurlar arzuladı.
Səhər xanım çıxışında hər bir məzunu təbrik edərək gələcək işlərində uğurlar dilədi.
Kollecin müəllim *heyəti* də bu təbriklərə qoşuldu, yeni həyata atılan gənc məzunlara öz arzularını çatdırdılar.
Sonda məzunlar bütün müəllim kollektivinə öz minnətdarlıqlarını bildirdilər və xatirə şəkilləri çəkildi.
Aynur Aydınqızı

Zeferv.az
BOZKURTLAR ŞAHA KALKTI
����: 4-07-2024, 19:25
TÜRKBİRKON( TÜRK DÜNYASI VE ULUSLARARASI İŞ DÜNYASI YATIRIM BİRLİGİ KONFEDERASYONU) GENEL BAŞKANI HAKAN AKTÜRK'DEN ALMANYA VE UEFA'YA "BOZKURT"CEVABI.
AVUSTURYA ile oynanan EURO 2024 SON 16 MAÇINDA YILDIZLAŞAN VE 2 GOL ATAN MİLLİ FUTBOLCUMUZ MERİH DEMİRAL'ın yaşadıgı gol sevinci esnasında "BOZKURT"işareti yapmıştı.Bu durum UEFA VE ALMANYA'yı rahatsız etmiş ve futbolcumuz hakkında soruşturma başlatmıştı.TÜRKBİRKON GENEL BAŞKANI AKTÜRK;Almanya İçişleri Bakanı Nancy Faeser'in Merih Demiral'ın gol sevincini ırkçılıkla bağdaştırmasına sert tepki gösterdi. AKTÜRK "Milli futbolcumuzun gol sevincini "ırkçılık" olarak niteleyenler önce kendi tarihlerine baksınlar" yanıtını verdi. Merih'in gol sevinci bu topraklara ait bir değerdir. Futbolcumuzla gurur duyuyoruz ve her daim yanındayız! Milli futbolcumuzun gol sevincini "ırkçılık" olarak niteleyenler önce kendi tarihlerine baksınlar. LGBT propagandasını ayakta alkışlayanların ya da PKK'ya selam duranların Türk'ü hazmetmesini zaten beklemiyoruz." tepkisinde bulundu.TÜRKBİRKON GENEL BAŞKANI HAKAN AKTÜRK;Milli futbolcumuz Merih Demiral’ın gol sevincini hedef alarak ALMANYA'nın yaptığı açıklamalar ve UEFA’nın başlattığı soruşturma kabul edilemez. Irkçılık ve faşizm arayanların Avrupa’da son zamanlarda farklı ülkelerdeki seçim sonuçlarına odaklanmaları yerinde olacaktır." mesajını verdi.Başka futbolcuların değerleriyle ilgili yaptığı sevinç gösterilerine ses çıkarmayanların, söz konusu Türkiye olduğunda seslerini yükseltmesi tamamen maksatlı ve art niyetlidir.
Zefertv.az Muhammed Osmanlı

Futbolcularımızın sevincini farklı yerlere çekmek isteyenler, kendi ülkelerinde zehirli bir sarmaşık gibi yayılan ırkçılık, ayrımcılık ve İslam düşmanlığına bakmalıdırlar.
Yapılan haksız uygulamalar, A Milli Futbol Takımımızın başarılarına asla gölge düşüremeyecek ve ket vuramayacaktır.
İnanıyoruz ki Bizim Çocuklar, çeyrek finali de geçerek şampiyonluğa emin adımlarla ilerleyecektir.İnsanlığa dair tüm değerleri paramparça eden İsrail’e söyleyecek tek sözleri yok ama aslan gibi bir evladımıza “bozkurt” yaptı diye anında soruşturma açmış UEFA'ya EVLADIMIZI YEDİRMEYİZ.BOZKURT işaretinden neden rahatsız oldunuz ki MİLLİ FUTBOLCUMUZ MERİH AZERBAYCAN'A;KIRGIZİSTAN'A;ÖZBEKİSTAN'A;KAZAKİSTAN'A;SARAY BOSNA'YA;ALTAYLAR'DAN TUNA'YA ;KIRIM TÜRKLERİNE;GAGAVUZ GARDAŞLARINA;KARABAGA;KUZEY KIBRIS TÜRK CUMHURİYETİNE;TÜRKMENİSTAN'A;TURAN ELLERİNE SELAMI'DIR BOZKURT İŞARETİ.Selam olsun bizden de sana MERİH DEMIRAL.Dedi.
Zefertv.az Muhammed Osmanlı
HƏRƏ BİR QƏHRAMAN
����: 4-07-2024, 13:33
Salyan rayon Heydər Əliyev Mərkəzində 02.07.2024-cü il tarixdə Azərbaycan Respbulikasının ərazi bütövlüyü uğrunda qəhramanlıqla şəhidlik zirvəsinə ucalan igidlərin xatirəsinə həsr edilmiş,Azərbaycan Yazıçılar Birliyinin üzvü Raziyə Kamilqızının qələmə aldığı "Hərə bir qəhrəman" kitabının təqdimatı keçrilib.

İlk öncə Ulu Öndər Heydər Əliyev və qəhraman şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə şəhid ailələri,qazilər,rayon ictimaiyyəti,ziyalılar iştirak etdi.Tədbirdə çıxış edənlər igid oğullar haqqında xatirələrini bölüşərək onların vətənpərvərliyidən danışıldı.Çıxış edənlər kitab haqqında öz fikirlərini bildirdilər və müəllif ona göstərdikləri etimada görə hər bir kəsə təşəkkür etdi.

Sonda tədbir iştirakçılarına kitablar təqdim olunaraq xatirə şəkili çəkildi.

Şəhla Hüseynova
Zefertv.az
Cəbhələrdən buludlara ucalan ömür
����: 1-07-2024, 17:19
44 günlük Vətən Müharibəsi Azərbaycanın tarixində bir inqilabdır.
Bəlkə də tarixdə buna oxşar parlaq və tam qələbəmiz heç vaxt olmayıb. Həm nümunəvi döyüş taktikaları ilə, həm dövlət xalq birliyi iləAzərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə xalqımız əzm, iradə və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix Azərbaycan üçün möhkəm bünövrədir. Bu şanlı qələbə elə təməllər üzərində quruldu ki, əsla sarsılmaz. Çünki bu tarixi igid, qəhrəman, vətəni canından sevdiklərindən əziz tutan igid oğullarımız şəhidlik zirvəsinə ucaqlaraq canı ilə, qanı ilə geridə qoyduqları analarının, bacılarının, sevdiklərinin göz yaşları ilə yazdılar.Onların yox olan cismi ilə var oldu bu topaq, bu vətən.


Zəfər TV.az


16 avqust həmin tarixi qəhrəmanlardan biri, bir an belə düşünmədən canını vətəninə fəda edən, həytda ən böyük amalı Qarabağın azadlığı olan şəhid kəşfiyyatçı Amil Rasim oğlu Hüseynovun cənnətdəki üçüncü doğum günüdür.
Amil Rasim oğlu Hüseynov 16 avqust 1986-cı ildə ata-baba yurdu olan Füzuli Əhmədalılar kəndində dünyaya göz açıb. Altı yaşına qədər öz doğma kəndində böyümüş daha sonra 1993-cü ildə mənfur qonşularımızın torpaqlarımızı işğal etməsi nəticəsində məcburi köçkün olaraq ailəsi ilə birlikdə Bakı şəhərində yerləşən Mədəni Maarif Texnikumunun yataqxanasında məskunlaşmışdır. Birinci sinifə Bakıda fəaliyyət göstərən Ağdam rayon 36 saylı tam orta məktəbə getmiş və həmin məktəbin məzunu olmuşdur.
Orta məktəbi bitirdikdən sonra 2004-2006-cı illər ərzində Beynəlxalq Sülhməramlı ordu tərkibindəki Kosovoda fəaliyyət göstərən Azərbaycan Sülhməramlı Qoşunlarında Həqiqi Hərbi xidmətdə olmuşdur.
Uşaqlığından vətəninə bağlı olan Amil bir gün torpaqlarımızı erməni işğalından azad edəcəyi hissi ilə böyümüşdür. Hər zaman hərbçi olmaq, vətənin keşiyində durmaq arzusunu öz ürəyində böyütmüşdür. Elə kiçik yaşlarından vətənpərvərliyini Azərbaycanı layiqli şəkildə təmsil etməklə nümayiş etdirmişdir. Məktəbdə oxuduğu müddətdə Amil idmanın karete növü ilə məşğul olub. Respublikada və xaricdə keçirilən yarışlarda iştirak etmiş və yüksək nəaliyyətlər əldə etmişdir. İştirak etdiyi heç bir yarışdan nailiyyətsiz geri qayıtmamışdır. 2003-cü ildə respublika çempionatlığında iştirak etmiş və birinci yerin sahibi olaraq Respublika Çempionu adına layiq görülmüşdür. Gürcüstanda iştirak etdiyi beynəlxalq yarışda birinci yerə çıxmışdır.

Amil 2010- cu ildən fəaliyətinə Azərbaycan Respublikasının Daxili qoşunlarında xidmət göstərərək başladı. Daha sonra Azərbaycan Respublikasının Milli Ordu sıralarında Müddətdən artıq Həqiqi Hərbi xidmətdə kəşfiyyatçı kimi fəliyyətini davam etdirdi. 2012-ci ilin dekabr ayından 2013-cü ilin aprel ayına qədər Türkiyədə komando kursunu yüksək səviyyədə, layiqincə başa vurmuş, kəşfiyyatçı təlim kursu keçmiş, ixtisaslaşmış, işinin sirlərini, hər bir incəliyini bilən bir hərbçiydi.
Amil Hüseynov Beyləqanda 218 saylı və Füzulidəki 706 saylı hərbi hissədə Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas bölgələrində xidmət etmişdir. Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətlərinə görə qulluq etdiyi müddətdə bir sıra fəxri fərman və mükafatlara layiq görülmüşdür.
Müharibə zamanı ailəsi ilə sonuncu dəfə 2020-ci il oktyabr ayının 5-də telefon əlaqəsi saxlayan A.Hüseynov döyüş əməliyyatı zamanı piyada əleyhinə minaya düşərək şəhadətə yüksəlmişdir. Oktyabrın 10-da şəhidlik zirvəsinə ucalan qəhrəmanımızın nəşi 60 gündən sonra Füzuli rayon Əbdürrəhmanlı kənd istiqamətindən tapılmış və 10 dekabrda öz doğma kəndində böyük izdihamla son mənzilə yola salınmışdır.
Şəhidimizin 17.10.2015 təvəllüdlü Hüseyinli Elcan adlı tək övladı vətənə əmanətdir.
Şəhadətindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Füzulinin, Xocavəndin, Cəbrayılın, Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda” “Cəsur döyüşçü” medalları və “3-cü dərəcəli vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
2022- ci ildəatası Rasim Hüseynov tərəfindən Amilin xatirəsinə öz doğma Əhmədalılar kəndində orta məktəbin həyətində bulaq abidəsi inşa edilmişdir.
Xatirələr:
Anası Hüseynova Nazənin: Amil mənim gözümün ilk nuru, ailəmizin ilk sevinci idi. Təbii ki, analar övladlar arasında fərq qoymaz, amma Amil elə oğul idi, elə bala idi ki, ataya-anaya, bacı-qardaşına, ailəsinə qarşı istiqanlı münasibəti ilə, qayğıkeşliyi ilə, mərdliyi ilə, yüksək mənəvi keyfiyyətləri ilə o fərqi özü yaradırdı. O tamam ayrı bir övlad idi. Hər kəsin yerini bilən, zarafatı yerində, sözü yerində. 3 il keçməsinə baxmayaraq onun yoxluğunun ağrısı ilk günkü kimi ürəyimdədir. mən dözə bilmirəm. indi mənim tək həmdəmim onun şəkilləri, xatirələridir.O həmişə deyirdi: “Ana, mənim işim elədir ki, gedərəm bir gün ya ayaqsız, ya əlsiz qayıdaram, siz hər şeyə hazır olmalısınız, həyatın reallığını qəbul etməlisiniz. Bizim torpaqlarımız işğal altındadır, torpaqlarımızı azad etmək bizim borcumuzdur. Bircə bu Qarabağ məsələsini həll etsək ondan sonra hər şey yaxşı olacaq”. Balam arzusuna çatdı, dediyini etdi, vətəni azad etdi, amma zəhmətinin bəhrəsini görmədi. Kaş ki, bu zəfərin sevincini yaşamaq Amilimə də qismət olardı. Amma əminəm ki, ruhu şaddır. Mənim övladım çox mərhəmətli, əliaçıq, səxavətli idi. Vətənin azadlığı uğrunda canından keçmək, ömründən pay vermək, onun üçün yalnızca böyük şərəfdir. 16 avqust Amilin doğum günüdür. Nə qədər illər keçsə də o yenə də mənim ilk dəfə qoynuma aldığım, körpə ətrini ürəyimə çəkdiyim, heç vaxt doymadığım o körpə balamdır. O nə qədər böyüsə də onun körpə saflığı, məsumluğu, təmizliyi heç vaxt itməmişdi. Mənim körpə mələyim indi ən uca zirvədədir, şəhiddir, indi mən onun doğum günlərini onsuz qeyd edirəm. Çox çətindir. Onsuz bu illəri necə yaşamışam, günüm-ayım necə keçib bilmirəm. O gedən gündən dünyam necə qaralıbsa, hələ də həmin qaranlığın içindəyəm. Onun yoxluğunu heç nə əvəz etmir mənə. Azərbaycan xalqına qələbə yaraşır. Bu qələbəni canı ilə, qanı ilə, xalqımıza yaşatdığı üçün, mən balamla, onun uca məqamı ilə fəxr edirəm, qürür duyuram. Təki vətən sağ olsun! Allah bütün şəhid balaların məqamını uca etsin. mənim də balamın ruhu şad olsun!
Bacısı Aysel Süleymanova:
Qardaşım Amil haqqında danışmaq mənim üçün həm asandır həm də çox çətindir. Ona görə asandır ki, o bu dünyada ağlımıza gələn ən xoş sözlərə layiq bir qardaşdır. Cəsur. Igid, qorxmaz, mehriban səmimi, saf, bir sözlə, oğul kimi əsl oğul, ata kimi qayğıkeş ata, yoldaş kimi diqqətli, layiqli yoldaş, qardaş kimi tayı bərabəri olmayan əvəzsz bir qardaş idi. Çətindir ona görə ki, qardaşım bu gün yanımda deyil. bu üç il müddətində bir an olsun ağlımızdan, beynimizdən, qəlbimizdən çıxmır onun yoxluğu sanki bizim ruhumuza sarılıb. Mən bir an belə onu yox imiş kimi düşünmürəm. hər an gələ biləcəyi ümüdü çımır qəlbimdən. Hər axşam qapım döyüləndə ürəyim səksənir, elə bilirəm Amil gəldi. Adətən o bizə gecələr gələrdi. Bir qardaş bacını, bir bacı qardaşı bu qədər sevərmiş, İlahi! Hər gün mənə 2-3 dəfə zəng edərdi. Nəyəsə ehtiyacın varmı, yoxmu maraqlanardı. Ürəyi rahat olsun deyə mənə ad verirdi- “sən atamın canı, de görüm, nəyə ehtiyacın var?” mən də and içirdim ondan sonra inanırdı. Hər axşam bir zəngi vardı- “səsini eşidim yatım” – deyən dillərinə bacın qurban olsun. Amil son 6 il idi ki, Beyləqnda işləyirdi, ona görə də mənə daha yaxın idi. hər zaman mənə ikinci anam deyirdi. bütün dərdini, sirrini mənimlə rahatlıqla bölürdü.Adətən mənim adımı qısaldaraq “Ası”- deyə çağırardı. İndi deyirəm:- Ası sənsiz çox darıxır, gözəl gözlü qardaşım.
Bəlkə də biz yataqxana şəraitində, bir otaqlı evə olduğumuz üçündür, ya nədirsə bir-birimizə çox bağlı idik, bir-birimizi həddindən çox sevirdik. Amil çox qohumcanlı idi. Kəndimizin 6-7 uşaqlarını bir araya yığıbbir otağın içində onlara idman etməyi öyrədirdi. Reyhan kompotunu çox sevərdi. Dərsi bitirən kimi reyhan kompotunu içirdi. Mən həmişə sevə sevə hazırlayırdım ki, qardaşım doyunca içsin. Amilin idmanda uğurları çox idi. o ikinci yeri qələbə kimi qeyd etməzdi. Bir dəfə ağır bir yarış kçirmişdi, güclü rəqiblərlə döyüşmüşdü. Hakim ədalətsiz davranmış həmin yarışda qaradşım 2-ci yerə çıxmışdı. Biz onun bu uğuruna nə qədər sevinsək də o həmin gün çox bikef idi. Onun hər nailiyyətini xüsusi qeyd edirdik. Əli-ayağı çox ruzili- bərəkətli idi. doğum günləri həmişə təmtəraqlı keçərdi. Heç ummadığımız bir anda Allah ruzisini elə yetirirdi ki, onun ad günlərini geniş qeyd edərdik. Heç vaxt əliboş evə gəlməzdi. Heç kimin qəlbinə dəyməzdi. O çox zəhmətkeş, çox ağıllı, qohumcanlı, gözütox olub. Allahdan qorxan, hər atdığı addımı ölçüb-biçən bir xarakter sahibi idi. bəlkə də belə gözəl ürəyin sahibi olduğu üçün hər insana qismət olmayan şəhidlik zirvəsinə ucaldı. Ondan sonra, nə mən, nə ailəmiz, nə də onu sevənlər onun yoxluğu ilə barışa bilmir. Amil döyüşə Füzuli rayon Əbdürrəhmanlı kəndindən 40 metrlik deyilən postdan (erməni ilə 40 metr məsafəsi olduğu üçün o yerə 40 metrlik post deyirdilər) başladı. Onların qrupundan 9 nəfər kəşfiyyatçı şəhid oldu. İlk keçilməz Ohanyan səddini yaran qrup məhz Amilgil olub. Amil Cəbrayılın Nüzgar kəndinin azad olunmasında, Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Aşağı Əbdürrəhmanlı və bir sıra ərazilərin azad edilməsində xüsusi şücaətlik göstərib xeyli sayda canlı erməni qüvvəsini məhv etmişdir Onsuz heç nəyin mənası qalmayıb. Artıq heç bir hadisə məni təəccübləndirmir. Mən qardaşımla bərabər özümü itirmişəm. Sanki, həmin gün məni də onunla dəfn etdilər. Tək təsəllim qardaşımın şəhid olmasıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Həyat yoldaşı Xalisə Məmmədova: “Amil şəhid olanda biz yenicə ailə qurmuşduq. Ailə həyatımız cəmi 2 ay çəkdi. Artıq 3 ilə yaxındır onsuz bir həyata davam etmək məcburiyyətindəyəm. Mən hələ də o gündə qalmışam, 2-3 il deyəndə mənə qəribə gəlir, sanki hər şey 2-3 gündür baş verib. 5 oktyabr günorta saatlarında sonuncu zəngində müharibənin necə getdiyini soruşduqda “Belə getsə, İnşallah Şuşadan gələcəm” demişdi.
“2022-ci ilin iyun ayında hər sətri, hər sözü göz yaşlarımla ərsəyə gələn Şəhid yoldaşım Amil Hüseynovun xatirəsinə və Şuşa ilinə həsr etdiyim "ZƏFƏRİN AMİLİ" nəhayət ki, işıq üzü gördü. Mən nə yazıçı, nə ədəbiyyatçı deyiləm, sadəcə 44 günlük Vətən Müharibəsinin mənə hiss etdiklərini qələmə almışam. Kitabda bir şəhid yoldaşının həyat mücadiləsi, müharibə dönəmində biz qadınların keçirdiyi qorxu və həyəcanı, eyni zamanda şəhid xəbəri alan qadınların qürur və kədər kimi qarışıq hisslərini əks etdirməyə çalışmışam. Ümid edirəm ki, istəyimə nail olmuşam. Kitabı oxuyan hər bir şəhid anası, yoldaşı bir cümlə ilə belə olsa orda öz hisslərini tapacaq, eləcə də öz oğlunun, yoldaşının xasiyyətini görəcək. Çünki, şəhidlərimizin hər biri eyni qəhrəmanlıqla döyüşüb və eyni amal uğrunda canından keçib. Hətta, həyata baxışları da bir-birinə bənzəyir.
Amilin xatirəsini yaşadan bu kitab mənim üçün çox müqəddəsdir. “Bu kitab bizim əbədi sevgimiz, heç vaxt qüvvədən düşməyən nigah şəhadətnaməmiz və ölümsüz evliliyimizdir. Bu kitab mənim üsyanımı dindirib, səbrimi artıran bir həyat payım oldu. Amilin yoxluğunda bu kitab mənim ən böyük təsəllim oldu. "Zəfərin Amili" ilə Amilim, sanki yenidən dünyaya gəldi və bu kitabla onun sevgisi daim ürəyimdə, xatirələri isə bir ömür ovuclarımda olacaq.”
Bir oxucu gözü ilə nəzər saldıqda kitabın daha bir özəlliyini kəşf etdim- Amilin mənə tez -tez, həm bir arzu, istək, həm də bir nəsihət şəklində dediyi bir sözü vardı: "Biz elə bir ailə olmalıyıq, elə xoşbəxt olmalıyıq ki, sevgimizlə, birliyimizlə, nümunəvi ailəmizlə hər kəsə, bütün el-obaya sübut etməliyik ki, bizim bu həyatda sadəcə bəxtimiz gətirməyib. Biz ikimiz də xoşbəxtliyə layiq insanlarıq". Amilin şəhadətindən sonra hər dəfə məzarı önündə ağlayaraq soruşar, “Beləmi sübut etdin?! Beləmi göstərdin hər kəsə xoşbəxtliyə layiq olduğumuzu?!”- deyərək üsyanımı dindirə bilmirdim. Artıq onun məzarı önündə o sözü soruşmuram, çünki heç fərqində belə olmadan Şəhidimin arzusunu, xəyalını canlandırmış, nəsihətini yerinə yetirmişəm. Biz yaşayaraq göstərə bilməsək də, mən qəlbimin ağrısı ilə, sevgimlə, həsrətimlə dolu bu kitabımın hər cümləsində, hər sözündə Amilin həqiqətən sevgiyə, xoşbəxtliyə layiq bir insan olduğunu sübut etmişəm. Bu kitabı oxuyan hər kəs Amilin möhtəşəmliyini duyacaq. Amili daha yaxından tanımaq istəyən bütün oxuculara “Zəfərin Amili”ni oxumağa dəvət edirəm.
Çox təssüf ki, ondan mənə övlad əmanət qalmadı. Ancaq ki, əmanət nədir?! - Əmanət ən güvəndiyimiz insana tapşırdığımız, ən sevdiyimiz nəsnədir. Mənim üçün də onun sevgisi ən dəyərli əmanətimdir, ölənə qədər ona olan sevgimi və onun sevgisini qəlbimin ən gözəl, ən dəyərli guşəsində qoruyub saxlayacam. Ondan sonra çox əziyyət çəkdim, onun bu gedişinə dözmək, bu ağrının altından qalxmaq olduqca çətin oldu. Ondan sonra hər gün Amilimə yazdığım sətirlərlə, misralarla təsəlli tapdım. Allah Amilin və bütün şəhidlərimizin məqamını uca etsin.”
Sonda fikrimi hər axşam ona müraciətlə yazdığım məktublardan biri ilə tamamlamaq istəyirəm.
Bir də görəcəksən qapısız, pəncərəsiz mənzilinin divarları döyülür, bir tanış səs gəlir qulağına... Astaca boylanacaqsan və qarşında sənsizlikdən usanmış, yorğun ürəkli bir qadın görəcəksən... Əvvəlcə təəccüb edəcəksən, öz-özündən soruşacaqsan,
-"Bu odurmu?!"...
Bir tək gözlərindəki sevgi tanış gələcək sənə...
Dodağında bir kəlmə pıçıldayacaq:
-"İlahi, nə qədər dəyişmisən"...
Əlbəttə, dəyişər...
Axı, onun sənin kimi gənc və yaraşıqlı zamanında, həyatının ən xoşbəxt anında ömrü xitam etmədi...
O yaşadı... yaşamaq ki, nə yaşamaq...
Həm də nələr, nələr yaşadı...
Sonra özündən ixtiyarsız qolların bərk-bərk sarılacaq həsrətindən bənizi solmuş, ürəyi küskün, gözləri çeşmə qadının boynuna...
Əllərin sığal çəkəcək ağarmış tellərinə, eyni o vaxtkı kimi barmaqların ehtiyatla siləcək gözünün yaşını və titrək səsinlə soruşacaqsan, "sənə nə oldu, belə?!"
Kaş ki, bu sualı sən verəsən mənə, bircə sən, əzizim... Ürəyim o qədər doludur ki, gün gələcək mən sənə hər şeyi danışacam... Buna çox inanıram...
O zamana qədər hələlik, sevdiyim...
Səninçün darıxmağımın izahı yoxdur...
Zəfər TV.az
ÜRƏYİNDƏ XOCALI NİSGİLİ OLAN ŞƏHİD
����: 21-06-2024, 17:45
Azərbaycan!doğma vətən sənin uğrunda can vermək şərəfdir.Səni qorumaq bizim şərəf borcumuzdur. Sənə olan borcumuzu layiqincə yerinə yetirə biliriksə nə xoş bizə.İllərdir həsrət çəkdiyimiz doğma torpaqlarımıza,vətən oğullarının canı, Ali baş Komandanın düzgün siyasəti və dəmir yumruğun gücü nəticəsində qovuşduq.

Sən yaşa vətən.Sən yaşa ki,bizdə yaşayaq səni qoruyaq və yaşayaq.Neçə igidlər qan tökdü sənin uğruna,neçə oğullar can aldı sənin uğruna.O,üç rəngli bayrağın daima səmalarda dalğalansın, kölgəsi torpağının başının üstündən əksik olmasın.Sənin uğrunda can alan,canı bahasına səni qoruyan igidlərdən biri də Ruslan Gündüz oğlu Cəfərovdur.

Azərbaycan Ordusunun mayoru olan Ruslan İkinci Vətən müharibəsində qəhramancasına döyüşüb,O 19.11.1976-cı ildə Xankəndində dünyaya gəlib,orta məktəb təhsilini də elə doğulduğu kənndə alıb.Daha sonra H.Əliyev adına Hərbi Ali Akademiyada təhsil alıb.Ailəli idi bir oğlu var.27 sentyabr 2020-ci il də başlanan İkinci vətən müharibəsi ərazilərimizin bərpa olunması zamanı gedən döyüşlərdə qəhramancasına savaşıb.O,Füzulinin azad olunması zamanı gedən döyüşlərdə 11.10.2020-ci ildə şəhidlik zirvəsinə ucalıb.II Fəxri Xiyabanda dəfn edilib.
Göstərdiyi sücaətlərə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərancamına əsasən "III dərəcəli Orden".."Füzulinin azad olunmasına görə"
"Döyüşdı Vətən Uğrunda" "Fərqlənməyə görə" medallarla təltif edilib.
Vətən müharibəsi başlanan gündən öz qələmimizlə igid oğulları ziyarət etməyi,onların qəhramanlıqlarını qələmə almaqdan yorulmuruq qürur duyuruq..Bu gün Zefertv.az,
Uğuryolutv.az saytı rəhbərləri olaraq sizləri qəhraman Ruslanlada tanış etməkdən qürur duyuruq...Unutmayaq Unutdurmayaq.Allah məqamını uca etsin.
Zefertv.az Yazar Dəniz Rüzgar




QHT rəhbəri Qurban bayramını şəhid ailələri və qazilərlə qeyd edib
����: 21-06-2024, 11:51
“Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyi müqəddəs Qurban bayramı münasibətilə “İlahiibadət”adlı tədbir keçirib.






Zefertv.az
Tədbir “Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyin təşkilatçılığı və iş adamı Rafiq Atakişiyevin dəstəyi ilə həyata keçirilib.
Tədbirdə iş adamları, şəhid ailələri, qazilər, birliyin üzvləri və media nümayəndələri iştirak ediblər. Məqsəd Qurban ibadətinin neçə-neçə məna və faydasını dərk edərək birlik və bərabərliyin hikmətini, bəndələrə dünya və axirətlə bağlı yaxşı əməllərə sahib olmağın faydalarını çatdırmaqdır.
Birlik sədri Yasəmən Qəyyumova öncə hər kəsi salamlayıb və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yasəmən xanım çıxış edərək, Qurban bayramının xüsusi özəlliklərindən danışıb. O, bildirib ki, Allah-Təala hər bir işi Hakim ismi-şərifinə uyğun, yəni hikmətlə icra edir. İnsanın ağıl və idrakı isə bunun bir qismini bəzən dərk edir, bəzən də dərk edə bilmir. İbadətin hikməti isə onun məqsədi, yaxud səbəbi deyildir. İbadətlərin əsl səbəbi Allahın əmr etməsidir. Məhz Allah əmr etdiyinə görə Ona ibadət edilir. Qurban kəsmək də bir ibadətdir. Nə qədər dünya və axirət, maddi və mənəvi, fərdi, ictimai hikmət və faydaları olsa da, bunlar üçün deyil, sırf Allahın əmri olduğuna görə yerinə yetirilir. Ona görə də hər şeydən əvvəl bu həqiqətə qəlbən etiqad etmək, inanmaq lazımdır.
Deməli, qurban insanların Allahın uca adını zikr etməsi, yer üzündə olan bütün heyvanların Onun mülkü olduğunu bilməsi və heyvanların sırf ilahi mərhəmət olaraq bəşəriyyətin istifadəsinə verilməsi şüuruna çatması üçün bir ibadət kimi əmr buyurulmuşdur. Qurban Allah yolunda fədakarlıq şüuru aşılayır.Allahın əmrlərinə boyun əymək və itaət etmək üçün bir işarə kifayət edirdi.
Qurban Allah-Təalanın həzrət İbrahimi çəkdiyi imtahanın davamıdır. Müsəlmanın Allaha qulluqda verdiyi imtahanlardan biridir. Quran bu hadisəni Allahın əmrlərinə təslimiyyət və itaətdə bir üfüq, bir qayə kimi insanlara təqdim edir. Həzrət İbrahimdə möhtəşəm bir təslimiyyət, iman və itaət vardır. İllərdir, övlad həsrəti ilə alışıb yanmışdı. Allah ona ahıl yaşlarında oğul verdi, sonra oğul böyüyüb yeniyetmə çağına çatanda yuxusunda oğlunu qurban kəsdiyini gördü. Bu yuxunun oğlunu qurban etmək üçün Rəbbindən bir işarə bildi. Halbuki yuxuda gördüyü sadəcə işarə idi, açıq-aşkar vəhy deyildi. Lakin həzrət İbrahimə Allahın əmrlərinə boyun əymək və itaət etmək üçün bir işarə kifayət edirdi.
Ata-oğul birlikdə Allah itaətin kamal zirvəsində əmri yerinə yetirməyə getmişdilər. Həzrət İbrahim oğlunu üzü üstə uzadıb kəsmək istəyəndə Allah-Təala onlara imtahandan alnıaçıq çıxdıqlarını bildirərək qurbanlıq qoç göndərmişdi. İmtahanın əsl üzü, itaətin gözəlliyi və təslimiyyətin böyüklüyü üçün bir məşəl kimi ucalan bu möhtəşəm hadisənin xatirəsi qurban adəti ilə davam edir. Qurban ibadəti İslam və möminlər üçün Allahın dini şüarlarından biri olaraq insanı Allaha yaxınlaşdırır. Qurban Allah sevgisinin isbati kimi varlıya şükür, kasıba da təşəkkür hissini aşılayır.
Birlik sədri çıxışının sonunda Qurban ibadəti, sözün əsl mənasında, bütün faydaları ilə birlikdə Allahın bəşəriyyətə ən böyük ərməğanlarından biri və ilahi ziyafət süfrəsi olduğunu bildirib.
Daha sonra iş adamı Rafiq Atakişiyev çıxış edərək vurğulayıb ki, Qurban bayramının adət və ənənəsi sosial ədalətin təmin olunmasına xidmət edən İslamın ümumbəşəri yardımlaşma kampaniyasını təşkil edir. Bizdə bu müqəddəs Qurban bayramı münasibətilə yardımlaşma və həmrəyliyə xidmət edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin bizlərə əmanətləri olan ailələri və sağlamlığının bir qismini itirən qazilərlə bir arada olmağı özünüzə borc bildik.
Çıxış edən hər kəs bir-birini Qurban bayramı münasibətilə təbrik edib.
Sonunda tədbir iştirakçılarının hər birinə qurban payları verilib.
Fərid Səfərov
Mətbuat katibi






Zefertv.az
Özgür Subaşı'ndan Serdar Topraktepe Hocaya ziyaret
����: 21-06-2024, 09:59
İstanbul Gençlergücü Spor Kulübü Genç Başkanı Özgür Subaşı Beşiktaş jk Teknik Direktörü Serdar Topraktepe Hocayı ümraniye Nevzat Demir Tesislerinde ziyaretinde hatıra fotooraflarıda çekildi.
Beşiktaş jk Teknik Direktörü Serdar Topraktepe ve Güngören temsilcisi İstanbul Gençlergücü Spor Kulübü Genç Başkanı Özgür Subaşı ümraniye Nevzat Demir Tesislerinde bir araya geldi.Beşiktaş jk kongre üyesi (33366) sicil numarası , İstanbul Kartalgücü spor ve İstanbul Gençlergücü spor kulübü genç Başkanı Özgür Subaşı yaptığı açıklamada; ”2023-2024 futbol sezonunda finalde Trabzon sporu yenerek Türkiye kupasını kazanan ve sezonu kupayla kapatan Serdar Topraktepe hocamıza ve mücadele eden tüm oyuncuları kutlar başarılar dileriz.” dedi. Günün anısına genç başkan ÖZGÜR SUBAŞI İstanbul Gençlergücü Spor Kulübü formasını hediye etti Beşiktaş teknik direktörü Serdar Topraktepe’de Tüm takımın imzaladığı ve kendi imzasınında olduğu şampiyonluk formasını hediye etti.



Zefertv.az




