Reklam
Reklam
Xəbər lenti
Dünən, 22:00

30-08-2025, 20:46

30-08-2025, 18:58

29-08-2025, 15:55

25-08-2025, 00:25

24-08-2025, 20:19

16-08-2025, 12:32

14-08-2025, 07:12

8-08-2025, 23:54

7-08-2025, 13:43

6-08-2025, 22:16

26-07-2025, 11:47

23-07-2025, 21:33

11-06-2025, 08:12

11-06-2025, 07:53

7-06-2025, 15:34

6-06-2025, 22:22

28-05-2025, 13:29

16-05-2025, 18:46

12-05-2025, 14:11

28-04-2025, 02:59

25-04-2025, 14:04

15-04-2025, 22:58

9-04-2025, 12:07

5-04-2025, 01:23

5-04-2025, 00:31

31-03-2025, 03:10

30-03-2025, 03:45

30-03-2025, 03:41

29-03-2025, 19:58

Ən çox oxunanlar
Reklam
Reklam

BOZKURTLAR ŞAHA KALKTI

����: 4-07-2024, 19:25
TÜRKBİRKON( TÜRK DÜNYASI VE ULUSLARARASI İŞ DÜNYASI YATIRIM BİRLİGİ KONFEDERASYONU) GENEL BAŞKANI HAKAN AKTÜRK'DEN  ALMANYA VE UEFA'YA "BOZKURT"CEVABI.
AVUSTURYA ile oynanan EURO 2024 SON 16 MAÇINDA YILDIZLAŞAN VE 2 GOL ATAN MİLLİ FUTBOLCUMUZ MERİH DEMİRAL'ın yaşadıgı gol sevinci esnasında "BOZKURT"işareti yapmıştı.Bu durum UEFA VE ALMANYA'yı rahatsız etmiş ve futbolcumuz hakkında soruşturma başlatmıştı.TÜRKBİRKON GENEL BAŞKANI AKTÜRK;Almanya İçişleri Bakanı Nancy Faeser'in Merih Demiral'ın gol sevincini ırkçılıkla bağdaştırmasına sert tepki gösterdi. AKTÜRK "Milli futbolcumuzun gol sevincini "ırkçılık" olarak niteleyenler önce kendi tarihlerine baksınlar" yanıtını verdi. Merih'in gol sevinci bu topraklara ait bir değerdir. Futbolcumuzla gurur duyuyoruz ve her daim yanındayız! Milli futbolcumuzun gol sevincini "ırkçılık" olarak niteleyenler önce kendi tarihlerine baksınlar. LGBT propagandasını ayakta alkışlayanların ya da PKK'ya selam duranların Türk'ü hazmetmesini zaten beklemiyoruz." tepkisinde bulundu.TÜRKBİRKON GENEL BAŞKANI HAKAN AKTÜRK;Milli futbolcumuz Merih Demiral’ın gol sevincini hedef alarak ALMANYA'nın  yaptığı  açıklamalar  ve UEFA’nın başlattığı soruşturma kabul edilemez. Irkçılık ve faşizm arayanların Avrupa’da son zamanlarda farklı ülkelerdeki seçim sonuçlarına odaklanmaları yerinde olacaktır." mesajını verdi.Başka futbolcuların değerleriyle ilgili yaptığı sevinç gösterilerine ses çıkarmayanların, söz konusu Türkiye olduğunda seslerini yükseltmesi tamamen maksatlı ve art niyetlidir.
Futbolcularımızın sevincini farklı yerlere çekmek isteyenler, kendi ülkelerinde zehirli bir sarmaşık gibi yayılan ırkçılık, ayrımcılık ve İslam düşmanlığına bakmalıdırlar.
Yapılan haksız uygulamalar, A Milli Futbol Takımımızın başarılarına asla gölge düşüremeyecek ve ket vuramayacaktır.
İnanıyoruz ki Bizim Çocuklar, çeyrek finali de geçerek şampiyonluğa emin adımlarla ilerleyecektir.İnsanlığa dair tüm değerleri paramparça eden İsrail’e söyleyecek tek sözleri yok ama aslan gibi bir evladımıza “bozkurt” yaptı diye anında soruşturma açmış UEFA'ya EVLADIMIZI YEDİRMEYİZ.BOZKURT işaretinden neden rahatsız oldunuz ki MİLLİ FUTBOLCUMUZ MERİH  AZERBAYCAN'A;KIRGIZİSTAN'A;ÖZBEKİSTAN'A;KAZAKİSTAN'A;SARAY BOSNA'YA;ALTAYLAR'DAN TUNA'YA ;KIRIM TÜRKLERİNE;GAGAVUZ GARDAŞLARINA;KARABAGA;KUZEY KIBRIS TÜRK CUMHURİYETİNE;TÜRKMENİSTAN'A;TURAN ELLERİNE SELAMI'DIR BOZKURT İŞARETİ.Selam olsun bizden de sana MERİH DEMIRAL.Dedi.

Zefertv.az Muhammed Osmanlı 
����������� 0 ���������: Xəbər ������� : ������

HƏRƏ BİR QƏHRAMAN

����: 4-07-2024, 13:33
 Salyan rayon Heydər Əliyev Mərkəzində 02.07.2024-cü il tarixdə Azərbaycan Respbulikasının ərazi bütövlüyü uğrunda qəhramanlıqla şəhidlik zirvəsinə ucalan igidlərin xatirəsinə həsr edilmiş,Azərbaycan Yazıçılar Birliyinin üzvü Raziyə Kamilqızının qələmə aldığı "Hərə bir qəhrəman" kitabının təqdimatı keçrilib.
İlk öncə Ulu Öndər Heydər Əliyev və qəhraman şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə şəhid ailələri,qazilər,rayon ictimaiyyəti,ziyalılar iştirak etdi.Tədbirdə çıxış edənlər igid oğullar haqqında xatirələrini bölüşərək onların vətənpərvərliyidən danışıldı.Çıxış edənlər kitab haqqında öz fikirlərini bildirdilər və müəllif ona göstərdikləri etimada görə hər bir kəsə təşəkkür etdi.
Sonda tədbir iştirakçılarına kitablar təqdim olunaraq xatirə şəkili çəkildi.
Şəhla Hüseynova

Zefertv.az
����������� 0 ���������: Xəbər ������� : ������

Cəbhələrdən buludlara ucalan ömür

����: 1-07-2024, 17:19
 44 günlük Vətən Müharibəsi Azərbaycanın tarixində bir inqilabdır.
Bəlkə də tarixdə buna oxşar parlaq və tam qələbəmiz heç vaxt olmayıb.  Həm nümunəvi döyüş taktikaları ilə, həm dövlət xalq birliyi iləAzərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə xalqımız əzm, iradə və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix Azərbaycan üçün möhkəm bünövrədir. Bu şanlı qələbə elə təməllər üzərində quruldu ki, əsla sarsılmaz. Çünki bu tarixi igid, qəhrəman, vətəni canından sevdiklərindən əziz tutan igid oğullarımız şəhidlik zirvəsinə ucaqlaraq canı ilə, qanı ilə geridə qoyduqları analarının, bacılarının, sevdiklərinin göz yaşları ilə yazdılar.Onların yox olan cismi ilə var oldu bu topaq, bu vətən. 
16 avqust həmin tarixi qəhrəmanlardan biri, bir an belə düşünmədən canını vətəninə fəda edən, həytda ən böyük amalı Qarabağın azadlığı olan şəhid kəşfiyyatçı Amil Rasim oğlu Hüseynovun cənnətdəki üçüncü doğum günüdür. 
Amil Rasim oğlu Hüseynov 16 avqust 1986-cı ildə ata-baba yurdu olan Füzuli Əhmədalılar kəndində dünyaya göz açıb. Altı yaşına qədər öz doğma kəndində böyümüş daha sonra 1993-cü ildə mənfur qonşularımızın torpaqlarımızı işğal etməsi nəticəsində məcburi köçkün olaraq ailəsi ilə birlikdə Bakı şəhərində yerləşən Mədəni Maarif Texnikumunun yataqxanasında məskunlaşmışdır. Birinci sinifə Bakıda fəaliyyət göstərən Ağdam rayon 36 saylı tam orta məktəbə getmiş və həmin məktəbin məzunu olmuşdur. 
Orta məktəbi bitirdikdən sonra 2004-2006-cı illər ərzində Beynəlxalq Sülhməramlı ordu tərkibindəki Kosovoda fəaliyyət göstərən Azərbaycan Sülhməramlı Qoşunlarında Həqiqi Hərbi xidmətdə olmuşdur. 
Uşaqlığından vətəninə bağlı olan Amil bir gün torpaqlarımızı erməni işğalından azad edəcəyi hissi ilə böyümüşdür. Hər zaman hərbçi olmaq, vətənin keşiyində durmaq arzusunu öz ürəyində böyütmüşdür. Elə kiçik yaşlarından vətənpərvərliyini Azərbaycanı layiqli şəkildə təmsil etməklə nümayiş etdirmişdir. Məktəbdə oxuduğu müddətdə Amil idmanın karete növü ilə məşğul olub. Respublikada və xaricdə keçirilən yarışlarda iştirak etmiş və yüksək nəaliyyətlər əldə etmişdir. İştirak etdiyi heç bir yarışdan nailiyyətsiz geri qayıtmamışdır. 2003-cü ildə respublika çempionatlığında iştirak etmiş və birinci yerin sahibi olaraq Respublika Çempionu adına layiq görülmüşdür. Gürcüstanda iştirak etdiyi beynəlxalq yarışda birinci yerə çıxmışdır.
 Amil 2010- cu ildən fəaliyətinə Azərbaycan Respublikasının Daxili qoşunlarında xidmət göstərərək başladı. Daha sonra Azərbaycan Respublikasının Milli Ordu sıralarında Müddətdən artıq Həqiqi Hərbi xidmətdə kəşfiyyatçı kimi fəliyyətini davam etdirdi. 2012-ci ilin dekabr ayından 2013-cü ilin aprel ayına qədər Türkiyədə komando kursunu yüksək səviyyədə, layiqincə başa vurmuş, kəşfiyyatçı təlim kursu keçmiş, ixtisaslaşmış, işinin sirlərini, hər bir incəliyini bilən bir hərbçiydi. 
Amil Hüseynov Beyləqanda 218 saylı və Füzulidəki 706 saylı hərbi hissədə Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas bölgələrində xidmət etmişdir. Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətlərinə görə qulluq etdiyi müddətdə bir sıra fəxri fərman və mükafatlara layiq görülmüşdür. 
Müharibə zamanı ailəsi ilə sonuncu dəfə 2020-ci il oktyabr ayının 5-də telefon əlaqəsi saxlayan A.Hüseynov döyüş əməliyyatı zamanı piyada əleyhinə minaya düşərək şəhadətə yüksəlmişdir. Oktyabrın 10-da şəhidlik zirvəsinə ucalan qəhrəmanımızın nəşi 60 gündən sonra Füzuli rayon Əbdürrəhmanlı kənd istiqamətindən tapılmış və 10 dekabrda öz doğma kəndində böyük izdihamla son mənzilə yola salınmışdır. 
Şəhidimizin 17.10.2015 təvəllüdlü Hüseyinli Elcan adlı tək övladı vətənə əmanətdir.
Şəhadətindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Füzulinin, Xocavəndin, Cəbrayılın, Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda” “Cəsur döyüşçü” medalları və “3-cü dərəcəli vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. 
2022- ci ildəatası Rasim Hüseynov tərəfindən Amilin xatirəsinə öz doğma Əhmədalılar kəndində orta məktəbin həyətində bulaq abidəsi inşa edilmişdir.
Xatirələr:
Anası Hüseynova Nazənin: Amil mənim gözümün ilk nuru, ailəmizin ilk sevinci idi. Təbii ki, analar övladlar arasında fərq qoymaz, amma Amil elə oğul idi, elə bala idi ki, ataya-anaya, bacı-qardaşına, ailəsinə qarşı istiqanlı münasibəti ilə, qayğıkeşliyi ilə, mərdliyi ilə, yüksək mənəvi keyfiyyətləri ilə o fərqi özü yaradırdı. O tamam ayrı bir övlad idi. Hər kəsin yerini bilən, zarafatı yerində, sözü yerində. 3 il keçməsinə baxmayaraq onun yoxluğunun ağrısı ilk günkü kimi ürəyimdədir. mən dözə bilmirəm. indi mənim tək həmdəmim onun şəkilləri, xatirələridir.O həmişə deyirdi: “Ana, mənim işim elədir ki, gedərəm bir gün ya ayaqsız, ya əlsiz qayıdaram, siz hər şeyə hazır olmalısınız, həyatın reallığını qəbul etməlisiniz. Bizim torpaqlarımız işğal altındadır, torpaqlarımızı azad etmək bizim borcumuzdur. Bircə bu Qarabağ məsələsini həll etsək ondan sonra hər şey yaxşı olacaq”. Balam arzusuna çatdı, dediyini etdi, vətəni azad etdi, amma zəhmətinin bəhrəsini görmədi. Kaş ki, bu zəfərin sevincini yaşamaq Amilimə də qismət olardı. Amma əminəm ki, ruhu şaddır. Mənim övladım çox mərhəmətli, əliaçıq, səxavətli idi. Vətənin azadlığı uğrunda canından keçmək, ömründən pay vermək, onun üçün yalnızca böyük şərəfdir. 16 avqust Amilin doğum günüdür. Nə qədər illər keçsə də o yenə də mənim ilk dəfə qoynuma aldığım, körpə ətrini ürəyimə çəkdiyim, heç vaxt doymadığım o körpə balamdır. O nə qədər böyüsə də onun körpə saflığı, məsumluğu, təmizliyi heç vaxt itməmişdi. Mənim körpə mələyim indi ən uca zirvədədir, şəhiddir, indi mən onun doğum günlərini onsuz qeyd edirəm. Çox çətindir. Onsuz bu illəri necə yaşamışam, günüm-ayım necə keçib bilmirəm. O gedən gündən dünyam necə qaralıbsa, hələ də həmin qaranlığın içindəyəm. Onun yoxluğunu heç nə əvəz etmir mənə. Azərbaycan xalqına qələbə yaraşır. Bu qələbəni canı ilə, qanı ilə, xalqımıza yaşatdığı üçün, mən balamla, onun uca məqamı ilə fəxr edirəm, qürür duyuram. Təki vətən sağ olsun! Allah bütün şəhid balaların məqamını uca etsin. mənim də balamın ruhu şad olsun!
Bacısı Aysel Süleymanova:
Qardaşım Amil haqqında danışmaq mənim üçün həm asandır həm də çox çətindir. Ona görə asandır ki, o bu dünyada ağlımıza gələn ən xoş sözlərə layiq bir qardaşdır. Cəsur. Igid, qorxmaz, mehriban səmimi, saf, bir sözlə, oğul kimi əsl oğul, ata kimi qayğıkeş ata, yoldaş kimi diqqətli, layiqli yoldaş, qardaş kimi tayı bərabəri olmayan əvəzsz bir qardaş idi. Çətindir ona görə ki, qardaşım bu gün yanımda deyil. bu üç il müddətində bir an olsun ağlımızdan, beynimizdən, qəlbimizdən çıxmır onun yoxluğu sanki bizim ruhumuza sarılıb. Mən bir an belə onu yox imiş kimi düşünmürəm. hər an gələ biləcəyi ümüdü çımır qəlbimdən. Hər axşam qapım döyüləndə ürəyim səksənir, elə bilirəm Amil gəldi. Adətən o bizə gecələr gələrdi. Bir qardaş bacını, bir bacı qardaşı bu qədər sevərmiş, İlahi! Hər gün mənə 2-3 dəfə zəng edərdi. Nəyəsə ehtiyacın varmı, yoxmu maraqlanardı. Ürəyi rahat olsun deyə mənə ad verirdi- “sən atamın canı, de görüm, nəyə ehtiyacın var?” mən də and içirdim ondan sonra inanırdı. Hər axşam bir zəngi vardı- “səsini eşidim yatım” – deyən dillərinə bacın qurban olsun. Amil son 6 il idi ki, Beyləqnda işləyirdi, ona görə də mənə daha yaxın idi. hər zaman mənə ikinci anam deyirdi. bütün dərdini, sirrini mənimlə rahatlıqla bölürdü.Adətən mənim adımı qısaldaraq “Ası”- deyə çağırardı. İndi deyirəm:- Ası sənsiz çox darıxır, gözəl gözlü qardaşım.
Bəlkə də biz yataqxana şəraitində, bir otaqlı evə olduğumuz üçündür, ya nədirsə bir-birimizə çox bağlı idik, bir-birimizi həddindən çox sevirdik. Amil çox qohumcanlı idi. Kəndimizin 6-7 uşaqlarını bir araya yığıbbir otağın içində onlara idman etməyi öyrədirdi. Reyhan kompotunu çox sevərdi. Dərsi bitirən kimi reyhan kompotunu içirdi. Mən həmişə sevə sevə hazırlayırdım ki, qardaşım doyunca içsin. Amilin idmanda uğurları çox idi. o ikinci yeri qələbə kimi qeyd etməzdi. Bir dəfə ağır bir yarış kçirmişdi, güclü rəqiblərlə döyüşmüşdü. Hakim ədalətsiz davranmış həmin yarışda qaradşım 2-ci yerə çıxmışdı. Biz onun bu uğuruna nə qədər sevinsək də o həmin gün çox bikef idi. Onun hər nailiyyətini xüsusi qeyd edirdik. Əli-ayağı çox ruzili- bərəkətli idi. doğum günləri həmişə təmtəraqlı keçərdi. Heç ummadığımız bir anda Allah ruzisini elə yetirirdi ki, onun ad günlərini geniş qeyd edərdik. Heç vaxt əliboş evə gəlməzdi. Heç kimin qəlbinə dəyməzdi. O çox zəhmətkeş, çox ağıllı, qohumcanlı, gözütox olub. Allahdan qorxan, hər atdığı addımı ölçüb-biçən bir xarakter sahibi idi. bəlkə də belə gözəl ürəyin sahibi olduğu üçün hər insana qismət olmayan şəhidlik zirvəsinə ucaldı. Ondan sonra, nə mən, nə ailəmiz, nə də onu sevənlər onun yoxluğu ilə barışa bilmir. Amil döyüşə Füzuli rayon Əbdürrəhmanlı kəndindən 40 metrlik deyilən postdan (erməni ilə 40 metr məsafəsi olduğu üçün o yerə 40 metrlik post deyirdilər) başladı. Onların qrupundan 9 nəfər kəşfiyyatçı şəhid oldu. İlk keçilməz Ohanyan səddini yaran qrup məhz Amilgil olub. Amil Cəbrayılın Nüzgar kəndinin azad olunmasında, Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Aşağı Əbdürrəhmanlı və bir sıra ərazilərin azad edilməsində xüsusi şücaətlik göstərib xeyli sayda canlı erməni qüvvəsini məhv etmişdir Onsuz heç nəyin mənası qalmayıb. Artıq heç bir hadisə məni təəccübləndirmir. Mən qardaşımla bərabər özümü itirmişəm. Sanki, həmin gün məni də onunla dəfn etdilər. Tək təsəllim qardaşımın şəhid olmasıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin! 
Həyat yoldaşı Xalisə Məmmədova: “Amil şəhid olanda biz yenicə ailə qurmuşduq. Ailə həyatımız cəmi 2 ay çəkdi. Artıq 3 ilə yaxındır onsuz bir həyata davam etmək məcburiyyətindəyəm. Mən hələ də o gündə qalmışam, 2-3 il deyəndə mənə qəribə gəlir, sanki hər şey 2-3 gündür baş verib. 5 oktyabr günorta saatlarında sonuncu zəngində müharibənin necə getdiyini soruşduqda “Belə getsə, İnşallah Şuşadan gələcəm” demişdi. 
“2022-ci ilin iyun ayında hər sətri, hər sözü göz yaşlarımla ərsəyə gələn Şəhid yoldaşım Amil Hüseynovun xatirəsinə və Şuşa ilinə həsr etdiyim "ZƏFƏRİN  AMİLİ" nəhayət ki, işıq üzü gördü. Mən nə yazıçı, nə ədəbiyyatçı deyiləm, sadəcə 44 günlük Vətən Müharibəsinin mənə  hiss etdiklərini qələmə almışam. Kitabda bir şəhid yoldaşının həyat mücadiləsi, müharibə dönəmində biz qadınların keçirdiyi qorxu və həyəcanı, eyni zamanda şəhid xəbəri alan qadınların qürur və kədər kimi qarışıq hisslərini əks etdirməyə çalışmışam. Ümid edirəm ki, istəyimə nail olmuşam. Kitabı oxuyan hər bir şəhid anası, yoldaşı bir cümlə ilə belə olsa orda öz hisslərini tapacaq, eləcə də öz oğlunun, yoldaşının xasiyyətini görəcək. Çünki, şəhidlərimizin hər biri eyni qəhrəmanlıqla döyüşüb və eyni amal uğrunda canından keçib. Hətta, həyata baxışları da bir-birinə bənzəyir.
Amilin xatirəsini yaşadan bu kitab mənim üçün çox müqəddəsdir. “Bu kitab bizim əbədi sevgimiz, heç vaxt qüvvədən düşməyən nigah şəhadətnaməmiz və ölümsüz evliliyimizdir. Bu kitab mənim üsyanımı dindirib, səbrimi artıran bir həyat payım oldu. Amilin yoxluğunda bu kitab mənim ən böyük təsəllim oldu. "Zəfərin Amili" ilə Amilim, sanki yenidən dünyaya gəldi və bu kitabla onun sevgisi daim ürəyimdə, xatirələri isə bir ömür ovuclarımda olacaq.”
Bir oxucu gözü ilə nəzər saldıqda kitabın daha bir özəlliyini kəşf etdim- Amilin mənə tez -tez, həm bir arzu, istək, həm də bir nəsihət şəklində dediyi bir sözü vardı: "Biz elə bir ailə olmalıyıq,  elə xoşbəxt olmalıyıq ki, sevgimizlə, birliyimizlə, nümunəvi ailəmizlə hər kəsə,  bütün el-obaya sübut etməliyik ki, bizim bu həyatda sadəcə bəxtimiz gətirməyib. Biz ikimiz də xoşbəxtliyə layiq insanlarıq".  Amilin şəhadətindən sonra hər dəfə məzarı önündə ağlayaraq soruşar, “Beləmi sübut etdin?! Beləmi göstərdin hər kəsə xoşbəxtliyə layiq olduğumuzu?!”- deyərək üsyanımı dindirə bilmirdim. Artıq onun məzarı önündə o sözü soruşmuram, çünki heç fərqində belə olmadan Şəhidimin arzusunu, xəyalını canlandırmış, nəsihətini yerinə yetirmişəm. Biz yaşayaraq göstərə bilməsək də, mən qəlbimin ağrısı ilə, sevgimlə, həsrətimlə dolu bu kitabımın hər cümləsində, hər sözündə Amilin həqiqətən sevgiyə, xoşbəxtliyə layiq bir insan olduğunu sübut etmişəm. Bu kitabı oxuyan hər kəs Amilin möhtəşəmliyini duyacaq. Amili daha yaxından tanımaq istəyən bütün oxuculara “Zəfərin Amili”ni oxumağa dəvət edirəm.
Çox təssüf ki, ondan mənə övlad əmanət qalmadı. Ancaq ki, əmanət nədir?! - Əmanət ən güvəndiyimiz insana tapşırdığımız, ən sevdiyimiz nəsnədir. Mənim üçün də onun sevgisi ən dəyərli əmanətimdir, ölənə qədər ona olan sevgimi və onun sevgisini qəlbimin ən gözəl, ən dəyərli guşəsində qoruyub saxlayacam. Ondan sonra çox əziyyət çəkdim, onun bu gedişinə dözmək, bu ağrının altından qalxmaq olduqca çətin oldu. Ondan sonra hər gün Amilimə yazdığım sətirlərlə, misralarla təsəlli tapdım. Allah Amilin və bütün şəhidlərimizin məqamını uca etsin.” 
Sonda fikrimi hər axşam ona müraciətlə yazdığım məktublardan biri ilə tamamlamaq istəyirəm. 
Bir də görəcəksən qapısız, pəncərəsiz mənzilinin divarları döyülür, bir tanış səs gəlir qulağına... Astaca boylanacaqsan və qarşında sənsizlikdən usanmış, yorğun ürəkli bir qadın görəcəksən... Əvvəlcə təəccüb edəcəksən, öz-özündən soruşacaqsan, 
-"Bu odurmu?!"... 
Bir tək gözlərindəki sevgi tanış gələcək sənə... 
Dodağında bir kəlmə pıçıldayacaq: 
-"İlahi, nə qədər dəyişmisən"... 
Əlbəttə, dəyişər... 
Axı, onun sənin kimi gənc və yaraşıqlı zamanında, həyatının ən xoşbəxt anında ömrü xitam etmədi... 
O yaşadı... yaşamaq ki, nə yaşamaq... 
Həm də nələr, nələr yaşadı... 
Sonra özündən ixtiyarsız qolların bərk-bərk sarılacaq həsrətindən bənizi solmuş, ürəyi küskün, gözləri çeşmə qadının boynuna...
Əllərin sığal çəkəcək ağarmış tellərinə, eyni o vaxtkı kimi barmaqların ehtiyatla siləcək gözünün yaşını və titrək səsinlə soruşacaqsan, "sənə nə oldu, belə?!"
Kaş ki, bu sualı sən verəsən mənə, bircə sən, əzizim... Ürəyim o qədər doludur ki, gün gələcək mən sənə hər şeyi danışacam... Buna çox inanıram... 
O zamana qədər hələlik, sevdiyim... 
Səninçün darıxmağımın izahı yoxdur...

Zəfər TV.az 
����������� 0 ���������: Xəbər ������� : ������

ÜRƏYİNDƏ XOCALI NİSGİLİ OLAN ŞƏHİD

����: 21-06-2024, 17:45
 Azərbaycan!doğma vətən sənin uğrunda can vermək şərəfdir.Səni qorumaq bizim şərəf borcumuzdur. Sənə olan borcumuzu layiqincə yerinə yetirə biliriksə nə xoş bizə.İllərdir həsrət çəkdiyimiz doğma  torpaqlarımıza,vətən oğullarının canı, Ali baş Komandanın  düzgün siyasəti və dəmir yumruğun gücü  nəticəsində qovuşduq.
Sən yaşa vətən.Sən yaşa ki,bizdə yaşayaq səni qoruyaq və yaşayaq.Neçə igidlər qan tökdü sənin uğruna,neçə oğullar can aldı sənin uğruna.O,üç rəngli bayrağın daima səmalarda dalğalansın, kölgəsi torpağının başının üstündən əksik olmasın.Sənin uğrunda can alan,canı bahasına səni qoruyan igidlərdən biri də Ruslan Gündüz oğlu Cəfərovdur.
Azərbaycan Ordusunun mayoru olan Ruslan İkinci Vətən müharibəsində qəhramancasına döyüşüb,O 19.11.1976-cı ildə  Xankəndində dünyaya gəlib,orta məktəb təhsilini də  elə doğulduğu kənndə alıb.Daha sonra H.Əliyev adına Hərbi Ali Akademiyada təhsil alıb.Ailəli idi bir oğlu var.27 sentyabr 2020-ci il də başlanan İkinci vətən müharibəsi ərazilərimizin bərpa olunması zamanı gedən döyüşlərdə qəhramancasına savaşıb.O,Füzulinin azad olunması zamanı gedən döyüşlərdə 11.10.2020-ci ildə şəhidlik zirvəsinə ucalıb.II Fəxri Xiyabanda dəfn edilib.
Göstərdiyi sücaətlərə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərancamına əsasən "III dərəcəli Orden".."Füzulinin azad olunmasına görə"
"Döyüşdı Vətən Uğrunda" "Fərqlənməyə görə" medallarla təltif edilib.
Vətən müharibəsi başlanan gündən öz qələmimizlə igid oğulları ziyarət etməyi,onların qəhramanlıqlarını qələmə almaqdan yorulmuruq qürur duyuruq..Bu gün Zefertv.az,
Uğuryolutv.az saytı rəhbərləri olaraq sizləri qəhraman Ruslanlada tanış etməkdən qürur duyuruq...Unutmayaq Unutdurmayaq.Allah məqamını uca etsin.

Zefertv.az Yazar Dəniz Rüzgar


����������� 0 ���������: Xəbər ������� : ������

QHT rəhbəri Qurban bayramını şəhid ailələri və qazilərlə qeyd edib

����: 21-06-2024, 11:51
“Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyi müqəddəs Qurban bayramı münasibətilə “İlahiibadət”adlı tədbir keçirib. 
Tədbir “Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyin təşkilatçılığı və iş adamı Rafiq Atakişiyevin dəstəyi ilə həyata keçirilib.
Tədbirdə iş adamları, şəhid ailələri, qazilər, birliyin üzvləri və media nümayəndələri iştirak ediblər. Məqsəd Qurban ibadətinin neçə-neçə məna və faydasını dərk edərək birlik və bərabərliyin hikmətini, bəndələrə dünya və axirətlə bağlı yaxşı əməllərə sahib olmağın faydalarını çatdırmaqdır.
Birlik sədri Yasəmən Qəyyumova öncə hər kəsi salamlayıb və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yasəmən xanım çıxış edərək, Qurban bayramının xüsusi özəlliklərindən danışıb. O, bildirib ki, Allah-Təala hər bir işi Hakim ismi-şərifinə uyğun, yəni hikmətlə icra edir. İnsanın ağıl və idrakı isə bunun bir qismini bəzən dərk edir, bəzən də dərk edə bilmir. İbadətin hikməti isə onun məqsədi, yaxud səbəbi deyildir. İbadətlərin əsl səbəbi Allahın əmr etməsidir. Məhz Allah əmr etdiyinə görə Ona ibadət edilir. Qurban kəsmək də bir ibadətdir. Nə qədər dünya və axirət, maddi və mənəvi, fərdi, ictimai hikmət və faydaları olsa da, bunlar üçün deyil, sırf Allahın əmri olduğuna görə yerinə yetirilir. Ona görə də hər şeydən əvvəl bu həqiqətə qəlbən etiqad etmək, inanmaq lazımdır.
Deməli, qurban insanların Allahın uca adını zikr etməsi, yer üzündə olan bütün heyvanların Onun mülkü olduğunu bilməsi və heyvanların sırf ilahi mərhəmət olaraq bəşəriyyətin istifadəsinə verilməsi şüuruna çatması üçün bir ibadət kimi əmr buyurulmuşdur. Qurban Allah yolunda fədakarlıq şüuru aşılayır.Allahın əmrlərinə boyun əymək və itaət etmək üçün bir işarə kifayət edirdi. 
Qurban Allah-Təalanın həzrət İbrahimi çəkdiyi imtahanın davamıdır. Müsəlmanın Allaha qulluqda verdiyi imtahanlardan biridir. Quran bu hadisəni Allahın əmrlərinə təslimiyyət və itaətdə bir üfüq, bir qayə kimi insanlara təqdim edir. Həzrət İbrahimdə möhtəşəm bir təslimiyyət, iman və itaət vardır. İllərdir, övlad həsrəti ilə alışıb yanmışdı. Allah ona ahıl yaşlarında oğul verdi, sonra oğul böyüyüb yeniyetmə çağına çatanda yuxusunda oğlunu qurban kəsdiyini gördü. Bu yuxunun oğlunu qurban etmək üçün Rəbbindən bir işarə bildi. Halbuki yuxuda gördüyü sadəcə işarə idi, açıq-aşkar vəhy deyildi. Lakin həzrət İbrahimə Allahın əmrlərinə boyun əymək və itaət etmək üçün bir işarə kifayət edirdi. 
Ata-oğul birlikdə Allah itaətin kamal zirvəsində əmri yerinə yetirməyə getmişdilər. Həzrət İbrahim oğlunu üzü üstə uzadıb kəsmək istəyəndə Allah-Təala onlara imtahandan alnıaçıq çıxdıqlarını bildirərək qurbanlıq qoç göndərmişdi. İmtahanın əsl üzü, itaətin gözəlliyi və təslimiyyətin böyüklüyü üçün bir məşəl kimi ucalan bu möhtəşəm hadisənin xatirəsi qurban adəti ilə davam edir. Qurban ibadəti İslam və möminlər üçün Allahın dini şüarlarından biri olaraq insanı Allaha yaxınlaşdırır. Qurban Allah sevgisinin isbati kimi varlıya şükür, kasıba da təşəkkür hissini aşılayır. 
Birlik sədri çıxışının sonunda Qurban ibadəti, sözün əsl mənasında, bütün faydaları ilə birlikdə Allahın bəşəriyyətə ən böyük ərməğanlarından biri və ilahi ziyafət süfrəsi olduğunu bildirib. 
Daha sonra iş adamı Rafiq Atakişiyev çıxış edərək vurğulayıb ki, Qurban bayramının adət və ənənəsi sosial ədalətin təmin olunmasına xidmət edən İslamın ümumbəşəri yardımlaşma kampaniyasını təşkil edir. Bizdə bu müqəddəs Qurban bayramı münasibətilə yardımlaşma və həmrəyliyə xidmət edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin bizlərə əmanətləri olan ailələri və sağlamlığının bir qismini itirən qazilərlə bir arada olmağı özünüzə borc bildik. 
Çıxış edən hər kəs bir-birini Qurban bayramı münasibətilə təbrik edib.
Sonunda tədbir iştirakçılarının hər birinə qurban payları verilib.

Fərid Səfərov

Mətbuat katibi


Zefertv.az 
����������� 0 ���������: Xəbər ������� : ������

Özgür Subaşı'ndan Serdar Topraktepe Hocaya ziyaret

����: 21-06-2024, 09:59
İstanbul Gençlergücü Spor Kulübü Genç Başkanı Özgür Subaşı Beşiktaş jk Teknik Direktörü Serdar Topraktepe Hocayı ümraniye Nevzat Demir Tesislerinde ziyaretinde hatıra fotooraflarıda çekildi.
 Beşiktaş jk Teknik Direktörü Serdar Topraktepe ve Güngören temsilcisi İstanbul Gençlergücü Spor Kulübü Genç Başkanı Özgür Subaşı ümraniye Nevzat Demir Tesislerinde bir araya geldi.Beşiktaş jk kongre üyesi (33366) sicil numarası , İstanbul Kartalgücü spor ve İstanbul Gençlergücü spor kulübü genç Başkanı Özgür Subaşı yaptığı açıklamada; ”2023-2024 futbol sezonunda finalde Trabzon sporu yenerek Türkiye kupasını kazanan ve sezonu kupayla kapatan Serdar Topraktepe hocamıza ve mücadele eden tüm oyuncuları kutlar başarılar dileriz.” dedi. Günün anısına genç başkan ÖZGÜR SUBAŞI İstanbul Gençlergücü Spor Kulübü formasını hediye etti Beşiktaş teknik direktörü Serdar Topraktepe’de Tüm takımın imzaladığı ve kendi imzasınında olduğu şampiyonluk formasını hediye etti.
Zefertv.az 
����������� 0 ���������: Xəbər ������� : ������

TÜRKBİRKON GENEL BAŞKANI HAKAN AKTÜRK'DEN YUNAN GENERALE İZMİR MARŞI

����: 18-06-2024, 17:43
TÜRKBİRKON(TÜRK DÜNYASI VE ULUSLARARASI İŞ DÜNYASI YATIRIM BİRLİGİ KONFEDERASYONU) GENEL BAŞKANI HAKAN AKTÜRK YUNANİSTAN GENEL KURMAY BAŞKANI'NI KEVĞİRE ÇEVİRDİ.
TÜRKBİRKON GENEL BAŞKANI AKTÜRK YUNANİSTAN GENEL KURMAY BAŞKANI'NIN TÜRKİYE'DE Kİ TÜM KÖPRÜLERİ VURACAĞIZ  sözlerine öyle cevap verdi ki YUNANLILARI DENİZE DÖKTÜĞÜMÜZ YER TEKRAR DALGALANDI.Yunanistan Genel Kurmay Başkanı'nın bu hadsiz çıkışına TÜRK DÜNYASI VE ULUSLARARASI İŞ DÜNYASI YATIRIM BİRLİGİ KONFEDERASYONU GENEL BAŞKANI HAKAN AKTÜRK'den MUHTIRA gibi cevap geldi."SİZİ HARİTADAN SİLERİZ."Bütün dertleri Dedeagaç'da yerleştirdileri füzeler'le İstanbul'a saldırmak olduğunu ağzından kaçıran Yunanlı General köprüleri vuracaklarını dile getirdi.CUMHURBAŞKAN'I RECEP TAYYİP ERDOĞAN,'ın Dünya Devletleri'nin Gözünün içine bakarak "BİR GECE ANSIZIN GELEBİLİRİZ" sözlerine karşılık vermeye çalışan YUNANİSTAN GENEL KURMAY BAŞKAN'I ogrenmelidir li bir kere biz Yunanistan ile aynı kategoride bir Devlet değiliz.TÜRKİYE CUMHURİYETİ DEVLETİ'NİN  NUFÜSÜ  90 MİLYONA YAKLAŞAN GÜÇLÜ BİR ÜLKE'dir.TÜRKİYE CUMHURİYETI DEVLETİ,'nin milli hasılatı Yunanistan çadır devleti'nin 4 katı büyüklüğünde siz kimsiniz ki sizinle savaşacağız dedi.TÜRK DÜNYASI VE ULUSLARARASI İŞ DÜNYASI YATIRIM BİRLİGİ KONFEDERASYONU GENEL BAŞKAN'I HAKAN AKTÜRK sozlerine şöyle devam etti.Yüksek Savaş Teknolojisi ;  Yetişmiş insan gücü; Milli bekasını öncelikli baz alan bir TÜRK MİLLETİ var karşınızda. 22 MİLYON TALEBEMİZ( ÖGRENCIMİZ) var sizin nüfusunuz  kaç 9 MİLYON yani 3 tane Yunanistan kadar bizim talebimiz( ögrencimiz) var.Yunanistan'ın TURKİYE ile savaşması mümkün mü? DEGİL.... O zaman haddinizi  bileceksiniz  ve TÜRKİYE ile iyi geçineceksiniz  ve İyi geçinmek zorundasınız. Savaşalım dediğiniz takdirde TÜRKİYE Yunanistan'ı bir gece de Dünya Haritası'ndan siler geçer.Savaş uçakları f135 f 2500 alsanız ne olacak ahmaklık etmenizin bir anlamı yok ki..CUMHURBAŞKANIMIZ  sayın RECEP TAYYİP ERDOGAN bunların hepsini görmüştür ve Özellikle Deniz kuvvetleri başta olmak üzere; Hava kuvvetleri ;Kara kuvvetleri komutanlıkları ve  Milli kalkınma projeleri alanların da teknolojiye önem vererek bugun ki GÜÇLU TÜRK ORDUSUNU dizayn etmiştir.Ozellikle MİLGEN PROJESİNDE Denizaltılarımıza büyük önem verip hava savunmasını Ege ve Akdeniz'e kaydırması çok büyük bir başarı ve Büyük bir Savaş Hazırlığının Ön Görüşüdür.Dolayisi ile TÜRKİYE ANA VATAN'IMIZA bakıldığında milli savunma teknolojisinin en üst düzeyde olduğu tüm Dünya Devletleri tarafından biliniyor.Amerika Birleşik Devletleri Yunanistan'ın ekonomik zaafiyetinden yararlanarak 20 tane askeri üs açtı savaş helikopterlerini yerleştirdi apaçi helikopterleri'nden sonra 1000' i aşkın zırhlı araçlar verdi Yunanistana..Fransa ve Amerika adeta yunanistana yığınak yaparak TÜRKIYE'ye göz dağı vermeye çalıştı.Kardak krizinde birtek gemi çıkaramayan Yunanistan buğün Fransa'nın ve Amerika'nın sömürgesınde onlari arkalarına aldıgını düşünerek TÜRKİYE ile savaşırız diyor.Siz haddinizi bileceksiniz TÜRKİYE sizin gibi ezik bastırılmış sömürge altındaki bir ülke değildir. Dedeagaç da nükleer başlıklı füzeleri;ihaları; sihaları;insansız hava araçları;savaş gemileri ;savaş uçakları; denizaltilari;orduları;genç insan gücü; teknolojik füze başlıklı silahları ile sizi ve Adaları Amerikan ve Fransız üsleri ile birlikte Denize gömecek güçtedir.Savaşmak TÜRKLERE özgüdür.SIZ SİZ OLUN SİZİ DENİZE DÖKTÜGÜMÜZ İZMİR SULARINI VE ATALARINIZI UNUTMAYIN.Emir komuta merkezi CUMHURBAŞKANIMIZ VE BAŞKOMUTANIMIZ RECEP TAYYİP ERDOĞAN'DIR.ÜLKEMİZİN VE MİLLETİMİZİN CAN GÜVENLİĞİ MİLLİ BEKÂSI TEHLİKE ALTINA GİRERSE BAŞKOMUTA'NIMIZIN VERDİĞİ EMİR İLE BİZ  TÜRK'LER DÜNYA'NIN ŞAH DAMARINI KESERİZ.Dedi.

ZaferTV.az Muhammed Osmanlı
����������� 0 ���������: Xəbər ������� : ������

ÖLMƏZ QƏHRƏMANLAR - Sevda İBRAHİMLİ

����: 30-05-2024, 04:20
 16 may 2024 -cü il Naxçıvan MR-sı Gənclik mərkəzində vətənpərvər  şairə Sevda İbrahimlinin Naxçıvan və Maştağa şəhidlərinə həsr olunmuş şeirlərindən ibarət "Ölməz Qəhrəmanlar " kitabının dövlət səviyyəli təqdimatı keçirildi.
Tədbirdə Dövlət himnimiz səsləndi və Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi.
Tədbirin yüksək səviyyəli keçirilməsinin təşkilinə görə başda NMR -nın  Ali məclisin sədri Fuad Nəcəfliyə dərin minnətdarlığımızı bildiririk.  Deputat,yazıçı jurnalist Naxçıvan Yazıları Birliyinin sədri Asim Yadigara və deputat Aidə Cəlilzadəyə söz verildi.Ətraflı çıxışlarına görə hər iki dəyərli qonağa öz təşəkkürümüzü bildiririk.
Sevda xanımın həyat və yaradıcılığı haqqında qısa məlumat verildi. 44- gün vətən savaşında itkin düşən Şəhid İbrahim Vəlizadənin atası çıxış edərək şairə Sevda İbrahimliyə "Şəhid Ailələri İctimai Birliyi adından Hərzaman Şəhid ailələrinin yanında olub, onların problemləri ilə maraqlanıb,əlindən gələn köməkliyi əsirgəmədiyinə görə 
"Şəhid ailələri adından _Fəxri Fərman təqdim etdi.Vətən övladlarını unutdurmayan və unutmayan hər bir kəsə dərin minnətdarlığını bildirdi.Şəhid İbrahim Vəlizadənin anası Bütün şəhid anaları adında şairə xanıma gül dəstəsi bağışladı.
Kitabın redaktoru Gülnarə Cəbiyeva kitab haqqında qısa məlumat verdi və gələn qonaqlara,şəhid ailələrinə təşəkkürünü bildirdi
Sonda Sevda xanımın şəhidlərimizə həsr olunan şeirinə bəstəkar Sevinc Mansurovanın bəstələdiyi mahnı Zəminə Duyğunun ifasında qonaqlara təqdim olundu.Səslənən ifa "Şəhid anası" adı ilə tanıdıldı. 

Tədbirdə bütün şəhid ailələrinə diqqət və qayğı ilə yanaşıldı, kitablar şəhid ailələrinə bir bir təqdim edildi. Onuda xatırladaq ki, kitabda qeyd olunan 176 Şəhidimizin hər birinin şəkli kitabın üz qabığında öz əksini tapıb. Kitabın ərsəyə gəlməsində müəllif, DİN - Vilayət Eyvazov yoldaşa öz təşəkkürünü bildirib. Tədbirdə xatirə fotoları çəkdirildi.
 Allah  şəhidlərimizə rəhmət eləsin.

Zefertv.az
����������� 0 ���������: Xəbər ������� : ������

TÜRK VE İSLAM COGRAFYASI'NIN LİDERİ RECEP TAYYİP ERDOĞAN YİNE MAZLUMUN SESİ OLDU.

����: 30-05-2024, 00:25
 TÜRKBİRKON ( TÜRK DÜNYASI VE ULUSLARARASI IŞ DÜNYASI YATIRIM BİRLİGİ KONFEDERASYONU ) GENEL BAŞKANI HAKAN AKTÜRK RECEP TAYYİP ERDOGAN TÜM DÜNYA LİDERLERİ'NİN KENDISINE İDOL EDİNECEĞİ GERÇEK BİR IŞIK'TIR.
TÜRKBİRKON GENEL BAŞKANI HAKAN AKTÜRK'ün yaptığı yazılı basın açıklaması'nda RECEP TAYYİP ERDOĞAN'ın TERÖR DEVLETI İSRAIL VE NETENYAHU çıkışı örnek alınacak bir cesaret timsalidir.Tüm Dünya Devletleri'nin sessiz kaldığı GAZZE katliamını sert bir dille ve gerçekçi ifadelerle tüm dünya devletleri'nin gözlerinin içine bakarak haykıran ASRIN  LİDERİ CUMHURBAŞKANIMIZ SAYIN RECEP TAYYİP ERDOGAN'ın gölgesinin bile arkasındayız.GENEL BAŞKAN AKTÜRK;Bır dünya lideri düşünün ki İslam coğrafyasının kalbini ellerine alıp yaşama bağlamaya çalışan  mazlumun sesi olup ezilenin yanında dimdik durup tüm dünyayı adeta körlükten, gören gözlerle bu acımasız katliamı görmeye  davet eden asil bir duruşla dünya devletleri'nin vizyonlarını  paramparça eden bir DEVLET ADAMINI cani gönülden tebrik edip bağrıma basıyorum dedi.Liderimiz sayın RECEP TAYYİP ERDOGAN gibi bir CUMHURBAŞKANIMIZ VE DEVLET BÜYÜGÜMÜZ olduğu için Onur duyuyorum.TÜRKBİRKON GENEL BAŞKANI HAKAN AKTÜRK DAVAMIZIN VE YOLUMUZUN bir olduğu CUMHURBAŞKANIMIZ VE BAŞKOMUTANIMIZ RECEP TAYYİP ERDOGAN'ın emrindeyiz.Her kim ki DAVAMIZA ÖNCÜLÜK EDİP CANINI HİÇE SAYARAK TÜM DÜNYA DEVLETLERINE MEYDAN OKUYUP MAZLUMA IŞIK OLACAKSA onunda yanında omuz omuza yürümeye hazırız.. Bu DAVA KUTLU DAVA'DIR RABBİM BİZİ BU DAVA'DAN ALNI AÇIK BAŞI DİK BİR ZAFERLE ÇIKARSIN.

ZaferTV Muhammed Osmanlı
����������� 0 ���������: Xəbər ������� : ������

İsmət Dursun oğlu Abasov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

����: 25-05-2024, 16:34
 Prezident İlham Əliyev sərəncam imzalayıb.
 Sərəncama əsasən, İ.Abasov Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə təltif olunub.
 Qeyd edək ki, İ.Abasov baş nazirin sabiq müavini və keçmiş kənd təsərrüfatı naziridir.

Zefertv.az 
Muhamməd O. ( Ankara )
����������� 0 ���������: Xəbər ������� : ������