XOŞ GƏLDİN RAMAZAN
����: 8-03-2025, 13:13
Vətənpərvərliyin ən bariz nümunəsi məktəbdən başlayır.İlk əlimizə qələm tutanda Ana Vətən yazmağı öyrədirlər bizlərə.Bu isə gələcək nəsillərin vətənpərvər ruhda yetişməsində ən vacib amillərdən biridir.
Ana Vətəni sevməyi bizlərə uşaq yaşlarımızda aşılanır.




01 mart 2025-ci il tarixində Bakı şəhərində yerləşən 'ZUZU" restaranında "XOŞ GƏLDİN RAMAZAN" adlı tədbir keçrildi.Zuzu restaranın rəhbəri Könül Qasımova 150 nəfər şəhid ailəsi dəvət edərək onları bu müqəddəs ayda bir yerdə görməkdən fərəh duyduğunu bildirdi. İlk öncə qəhraman şəhidlərin xatirəsi ehtiramla anıldı,sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Daha sonra çıxıs edənlər şəhid ailələrinə ehtiramlarını bildirdilər və belə gözəl iftar süfrəsi açdığı üçün Könül Qasımovaya təşəkkür etdilər.

Könül xanım Qasımova daima az təminatlı ailələrdən öz yardımlarını əsirgəmir. Ramazan ayında belə gözəl təşəbbus üçün başda " ZUZU" restoranın rəhbəri Könül Qasımova və bütün kollektivinə yüksək xidmət üçün təşəkkür edirik. Könül Qasımova Vətən müharbəsində,"Qisas",
" Antiterror" döyüslərində qəhrəmanlıqla döyüsərək şəhidlik zirvəsinə ucalan oğulların ailələri ilə görüşərək səmimi söhbət edərək hər zaman onlara dəstək olacaqlarını bildirərək onu da qeyd etdi ki,"Zuzu" restaranının rəhbərliyi hər zaman şəhid ailələrinə,qazilərə təmənnasız xidmət göstərir.


Yolunuz hər zaman uğurlu olsun Könül Qasımova
Raziyə Kamilqızı
AYB və AJB-nin üzvü
XOŞ GƏLDİN RAMAZAN
����: 8-03-2025, 13:13
Vətənpərvərliyin ən bariz nümunəsi məktəbdən başlayır.İlk əlimizə qələm tutanda Ana Vətən yazmağı öyrədirlər bizlərə.Bu isə gələcək nəsillərin vətənpərvər ruhda yetişməsində ən vacib amillərdən biridir.
Ana Vətəni sevməyi bizlərə uşaq yaşlarımızda aşılanır.




01 mart 2025-ci il tarixində Bakı şəhərində yerləşən 'ZUZU" restaranında "XOŞ GƏLDİN RAMAZAN" adlı tədbir keçrildi.Zuzu restaranın rəhbəri Könül Qasımova 150 nəfər şəhid ailəsi dəvət edərək onları bu müqəddəs ayda bir yerdə görməkdən fərəh duyduğunu bildirdi. İlk öncə qəhraman şəhidlərin xatirəsi ehtiramla anıldı,sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Daha sonra çıxıs edənlər şəhid ailələrinə ehtiramlarını bildirdilər və belə gözəl iftar süfrəsi açdığı üçün Könül Qasımovaya təşəkkür etdilər.

Könül xanım Qasımova daima az təminatlı ailələrdən öz yardımlarını əsirgəmir. Ramazan ayında belə gözəl təşəbbus üçün başda " ZUZU" restoranın rəhbəri Könül Qasımova və bütün kollektivinə yüksək xidmət üçün təşəkkür edirik. Könül Qasımova Vətən müharbəsində,"Qisas",
" Antiterror" döyüslərində qəhrəmanlıqla döyüsərək şəhidlik zirvəsinə ucalan oğulların ailələri ilə görüşərək səmimi söhbət edərək hər zaman onlara dəstək olacaqlarını bildirərək onu da qeyd etdi ki,"Zuzu" restaranının rəhbərliyi hər zaman şəhid ailələrinə,qazilərə təmənnasız xidmət göstərir.


Yolunuz hər zaman uğurlu olsun Könül Qasımova
Raziyə Kamilqızı
AYB və AJB-nin üzvü
SOLAN GÜNƏŞİM
����: 6-02-2025, 00:30
05.02.2025- ci il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin tabeliyində olan " Kürdəmir rayon Gənclər Evi" sosial xidmət müəsissəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü,suverenliyi uğrunda qəhramanlıqla şəhidlik zirvəsinə ucalan Kürdəmir rayonunun ilk şəhidi Adəm Əliyevin xatirəsinə həsr olunmuş AYB və AJB- nin üzvü Raziyə Kamilqızının qələmə aldığı
" SOLAN GÜNƏSİM" adlı kitabının təqdimatı keçirilidi.
Tədbiri giriş sözü ilə ilk öncə Raziyə Kamilqızı qonaqları salamladı. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan igid oğulların xatirəsi ehtiramla anılaraq tədbir açıq elan edildi.Tədbirdə şəhid ailələri,icra nümayəndəsi,təhsil işçiləri,ziyalılar,məktəblilər,tibb işçiləri,müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri,Qəbələ rayonundan şəhid ailəsi və yazarlar iştirak etdilər.Çıxış edən hər kəs qəhraman Oğullardan biri olan Adəm haqqında qürurla danışdılar.
Gənclər Evinin direktoru Nicat Ağahəhimov şəhidlərin xatirəsini əziz tutduqlarını və mütamadi olaraq belə tədbirlər keçrfiklərini bildirdi.Şəhid Adəm Əliyevin anası Akifə xanım oğlu ilə bağlı xatirələrini danışdı.Tədbirin sonunda AYB və AJB- nin üzvü yazar Raziyə Kamilqızı çıxış edərək belə gözəl tədbirin hazırlanması üçün Kürdəmir rayon İcra hakimiyyətinə, və Kürdəmir rayon "Gənclər Evinin" direktoruna və kollektivinə,gələn qonaqların hər birinə təşəkkür edərək şəhidlərin əziz xatirəsinə həsr etdiyi "SOLAN GÜNƏŞİM"adlı kitabını təqdim etdi.Daha sonra isə xatirə şəkili çəkildi.





Zefertv.az Dəniz Rüzgar05.02.2025
" SOLAN GÜNƏSİM" adlı kitabının təqdimatı keçirilidi.








VƏTƏNPƏRVƏRLİK NÜMUNƏSİ
����: 3-02-2025, 15:27
Vətənpərvərliyin ən bariz nümunəsi məktəbdən başlayır.İlk əlimizə qələm tutanda Ana Vətən yazmağı öyrədirlər bizlərə.Bu isə gələcək nəsillərin vətənpərvər ruhda yetişməsində ən vacib amillərdən biridir.Ana Vətəni sevməyi bizlərə uşaq yaşlarımızda aşılanır.

Bu gün yolumuz Salyan rayon ərazisində yerləşən YOLÜSTÜ" restaranından kmdüsdü və gördüyümuz mənzərə bizi çox sevindirdi.Burada şəhidlərin xatirəsi ehtiramla yad olunur. Başda " Yolüstü" restoranın rəhbərliyi və bütün kollektivinə yüksək xidmət üçün təşəkkür edirik. Rövsən Abdullayev şəhid Asif Ağayevin oğlu və 44 günluk Vətən müharbəsində,"Qisas",
" Antiterror" döyüslərində qəhrəmanlıqla döyüşərək medallarla təltif olmuş Asif Ağazadə ilə görüşərək səmimi söhbət edərək hər zaman onlara dəstək olacaqlarını bildirərək onu da qeyd etdi ki,"Yolüstü" restaranının rəhbərliyi hər zaman şəhid ailələrinə,qazilərə təmənnasız xidmət göstərir.


Raziyə Kamilqızı
AYB və AJB-nin üzvü
QƏLƏBƏ MÜJDƏLİ VƏTƏN
����: 27-01-2025, 10:00
23.01.2025- ci il tarixində Salyan rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının ərazi bütövlüyü,suverenliyi uğrunda qəhramanlıqla şəhidlik zirvəsinə ucalan oğlların xatirəsinə həsr olunmuş AYB və AJB- nin üzvü Raziyə Kamilqızının
" QƏLƏBƏ MÜJDƏLİ VƏTƏN" kitabının təqdimatı keçirilidi.

Tədbiri giriş sözü ilə ilk öncə mərkəzin rəhbəri Nübar xanım qonaqları salamladı. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların xatirəsi ehtiramla anılaraq tədbir açıq elan edildi.Tədbirdə şəhid ailələri,təhsil işçiləri,ziyalılar və ictimaiyyət nümayəndələri, iştirak etdilər.

Çıxış edən hər kəs qəhraman oğullar haqqında qürurla danışdılar.Tədbirin sonunda AYB və AJB- nin üzvü yazar Raziyə Kamilqızı çıxış edərək belə gözəl tədbirin hazırlanması üçün Salyan rayon İcra hakimiyyətinə,Şirvan- Salyan Regional Mədəniyyət idarəsinə,Salyan rayon Heydər Əliyev Mərkəzinin rəhbərliyinə və kollektivinə,gələn qonaqların hər birinə təşəkkür edərək şəhidlərin əziz xatirəsinə həsr etdiyi "QƏLƏBƏ MÜJDƏLİ VƏTƏN"adlı kitabını təqdim etdi.Daha sonra isə xatirə şəkili çəkildi.


Dəniz Rüzgar
23.01.2025
20 Yanvar - Ümumxalq Hüzn Günü
����: 19-01-2025, 23:32
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə Sovet Ordusu bölmələri və xüsusi təyinatlılar, habelə daxili qoşunların kontingenti tərəfindən Azərbaycana qarşı hərbi təcavüz nəticəsində Bakı və Sumqayıt şəhərlərində, Lənkəran və Neftçalada dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı qətliam törədildi. İşğalçı qüvvələrin hərbi təcavüzü nəticəsinə 146 mülki şəxs qətlə yetirildi, 744 nəfər ağır yaralandı, 4 nəfər itkin düşdü.

SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı ayrı-seçkilik siyasətinə, yüz minlərlə azərbaycanlıların indiki Ermənistan ərazisindəki tarixi torpaqlarından deportasiya edilməsinə və Ermənistanın Qarabağa qarşı əsassız ərazi iddialarına cavab olaraq Azərbaycan xalqının keçirdiyi kütləvi etirazları və başlatdığı milli azadlıq hərəkatını güc yolu ilə yatırmaq məqsədilə ölkəyə yeridilən Sovet ordusu beynəlxalq hüququ və Konstitusiyanı kobudcasına pozaraq dinc əhaliyə qarşı misli görünməmiş qırğın törətdi.
Faciəvi hadisələrdən dərhal sonra 21 yanvar 1990-cı il tarixində, ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində Azərbaycan xalqı ilə həmrəyliyini nümayiş etdirərək, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayəti kəskin şəkildə pislədi, törədilmiş qırğına siyasi və hüquqi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb etdi.
Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirildi və 1994-cü ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul olundu. 20 Yanvar – Ümumxalq Hüzn Günü elan edildi.
20 Yanvar faciəsi Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdi, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. 34 il əvvəl sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi mübarizə ənənələrinə sadiq olduğunu göstərdi. Haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş vətən övladları o qanlı gündə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Tariximizə faciə ilə yanaşı, milli qürur günü kimi həkk olan 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı azad, suveren və müstəqil yaşamağa layiq olduğunu bütün dünyaya çatdırdı.
Üzərindən 34 il keçməsinə baxmayaraq, bütün beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulduğu, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən biri olan 20 Yanvar hadisələrinə beynəlxalq hüquqi qiymətləndirmə verilməyib. Bu cinayətə görə keçmiş Sovet İttifaqı rəhbərliyi bilavasitə məsuliyyət daşıyır. Beynəlxalq hüquqa əsasən 20 yanvar faciəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməli, onun sifarişçiləri və icraçıları cəzalandırılmalıdır.
Bu gün Azərbaycanın müstəqilliyi uğrunda, habelə ölkəmizin suverenliyi və ərazi bütövlüyü naminə canından keçən qəhrəman şəhidlərimizin ruhu şaddır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu, 30 il ərzində düşmən işğalı altında qalan ərazilərimizi azad edib, Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşı addımlar bundan sonra da layiqincə cavablandırılacaqdır.
Ölkəmizin ərazi bütövlüyü, xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi yolunda canlarını fəda etmiş həmvətənlərimizin əziz xatirəsini bir daha dərin hüznlə yad edirik.
Zefertv.az
FÜZULİ FATEHİ
����: 18-01-2025, 19:21
Bir ölkəni əsgəri varsa,bir ölkənin vətən qoruyan səngər aslanı varsa o ölkəyə,vətənə torpağa göz dikən düşmanın gözü yaşlıdır deməkdir.

Vətən sevgisi heçnə ilə əvəz edilməz.Bu sevgi ilahi sevgidir.Bizi azad vətəndə,yaşadan igidlərə,Mübarizlərə,Fəridlərə,Xudayarlara,Eminlərə,minlərlə can verən oğullara,salam olsun.
Salam sənə ey şəhid,uğruna can verdiyin vətən torpaqları azaddır.Salam sənə ey Emin qisasın alındı,cəsurluğun artıq dillər əzbəridir.Bu gün can verib,can alan,torpaq vətən deyən Emin Cəfərovun anım günüdür.
Emin Xeyrulla oğlu Cəfərov 05.09.1973-cü ildə Füzuli rayonunun Alxanli kəndində anadan olub.Zəhmətkeş ailədə böyüyən Emin vətən sevgisini ailəsindən üstün tutub hər zaman.Ailə üzvlərinin, söylədiklərindən:
"Emin çox mərhəmətli,sevgi dolu,hər kəsə qarşı anlayışlı biri olub.

O hər birimizdən çox fərqlənirdi,yaşı az olsada düşüncə tərzi,fikirləri sanki 60 yaşında bir insanın fikirləri idi.Anama çox bağlı biri idi.Anamın arxasınca dolanardı hər zaman".Nə qədər ailə canlı olsada vətəni bizdən üstün tutdu.O zaman geldi ki,Emin vətən səsinə,harayına cavab verməli oldu.Hər birimizlə ayrı ayrılıqda görüşüb yola çıxdı.O elə qəhraman kimi doğulmuşdu.O,Birinci vətən müharibəsində,qəhramancasına döyüşüb və 26.12.1993-cü ildə Füzuli istiqamətində gedən döyüşlərdə böyük igidlik göstərərək şəhidlik zirvəsinə ucalmışdı.
Artıq 32-ci ilini qeyd edən ailəsi onun xatirəsini yaşatmağa davam edir.

Bu gün Eminsiz 32il ötür.Onun əziz xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib.Rəsmi Mərasim Suraxanı rayon Heydər Əliyev Mərkəzində baş tutub.
Mərasim Vətən igidlərinin əziz xatirəsini yad etməklə,və dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib.Mərasimdə Mərkəzin Rəhbərliyi,İcra Nümayəndəliyi,Əmircan qəsəbəsinin Bələdiyyə sədri,ziyalılar,ictimaiyyət nümayəndələri şəhid ailələri,qazilər,məktəblilər,media nümayəndələri,şəhidin döyüş yoldaşları və komandirləri iştirak edib.Mərasimdə Eminin timsalında bütün igidlərin qəhrəmanlığından,Alibaş Komandan cənab Prezident İlham Əliyevin güclü siyasətindən,Birinci Xanım Mehriban Əliyevanın xalqa olan etimad və şəhid ailələrinə olan qayğısından ürək dolusu danışılıb.Tədbirdə məktəblilərin hazırladığı vətənpərvər kompozisyalar nümayiş etdirilib.Rəsmi mərasimin sonuna yaxın şəhidin bacısı göstərilən diqqət və qayğıdan,məmnun olduğunu bildirərək,hər kəsə təşəkkür edib və qardaşı ilə qürur duyduğunu qeyd edib.Ən sonda şəhidin guşəsi önündə xatirə fotoları çəkilib.Rəsmi mərasimdən sonra,ailəsi tərəfindən restoranların birində şəhidin adına ehsan süfrəsi verilib.Allah məqamını uca etsin.





Xəbər/Rəsmi www.zefertv.az
Araştırmacı Yazar Dəniz Rüzgar
ZƏFƏRƏ ADDIM- ADDIM
����: 18-01-2025, 10:18
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qəhramanlıqla şəhidlik zirvəsinə ucalan igidlərin xatirəsinə həsr olunmuş yazar Qumru Qüdrətin qələmə aldığı " Zəfərə addım- addım" adlı kitabın təqdimatı Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçrildi.Tədbirdə şəhid ailələri, yazarlar,ziyalılar,müxtəlif peşə sahibləri,İctimai Birlik sədrləri iştirak.

Tədbiri giriş sözü ilə açıq elan edən " Telli Sənəm" jurnalının təsisçisi,yazarTelli Sənəm Borçalı gələn qonaqları salamlayaraq,qəhraman şəhidlərin xatirəsinə bir dəqiqəlik sükutla yad etdiklərini bildirdi.Daha sonra isə yazar Qumru Qüdrətə söz verdi.Qumru xanım hər kəsi salamlayaraq özü haqqında məlumat verdi.Əsədova Qumru Teymur qızı NMR Babək rayonu Qoşa- Dizə kəndində anadan olub.

Gənc yaşlaröndan yaradıcılıga başlayıb.Hələ orta məktəbdə oxuyarkən yazıları " Göyərçin" jurnalında və " Azərbaycan Gəncləri" qəzetində nəşr olunmuşdur.
1997-1998- ci illərdə " Şərq qapışı", "Şərurun səsi", "Dedektiv", "Ekspres" qəzetlərində şerləri nəşr olunub.
Çıxış edənlər hər biri Qumru Qüdrət yaradıcılığı ilə tanış olaraq kitab haqqında öz fikirlərini bildirərək ona uğurlar dilədilər.

Altı kitab müəllifi olan olan Qumru Qüdrətin qələmə aldığı "Zəfərə addım- addım" adlı kitab geniş oxucu kütləsinin istəyi ilə yenidən ikinci dəfə nəşr olunub.
Hal- hazırda Qumru Qüdrət " Telli- Sənəm" jurnalında xüsusi- müxbir kimi çalışır.
Tədbirin sonunda isə xatirə şəkili çəkildi.Tədbir iştirakçılarına Qumru xanımın imzası ilə kitablar təqdimat olundu.

Qumru Qüdrətə yeni- yeni yaradıcılıq uğurları diləyirik.
Raziyə Kamilqızı

Zefertv.az
KƏRKİCAHAN ŞƏHİDLƏRİNƏ HƏSR OLUNMUŞ KİTABIN TƏQDİMATI KEÇİRİLİB
����: 7-01-2025, 17:37
Vətənin o başı bu başı olmaz.İllər boyu işğal altında olan torpaqlarımız artıq azadlığına qovuşub.Bu azadlığı qələbəni biz igid oğullara borcluyuq.
Vətəndaş olaraq üstümüzə düşən vəzifə nədirsə bacardığımız qədər yerinə yetirməyi,özümüzə bir vijdan borcu bilirik.

KƏRKİCAHAN-Azərbaycan Respubilkasının Xankəndi şəhərinin inzibati ərazi vahidində bir qəsəbədir.Sözün əsil mənasında vətənin özüdür və bir parçasıdır.1991-ci il 28 dekabrda Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.10 noyabr 2020-ci il tarixində üçtərəfli razılaşmaya əsasən Rusiya Sülhməramlı Qüvvələrinin müvəqqəti nəzarətinə keçmişdir.19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyat keçirilən lokal antiterror əməliyyatları tədbirlərindən sonra,Azərbaycan Ordusu Kərkicahan qəsəbəsinə nəzarəti ələ keçirmişdir.Azərbaycanlılar yaşayan bu qədim kəndə 1960-cı illərdə şəhər tipli qəsəbə statusu verilmişdir.Xankəndi şəhəri vaxtı ilə Qarabağ xanı Pənahəli xanın oğlu Mehdiqulu xan Kərkicahan yaxınlığında salmışdır.Oykonim mənbələrdə Kərkican və ya Kirkican kimi qeydə alınmışdır.Kərkicahan uğrunda döyüşlərdə 150-dən çox azərbaycanlı,40 qadın və 110 kişi şəhid olub.Kərkicahan kəndi uğrunda gedən döyüşlər haqqında rejissor Ceyhun Mirzəyev tərəfindən "Fəryad"bədii filmi çəkilmişdir.

O igidlərin xatirəsi əbədiləşməkdə davam edir.İllərdir öz yurd-yuvalarına həsrət qalan Kərkicahan əhalisi artıq torpaqlarında sevinclə yaşayırlar.Kərkicahan camaatının böyük dəstəyi və istəyi ilə 5 ildi arxa cəbhədə öz qələmi ilə şəhidlər üçün xidmət edən AJB və AYB-nin üzvü şair Raziyə Kamilqızının müəllifi olduğu "Kərkicahan"igidlərinin xatirəsinə həsr edilmiş tarixi kitabın təqdimat mərasimi keçirilib.Mərasimdə Şəhid ailələri ziyalılar və Kərkicahan hadisələrinin şahidləri olanlar iştirak edib.Qürur və göz yaşları ilə çıxış edən qonaqlar sevinclərinidə gizlədə bilməyiblər.Onlar müəllifə böyük sevgi və təşəkkürlərini bildiriblər.Tədbiri lentə alan zefertv.az xəbər saytının təsisçisi araşdırmaçı yazar Dəniz Rüzgar da həmkarının uğuruna ortaq olub.Zefertv.az kollektivi adından müəllifə gələcək işlərində uğurlar arzu edirik.



Zefertv.az - Yazar Dəniz Rüzgar
VƏTƏN SEVGİSİ
����: 2-01-2025, 10:33
VƏTƏN SEVGİSİ



Zefertv.az
Vətənə sevgisi bitib, tükənməz,
Döyüş yollarında zəfər qazandin.
Hər yerdə qürurla çəkilir adın
Ey mənim qəhraman igid Ramilim.

Bu gün Apşeron rayon Ceyranbatan qəsəbəsində yerləşən Şah Sarayda Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda qəhramanlıqla şəhidlik zirvəsinə ucalan 01.01.1992- ci il tarixində Ceyranbatan qəsəbəsində ziyalı ailədə anadan olan Ramil Sücəddin oğlu Rəhimovun cənnətdəki doğum günü və özündən üç ay sonra dünyaya gələn qızı Yağmurun bir yaşı qeyd olundu.

İlk öncə şəhid Ramil Rəhimovun məzarı ziyarət olundu,sonra isə mərasim Şah Sarayda davam etdi.
İlk öncə Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının ərazi bütovlüyü uğrunda qəhramanlıqla şəhidlik zirvəsinə ucalan igidlərin xatirəsi bir dəqiqəlik sükutla anıldı və Dövlət Himni çalındı.
Tədbirdə Apşeron rayon İcra hakimiyyətinin nümayəndələri,şəhid ailələri,qazilər,müəllimlər,
məktəblilər,ziyalılar,
mədəniyyət işçiləri,şairlər və bir çox vətənpərvərlər iştirak etdilər.

Daha sonra Apşeron rayon İcra başçısının salam və ehtiramı bütun məclis iştirakçılarına çatdırıldı.Daha sonra çıxış edən hər kəs Ramil Rəhimovun ruhunu ehtiramla yad etdi.Ramil Rəhimovun döyüş yoldaşları,dostları onunla bağlı xatirələrini bölüşdülər.
Daha sonra isə balaca dünyada xəbərsiz olan körpə Yağmura xoş günlər diləyərək hədiyyələrini təqdim etdilər.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra bədii hissədə xalq mahnıları,vətənpərvər muşiqilər səsləndirildi.Tədbirdə iştirak edən hər bir şəhid övladına yeni il hədiyyələri verildi.Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

Bu tədbirin hazırlanmasında şəhid tədbirlərinin təşkilatçisı Arzu Əliyevaya,Şah Sarayının yüksək keyfiyyətli xidmətləri üçün rəhbərliyinə,ehtiyatda olan zabit Məcid Qurbanov,Azər Əliyev və işçi heyətinə təşəkkür edirik.
Ruhun şad olsun igid Ramil Sücəddin oğlu Rəhimov uğrunda canını fəda etdiyin vətən torpaqları azaddır.
Ruhun qarşısında ehtiramla baş əyirik.
Zefertv.az
Raziyə Kamilqızı