Reklam
Reklam
Xəbər lenti
Dünən, 22:00

30-08-2025, 20:46

30-08-2025, 18:58

29-08-2025, 15:55

25-08-2025, 00:25

24-08-2025, 20:19

16-08-2025, 12:32

14-08-2025, 07:12

8-08-2025, 23:54

7-08-2025, 13:43

6-08-2025, 22:16

26-07-2025, 11:47

23-07-2025, 21:33

11-06-2025, 08:12

11-06-2025, 07:53

7-06-2025, 15:34

6-06-2025, 22:22

28-05-2025, 13:29

16-05-2025, 18:46

12-05-2025, 14:11

28-04-2025, 02:59

25-04-2025, 14:04

15-04-2025, 22:58

9-04-2025, 12:07

5-04-2025, 01:23

5-04-2025, 00:31

31-03-2025, 03:10

30-03-2025, 03:45

30-03-2025, 03:41

29-03-2025, 19:58

Ən çox oxunanlar
Reklam
Reklam

Təyyarənin həlak olan ekipaj üzvlərinə Milli Qəhrəman adı verildi

����: 29-12-2024, 18:01
Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Hit.az xəbər verir ki, sərəncama əsasən, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

“Azərbaycanın Milli Qəhrəmanı” adı ilə:

Kşnyakin İqor İvanoviç (ölümündən sonra)

Kalyaninov Aleksandr Georgiyeviç (ölümündən sonra)

Əliyeva Hökumə Cəlil qızı (ölümündən sonra)

1-ci dərəcəli “Rəşadət” ordeni ilə:

Əsədov Zülfiqar Sərdar oğlu

Rəhimli Aydan Vaqif qızı.
__________________________

Zefertv.az 
����������� 0 ���������: Xəbər ������� : ������

Prezidentdən SƏRT AÇIQLAMA: “Bunu hansısa quşlarla, qaz balonu ilə bağlamaq vicdansızlıqdır!”

����: 29-12-2024, 17:40
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə verib.
Zefertv.az müsahibəni təqdim edir.
Jurnalist: Salam cənab Prezident.

Prezident İlham Əliyev: Salam.

Jurnalist: Təəssüf ki, ötən günlərdə bizi dərindən sarsıdan hadisə baş verdi. Dekabrın 25-də Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması və bundan sonra hadisələrin inkişafı ilə bağlı fikirlərinizi bilmək istərdik.

Prezident İlham Əliyev: Mən bu barədə Sankt-Peterburqa MDB Zirvə görüşünə uçarkən məlumat aldım, məlumatlandırıldım, dərhal göstəriş verdim və təyyarə geri - Bakıya döndü. Bakıya gələn kimi burada hava limanında operativ müşavirə keçirdim. Hələ Bakıya qayıdarkən mənim göstərişimlə Dövlət Komissiyası yaradılmışdır və müvafiq qurumların nümayəndələrindən ibarət heyət Aktau şəhərinə dərhal ezam edilmişdir. Çünki onlar dərhal işə başlamalı idilər. İlk növbədə, təyyarənin qalıqlarının vəziyyəti ilə tanış olmalı idilər, yerində müşahidə aparmalı idilər, video və fotomateriallar əldə etməli və onları ictimaiyyətə təqdim etməli idilər.

Eyni zamanda, Azərbaycan həkimlərindən ibarət qrup ezam edilmişdi. Baxmayaraq ki, Qazaxıstan tərəfi yaralıları sağaltmaq və onlara tibbi xidmət göstərmək üçün əlindən gələni əsirgəmirdi. Eyni zamanda, mənim göstərişimlə Azərbaycan Baş Prokurorluğu cinayət işi açmışdır və bilirəm ki, həm Qazaxıstanda, həm Rusiyada oxşar addımlar atılmışdır.
Təbii olaraq ilkin versiyalar üzərində iş başladı. Əlbəttə, son versiya “qara qutu”lar açılandan sonra bəlli olacaq. Ancaq ilkin versiyalar da kifayət qədər əsaslıdır və faktlara söykənir. Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir. Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir və dərhal, elə həmin gün bizim heyətimiz Aktau şəhərində artıq o videomaterialları təşkil edəndə ictimaiyyət də bu məsələ ilə məlumatlandırıldı. Füzelyajın dəlik-deşik olması, əlbəttə, göstərir ki, bilmirəm, ilkin olaraq kimin tərəfindən atılmış quş versiyası tamamilə gündəlikdən çıxarıldı. Ola bilər ki, təyyarə zədə alanda, zərbə alanda pilot bunu quşların təyyarə ilə toqquşması kimi qəbul edə bilərdi. Çünki yəqin ki, heç kimin ağlına gələ bilməzdi ki, bizim üçün dost olan ölkədə bizim təyyarəyə yerdən atəş açılsın. Ancaq təəssüflər olsun ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər. Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir. Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik.

Təbii ki, qəzanın təfərrüatları tam araşdırılacaq. Bundan mənim şübhəm yoxdur. Onu da bildirməliyəm ki, Azərbaycan ilk gündən beynəlxalq ekspertlərdən ibarət qrupun bu işlə məşğul olmasının tərəfdarı idi. Rusiya tərəfi rəsmi qaydada bizə təklif etmişdi ki, Dövlətlərarası Aviasiya Komitəsi bu işi araşdırsın. Biz isə qəti şəkildə bundan imtina etdik. Səbəb də aydındır. Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi. Əgər qəza baş verəndən dərhal sonra biz Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydik, bəlkə də buna etiraz etməzdik. Amma biz gördük ki, burada məsələni ört-basdır etmək cəhdləri göz qabağındadır.

Ona görə biz həm Qazaxıstan tərəfi ilə sıx təmasda olarkən bu mövqeyimizi bildirdik, həm də Rusiya tərəfinə mövqeyimizi bildirdik ki, ancaq beynəlxalq ekspertlərdən ibarət işçi qrup yaradılmalıdır və yaradılmışdır. Orada təyyarənin istehsalçı şirkəti – “Embraer”in nümayəndələri, Braziliyanın müvafiq qurumlarının nümayəndələri, Azərbaycan, Qazaxıstan və Rusiyanın, o cümlədən Dövlətlərarası Aviasiya Komitəsinin nümayəndələri də var. Ancaq aparıcı rollarda yox, sadəcə olaraq, işçi qrupun tərkibində olan üzvlər kimi. Yenə də deyirəm, “qara qutu”lar açılandan sonra və daha detallı məlumat əldə etdiyimiz halda məsələnin tam təfərrüatları üzə çıxacaq və bu gün hələ ki, sual kimi qalan bir çox məsələlərə aydınlıq gətiriləcək. Məsələn, təyyarə nə üçün Qroznı şəhərinə enə bilmədi? Radioelektron mübarizənin təsiri nə dərəcədə təyyarənin idarə olunmasına təsir göstərmişdir? Havada endirilən zərbə və təyyarənin yanında olan partlayışın nəticələri nə dərəcədə təsirli oldu? Çünki onu da bildirməliyəm ki, bu, açıq-aydın faktı inkar etmək və burada gözdən pərdə asmaq cəhdləri həm cəfəngiyyatdır, həm də ağılsızlıqdır. Çünki xoşbəxtlikdən ekipajın qəhrəmanlığı sayəsində elə hadisə baş verdi ki, təyyarə enə bildi, qəza enişi olsa da, təyyarə enə bildi. Sərnişinlərin bir çoxu xilas edildi, onların ifadələri var. Təyyarəni deşən qəlpələrin sərnişinlərə və ekipaj üzvlərinə yetirdiyi xəsarət göz qabağındadır. Bunu hansısa quşlarla bağlamaq, yaxud da ki, qaz balonunun partlaması kimi qələmə vermək həm ağılsızlıqdır, həm də vicdansızlıqdır.

Ona görə də “qara qutu”lar açılandan sonra bilinəcək ki, nə üçün təyyarə enə bilməyib? Dəqiq nə vaxt təyyarəyə yerdən atəş açılıb? Nə üçün yaxında olan hava limanlarına təyyarə eniş cəhdi etməyib, daha yaxın Minvod və Mahaçqala hava limanları idi. Təyyarə Aktauya göndərildimi, yoxsa bu, obyektiv seçim idi? Müxtəlif fərziyyələr var. Bəziləri hesab edir ki, təyyarə bilərəkdən yerdəki xidmət tərəfindən, Qroznı tərəfindən göndərildi ki, çünki təyyarə artıq idarəolunmaz vəziyyətdə idi və ehtimal böyük idi ki, təyyarə dənizə düşəcək. Belə olan halda, ört-basdır cəhdləri uğurla nəticələnəcək və dırnaqarası quş versiyası əsas versiya kimi təqdim ediləcək. Bəzi mütəxəssislərin fikirlərinə görə, Aktau ona görə seçilmişdir ki, orada açıq məkandır və yaşayış yerləri hava limanından uzaqdır və təyyarə ekipajı fərz edə bilərdi ki, bu, qəza enişi olacaq və bunun üçün daha uyğun yer seçmişdi. Ancaq digər tərəfdən, yaxın hava limanları olan halda, təyyarə idarəolunmaz vəziyyətdə olan halda daha uzaq məsafəyə, özü də dənizin üzərindən uçmaq daha riskli idi. Yəni, bütün bu suallara hələ ki, cavab yoxdur. Biz Azərbaycan tərəfi və şəxsən mən maksimum ədalətli olmağa çalışırıq. Biz hansısa tam aydın olmayan məsələləri, bu məsələlər aydınlaşmadan bu barədə fikir söyləmək istəmirik. Ancaq açıq-aydın olan məsələlərdə biz tam qətiyyətlə öz fikrimizi deməliyik, deyirik və deyəcəyik. Mən qəza baş verən gün burada - hava limanında öz çıxışımda söylədim ki, Azərbaycan ictimaiyyəti müntəzəm olaraq bu məsələ ilə, bu istintaqın gedişatı ilə bağlı məlumatlandırılacaq və məlumatlandırılır.

-Cənab Prezident, bəs təyyarə ekipajının fəaliyyətini necə qiymətləndirirsiniz?

-Çox yüksək. Bu gün mən vida mərasimində iştirak etdim, həlak olan ekipaj üzvlərinin yaxınlarına başsağlığı verdim. Bu gün ekipaj üzvlərinin təltifi ilə bağlı mənim Sərəncamım olacaq. Mən onların fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirirəm. Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər. Pilotlar həm peşəkarlıq, həm qəhrəmanlıq göstərmişlər ki, idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə edirdilər. Baxmayaraq, təbii ki, pilotlar təcrübəli pilotlar idi və bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum böyük qəhrəmanlıq göstərmişlər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var. Məhz bunun nəticəsində füzelyajın bir hissəsi yanmayıb və məhz bunun nəticəsində bu gün biz tam açıq-aydın deyə bilərik ki, təyyarə Rusiya tərəfindən vuruldu. Bax bu faktdır və bu faktı heç kim dana bilməz. Yenə də biz demirik ki, bu, qəsdən edildi, amma bu, edildi.

Pilotlar və ekipaj üzvləri - onlar həm peşəkarlıq, həm soyuqqanlılıq göstərmişlər. Xüsusilə mən qadın ekipaj üzvlərini qiymətləndirməliyəm. Onlar özləri stres vəziyyətində idi. Ancaq sərnişinləri sakitləşdirmək, təyyarənin içində xaos vəziyyəti yaratmamaq üçün görün, onlar nə qədər böyük insani davranış göstərmişlər. Onların fəaliyyəti, yenə də deyirəm, Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndiriləcək. Allah ölən ekipaj üzvlərinə və bütün həlak olanlara rəhmət eləsin və biz sağ qalanlara Allahdan şəfa diləyirik. Sağ qalanların böyük hissəsi artıq Bakıdadır. Onlar Qazaxıstanda dərhal müalicə almışlar. Bəziləri hələ ki, müalicə alır və imkan olan kimi onlar da Azərbaycana təxliyə ediləcəklər.

-Cənab Prezident, Siz Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə zəng etdiniz. Müzakirə olunan məsələlər barədə fikrinizi bilmək istərdik. Ümumiyyətlə, məsələ ilə bağlı birgə fəaliyyət aparan Azərbaycan və Qazaxıstan hökumətləri rəsmilərinin bu birgə fəaliyyətini necə qiymətləndirirsiniz?

-Bəli, mən, ilk növbədə, Prezident Tokayevə minnətdarlığımı ifadə etmək üçün zəng etdim. Çünki biz bilirdik və məlumat əldə etmişdik ki, qəza baş verən kimi Qazaxıstan xilasediciləri dərhal hadisə yerinə yetişdilər və insanları o dağılmış füzelyajdan çıxartmağa başlamışdılar. Öz həyatlarını risk altına atmışdılar. Çünki onlar bilmirdilər ki, növbəti partlayış olacaq, yoxsa yox. Çünki təyyarənin bir hissəsi yanmışdı və bu hissədə yana bilərdi. Amma buna baxmayaraq, onlar da əsl qəhrəmanlıq göstərmişdilər. Eyni zamanda, həkim personalının fəaliyyəti də çox qiymətli idi. Çünki yaralı sərnişinlər dərhal tibb məntəqələrinə aparıldılar və buna görə də Prezident Tokayevə mən təşəkkürümü bildirdim. Qazaxıstanlı qardaşlarımızın, bacılarımızın həmrəylik nümayişi də mən bilirəm ki, Azərbaycan xalqının qəlbində çox böyük iz buraxmışdır. Adi vətəndaşlar bizim Aktaudakı konsulluğa gələrək gül qoydular, öz münasibətlərini bildirdilər, bizimlə həmrəy olduqlarını bildirdilər. Əsl dostluq, qardaşlıq belə olar. Eyni zamanda, mən Prezident Tokayevlə söhbət zamanı Azərbaycanın istintaqla bağlı mövqeyini də bildirdim və bax, sizə dediyim məsələləri də onun diqqətinə çatdırdım ki, biz beynəlxalq ekspertizanın tərəfdarıyıq və heç cür bu məsələni Dövlətlərarası Aviasiya Komitəsinin sərəncamına verə bilmərik. Bu mövqe də anlayışla qarşılandı. Təbii olaraq, bizim dövlət qurumlarımızın nümayəndələri, komissiyanın üzvləri və rəhbərləri, prokurorluq orqanlarının nümayəndələri daim təmasdadırlar. Qazaxıstan da öz növbəsində Dövlət komissiyası yaratmışdır və Prezident Tokayev söhbət zamanı bu barədə mənə məlumat vermişdi. Onlar da təbii olaraq istəyirlər və çalışırlar ki, məsələ tam təfərrüatları ilə açılsın. Eyni zamanda, mən Prezident Tokayevə də başsağlığı verdim, çünki qəza nəticəsində altı Qazaxıstan vətəndaşı həlak olmuşdu. O da mənə başsağlığı vermişdi. Yəni, bu nə qədər ağır hadisə olsa belə, eyni zamanda, bir sınaq məsələsi idi. Yəni, bu sınaqdan kim necə çıxacaq? Mən şadam ki, yenə də bu faciəyə baxmayaraq, görürəm və əminəm ki, Qazaxıstanda da eyni fikirdədirlər. Bizim dostluğumuz, qardaşlığımız bu ağır vəziyyətdən sonra daha da gücləndi.

-Qəzadan sonra AZAL şirkəti Rusiyanın bəzi şəhərlərinə uçuşları dayandırdı. Bəs, bu qərarın verilməsi hansı zərurətdən irəli gəldi və hazırda işlər necə gedir?

-Bu göstərişi mən vermişəm və bunun əsas səbəbi təbii ki, təhlükəsizlik məsələləridir. Çünki Rusiyanın bir çox şəhərlərində vaxtaşırı hava məkanı bağlanır, orada xüsusi əməliyyat rejimi tətbiq edilir. Onlar buna “kavyor əməliyyatı” deyirlər və birinci sualda dediyim məsələlərə qayıdarkən onu da bildirməliyəm. Bir şeyin də üstü açılmalıdır ki, o “kavyor əməliyyatı” nə vaxt elan edildi? Çünki bizdə olan məlumata görə, artıq təyyarəmiz xarici təsirə məruz qaldıqdan sonra o “kavyor əməliyyatı” elan edilmişdi. Yəni, əgər bu belədirsə, bir daha göstərir ki, yerli xidmətlər bu məsələni ört basdır-etmək üçün etdilər.

AZAL-ın uçuşlarına gəldikdə, AZAL Rusiyanın yeddi şəhərinə öz uçuşlarını dayandırdı, müddətsiz olaraq. Eyni zamanda, biz Rusiya aviaşirkətlərinin üç Rusiya şəhərindən Azərbaycana uçuşlarını da dayandırmışıq. Deməli, toplam 10 şəhərlə bizim hava bağlantımız indi dayandırılıb və yenə də deyirəm, burada, ilk növbədə, təhlükəsizlik məsələləri ön plandadır. Biz sərnişinlərimizin təhlükəsizliyini həmişə ön sırada olan məsələ kimi qəbul etmişik və beləliklə, bu vəziyyət elan edildi. Biz nəyi ediriksə açıq-aydın edirik və yenə də deyirəm, bu qərar qəbul edildi və nə vaxt bu uçuşlar bərpa ediləcək, yoxsa yox, xüsusilə Qroznı şəhərinə bərpa ediləcək, yoxsa yox? Çox güman ki, yox. Amma bunu həyat göstərər və Rusiya hava məkanının təhlükəsizlik məsələləri də əlbəttə ki, nəzərə alınacaqdır.

-Cənab Prezident, bəs ümumilikdə Azərbaycanın baş verənlərlə bağlı Rusiyadan gözləntiləri və tələbləri nədən ibarətdir?

-Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik. Dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldı. Bu, nədən ibarətdir? Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır. Bax, budur. Yenə də deyirəm, Azərbaycan ictimaiyyəti məsələnin bütün tərəfləri barədə məlumatlandırılacaq və məlumatlandırılır. Dediyim şərtlər də, bunlar təbii olaraq ictimaiyyətə sizin vasitənizlə çatdırılır və yenə də deyirəm, mən ümid edirəm ki, bizim şərtlərimiz qəbul ediləcək.

-Çox sağ olun, cənab Prezident. Suallarımıza ətraflı şəkildə cavab verdiyiniz üçün minnətdarıq.

-Sağ olun.
Zefertv.az Məhəmməd Osmanov 
����������� 0 ���������: Xəbər ������� : ������

Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

����: 25-12-2024, 18:59
Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib. 
 Zefertv.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Deniz Rüzgar .
����������� 0 ���������: Xəbər ������� : ������

“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

����: 24-12-2024, 13:24
“Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər” İctimai Birliyinin sədri Səbuhi Zamanın “Adamın dibi” şeirlər kitabının təqdimat mərasimi keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, tədbir “Ümid yeri” Uşaq Sığınacağına dəstək məqsədilə təşkil olunub.
Təqdimat mərasimində kitab haqqında məlumat verilib. Bildirilib ki, müəllifin şeirlərində insanın daxili aləmi, cəmiyyətin sosial və mənəvi həyatı ilə bağlı fəlsəfi fikirlər öz əksini tapıb. “Adamın dibi”ndə müasir Azərbaycan cəmiyyətinin əxlaqi, mənəvi keyfiyyətləri və insanın daxili mübarizəsi kimi mövzular geniş işıqlandırılıb. Səbuhi Zaman özünün fəlsəfi yanaşmaları və realizm təəssüratı ilə, insanlara düşüncələrini yenidən qurmağa, onlara yeni perspektivlər təqdim etməyə çalışıb. Müəllifin özünəməxsus dil üslubu və dərin mənalı şeirləri hər kəsi fikirləri üzərinə cəmləyə bilir.
Rəngarəng poeziya gecəsində müəllif çıxış edərək iştirakçılara təşəkkürünü bildirib və yeni şeirlərini oxuyub.
 Tədbirdə, həmçinin şairlər, qiraətçilər “Adamın dibi” kitabından şeirlər səsləndiriblər. Tanınmış müğənnilərin ifasında lirik mahnılar dinlənilib.
 Sonra “Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər” İctimai Birliyinin sədri Səbuhi Zaman kitabın ərsəyə gəlməsi ilə mədəniyyətin inkişafına və təbliğinə dəstək olan ziyalılara, iş adamlarına xatirə hədiyyələri verib.
 Sonda tədbir iştirakçıları müəllifin imzalı kitabını əldə ediblər.

Zefertv.az 
����������� 0 ���������: Xəbər ������� : ������

TÜRKBİRKON GENEL BAŞKANI AKTÜRK ÜNLÜ MODACI BAYRAMOVA'LA BİR ARAYA GELDİ.

����: 13-12-2024, 21:33
TÜRKBİRKON( TÜRK DÜNYASI VE ULUSLARARASI IŞ DÜNYASI YATIRIM BİRLİĞI KONFEDERASYONU)GENEL BAŞKANI HAKAN AKTÜRK AZERBAYCAN BAKÜ'DEKİ ÜNLÜ MODACI  TÜRKAY BAYRAMOVA (academy.ofturkayfashion kurucus başkanı) ile bir araya geldi.
 TÜRKBİRKON GENEL BAŞKANI AKTÜRK,;TÜRK DEVLETLERİ'nin arasında ki ticaretin içerisine modacıları da alarak hem bu meslek dalının  egitmenligini yapan ve başarılı cizgileri ile mesleğinde ön sıralarda olan ÜNLÜ MODACI Türkay Bayramova'yı tebrik etti.Gorüşmede TÜRKİYE VE AZERBAYCAN DEVLETLERİ'NİN yani sıra tüm TÜRK DEVLETLERİ'nde yapılacak projelerden bahsedildi.TÜRK DEVLETLERI arasında bir medeniyet köprüsü de kurmak isteyen GENEL BAŞKAN HAKAN AKTÜRK Sözlerine şöyle devam etti.Degerli arkadaşım TÜRKAY BAYRAMOVA işini iyi yapan taklit edilemeyecek ölçüde titiz saygin ve mesleğini devletler arası platform da icra edecek bir yeteneğe ve çalışma ekibine sahiptir.
Bize düşen gorevse TÜRK DEVLETLERI arasında kendisine bir yol açmak ve meslektaşları ile buluşturmaktir.Medeniyetimiz ve tarihimizi yöresel kıyafetler ile de benimsetip öz kimliğimizi tün dünyaya deklare etmektir.Degerli arkadaşımızı ziyaret edip fikir alışverişinde bulunduk ve ona her sahada öncülük etmenin boynumuzun borcudur oldugunu dile getirdik.Kadınlarımızı her platformda önde görmek ve TÜRK KADININI dunya'ya tanıtmak ve onlara duyduğumuz güveni her platformda kanıtlayarak bir medeniyet zinciri oluşturmak ilk vazifemiz'dir.TÜRKBİRKON GENEL BAŞKANI olarak kıymetli arkadaşım  sayın TÜRKAY  BAYRAMOVA'ya nazik davetleri ve misafirperverliği için teşekkür ediyorum ve Bundan sonra ki süreçte birlikte tüm Tüm TÜRK DEVLETLERİ'ndede başarılı projelere imza atmasını temenni ediyoruz.Dedi.


Zefertv.az 
Muhammed Osmanlı (Ankara)
​​​​​​​​
����������� 0 ���������: Xəbər ������� : ������

TÜRKİYE DÜNYA'YA SURİYE,'DEKİ VAHŞETİ BELĞELEDİ.OSMANLI GERİ DÖNDÜ.SULTAN ABDULHAMİT HAN'IN AYAK İZLERİDİR BU YÜRÜYÜŞ

����: 13-12-2024, 12:45
5 MİLYON SURİYE'LİNİN TÜRKİYE'Yİ ASİMİLE EDECEĞINİ DÜŞÜNENLER 5 MİLYON SURİYE'LİYE TÜRKÇE ÖGRETEREK ASİMİLE ETTİ.BİR TARİH BİR DESTAN DAHA YAZILDI ALNIMIZA.
TÜRKBİRKON(TÜRK DÜNYASI VE ULUSLARARASI IŞ DÜNYASI YATIRIM BİRLİGİ KONFEDERASYONU GENEL BAŞKAN'I HAKAN AKTÜRK TÜRK DEVLETLERİNİ ŞAHA KALDIRDI.BİN YILLIK( 1000) KADİM TÜRK DEVLETİ'NİN NE OLDUĞUNU GÖRECEKSİNİZ.TÜRKBİRKON GENEL BAŞKANI AKTÜRK;TÜRKİYE''de sayın RECEP TAYYİP ERDOĞAN'ın İslam coğrafyasını ve Tük Devletlerini ayağa kaldıran hamleleri Osmanlı'nın tarih yazan hikayelerini ezberbozduran çıkışlarını tüm dünya ülkeleri dikkatle izliyor.
SURİYE'li vatandaşların TÜRKİYE'de sığınmacı olarak yaşamasına ülkelerine geri gönderilmesine çanak tutanlar bile bugun SURİYE'de yaşanan insanlık katliamını izleyerek bu kara lekeyi temizleyip muslumanlara sahip çıkan DÜNYA LİDERIMIZ CUMHURBAŞKANIMIZ sayın RECEP TAYYİP ERDOĞAN'I ayakta alkışlıyor.Turkiye'de yapılan yerel seçimleri kaybetmeyi bile göze alarak bu muslumanları zalim BEŞER ESADA teslim etmem diyen ve bu söylemleri doğrultusunda büyük kitleleri karşısına alan TARIH YAZAN bir devlet aklını izliyoruz. SURİYE'de yıllarca gizli yer altı hapishanelerinde işlenen soykırımı ezip geçen dünya,'nın saygı ile baş eğdiği bir CUMHURBAŞKANINA şahitlik ediyoruz .Dün karşısında duranların SURIÝE'de ki katliamı ve yaşanan insanlık ayibini izlerken bugun RECEP TAYYIP ERDOĞAN'I ayakta alkışlaması bir ders niteliğindedir.Kelimelere sığdıramadığım bir onur taşıyorum üzerimde ve bu onurun baş mimarinin gecesini gündüzüne katarak kendi hayatını hiçe saymis herseyden vazgeçip ömrünü vatanına adayan bir devlet adamına şahitlik ediyoruz.AMERIKA İSRAİL FRANSA ŞEYTAN ÜÇGENİNİ YERLE BİR EDEN HESAPLARINI ALT ÜST EDEN BİR VATAN SEVDALISI KOCAMAN BIR YUREGE SAHİTLİK EDİYORUZ.Varsin dünya ona karşı dursun ben şahidim ki derdi vatan ben şahidim ki derdi Müslümanlık alemine huzur ben şahidim ki kaybedilmiş topraklarımızın bekçisi ben şahidim ki TARİH ONU YAZACAK.Gecesini gündüzüne katıp yeniden Osmanlı dedelerimizin ruhunu geri getiren SULTAN VAHDETTİN'in torununa şahitlik ediyoruz .Sağcı solcu alevi Sünni tüm TÜRKİYE'yi birleştiren Adına TURAN BİRLİĞI DEDIGIMİZ YUREĞIMİZE NAKŞETTİĞİMİZ TÜRKLÜGÜ DÜNYA milletlerin yeniden benimsetip TÜRK DÜNYASINI BİRLESTIREN tarihi bize yeniden yaşatan kaybedilmiş topraklarımızı Türk coğrafyasına katan insana şahitlik ediyoruz. SEVİN YADA SEVMEYİN SAYĞI DUYACAKSINIZ VALLAHİ TARİH SİZİ AFFETMEZ.13 yildir surdürülen savaşi 24 saat de bitirip 5 milyon Suriyeliye ev sahipliği yapan TÜRKİYE'nin asimile olacağını düşünenler 5 milyon Suriyeliye TÜRKÇE ogreterek onları asimile etti.Bunun adı DERİN DEVLET AKLI'DIR.BİR TARİH GEÇIYOR ÖNÜNÜZDEN AYAĞA KALKIN VE SAYGİ DUYUN O TARİHİN ADI RECEP TAYYİP ERDOĞAN'DIR.
Zefertv.az 
Muhammed Osmanlı (Ankara) 
����������� 0 ���������: Xəbər ������� : ������

GƏLƏCƏYİMİZ OLAN UŞAQLARI SEVƏK VƏ SEVİNDİRƏK

����: 10-12-2024, 17:18
 08.12.2024- cü il tarixdə "YUVAM" XÜSUSİ QAYĞIYA EHTİYACI OLAN UŞAQLARA DƏSTƏK İCTİMAİ BİRLİYİNİN" təşəbbüsü ilə Ağstafa rayonunda " Gələcəyimiz olan uşaqları sevək və sevindirək" adlı tədbir keçrildi.
 Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan igidlərin xatirəsi bir dəqiqəlik sükutla anıldı.Azərbaycan Rrespublikasının Dövlət Himni səsləndirildi.
Daha sonra "YUVAM"Xüsusi Qayğıya ehtiyacı olan uşaqlara dəstək İB- nin təsisçisi Fidan  Vilayət qızı Mərdəliyeva gələn qonaqları salamlayaraq  onlara bu şəraiti yaratdıqları  üçün Ağstafa rayon İcra başçısına və bütün kollektivinə təşəkkür etdi.Fidan Mərdəliyeva qeyd etdi ki,tədbirin keçrilməsində fiziki məhdudiyyətli uşaqlarla,onların ailələri ilə yaxından tanış olmaq,öz mənəvi,psixoloji dəstəklərini göstərmək,qayğılarını hiss etdirməkdir. Fidan Mərdəliyeva xüsusi ilə onuda qeyd etdi ki,daima uşaqlara eləcə də fiziki məhdudiyyətli uşaqlara ayırdıqları diqqət,qayğı üçün Ali Baş Komandan İlham Əliyev cənablarına,birinci xanım Vitse prezident Mehriban xanım Əliyevaya təşəkkür etdi.
Tədbirdə iştirak edən şəhid atası çıxış edərək belə təşəbbüsü  alqışladı və Fidan xanıma gələcək işlərində uğurlar dilədi.
Tədbirdə Qazax,Ağstafa ,Tovuz rayonlarından olan 80- dən çox uşaq və valideynləri iştirak  etdilər.Tədbirdə çıxiş edən təhsil işçiləri,valideynlər uşaqlari maarifləndirmək məqsədi ilə keçrilən belə gözəl gün üçün təşəkkur etdilər.
Uşaqlar üçün bayram süfrəsi açıldı,onlara müxtəlif hədiyyələr təqdim olundu.
Tədbirin sonunda uşaqlar üçün musiqili,əyləncəli proqram təşkil olunmuşdur.Bir- birini əvəz edən müğənilər,şən klonlar,uşaqların sevincinə şərik olaraq onları əyləndirdilər.
Vətənpərvər,yurdsevər,
xeyrixah əməllərin sahibi olan Fidan Vilayət qızı Mərdəliyevanın ürəyi hər zaman vətən eşqi ilə döyünür, xeyirxah əməlləri ilə tanınır və sevilir.İctimai işlərdə hər zaman fəaldır.
Tədbirin keçrildiyi Ağstafa rayon "ŞUŞA"ailəvi məkanın rəhbərliyinə,işçi heyətinə sonsuz təşəkkür edirik.
Gələcək işlərində Fidan Mərdəliyevaya uğurlar diləyirik.
Dəniz Rüzgar.
����������� 0 ���������: Xəbər ������� : ������

TÜRKBİRKON GENEL BAŞKANI HAKAN AKTÜRK FATİH ALTAYLI'YA TÜRK TOKADI ATTI

����: 9-12-2024, 15:51
TÜRKBİRKON( TÜRK DÜNYASI VE ULUSLARARASI İŞ DÜNYASI YATIRIM BİRLİGİ KONFEDERASYONU) GENEL BAŞKANI HAKAN AKTÜRK ÜNLÜ TELEVİZYONCU FATİH ALTAYLI'YI YERDEN YERE VURDU.
Geçtigimiz günlerde bir tv kanalında "BUNLARA SORSAN MUSUL'U ALDILAR;KERKÜK'Ü ALDILAR;HALEP'İALMIŞLAR;MUSUL VE KERKÜK'Ü ALACAKLARMIŞ BUNU HANĞI GÜCÜNLE YAPACAKSIN BUNU SÖYLEYEN SALAKLAR SALAKLIK PARA İLE DEĞIL BU ÜLKE BÖYLE YÖNETİLİRSE BATAR"gibi cahilce ve çirkin bir üslupla TÜRKİYE CUMHURİYETİ DEVLETİ'NIN EKMEĞINİ YİYEN VATANSIZ BAYRAKSIZ ZÜRRİYETSİZ FATİH ALTAYLI'nın bu çıkışına şaşırmadım.ERMENİ'den geriye artık kalan FATİH..!
 Bak sana DEVLETİ ANLATACAGIM ama sende o zihniyet yok ki sözlerimi anlayasın.TÜRKBİRKON GENEL BAŞKANI AKTÜRK;HALEP KALESİNE TÜRK BAYRAĞI ASILDI FATİH ALTAYLI Asılmasına müspet tepkiler verenlere SALAKLAR dedi.FATİH ALTAYLI ERMENİ ÇOCUĞU..! SEN HALEP'TEN Mİ RAHATSIZSIN? YOKSA TÜRK BAYRAGI'NDAN MI RAHATSIZSIN?YOKSA İKİSİNİN VUSLATINDAN MI RAHATSIZSIN?HALEP'E DİKİLEN TÜRK BAYRAGI SENİN NERENE DİKİLDİ Kİ RAHATSIZ OLDUN?SEN KÖKSÜZSÜN..! FATİH ALTAYLI NEREYE HİZMET ETTİĞIN KİMİN ÇOCUĞU OLDUGUN BELLİ DEĞIL.TÜRK BAYRAGI'NIN ASILMASINDAN RAHATSIZ OLAN AHMAK ZATEN İZANSIZ'DIR.YERSİZ YURTSUZ VATANSIZ'DIR.FATİH ALTAYLI SEN BU VATAN'IN EKMEĞINİ YİYİP İT GİBİ YALANIYORSUN YA BU VATAN EVLATLARI SENİ UNUTMAZ UNUTMA BU SÖZÜMÜ dedi.TÜRKBİRKON GENEL BAŞKANI HAKAN AKTÜRK sert ifadelerine şöyle devam etti.SURİYE aynı KARABAĞ gibi işgal edilmiş topraklarımızdı.RECEP TAYYİP ERDOĞAN VE DEVLET BAHÇELİ bu ışgalin mimarlarini defalarca uyardı ama kulak ardı edildi.IKİ BÜYÜK LİDER karar aldı ve öyle bir baskın yaptı ki 24 saatte HALEP VE ŞAM TÜRK'ÜN TOPRAKLARI OLDU VE BAYRAGİMIZ HALEP DE KALEYE ASILDI.Ey GAFİL FİRAVUN FATİH..! SENDE DEDELERİN GİBİ MESNETSİZ CIKISLARINLA YUCE TÜRK ORDUSUNUN ZAFERINI GÖLGELEYEMEZSIN.Havlayacağin yer TÜRKİYE değil başka kapıda kemik yala sen.Itibarsîzlastirnaya çalıştığın yüce TÜRK MİLLETİ'nin şanlı ordusu ve askerı'dir.MUZAFFER TÜRK ORDUSUNU lekelemeye senin gücün yetmez .BEYNIN YETMEZ ÇUNKÜ SEN CAHİL BİR SALAK AHMAKSIN.SENI UYARIYORUM BU AZİZ TÜRK MİLLETİ'nin serefi onuru namusu TÜRK ORDUSU'DUR.SEN SEN OL SAKIN AMA SAKIN ITIBARSIZLAŞTIRMA POLİTİKANI TÜRK ASKERININ UZERINDE KULLANMA .Bu aziz TÜRK MİLLETI SANA ETEK GİYDİRİR İSTANBUL,'DAN HALEP"E KADAR SOKAK SOKAK ŞAM'I SANA EZBERLETTİRİR.HADDİNİ AŞMA VATAN BİZİM KIRMIZI ÇİZGİMİZDİR Dedi.
����������� 0 ���������: Xəbər ������� : ������

ƏBƏDİ AND YERİMİZ

����: 1-12-2024, 15:34
 Torpaq uğrunda ölən varsa Vətəndir.
Vətən naminə canlarını fəda edən,torpağı vətənləşdirən qəhraman ogullardır.Qəhramanların niyyəti,məqsədi,dönməz iradələri,xalqının,millətinin mənafeyinə xidmət edir.
Bu gün Salyan rayon Şorsulu kəndinin  igid qəhraman oğullardan olan Ceyhun Talıbzadənin xatirəsinə həsr olunmuş tədbir keçrildi.
Tədbir Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qəhramanlıqla şəhidlik zirvəsinə ucalan igidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirdə çıxış edən Şorsulu kənd Bələdiyyə sədri əvəz edən Elmar Xudiyev Salyan rayon İcra başçısı Rüstəm Xəlilovun salamlarını və baş sağlığını çatdirdı.
Şorsulu kənd İcra nümayəndəsi Qahramanov Fuad şəhid ailələrinə Allahdan səbr dilədi.
Kənd orta məktəbinin müəllimləri Aygün xanım,Rəsmiyyə xanım və Zabit müəllim çıxış etdilər. Vətənpərvər məktəblilər şerlər səsləndirdilər,vətənpərvər musiqilər səsləndirdilər.
Xalqımızın şanlı tarixi çoxlu sayda qəhramanlıq səhifələri ilə zəngindir.Vətən sevgisiylə bizlərin qüruru,vüqarı,fəxri ölməzliyi ilə örnək olan Ceyhun Aqil oğlu Talıbzadə 30.11.1994-cü ildə Salyan rayonu Şorsulu kəndində anadan olmuşdur.Hər zaman vətənini bayrağını sevən Ceyhun Talıbzadə müharibənin ilk günlərində silaha sarılıb torpaqların müdafiəsinə qalxdı.Hərənin öz yol var deyirdi."Mən yolumu seçmişəm.Mənfur düşməndən qisas almasam elə bilərəm ki,Allahım da, valideyinlərinə,gələcək nəsl də məni bağışlamaz.Vətənin,doğma torpaqlarımızın azadlığı üçün canımı belə qurban verərəm..."
Uzun bir döyus yolu keçdi Ceyhun Talıbzadə 18.10.2020-ci il tarixdə qəhramanlıqla şəhidlik zirvəsinə ucaldı.
Ölümundən sonra Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Xocavəndin azad olunmasına görə","Füzulinin azad olunmasına görə", "İgidliyə görə",, "Hərbi xidmətdə fərqlənməyə gôrə" medalları və "3-cü dərəcəli Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.
Ailədə vətənpərvərlik sevgisi o qədər aşılanıb ki,Ceyhun Talıbzadə şəhid olan günü qardaşı  Əkbər söyləyirdi mən də Ceyhun kimi şəhid olacam .Məktəbli olan Əkbər  qardasının adını daima uca tutacağını və qardaşı kimi daima vətəni sevəcəyini bildirdi.
Tədbirin sonunda şəhid Ceyhun Talıbzadənin  məzarı ziyarət olundu.
Vətən sağ olsun.
Raziyə Kamilqızı

Zefertv.az
����������� 0 ���������: Xəbər ������� : ������