"FORMULA 1"İN YARIŞ DİREKTORU VƏZİFƏSİNDƏN AZAD EDİLİB
����: 12-11-2024, 20:09
Beynəlxalq Avtomobil Federasiyasının (FIA)mətbuat xidmətinə və "Report"a istinadən "Zefertvaz"xəbər verir ki,52 yaşlı mütəxəssis FIA-nın təşəbbüsü ilə postundan kənarlaşdırılıb.

Onu bu işdə Rui Markes əvəz edəcək.
Qeyd edək ki,N.Vittix 2022-ci ildən "Formula 1"in yarış direktoru vəzifəsini icra edirdi.
Zefertv.az
Özgür Subaşı ile Ezgi Sevil Gala Tv Medya Ajansı İçin Anlaştı
����: 8-11-2024, 18:48
Genç Başkan Özgür Subaşı GALA Tv Medya Ajansı Olarak Sunucu , Spiker ve Editör Olarak Medya Sektöründe Sevilen Tecrübeli Ezgi Sevil Hanımla Anlaştı



Zefertv.az

Genç Başkan Özgür Subaşı yaptığı açıklamada Gala TV medya ajansı olarak geçmişinde farklı gazetelerde çalışan tecrübeli Sunucu , Spiker ve Editör olarak tanınan yerel basın ve ulusal basında adından sıkça söz ettiren çok değerli Ezgi Sevil hanım ile anlaştık. Her iki tarafa da hayırlı olsun. Kendisine yapacağı işlerde Gala TV Medya Ajansı ailesi olarak hoşgeldin der, başarılar dileriz" şeklinde konuştu.


Zefertv.az
ZƏFƏRİN MÜBARƏK CAN AZƏRBAYCAN
����: 28-10-2024, 07:37
Azərbaycan nurlu sabahım,
Azərbaycan ana yurdum.
Azərbaycan doğma vətən
Azərbaycan and yerimiz.

Azərbaycan adlı doğma yurdunu sevən,üçrəngli bayrağına sevdalı olan hər kəsin qəlbində vətən sevgisi var.27.10.2024-il tarixdə “Vətən sağ olsun”layihəsinin təşəbbüsü Lokal Antiterror əməliyatları zamanı qəhramanlıqla şəhidlik zirvəsinə ucalan qəhraman şəhidlərin ailələri ilə görüş keçirildi.Görüşdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalan igid oğullarımızın xatirəsi ehtiramla yad olundu və Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.

Daha sonra isə layihənin rəhbəri Püstə Hüseynova çıxış edərək qonaqları salamlayaraq bildirdiki qarşıdan zəfər günü gəlir və bu zəfəri bizə yaşadan igid,qəhrəman oğulların ailələri ilə görüşdən çox qürur duyuram.Tədbirdə şəhid ailələri,ictimaət nümayəndələri,ziyalılar,müharibə veteranları,qazilər və qeyri-hökümət təşkilatları iştirak etdilər.Çıxış edən hər bir kəs şəhidlərin xatirəsini ehtiramla anaraq onların xatirlərini daima qəlblərində uca tutacaqlarını bildirdilər və onu da qeyd etdilər ki,Ali Baş Komandanın müdrik siyasəti və Rəşadətli ordumuzun bizə yaşatdığı qələbə münasibəti ilə gələn qonaqların təbrik edərək və bu zəfəri bizə yaşadan oğulların ruhu qarşısında ehtiramlarını bildirdilər.Rəsmi hissə bitdikdən sonra vətənpərvər müğənnilərin,vətənpərvər məktəblilərin ifalarında şeirlər şəhidlərimizin xatirəsinə həsr olunmuş musiqilər ifa olundu,kompozisiyalar nümayiş etdirildi.
Sonda “Vətən sağ olsun”layihəsinin könüllülərinə təşəkkür elan olunaraq hədiyyələr təqdim edildi və ehsan süfrəsi açıldı.Tədbir zamanı igid qəhrəman oğulların xatirəsinə həsr olunmuş Antiterror əməliyyatları zamanı qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalan igidlərin xatirəsinə həsr olunmuş video çarx nümayiş etdirildi.

Vətən Sağ Olsun layihəsinin rəhbəri Püstə xanım Hüseynova və könüllürərinə gələcək işlərində uğurlar arzu edirik.
Raziyə Kamilqızı
AYB və AJB- nin üzvü
VƏTƏNİ SEVƏN OĞUL
����: 14-10-2024, 13:03
Yarım qalmış arzular,həyatları gülüşlə dolu günləri qalmışdı o torpaqlarımızda...qeyd olunmamış bayramlarımız və ən əsas o torpaqlarda dalğalanmayan üçrəngli Bayrağımız...Çox ağır hisslər yaşadırdı insana...
Bu hissləri yaşayaraq böyüyürdü vətənpərvər oğullarımız.

Qarabağ həsrəti,Qarabağ sevgisi ilə yaş üstünə yaş gəlirdi.
Bitib tükənməyən vətən sevgi ilə alışıb yanırdı ürəkləri.
27 sentyabr 2020- il tarixində bu həsrətə son qoyulan gün başladı,vətən oğulları silaha sarıldı.
Məğrur dayan səngərdə,
Qoru kəndi,şəhəri.
Ulduzların qoynunda,
Uğurla aç şəhəri
Azərbaycan əsgəri!
Belə igid oğullardan biri Neftçala rayonu Qaçaqkənd kəndində zəhmətkeş,vətənpərvər,
hərbiçı ailəsində 21.05.1996- il tarixində Fərid Ərastun oğlu Əsgərov dünyaya göz açdı.
Ailənin sevimlisi idi Fərid.

Atasının işi ilə bağlı Şəki şəhərində yaşayan ailə 2002--ci ildə böyük bir sevinclə Şəki şəhər 11nömrəli tam orta məktəbə yola saldılar Fəridi.Orta məktəbdə oxuyarkən həm müəllimlərin,həm də sinif yoldaşlarının sevimlisi idi.
2007- ildə ailə Lənkaran şəhərinə köçür və Fərid təhslini 6 nömrəli liseydə davam etdirir.2013-2017- il tarixində Lənkaran Dövlət Universitetində təhsil alır.Təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanan Fərid Əsgərov xidmətini layiqincə yerinə yetirir və Bakı şəhərində mühafizə xidmətində işə başlayır.Musiqini,idmanı çox sevirdi.Hərbiçı ailəsində böyüyən Fərid hər zaman atasının söhbətlərini maraqla dinləyir və ondan sanki bir dərs alırdı.Vətəninə byrağına sevgisi atasının sözlərindən sonra ürəyində möhkəm bir kök salmışdı.Boş vaxtlarında öz üzərində çalışır biliyini daha da mükəmməl inkişaf etdirməyə çalışırdı.
27 sentyabr 2020- il tarixində mənfur düşmənlərin başladığı müharibədə vətən dardadır deyə könüllü olaraq silaha sarıldı 03 oktyabrda uzun bir döyüş yolu keçdi.
Füzulidi,Cəbrayıldı,
Qubadlıdı,Zəngilandı.
Vətən üçün candan keçdi
İgid şəhid Fərid Əsgərov.
Bayrağına sevdalıdı,
Xankəndi,Xocalıdı.
Suqovuşan,həm Tərtərdi
İgid şəhid Fərid Əsgərov.
Qələbə əzmiylə,düşmənə nifrətlə,şucətlə döyüşdü Qarabağın hər daşında,qayasında izi qaldı Fəridin
4 noyabr 2020-il tarixində hər tərəfdə bütün cəbhə boyu rəşadətli ordumuzun əsgərləri kəndləri,şəhərləri azad edərək irəliləyirdi,hər tərəfdə ağır döyüşlər gedirdi.Bu döyüş Fərid Əsgərovun son döyüşü oldu qəhramanlıqla şəhidlik zirvəsinə ucaldı.
Şəhadətindən sonra Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə " Vətən uğrunda", " Cəsur döyüşçü", "Qubadlının azad olunması" və "Cəbrayılın azad olunmasına" görə medallarla təltif olunub.
İgid Fərid Əsgərovun adı daima yaddaşlarda qürurla yaşayacaq.
Nur çöhrəli bir oğuldu
Qəlbi sevgiylə doluydu
Vətənini çox sevirdi
Şəhid Əsgərov Fərid
Ana qürurla deyir
Mənim balam qəhramandı
Qarabağın həsrətiylə
Ürəyi alışıb,yanırdı
Döyüşlərə qatılanda
Dönəcəyəm gözlə anam
Söz verirəm zəfər sevinciylə
Qələbənin müjdəsiylə
Döndü igid Fərid oğlum
O andına sadiq qaldı
Verdiyi sözü tutdu
Döndü geri qəhraman tək
Ucaldı adı göylərə
Qubadlıda gedən döyüşdə
Şucaətlə döyüşərək
Sinəsini sipər etdi
Şəhid oldu Fərid oğlum
Məzarında rahat uyu
Uğrunda can verdiyin
Qarabağımız azad oldu
Üçrəngli bayrağımız
Qürurla dalğalandı
Doğma yurda nur çilədi
Yadaşlarda qaldı Əsgərov Fərid
Nur çöhrəli qəhraman oğul!...
Raziyə Kamilqızı
AYB və AJB-nin üzvü
Zefertv.az
VƏTƏN SEVDALI OĞUL
����: 8-10-2024, 23:25
Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitirərdim.

Vətən sevgisi insanın damarında,qanında,ruhunda olur.Belə oğullardan biri olan
Qarazadə Nicat Malik oğlu
24.10.2002 Biləsuvar ismətli kəndində zəhmətkeş bir ailədə anadan olub.
Ailə Ceyranbatan qəsəbəsinə köçür
2007- 2020- çi il tarixdə Abşeron rayon Ceyranbatan qəsəbəsində 2 nömrəli tam orta məktəbdə təhsil alır.Təhsil aldığı müddətdə müəllimlərin və sinif yoldaşlarının sevimlisi olan Nicat Malik oğlu Qarazadə vətəninə,bayrağına sevdalı idi.
XTQ-də hərrbi xidmətə yollanır və xidməti başa vurduqdan sonra iki ay kurs keçərək snayperci kimi müddətdən artıq hərbi xidmət edir.
Komandirlərin,əsgər dostlarının sevimlisi olub.
Nicat Qarazadə Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan bibisi oğlu Elmidar Səlimxan oğlu Səfərovun qisasını almaq üçün silaha sarıldı.
"Qisas" əməliyyatı zamanı 13.09.2022 Kəlbəcər Laçın istiqamətində şəhidlik zirvəsinə ucalır.
Şəhidlik zirvəsinə ucalmamışdan əvvəl belə bir məktub yazır:Salam əziz ailəm bu yazını oxuyanda çox güman şəhid olmuşam.Bunu oxuyub pis olmanızı istəmirəm,çünki öz könüllü istəyimlə bu yolu seçdim və bu yolda şəhid olacam.Anam bilirəm bu dəqiqə ağlayırsan xahiş edirəm ağlama çünki sənin ağlamağına dözə bilmərəm.Əgər ruhumun rahat olmağını istəyirsənsə ağlama.
Ata sən başını dik tut çünki oğlun hər oğulun çıxa bilmədiyin yerdədi.Bacım və qardaşım həyatda sizə uğurlar arzulayıram.Nahid bala oxu sənə qalan savadın olacaq.Hər nə isə mən yaxşı yerdəyəm özünüzdən muğayət olun!...
Ali Baş Komandanın sərəncamlarına əsasən "3- cü dərəcəli Vətənə xidmətə görə"ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunur.
Vətən səni unutmadı igid oğul.
Vətən darda olan zaman,
Silaha saraldı qəhraman oğul.
Sinəsini sipər etdi gülləyə
Azad etdi vətən torpağını.
Həm Xankəndi,həm Xocalı
Vətən üçün qurban oldu
Hayladılar bir- birini
Həm Elmidar,həmdə Nicat.
Əbədiyyən yaddaşlara
Dastan yazdı igid oğul.
Sevdi onu bütün millət
Əbədiyaşar qəhramanı.
Vətənin qəhraman oğlunu.

Uğrunda canını fəda etdiyin vətən torpaqları indi azaddır.Qarabağın azad səmalarında Azərbaycan bayrağı qürurla dalğalanır.
Qarabağ azaddır!
Şusa azaddır!
Raziyə Kamilqızı
AYB və AJB-nin üzvü
Zefertv.az
Türkiye Azerbaycan Strateji ve Ekonomi kulübü sedri Koray Bozat şehitlerimizi dualarla yad etti .
����: 6-10-2024, 11:59
Koray Bozat ; yaptığı açıklamada Azerbaycana her gelişimizde ilk uğrak yerimiz şehitlerimizin yanıdır .





Zefertv.az
Muhammed Osmanlı

Çünkü bu günleri rahat bir şekilde yaşıyorsak şehitlerimizin ve gazilerinin sayesinde olduğunu unutmamalıyız .
"Türkiye Azerbaycan birlik beraberliği
Daim olsun " Dedi .




Zefertv.az
Muhammed Osmanlı
VƏTƏN QƏHRAMANI
����: 22-09-2024, 23:29
Bir millətin sahib olduğu ən önəmli şey vətəndir.Vətəni sevmək candan gəlir.

Bir ölkənin,bir vətənin qoruyucusu varsa o torpağa heç bir düşmən ayağını ata bilməz.Bu gün biz o gücə malik bir dövlətik.Cunki güclü ordumuz,güclü siyasətimiz,güclü prezidentimiz var.Ən əsası canını vətən harayına hay verərək fəda edən mərd cəsurlar var.Bu vətən öz igidləri nə hər zaman güvənib güvənəcək də.Biz şanlı tarix yazan qüdrətli bir sərkərdənin gücü ilə güc alır,arxasında sapasağlam dayanırıq.Dünya ölkələrinə meydan oxuyan komandanımız bir daha sübut etdi ki,Azərbaycan igidləri istəsə nəinki 44 günə 44 saata belə öz doğma torpağını geri ala bilər.
Biz güclü xalqıq,biz birlikdə öz gücümüzə güc qatırıq.Biz vətənimizi mənfur düşmənlərimizdən hər zaman qorumuş canımızı uğrunda fəda etmiş insanlarıq.Canını yurda fəda edənlər sırasında biri isə qəhraman Seyfi Abdullayev idi.
Xüsusi təyinatlılar da polis vəzifəsində çalışırdı.
Seyfi Fəqan oğlu Abdullayev 22.09.1994_cü ildə Bakı şəhər Sabunçu rayonunda zəhmətkeş bir ailədə anadan olmuşdur.Seyfi Abdullayev Bakı şəhər 148 saylı tam orta məktəbdə təhsil almışdır.Ailədə məktəbdə,dost,tanışlar arasında vətənpərvərliyi,təlim- tərbiyəsi ilə seçilən Seyfi hər kəsin sevimlisi idi.Orta məktəbi bitirdikdən sonra hərbi xidmətini başa vuran Şeyfi Abdullayev polis serjantı olaraq Azərbaycan Respublikası DİN -də çalışmağa başlamışdır.
Sən vətən uğrunda verdin canını
Bir an düşünmədin sevənlərini
Bu sevgi heçnə ilə əvəz edilməz
Kəs sənə uzanan kafir əllərini
19 sentyabr 2023-cü ildə Xocavəndin Tağverd kəndində lokal antiterror əməliyyatları zamanı ermənilərin mina terroru nəticəsində həlak olmuşdur.
Seyfi Abdullayev Şamaxı rayon Qəleybuğurd kənd qəbiristanlığında dəfn edilmişdir.
Hərbi hissə qarşısın da qoyulan tapşırıqları layiqincə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərancamına əsasən "Vətən uğrunda"medalı ilə təltif edilmişdir.
Seyfinin ürəyində,
Çağlayırdı arzular.
Mənfur düşmənə qarşı
Sonsuz nifrəti vardı.
Baxışında alov var,
Ürəyində intiqam
Ana vətən yolunda
Şəhid oldu qəhraman.
Ruhun qarşısında baş əyirəm vətən oğlu.
Raziyə Kamilqızı

ZƏFƏRİN MÜBARƏK İGİD OĞUL
����: 22-09-2024, 23:07
Biz bir yurdun övladları,bir torpağın vətəndaşları,bir vətənin isə qoruyucularıyıq.

Bu vətənin içinə xalq,millət,ana, ata, bacı,qardaş,övlad onun tərkibində nə varsa,hərşey daxildir.Bütövlükdə biz olan bu vətəni qorumaq isə can,vicdan,qan borcumuzdur.
Vətən bizim qürurumuz and yerimiz,qibləgahımızdır.Onun hər zərrəsi,bizə doğmadır.
Vətənin o başı,bu başı olmaz
Onun zərrəsi üçün,can verən igidlər var.O igidlər ki,vətənə olan sədaqətlərini canları bahasına,sübut edənlərdir.Bu igidlərdən biridə qəhraman anti terror əməliyatları zamanı şəhidlik zirvəsinə ucalan polkovnik- leytnat Şadmanov Əkrəm Yunus oğludur.

Qandan libasın olsada al-al
Düşman duruşundan,alıb min əhval.
Sən zirvələrdə,ucaldıqca ucal,
Bu sənin zəfərindi qəhraman Əkrəm Şadmanov.
Zəfərin mübarək,şəhadətin mübarək qəhraman Şadmanov Əkrəm.
2024-il 24 sentyabr tarixində qəhramanlıqla şəhidlik zirvəsinə ucaldı qəhramanım.
Həm Xocalıdi,Xankəndi,
Zəngilandı,Qubadlıdı
Həm Şuşadi,həm Xocavənd
Qəhramanlıq simvoludur
Döyüşlərdə bir aslandır
Polkovnik- leytenant Şadmanov Əkrəm.
Ehtiramla yad edirik igid şəhid Əkrəm Yunus oğlu Şadmanovu.
Raziyə Kamilqızı
AYB və AJB-nin üzvü
Zefertv.az
CƏNNƏT ƏTİRLİM
����: 19-09-2024, 08:58
Bu gün qəhraman oğul Rasim Oktay oğlu Məmmədovu ziyarətə getdim.Əzəmətli məzarı önündə dayanaraq məğrur duruşlu oğulla söhbət etdim,ürəyimdən keçən o kəlmələri göz yaşıyla söylədim.

Sanki Rasim mənim sözlərimi dinləyərək gülumsəyirdi.Ölümsüz ruhun qarşısında baş əyirəm igid oğul.
Yurdu yaşatmaq üçün can verənlərdən,Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Zəfərə öz adını qızıl qanıyla yazaraq şəhidlik zirvəsinə ucaldı Rasim Məmmədov.
Allah yolunda şəhid olanlara hələ dünyada olar ikən cənnətə girəcəkləri müjdəsi verildi.Məhz buna görə də hər bir müsəlman Allah yolunda can verməkdən çəkinməz və müqəddəs bildiyi dəyərlər uğrunda qorxmadan mübarizə aparır.Allah yolunda gedən müharibənin iki nəticəsi var:Ya şəhid olurlar,yada qazi: Hər ikisi ən gözəl dərəcələrdəndir və onların qədrin bilən müsəlman heç bir şeydən qorxmadan döyüşə davam edir.
Azərbaycan dövləti asan qazanılmayıb.Bu vətəni xilas etmək üçün mülyonlarla insan mübarizə apard, yüz minlərlə insan şəhid oldu.
Şəhidlərimiz...Minlərlə tanımadığımız demək olar ki ,heç birini ancaq müəyyən hadisələrdə tanımadığımız insanları hər zaman minnətdarıq və minnətdarlıqla xatırlayırıq. Millətimizin yaşamasını, gələcək nəsillərə çatmasını təmin etdi şəhidlərimiz.
Bax şəhidlik belə bir zirvədir,ünvanı əbədiyyətdir.Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik,cəsurluq, müsbət əxlaq,əqidə vardır.Elə ona görə də onlar şüurlu şəkildə ölümü gözə ala biliblər.
Qorxu duymadan,ürəklərində böyük Vətən sevgisi qəhrəmanlıqla şəhid olan Rasim Oktay oğlu Məmmədov 8 oktyabr 1987 tarixində Bakı Şəhəri,Xətai rayonu ziyalı bir ailədə anadan olmuşdur. Hər zaman vətənpərvərliyi,ədəb- ərkanı ilə yaşıdlarından fərqlənir,hər kəsin rəğbətini qazanan bir oğul idi Rasim Məmmədov.Xətai rayonu 254 nömrəli məktəbdə təhsil alıb.Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasında ali təhsilə yiyələnib.Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətdə olub.Hərbi xidməti bitirdikdən sonra Azərbaycan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının çavuşu olan Rasim Oktay oğlu Məmmədov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023 tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd rayonunda şəhid olmub.

Rasim Məmmədovun mərdliyi,vətənpərvərliyi,hər zamanxeyir sevərliyi, qorxmazlığı hər kəsin yaddasında bir iz salmışdır.Rasim ailəli idi çalışırdı ki,i oğulanları Rüstəmə də Rəsula da örnək bir ata olsun.Bu gün adını tarixə əbədiyyən yazdı Rasim Məmmədov.Uğrunda canını verdiyin vətən torpaqları azaddır!
Doğulanda adını,
Rasim qoydular onun.
O igid hünərinin,
Dəyərini bilirdi
Seçilirdi hər yerdə
Gözəl istedadıyla
Sevirdi vətənini
Rasim erkən yaşından
Ana vətən kəlməsi,
Süzüldü baxışından.
Sevirdi vətənini
Xalqa xidmət edirdi
Öz elmi,kamalıyla
Dünyaya nur saçırdı
Düşüncəsi amalı
Vətənin dar günündə
Yollandı Qarabağa
19sentyabr 2023
Qızıl qanıyla yazdı
Xocavəndin uğrunda
Şəhadətə ucaldı.
Gözləri yollardadı
Hər qapı döyüləndə
Bəlkə gələn balamdı
Deyir Xuraman ana
Sonra sakit oturur
Pıçıltıyla söyləyir
Mənim qəhraman balam
Ay mənim şəhid balam
Səninlə fəxr edib
Mən qürur duyuram
Məzarında rahat yat
Qarabağ azaddır!
Raziyə Kamilqızı
AYB və AJB-nin üzvü
18.09.2024

Zefertv.az
GƏLƏCƏYƏ UĞURLA ADDIMLAYAN XANIM
����: 7-09-2024, 10:43
İşıqlı sabahlara,gələcəyə əzmlə,
Qəhramandır işdə,gücdə,
Öz yeri sevgidə,məhəbbətdə,
Vətən sevgiylə alışıb,yanır,
Vətəninə elinə daim sadiq olurlar
Nurlu gələcəkdir Vətən qızları.

Aslanın erkəyi dişisi olmaz deyib atalar.Vətən eşqini hər zaman ruhunda bəsləyən bir xanımdır mənim qəhramanım Arzu Babaxan qızı Əliyeva 07.09.1974 tarixində Bakı şəhərində vətənpərvər,ziyalı bir ailədə dünyaya gəlib.Gəlişi ilə ailənin sevinci,nənə- babanın sevimlisi oldu Arzu Əliyeva vətənpərvər bir ruhda böydü.Ailənin sevincli günləri bir-birinin ardınca axıb gedirdi.
1981-1991-ci illərdə Binəqədi rayon Əsəd Əliyev adına 244 nömrəli tam orta məktəbdə təhsil almışdır.Ali təhsilini isə Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirmişdir.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şurada Şəhif və Qazı ailələrinə dəstək şöbəsinə rəhbərlik edir,,vətənpərvər,yurdsevər,
xeyrixah əməllərin sahibi olan Arzu Əliyeva ürəyi hər zaman vətən eşqi ilə döyünür, xeyirxah əməlləri ilə tanınır və sevilir.İctimai işlərdə hər zaman fəaldır.
Saytlarının eləcə də bir çox redaksiya şuralarının,mukafat komissiyalarının və rəyasət heyyətinin üzvüdür.
"Xarı-bülbül","Xurşidbanu Natəvan","Zirvə" və " Zəfər" mükafatlar laureatıdır.
Bu gündə mütamədi olaraq Arzu xanım bölgələrdə şəhid ailələrini,məzarlarını ziyarət edir,çalışır ki,hər zaman kövərək anaların qəlbini ovundursun,az təminatlı ailələrdən öz dəstəyini əsirgəmir.
Qeyrətdə kişidir,ürəkdə aslan,
Səni çıçək kimi bəsləyib anan,
Vətən sevgisidir ürəkdə yanan,
Nurlu gələcəkdir Vətən qızları.
Nurlu gələcəyə,işıqlı sabahlara doğru addımlayan Arzu Əliyeva ailəlidir iki övladı var bu gün Arzu xanımın ad günüdür onu təbrik edirik və gələcək işlərində uğurlar diləyək!
Raziyə Kamilqızı
AYB və AJB-nin üzvü
Zefertv.az